Mafyanın maliyyələşdirdiyi futbol klubları. Biz adətən futbol klublarının sponsoru qismində böyük, tanınmış və güclü maliyyə dayanıqlığı olan şirkətlərin çıxış etdiyini görmüşük.

Ancaq futbol və klubların tarixində əsl mafyanın da sponsor olduğu hallara rast gəlinmişdir. Mafya güclü maliyyə axınları vasitəsilə həm öz gücünü sərgiləmiş, həmdə futbolun inkişafına tövhə vermişdir.

Queretaro, Celeya, İrapuato, Merida

Queretaro (Queretaro Futbol Club) – eyni zamanda “Qalos Blankos de Queretaro” kimidə tanınır. Queretaro ştanının Satyaqo-de-Queretaro şəhərinin meksikalı futbol klubudur. Ölkənin yüksək divizionunda MX liqasında çıxış edir. Komanda 1950-ci ilin 8 iyul tarixində təsis edilmişdir. “Korrexidora” stadionunda oyun keçirir. Klubun rəngi göy-ağ-qaradır.

Celeya – Quanxuato ştatının Celeya şəhərinin meksikalı futbol klubudur. Hal-hazırda ölkənin ikinci diviziası Assenso MX-də oynayır. Klub 1954-cü ilin fevral ayında təsis olunmuşdur. 1950-ci illərdə klubun original rəngləri qırmızı və ağ hesab edilirdi. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində ağ-qara rənglərdən və sinəsində V hərfi işarələnmiş geyimlərdən istifadə etməyə başladılar. Bu tərz hələdə geyimlərində istifadə edilməkdədir.

İrapuato – Quanaxuato ştatının İrapuato şəhərinin meksikalı klubudur. Hal-hazırda ölkənin ikinci diviziasında Assenso MX-də oynayır. Klub 1911-ci ildə təsis olunmuşdur.

Merida – eyniadlı şəhərdən olan ispan klubudur. Klub 1912-ci ildə təsis edilmiş, 2000-ci ildə maliyyə çatışmamazlığı səbəbindən fəaliyyətini dayandırmışdır. Ev oyunlarını 14 600 tamaşaçı tutumu olan “Estadio Romano” stadiyonunda keçirmişdir.

Meksikada Hakina Qusmanın rəhbərliyi altında meksikanın ən böyük “balacaboy” ləqəbli karteli eyni anda bir neçə klublara sahiblik edirdi. Öz ölkələrində fəaliyyət göstərən klubların əsas məqsədi mafyanın çirkli pullarının yuyulması ilə bağlı idi. “Balacaboy” hamıdan öndə görünməyə çalışırdı. Bir zamanlar o hətda “Çelsi”-yədə sahiblənmək iddiasında olmuşdur. Ancaq alınmadı. London əvəzinə türməyə yollanmalı oldu.
Atletico Nacional

Atletico Nacional – Medelin şəhərindən olan kolumbiyalı futbol klubu Kolumbiyanın ən titullu və güclü klublarından biridir. Atletico Nacional kolumbiya klubları arasında Libertadores kubokunda udmuş ilk klubdurş Eyni zamanda bu nəaliyyətə iki dəfə sahiblənə bilmişdir. 1998-2000-ci illərdə isə iki dəfə Markonorte kubokuna sahiblənmişdir.

Bütün dünyada məşhurluq qazanmış Pablo Eskobar doğma şəhərindən olan Atletico Nacional klubuna böyük məbləğlərdə vəsait yatızdırırdı. Məqsəd çirkli pulların gizli şəkildə yuylması ilə bağlı idi.

Bir müddət sonra Pablo rəqiblərinin birinin dünya ulduzlarına pul xərclədiyini görür və onun bacarıqlarını üstələmək istəyir. Ancaq mafiozun adı çox məşhur olduğundan futbolçular onun komandasına keçməkdən qorxurdular. Buna baxmayaraq, Rene İqitin köməyi ilə Libertadores kubokunu əldə edə bilir.

Pablonun uğuru digər baronlar arasında da maraq yaratdı. Nəticədə bir çox kartellərin mübarizəsi №1 oyunlarda, futbol meydançalarında davam etdi.

Palermo

Palermo – eyni adlı şəhərdən olan italyan futbol klubu 1990-cı ildə təsis olunmuşdur. 2019-cu ildə fəaliyyətini dayandırmışdır. Ev oyunlarını 36 349 nəfər azarkeş tutan “Renso Barbera” stadionunda keçirdi. Komandanın ən böyük nəaliyyəti 2005/06, 2006/07 və 2009/10-cu illərdə 5-ci yer və 1974, 1979 və 2011-ci ildə İtalya kubokunun finalında iştirakından ibarət olmuşdur.

Futbol hesabına yaşamaq istəyən Koza Nostra italyan “Palermo”-suna qoşulur. 2006-cı ildə onlar kriminal sxem düşünürlər. Kluba bir neçə tanınmayan oyunçu əlavə edilir. Bir müddət sonra isə oyunçular əsas komandaya keçirilir və satılır. Qazanılmış pullar mafyanın əlində cəmlənir. Lakin, sxem idman direktoru tərəfindən ifşa olunur.

Sxem müəllifi həbs edilir, Koza Nostra isə 2019-cu ilə qədər klubda qala bilir.

Futbol haqqında maraqlı faktlarFutbol-Canlı hesablar

Fikirlərinizi bildirin.