Məşqdən sonra edilməsi qadağan olan 5 şey

536
Məşqdən sonra edilməsi qadağan olan 5 şey

Məşqdən sonra edilməsi qadağan olan 5 şey. Onlardan bəziləri idman nəticələrini boşa çıxara bilər.

Məşqdən əvvəl və məşq zamanı edilməməsi lazım olan şeylər haqqında çox yazılıb. Amma məşqlərdən sonra biz çox vaxt özümüzü ağır işlərə veririk. Gəlin, dürüst olaq: ​​məşqdən sonra bəzən edilməsi qadağan olunan işlərlə məşğul oluruq. Ağır hərəkətlərdən sonra normalda insan özünü daha yaxşı hiss etməlidir. Lakin bu, burger yeyə və ya soda içə biləcəyiniz mənasına gəlməz.

Sağlamlıq nisbətən idman zalından kənara çıxan və daha geniş anlayışı özündə birləşdirən bir vərdişdir. Bu “günahları” işlətməklə, dəmir qaldırmaq üçün tökdüyünüz bütün zəhməti, təri və əziyyəti yox etməyin.

Güc məşqindən sonra uzun kardio məşqləri etməyin

Ağırlıq məşqindən sonra 20-30 dəqiqə qısa kardio ilə məşğul olmağın heç bir qəbahəti yoxdur. Ancaq bu müddətdən kənara çıxmamaq daha yaxşıdır. Güc məşqindən sonra həddindən artıq kardio etmək, əzələ hipertrofiyasına səbəb olan fizioloji və hormonal mexanizmlərə ciddi şəkildə maneə yaratmaq deməkdir. Ən yaxşı çıxış yolu həftənin müxtəlif günlərinə olmaqla kardio və güc məşqlərini düzgün bölüşdürməkdir.

Uzun müddət ac qalmayın

Güclü məşqdən sonra orqanizmin qida maddələrinə, xüsusilə amin turşularına və karbohidratlara ehtiyacı var. Bədən zədələnmiş əzələ hüceyrələrini və sinir sistemini bərpa etməlidir. Məşqdən sonra yeməksiz keçinmək müddətini 30-60 dəqiqədən çox etməyin.

Hər şeyi yeməyin

Kompleks karbohidratlar, zülallar və yağsız qidalara üstünlük verməyə çalışın. Məşqdən sonra yeməyin məqsədi karbohidratları və amin turşularını mümkün qədər tez qan dövranına daxil etmək və əzələ hüceyrələrinə paylamaqdır.

Orqanizminizi həddindən artıq yükləməyin

İdeal halda hər kəs əzələlərinin və sinir sisteminin bərpasına kömək etmək üçün məşqdən dərhal sonra, təxminən bir saat ərzində dincəlməli və yatmalıdır. Ancaq çoxları üçün bu mümkünsüzdür. Məşqlərdən sonra gərgin fiziki yüklənmələrdən çəkinməyi tövsiyə edirik. Oturmaq, dincəlmək və rahat yemək üçün vaxta ehtiyacınız var. Güc məşqləri yalnız bədəni bərpa etmək üçün kifayət qədər istirahət aldıqda təsirli olacaq.

Su içməyi dayandırmayın

Orqanizm itirdiyi suyu bərpa etməlidir. Bir saatdan çox idmanla məşğulduqda və çox tərlədikdə elektrolit əvəzedici içmək gərəklidir. Bu kokos suyu, izotonik və ya amin turşuları kompleksi ola bilər. İdman içkiləri çox şirin olduğundan, onları dözümlülüyü artırmaq üçün edilən məşqlərdən sonra içməyə dəyər. Digər hallarda su və ya şəkəri az olan içkilər içmək daha məsləhətlidir.

Pivə yoqası, yoxsa lüt fitnes?Pilates fitnesin fərqli formasıdır, yoxsa müalicə üsulu?

Əvvəlki məqaləQoç ♥ Oğlaq
Növbəti məqaləİdmançı üçün sağlam qəlyanaltılar

Fikirlərinizi bildirin.