Məşhurların ən qısa evlilikləri

    218
    Məşhurların ən qısa evlilikləri 5

    Məşhurların ən qısa evlilikləri. 20 yanvar 2019-cu ildə məlum olub ki, Miley Cyrus və Liam Hemsworth 8 aylıq evlilikdən sonra boşanmaq üçün məhkəməyə müraciət ediblər. Biz də bu gün digər ən qısa məşhur evlilikləri xatırlamaq qərarına gəldik.

    Miley Cyrus və Liam Hemsworth: 8 ay

    Məşhurların ən qısa evlilikləri

    Toydan əvvəl aktyorlar bir-biriləri ilə yaxşı tanış idilər. Uzun müddətli romantik münasibət yaşayırdılar. Adəti üzrə, bü kimi münasibətlər zamanı cütlüklər ya nigaha girir, ya da ayrılırlar. Ayrılıq haqqında söz söhbətlərdən sonra Miley yeni rəfiqələr arasında görünsə də, Liam özünü bütünlüklə koryerasına həsr edir.

    Eddi Merfi və Tracey Edmonds: 14 gün

    Merfi və Edmonds 2008-ci ilin 1 yanvar tarixində yeni il ərəfəsində Bora-bora adlı şəxsi adada evlənirlər. Lakin, bal ayının başlanğıcında artıq cütlük dalaşmağa başlayır. Tədbirin qonaqlarının sözlərinə görə Eddi daim hamının gözü önündə gənc xanımın üstə qışqırırdı. 2 həfdədən sonra cütlük mətbuata ayrıldıqlarını etiraf etmişlər. Hər ikisi ailənin “simvolik yaxınlaşma” olduğunu söyləmiş və Bora-boradan kənarda heç bir hüquqi əsası olmayan izdivac olduğunu diqqətə çatdırmışlar.

    Carmen Electra və Dennis Rodman: 9 gün

    Məşhurların ən qısa evlilikləri 3

    Məşhur amerikalı basketbolçu 1998-ci ilin 5 noyabr tarixində modellə ailə həyatı qurur. Həmin ayın 14-də isə artıq boşanmaq üçün müraciət edir. Məhkəməyə verdiyi ifadəsində Dennis Rodman evlilik zamanı, evlilik andı içərkən içkili olduğunu bildirmişdir. Carmen Electra isə növbəti müsahibələrində media nümayəndələrinə hər şeyin gözlənilməz olduğunu və bir neçə gün sonra “İlahi biz nə etdik” deyə peşmançılıq yaşadıqlarını söyləmişdir.

    Cher və Gregg Allman: 9 gün

    Cher keçmiş əri Sonni ilə boşandıqdan üç gün sonra The Allman Brothers pop-qrupunun musiqiçisi Gregg Allmana “hə” cavabı vermişdir. 1975-ci ilin 9 iyul tarixində, 9 günlük evlilikdən sonra xanım yenidən boşanmaq üçün müraciyət etmişdir. “Hər zaman düşünmüşəm ki, insan gərək etdiyi səhfləri vaxtında və bacardıqca tez anlasın” – deyə qısa evliliyinin səbəblərini açıqlamağa cəhd göstərmişdir.

    Nicolas Cage və Erica Koike: 4 gün

    Məşhurların ən qısa evlilikləri 5

    Nicolas Cage və Erica Koike 2019-cu ilin 23 mart tarixində evliliklərini rəsmiləşdirirlər. 27 martda isə, yəni 4 gün sonra aktyor ya evliliyin təqzibi, ya da boşanmaq üçün məhkəməyə müraciyət edir. Evlilikdən öncə aktyror və vizajist xanım bir ilə yaxın görüşürlər. “Sərxoş olmuşam və nə etdiyimi bilməmişəm. Koike mənə evlənməyi təklif edərkən impulsiv davranmışam, hərəkətlərimin mahiyyətini anlamamışam. Əks halda heç vaxt razılaşmazdım.” – Cage ərizəsində bu kimi məzmunlu qeydlər etmişdir.

    Britney Spirs və Jason Alexander: 55 saat

    Britney Spirs – bir mənalı olaraq qısa müddətli evliliklər üzrə liderdir. 2004-cü ildə xanım Veqasa yollanır və zarafatyana olaraq uşaqlıq dostu Jason Alexanderlə evlənir. 55 saat sonra məhkəmə evliliyi ləğv edir. Sonradan aktrisa müsahibələrində bildirir: “Mən axmaqcasına üsyankar olmaq istəmişdim, hərəkətlərim barədə özümə hesabat vermirdim”.

    Şkolad tamlı öpüş – Barak və Mişel ObamaArgyll hersoginyasının 88 məşuqu: Britanyanı sirkələyən seks qalmaqalı

    Əvvəlki məqaləAnabolik komplekslər
    Növbəti məqaləXəritə: dünya ölkələrinin bəyəndikləri idman növləri

    Fikirlərinizi bildirin.