Maliyyə dominantlığı nə deməkdir?

354
Maliyyə dominantlığı nə deməkdir

Maliyyə dominantlığı nə deməkdir? Kimisə intim şəkilləri ilə şantaj etmək, onları dostlara və həmkarlara göstərməklə hədələmə, şantajçıya külli miqdarda pul göndərməyə razı olma – bu, dəhşətli kabusdur. Amma hamı üçün belə deyil. Bunu həqiqətən bəyənən insanlar var. Və bunun əvəzini ödəməyə hazırdırlar.

Maliyyə dominantlığı (qısacası “findom”) BDSM dünyasının çoxsaylı fetişlərindən biridir. İtaətkar kişi dominatrisə pul ödəyir ki, o … ondan pul tələb etsin, onu şantaj etsin və ya pullarına nəzarət etsin.

“Maliyyə dominantlığı, bir insanın başqasının pullarına nəzarət etməsini istəməsidir. Bu, vəziyyət nəzarəti buraxmağın bir yoludur və bəzi hallarda itaətkarın alçaldılmasını ehtiva edir “deyə seks terapevti Kelly Weisz bildirir.

Bəzən hər şey kiçik birdəfəlik ödənişlərlə məhdudlaşır. Bəzən isə, dominatris hər dəfə səhv edəndə itayətkarı cərimələyir. “Pul kölələri”-nin adədətən fərqli adlandırıldığı hallar da olur: “insan bankomatları” (human ATMs), “ödəniş donuzları” (pay pigs), “gəzən pul kisələri” və s.

Rusiyada bu fetiş növü çox bəyənilir, lakin ABŞ və Avropada bütün pullarını dominatrisə vermək istəyən daha çox kişi var.

Findomlar necə olur?

Əslində, digər BDSM təcrübəsi kimi, hər şey iki tərəfdən də asılıdır. Önəmli məsələ ondadır ki, qul və məşuqə (bu mühitdə hər şey tez-tez bu formada olur) onlar üçün nəyin məqbul olduğunu və nəyin məqbul olmadığını əvvəlcədən müzakirə edirlər.

Bu cinsi fetiş olsa da, əslində cinsi əlaqə ümumiyyətlə olmaya bilər. Maliyyə dominantlığının fərqli növləri var – ən ciddi formadan tutmuş, “məsum”a qədər.

Büdcə planlaşdırması

Bəzi qullar ağasının və ya məşuqəsinin büdcələrinə tam nəzarət etməsinə üstünlük verir, onlara yaşamaq üçün çox az pul qoyur, qalan pulu isə yalnız özlərinə xərcləyir. Bu, “Hakimiyyətin tam ötürülməsi” adlanır (Total Power Exchange).

Dominatrislərdən biri Miranda Kay etiraf edir ki, ən gözləmədiyi şey messencerlərdə müştəridən gələn daimi zənglər, SMS və mesajlar olub. “Onun ayın sonuna qədər xərcləmədiyi pulu saxlaya bilsəm də, bu, dörd həftə ərzində 24 saatlıq iş günüm üçün kifayət etmirdi”.

Şantaj

Maliyyə dominantlığının başqa bir forması şantajdır. Bu çətin oyundur və həmişə etibar edə biləcəyin biri ilə oynanılır.

Müştəri onu təhdid etməyimi istəyir – Miranda açıqlama verir – Ona deyirəm ki, mənə müəyyən məbləğdə pul verməsə, onun şəklini dostlarına, ailəsinə, həmkarlarına göndərəcəyəm. Anlamalısınız ki: əslində məndə onun heç bir fotoşəkili yoxdur! Müştəri haqqında heç bir təfərrüat bilmirəm və onun ailəsi və ya dostlarının kontaktları haqqında məlumatım yoxdur, bu, sadəcə rol oyunudur. Mən bunun belə olmasını sevirəm və başqalarını da eyni şeyi etməyə təşviq edərdim.

Cərimələr

Dominatrislərin itaətkarlardan pul almaq üçün istifadə etdiyi üsullardan biri onları cərimələməkdir. Heç iş yerində “cərimələr” toplanan pul qabı bankından istifadə etmisinizmi? Təsəvvür edin, kimsə üçün bu çox maraqlı oyun ola bilər.

Hədiyyələr

BDSM-in daha standart versiyalarında belə, dominatrix qulundan ona bir şey verməsini tələb edə bilər. “Adətən bu, az miqdarda puldur, onun köməyi ilə “qullar” niyyətlərinin ciddiliyini sübut edirlər. Belə ki, heç bir tərəf boş yerə vaxt itirməsin,” Miranda izah edir. “Hamımız dominant olmaq istədiklərini söyləyən kişilərdən bezmişik, amma əslində onlar sadəcə bir neçə saat onlayn söhbət etməyi sevirlər.”

Maliyyə dominantlığı nə deməkdir 3

Bu necə baş verir?

Digər fetişlər kimi, findom da hər iki tərəfi qane edən qarşılıqlı razılaşmalara və şərtlərə əsaslanır. Digər dominatrislərdən biri olan Tatyana heç vaxt müştərilərlə şəxsən ünsiyyət qurmur, yalnız internet, telefon və ya xüsusi saytlarda əlaqə saxlayır. Onun “qullarının” bəziləri sadəcə onun hesabına pul qoyur, bəziləri isə “istək siyahısından” ona hədiyyələr alır. Tatyana deyir ki, bir dəfə ona Havayaya bilet də alıblar.

Tatyana deyir: “Bir dəfə mən itaətkarımdan retweetlərlə oyun oynamağı xahiş edərək 20.000 dollar qazandım”. “Hər retweet üçün mənə 100 dollar ödəyəcəyi ilə razılaşdım, 187 retweet aldım və o, mənə 20 dollar əlavə verdi.”

Stiv kişi itaətkar hesab edir ki, kişilər bu fetişə özünə hörmətin aşağı olması səbəbindən gəlirlər, çünki onlar “rədd edilmə, alçaldılma, təklik qorxusunun öhdəsindən gələ bilmirlər”. O, həmçinin findomu “pula aludə olmuş müasir cəmiyyətdə gündəlik qayğılarla mübarizə aparan insanlar üçün özündən qaçmağın başqa bir forması” adlandırır. Stiv vurğulayır ki, “findom dominatrixin üzərinə böyük məsuliyyət qoyan çox təhlükəli fəaliyyətdir”.

Lakin Stivin özü də bu dünyanın bir parçası olmasına baxmayaraq, bu oyunda qaliblərin olmadığına inanır. “Kişilərin qadınlara sırf öz psevdoseksual məmnuniyyətləri üçün pul ödədiklərini düşünməsi çox kədərlidir.”

Əvvəlki məqaləNiyə bir çox məşhur idmançılar keçəldirlər? Həkim cavab verir
Növbəti məqaləDünyanın ən qəribə aviaşirkətləri

Fikirlərinizi bildirin.