Məşqlər zamanı buzlu vanna qəbulu. Buzlu vanna qəbulu idmançılar arasında olduqca populyardır. Adətən bu metoddan güc məşqləri edən idmançılar istifadə edir. Çed Uesli-Smitt öz atletlərinə etdiyi məsləhətlər siyahısında bu xüsusiyyət mütləq yer tutur. Prosedurun gedişatını youtubda bir çox videolarda görmək mümkündür.

Basketbolçular və Amerikan futbolu ilə məşğul olan idmançılar buz vannalarından tez-tez istifadə edirlər. Eyni zamanda, bu yanaşmalar bədən formasının qeydinə qalmaq istəyən bir çox həvəskarlar tərəfindən də istifadə edilir. Araşdırmalara əsasən prosedur bədəndə böyümə harmonunu artıra bilir, soyuqdəymə prosesini dayandırır və normadan artıq məşq yorğunluqlarını, SNC yüklənmələrini aradan qaldırır. İmuniteti artırır, zülal sintezini sürətləndirir. Təəcüblüdür?

ABŞ-ın profesional məşqçilərinin lisenziyalaşdırırlması məsələləri ilə məşğul olan ACE təşkilatının mütəxəsisləri buzlu vannaların atletlərə təsirləri ilə bağlı araşdırmalar aparmaq qərarına gəlmişlər. Məqsəd həqiqətən bu metodun bərpaolunma gedişatını sürətləndirməsi və vanna qəbulundan sonra idmançının nəaliyyətlərinə təsirini örgənməkdən ibarət olmuşdur. Araşdırmada 16 yenibaşlayan idmaçı iştirak etmişdir. Bu 16 şəxs həmin günə qədər idmanla məşğul olmamışlar. Onlar 4 qrupa bölünmüş və ilk qrupun məşqlərdən sonra buzlu vanna qəbul etməməsi qərarlaşdırılmışıdr. İkinci qrup məşqdən dərhal sonra 10 dəqiqə müddətində, 3-cü qrup bir neçə saat sonra 10 dəqiqə, 4-cü qrup isə məşqlərdən dərhal sonra 20 dəqiqə müddətində vanna qəbul etmişdir.

Ekspriment iştırakçıları yeni başlayanlar üçün proqramlardan istifadə edirdilər. Hər gün onlar azintensiv qaçış, daha sonra bucaq altında qaçış, bir və ya iki yanaşma ilə (jim loja) ayaqlara ağır çəkilərlə məşqlər edirdilər.

Nəticə təəcüblü göstəricilərlə yekunlaşdı. Soyuq vannalar həqiqətən bərpa olunma prosesini sürətləndirir. Ancaq göstərici o qədərdə çox deyil. Beləki, bərpaolunma daha çox ağırçəkilərlə ayaq məşqində hiss olunur. Qaçışlarda isə fərqli nəticələr əldə olunmadı. Eyni zamanda vanna qəbulu 6 ay davam etdiyi zaman ümumiyyətlə fərq etmədi. Qəbul edənlərlə etməyənlərin göstəriciləri eyniləşdi. Adaptasiya qaydalarına görə bu hal tam izah olunandır. Bədən bir müddətdən sonra adaptasiya olunur.

Bu vannaları daha çox arıqlama və yağyandırma anında daha effektivdir. Bir çoxlarının fikrincə buzlu vannada uzanmaq bədənin metobolizmini artırır. Həqiqətən bədən öz tempraturunu qorumaq üçün müəyyən enerji sərf edib, kalori yandırır. Ancaq kalori itkisi yalnız vannada olan zaman keçərlidir. Deməli, vannada 20 dəqiqə uzanmaqla nəsə əldə etmək olar. Lakin, bu belə deyil. Vanna qəbulu yalnız yaxşı imunitetə sahib insanlar tərəfindən icra edilə bilər. Deməli, hamı üçün məsləhət görülmür.

Sözü gedən metod aşağıdakı hallarda qadağandır:
  • Xroniki soyuqdəymə halları olduqda. Tibbi araşdırmalara əsasən soyuqdəyməni soyuqla müalicə etmək düzgün deyil.
  • İdmançı məşqdən sonra orqanizmin resurslarını vannada çox istifadə edərsə, bərpaolunma prosesi gecikə və düz getməyə bilər.
  • Böyrəklərə və ginekoloji orqanlara soyuq dəyə bilər.
  • Xoşxassəli olmayan şişlər zamanı ağırlaşma halları baş verə bilər.

Soyuq yağyandırmaq üçün unversal metod hesab edilmir. Yəni, kalori azlığını təmin etməyin ən yaxşı yolu pəhrizlərə riayət edib, kardio məşqləri artırmaqdır.

Buzlu vanna terapiyası 6 həfdədən artıq davam edə bilməz. Yuxarıda sözü gedən araşdırmanın müəllifləri suyun tempraturunu qeyd etməsələrdə, soyuqluq dərəcəsini tədricən artırmaq daha məntiqli görünür. Adətən ilk öncə soyuq duşlardan başlanılır. Tədricən buzlu vannaya keçid edilir. Müddət ilk olaraq 5 dəqiqədən başlanılır, sonra zamanla 20 dəqiqəyə qaldırılır.

Metobolizmi sürətləndirərək necə arıqlamaq olar?Qısa zamanda arıqlamaq üçün 25 addım,

Fikirlərinizi bildirin.