Məşhur mafia başçılarının xanımları. Həyat cinayətkarlıq, pul, sevgi … sexlə zəngindir. Dünyanın ən məşhur cinayətkar dəstə başçıları və mafiozlarının yanında olmuş xanımlar kimlərdir?

Mey Cozefina Kaflin (1897-1986-cı illər) – Al Coponenin həyat yoldaşı

Məşhur mafia başçılarının xanımları

Əslən İtalyan olan, Amerikada yaşayan gangster özündən iki yaş böyük qadınla ailə qurmuşdur. O zaman Alfonsenin 21 yaşı belə tamam olmamışdır. Bu səbəbdən də ailənin qurulması üçün valideyinlərin yazılı razılığı tələb olunurdu. Cütlük oğlanları Albertin dünyaya gəlməsindən üç həfdə sonra evləndilər. Uşaq ana bətnində siflis xəstəliyinə tutulduğundan, doğuş zamanı qüsurlu (eşitmə zəifliyi ilə) doğuldu. İrlandiyalı katoliq qadın olan Mey oğlunun xəstəliyində günahkar deyildi. Buna baxmayaraq ərini heç vaxt günahlandırmamış, Alfonseni sevmiş və həyatının sonuna qədər ona sadiq qalmışdır. Ərinin qanunsuz fəaliyyətlərinə baxmayaraq hər zaman ona dəstək olmuşdur. Dünyaca məşhur mafioz 48 yaşında pnevmaniyadan dünyasını dəyişir. Xanım isə bundan sonrada 40 il yaşamış və oğlunun dörd nəvəsini tərbiyə etmişdir.

Mariya Viktoriya Enao Valexo (1961-ci il təvəllüdlü) – Poblo Eskobarın həyat yoldaşı

Mariya Viktoriya Enao Valexo (1961-ci il təvəllüdlü) - Poblo Eskobarın həyat yoldaşı

Calumbiyalı narkobaron öz “biznesini” milyardlıq dəyərə çatdırdı və dünyanın ən imkanlı insanları siyahısına daxil oldu. 27 yaşında rəfiqələrindən biri olan 15 yaşlı Mariya ilə ailə qurdu. Toya qədər xanım artıq birinci oğulları Xuana hamilə idi. Öz qəddarlığına baxmayaraq (fəaliyyəti dövründə yüzlərlə insanın həyatına son qoymuşdur) Pablo ailəsini bütün zorakılıqdan və hədələrdən qoruyurdu. Bu məsələ ilə bağlı onun məşhur fikri vardı: “bu həyatda mən hər şeyə əvəz tapa bilərəm, ancaq mən heç vaxt arvadımı və uşaqlarımı kimləsə əvəz edə bilmərəm.”. Mariya onu dəlicəsinə sevirdi və ərinin gizlətməyə cəht belə etmədiyi məşuqələri görməməzlikdən gəlirdi. Ölümündən sonra Pablonun ailəsi məşuqələrinə və öldürdüyü insanların sayına görə deyil, məhs unudulmaz hərəkətinə görə xatırlayırdı. O qaçmağa cəhd göstərən zaman oğlu Xuanın və qızı Manuelin soyuqdan üşüməməsi üçün tonqalda 2 milyon dolları yandırmışdır. Ailəyə bağlı olmağı yekunda Pablonun ölümünə səbəb oldu. 44 yaşında polislər tərəfindən oğlunun zəngindən sonra yeri müəyyənləşdirilmiş və öldürülmüşdür. Sonra isə Mariya özünün və uşaqlarının adını dəyişdirərək qaçmağı bacarmışdır.

Viktoria Di Cordco (1942-ci il təvəllüdlü) – Con Qottinin həyat yoldaşı

Məşhur mafia başçılarının xanımları
“Koza Nostra”-nın sahibi kino ulduzuna bənzəyirdi. Tədbirlər zamanı bahalı italyan kostyumlarında, əl işləri ilə bəzədilmiş ipək qalstuklarda, gözəl daranmış saçları ilə görünürdü. Qarşılıqlı sevgi onu 21 yaşında haqlamışdır. Con artıq o zamanlar kifayət qədər məşhur cinayətkar hesab edilirdi. İtalyalı gözəl Cona ilk görüşdən vuruldu və 5 uşaq bəxş edərək onu heç vaxt tərk etmədi. Xanım onun ölüm hadisələrində rolu olduğunu bilsədə heç vaxt onu heç nədə günahlandırmır, hər zaman yolunu gözləmişdir. Hətda cinayət işlərinin birində ərinə dəstək belə nümayiş etdirmişdir. Bir dəfə ortancıl, 12 yaşlı oğlu Frenki ölümcül halda avtobus vurur. Bir müddətdən sonra sürücü itkin düşür və yalnız onun ayağı tapılır. Həyatının son illərini Con Qotti türmədə keçirməli olur. 12 il ərzində geyiminə və zinyət əşyalarına son dərəcədə diqqət göstərən qadın onu ziyarət etməyi dayandırmır. 2002-ci ildə Con Qotti ankoloji xəstəlikdən dünyasını dəyişir. Bu hadisədən sonra Viktoriya ümumiyyətlə ictimayətdə görünmədi.

İqea Lissoni (1921-1958-ci illər) – Laki Luçanonun həyat yoldaşı

İqea Lissoni (1921-1958-ci illər) - Laki Luçanonun həyat yoldaşı

Gecə klublarının rəqqasəsi məxsusi olaraq falçının “sevgini o şəhərdə tapacaqsan” sözündən sonra Kapriyə köçmüşdür. Nəticədə onun həyatının kişisi ABŞ cinayət quruplaşmasının lideri, əslən İtalyan, xanımdan 24 yaş böyük Laki Luçano olmuşdur. İtalyaya deportasiyadan sonra sevgililər Tirren dənizində adaların birində ən yaxşı otelin tam yarısını kirayəliyərək yaşamağa davam etmişlər. Bundan sonra Lakinin cinayət işləri səbəbindən cütlük evlərini tez-tez dəyişmək və gizlənmək məcburiyyətində qaldılar. Laki istənilən qarşıdurmalardan sağ-salamat qurtardığından “bəxtəvər” ləqəbi almışdır. Ancaq xanımı südvəzinin xərçəngi səbəbindən 11 illik münasibətdən sonra dünyasını dəyişir. Qeyri-rəsmi olaraq Nyu-Yorkun sahibi sayılan Laki dörd il sonra ölür. Mafia haqqında kino çəkilişləri üçün rejisorla görüşərkən infakt keçirir.

Alisa Kenni Daymond (1899-1933-cü illər) – Ceqa Leqs Daymondun həyat yoldaşı

Məşhur mafia başçılarının xanımlarıAlisa Kenni Daymond (1899-1933-cü illər) - Ceqa Leqs Daymondun həyat yoldaşı
Ciddi görkəmli xanım öz həyat yoldaşını bütün qəlbi ilə sevirdi. Leqs Daymond cinayət aləmində sözü kçən və güclü cinayətkar hesab olunmasada, Nyu-Yorkun “quru qanunları” zamanı tanınmış butlegerlərdən hesab edilirdi. Özünə məxsus xarizması və geyim tərzi ilə seçilərək səs-küylü tədbirləri sevir və gözəl rəqs edə bilirdi. Alisanın əri mafianın cəngavəri və ya Ceq Centilmen kimi adlandırılırdı. Buna baxmayaraq xanım sakit həyat tərzi keçirirdi. Gangster naməlum şəraitdə otel otağında güllənənərək öldürülmüşdür. Xanım onu o qədər sevirdiki, ölüm günü belə görüşdüyü rəqqasə Marien Kini Robertslə olan münasibətlərini bilib, ərini bağışlamışdır. İki il sonra xanım Bruklində mənzilində güllə yaraları ilə ölü tapılmışdır.

Bonni Elizabet Parker (1910-1934-cü illər) – Klayd Berrounun məşuqəsi

Məşhur mafia başçılarının xanımları
Amerikada baş vermiş böyük depresiya illərində cütlük ən məşhur cinyət cütlüyü hesab edilirdi. Tanışlığa qədər Bonni ərdə, Klayd isə türmədə idi. Klayd ilk dəfə məhs türmədə adam öldürür. 18 yaşında artıq o seyfləri qırır, dükanları oğurlayır, maşın qaçırırdı. Xanım isə aktrisa kimi böyük fantaziyaya sahib olduğundan improvizələr etməyi xoşlayırdı. Bu səbəbdən də oğlanın avantyur hərəkətləri və qəribə naturası qızın çox xoşuna gəlir. Sevdiyinə görə cinayətkar portnyoruna sadiqlik nümayiş etdirir. İki il ərzində 9 polis zabiti öldürür, 12 nəfərdən oğurluq edir. Günlərin birində oğurluq maşınla Klaydın anasına baş çəkməyə gedirlər. Ünvana çatarkən polislərin onları gözlədiklərinin şahidi olurlar. Mətbuatın yazdığına görə baş vermiş atışma zamanı maşının güllə dəyməyən yeri qalmamışdır. Təxmini 500 güllə izi müəyyən olunmuşdur.

Alisa Qranvil (1931-ci ilin şəkli) – Pit Donaxın həyat yoldaşı

Alisa Qranvil (1931-ci ilin şəkli) - Pit Donaxın həyat yoldaşı
Amerikalı aktrisanın çox məhşur şəklidir. Öz əri tərəfindən vurulan iki güllə izini nümayiş etdirir. Xanimin fikrincə bu izlər ona qarşı olan sevginin təsdiqidir. Maraqlısı isə bundan sonra onun ərini haqlı çıxarmasıdır. Belə ki, Donax gecə klublarının birində Alisanı qısqanmış və əsəbindən onu güllələmişdir. Xanım isə fəxr hissi ilə hadisəyə “Bu o deməkdir ki, o məni sevir” deyə şərh vermişdir.

Kişi məşhurlar-plastik cərrahiyyədən sonraMəşhur insanların müxtəlif ölkələrdə heykəlləri

Fikirlərinizi bildirin.