Məşhur ektomorflar. Ektomorf – adətən anadan gəlmə həddindən artıq arıq insanlar adlandırılır. Onlar üçün əzələ kütləsi yığmaq digər bədən quruluşu insanlara nisbətən olduqca ağırdır. Lakin, bu hal heçdə onları həvəsdən salmamalı və idman zallarına getmək həvəsini demotivə etməməlidir. Real faktlar məhs bu bədən quruluşu insanların böyük uğura və nəaliyyətlərə sahib olduqlarını göstərir.
Misal olaraq diqqətinizə ektomorf məşhurların bir neçəsi haqqında məlumatlar çatdırmaq istərdik.
Bruce Lee
Aktyor və döyüş sənəti ustadı. O həyatında az çəkisindən və boyunun alçaq olmasından maksimum şəkildə istifadə edə bilmişdir. Onun sürətli hərəkətlərini bəzən izləmək belə mümkün olmur.
Lionel Messi
Futbolçunu çox vaxt “GOAT” abrevaturası ilə adlandırırlar. (Greatest of all time – bütün dövürlərin ən yaxşısı). Onun az çəkisinin olması və boyunun aşağı olması ona sərf edəcək üstünükdür. Meydanda rahatlıqla bir çox rəqiblərindən yayına bilir.
Brad Pitt
Aktyor ilk dəfə “Döyüş klubu” filmindən sonra məşhurluq qazandı. Filimdən göründüyü kimi bu cür əzələ kütləsinə fərqli bədən quruluşlu insanlar sahib ola bilmirlər.
Vince Taylor
Bodybilder, mister Olimpiya. Onun bədəni ektomorflar arasında ən yaxşı bədən hesab edilir. Düzdü, ilk görünüşdən bu belə görünməyə bilər. Bədənin həcimli görünüşü müasir bodybilderlər arasında anabolik streodlərin çox istifadəsi ilə bağlıdır. Məhs bu səbəbdən aktyorlardan və məşhur insanlardan fərqli olaraq bodybilderlər uzun müddətli məşqlər edirlər və əzələ artımına xüsusi diqqət ayırırlar. Onun biləyinin ölçüsü cəmi 15 santimetr olduğundan bisepsləri çox həcimli hesab olunmur. Bir sözlə heç vaxt Arnold Şvasneqr olmağa ümüd edə bilməyəcək.
Rafael Nadal
Tenisçini öz sahəsi üzrə GOAT adlandırmaq mümkündür. Bununla belə, digər tenisçi ektomorfil həmkarlarına nisbətən daha bədənli görünür.
Maykl Felps
Son illərin ən yaxşı üzgüçüsü hesab edilir. O öz arıq, əzələli, eyni zamanda hündür boylu bədənini gözəl istifadə edə bilmişdir. Digərləri onunla bu sahədə rəqabət apara bilmir.
Michael Jackson
Pop musiqisinin kralı. Bütün dünyada ən çox tanınan rəqqas. Maykılın bədən quruluşu ektomorfdur. Bu bədən quruluşu ona rəqslər zamanı rahatlıq yaradıb, peşəkarcasına görünməyə imkan verirdi.
Usain Bolt
Sprinter. Yer üzünün ən sürətli insanı. Onun ektomorf bədəni, uzun ayaqları onun üstünlüyüdür. Nəticədə yüngül çəki ona sürət verir, onun rəqiblərini çəkindirir.
Sylvester Stallone
Aktyor və rejisor. “Roki” və “Rembo” filimlərindəki rolları ilə unudulmaz insana çevrilmişdir. O bəlkədə özündə eksto-mezo-miksi cəmləyir. Heç vaxt Arnold kimi yüksək əzələ kütləsi yığa bilməmişdir. Lakin, son illərdə testestron, insulin və əzələ həcmi verən vasitələrdən istifadə edərək nəticəyə nail olmuşdur. Uzun müddətli məşqlər və əlavələr nəticəsində ektomorf bədən quruluşu itirilmiş və əlavə çəki yığmışdır.
Hrithik Roshan
Bollivud aktyoru. Təmiz ektomorf kimi ideal bədənə sahibdir. O öz potensialından maksimum istifadə etmişdir. 27 yaşında kino industriyasına qoşulmuşdur. Bu günə qədər uzun müddət bədəni ilə mücadilə aparmışdır.
Vegeterianlığa keçid zamanı bədəndə gedən 7 dəyişiklik, Öz bədən çəkinizlə edilən 15 kardio məşq hərəkəti