Məşhur transgenderlər – cins dəyişikliyindən əvvəl və sonra

554

Məşhur transgenderlər – cins dəyişikliyindən əvvəl və sonra. Ellen Page təzəlikcə Elliot Page olduqdan sonra bizləri cinsini dəyişən məşhurlardan yazmağa vadar etdi.

Müasir dövrdə kimisə “öz bədənimdə deyiləm deyə özümü narahat hiss edirəm” ifadəsi ilə təəcübləndirmək mümkün deyil. Məşhurlar arasında da, xeyli sayda transgenderlər mövcutdur. Bəzilərini isə biz artıq əvvəlki cinsdə xatırlamırıq belə.

Elliot Page (Ellen Page)

2020-ci ilin 1 dekabr tarixində Ellen Page instagram hesabında kamig-aut həyata keçirib bundan sonra özünü Elliot adlı kişi kimi çağırılmasını istəmişdir. 2021-ci ilin əvvəllərində aktyor özü üçün önəmli addım ataraq – tamami ilə sinəsinin götürülməsi üçün əməliyyat etdirmişdir.

Məşhur trangenderlər – cins dəyişikliyindən əvvəl və sonra 1.1

Elliotun sözlərinə görə tibbi müdaxilədən sonra ilk dəfə özünü öz bədənində rahat və komfortlu hiss edə bildi.

Caitlyn Jenner (Bruce Jenner)

Caitlyn Jennerin bu şəklinə baxdıqdan sonra xanımın nə zamansa Bruce olduğuna inanmaq çətin olar. Kamig-aut prosesini Caitlyn Jenner 2015-ci ildə etmişdir. O zaman Bruce artıq 2 il müddətində harmonal terapiya keçirdi. Maraqlısı ondadır ki, kişinin qadın olmaq istəyi hələ 18 yaşından başlamışdır. Sonradan həyat yoldaşına rastlayan zaman istəyindən vaz keçir.

Ulyana Romanova (İqor Bulqaçev)

Məşhur trangenderlər – cins dəyişikliyindən əvvəl və sonra 3

Rusya mətbuatında olduqca tanınmış və xüsusi qecələrin qonağı olan İqor Bulqaçov bir gün kişiyə vurulur və ona görə cinsini dəyişmək qərarına gəlir. Sevgi uğrunda olan bu dəyərli jest qiymətləndirilməsə də, artıq geri yol yox idi. Nəticədə İqor Ulyana Remanovna kimi yaşamağa davam edir. Onun ulduz dostları dəyişikliyi tez qəbul etsədə, atasına xeyli zaman gərəkli oldu.

Chaz Bono (Chastity Bono)

1961-ci ildə Chaz və onun həyat yoldaşı Sonni Bono valideyin olurlar. Qızları dünyaya gəlir və adını Chastity qoyurlar. 1995-ci ildə qız bütün ictimaiyətə lezbian olduğunu açıqlayır. Pop diva qızını dəstəkləsə də, atası ailədən uzaqlaşır.

Məşhur trangenderlər – cins dəyişikliyindən əvvəl və sonra 4

Artıq 10 ildən sonra Chastity cinsini dəyişməklə bağlı fikirlərə dalır və 2008-ci ildə harmonal terapiyaya başlayır. Nəticədə 113 kilo çəki alır. Kişi adı kimi Chaz adını seçir. Artıq çəkiyə görə xeyli əziyyət çəksədə, sonradan normal çəkiyə qayıda bilir.

Andreja Pejić (Andrej Pejić)

Andrej Pejić öz model koryerasını andorin model kimi başlayır. Onun həm kişi, həm də qadın cizgiləri var idi. Hətda orta məktəbi bitirdiyi zaman oğlan xarici görünüşünə görə məktəbin ən gözəl qızı seçilir.

2014-cü ildə Pejić özünü tapmağa çalışmış və hamıdan onu Andreja kimi qəbul etməklərini xahiş etmişdir. 2015-ci ilin əvəllərindən harmonal terapiyaya başlayır. Birneçə plastik əməliyyatlardan sonra rəsmi qadın olur.

“Bəziləri düşünür ki, cins dəyişmə əməliyyatı plastik əməliyyatın bir növüdür. Lakin, hər şey çox qəlizdir. Sən cərraha yaxınlaşıb deyə bilmirsən: “Oy, mən indi qadın olmaq istəyirəm”. Psixiatorların yekun rəyini almaq gərəklidir. Bu 5 dəqiqəlik iş deyil. Bunun üzərində 13 il işləməli olmuşam. Xeyli sayda testlərdən keçdikdən sonra sənə əməliyyata icazə verirlər” – deyə Andreja bildirib.

Lana və Lilly Wachowski (Larri və Endi qardaşları)

Wachowski qardaşları uşaqlıqda çox mehriban olublar. Gənc illərində hər ikisi kolec təhsilini yarıda qoyub, özlərini kinoda sınamağa çalışıblar. 1996-cı ildə arzularına çatıblar. Qardaşlar debyut filimlərini “Əlaqə” filmini, sonradan isə “Matrisa”, “V-yəni vendetta”, “Buludlu atlas” və digər filimlərini çəkiblər.

Lakin, qardaşlar istedadları ilə birlikdə xarici görünüşləri ilə də diqqət çəkməyi bacarıblar. Larri hər yerdə qadın geyimində görünüb, bir müddət sonra isə özünü Lana kimi çağırılmasını istəyib. 2012-ci ildə harmonal terapiyadan sonra cinsi əməliyyat keçirib və istədiyi obraza qovuşub.

Məşhur trangenderlər – cins dəyişikliyindən əvvəl və sonra 6.1

Bu halda 2016-cı ildə Endi də qardaşının yolunu təkrarlayaraq Lilly olmaq qərarına gəlir. “Bütün həkimlərin qəbulunda olmaq üün maddi imkanım var idi. Ailəmin dəstəyini hiss edirdim. Əməliyyatdan sonra özünü yeni görkəmdə görərkən zaman gərəkli olur. Lakin, bir çox insanların maddi imkanları, dəstəkləri və şansları olmur. Buna görə də, onlar gender disforiyadan əziyyət çəkirlər, buna dözə bilmirlər” – kimi sözlərlə Wachowski transgender dəyişikliyindən sonra fikirlərini çatdırmağa çalışmışdır.

Transgenderlər: 3 tarixi şəxsiyyətlərƏvvəllər kişi olmuş 8 gözəlçəHomoseksuallığını boynuna almış 20 məşhur.

Əvvəlki məqaləBəzi xoşagəlməz qoxulardan qurtulma yolları
Növbəti məqaləAsexualların 5 səmimi həyat hekayələri

Fikirlərinizi bildirin.