Mən arıqlayıram: tarixin dietoloqları və pəhrizləri. Qida sahəsinin ən profesional simaları

“Ömrü uzatmağın ən gözəl yolu – onu qısaltmamaqdır” – deyə Paul Bragg bildirmişdir. Bu bütün dünyada hamı tərəfindən bir mənalı qəbul olunan doğru deyim hesab edilə bilər. Yolları araşdırsaq xeyli sayda vaxt itirib əziyyət çəkmiş olaraq. Yalnız dietoloqlar hələ də arxalarınca milyonlarla insanı apara bilirlər. Bu gün sizə ən çox məşhurluq qazanmış və istifadə olunan dietaların müəlliflərini təqdim etmək istərdik.

Henri Chenot

Henri Chenot – dünyanın ən tanınmış dietoloqlarından biridir. Varlı və məşhur müştərilər onun rəhbərlik etdiyi Palace Merano müalicəvi mərkəzin işsiz qalmasına imkan vermir. Dietoloqun özü isə detoks haqqında kitablar yazır və bütün dünyanı mühazirələri ilə gəzərək dövrə vurur. Chenotun ən əsas məsləhətləri: kofe içməmək (heç bir halda səhər yeməyi zamanı), səhərlər meyvə və yaşıl çaylardan istifadə etmək, nahar zamanı salatlar yemək, axşamlar isə yüngül sup içməkdən ibarətdir.

Paul Bragg

Bragg öz inancalırını böyük pullar gətirən şirkətə çevirməyi bacarmışdır. “Aclığın möcüzəsi” kitabı kifayət qədər böyük tirajla satılmışdır. Bu sahəyə həvəs göstərənlərin sayı milyonlarladır. Eyni zamanda Braggı yalançı gözü ilə görənlər də az deyil. Necə deyərlər, hərənin öz yanaşması mövcutdur.

Paul Braggın məsləhətləri nədən ibarətdir? Bu günki baxış bucağı ilə baxsaq fikirlərdə qəliz heç nə yoxdur – qidada kimyəvi əlavələrdən imtina, yalnız natural qidalardan istifadəyə üstünlüyün verilməsi və əlbətdəki aclıq. Barggın pəhrizinə görə həfdədə bir dəfə 24 saatlıq aclıq saxlanılmalıdır. Onun sözlərinə görə bu bütün orqanizmi toksinlərdən və şlaklardan təmizləyir.

Pierre Dukan

Onun bu sahə üzrə fikirləri “Mən arıqlaya bilmirəm” adlı 10 milyondan artıq nüsxədə satılan kitabında açıqlanmışdır.

Dukan pəhrizi özündə dörd mərhələni birləşdirir. Birinci mərhələdə həfdə ərzində insan çəkisinin üçdə biri qədər artıq yükdən azad olur. İkinci mərhələdə tərəvəzlər və zülalla zəngin məhsullar sayəsində optimal çəki bərpa edilir. Üçüncü mərhələdə yenidən çəki almanın qarşısı alınır (meyvələr, pendirlər, hətda çörək sayəsində). Dördüncü mərhələdə isə müəyyən şərtlər daxilində demək olar ki, hər şeyin yeyilməsinə icazə verilir.

Michel Montignac

Montignac həkim olmayıb. O siyasi elimlər sahəsi üzrə diplom almışdır. Farmaseptik şirkətlərdə çalışmış və pəhrizlərlə maraqlanmışdır. Bu maraqda şəxsi mənafe yer alırdı. “Mən yeyirəm, deməli arıqlayıram” bestsellerində müəllif özü artıq çəkidən əziyyət çəkir və bundan qurtulmağı arzu edirdi.

Hazırlanmış pəhrizin məğzi nədən ibarətdir? Əsas məsələ qlikemik indeksin nəzarətdə saxlanılmasıdır.

İki mərhələ nəzərdə tutulmuşdur. İlk olaraq karbohidratlar aradan qaldırılır. Montignacın fikrincə məhs onlar qanda şəkərin miqdarını artırır. İkinci mərhələdə isə çəkini stabil vəziyyətə gətirmək nəzərdə tutulur. Pəhriz zamanı istifadə edilən qida rasionunda aşağı səviyyədə qlikemik indeks göstəricisi olan məhsullar istifadə edilir: göbələklər, soya, tərəvəzlər, ləpələr, dəniz məhsulları. Heç bir şirniyyatdan, duzdan və ədviyyatlardan söhbət gedə bilməz. Şkolad isə yalnız nadir hallarda – o da yalnız tünd halda. Rejimə əsasən qida sutka ərzində dörd-beş dəfə qəbul edilməlidir. Çay və kofe qəbulunu minimum həddə salıb təbii məhsulları və 2.5 litir su istifadəsinə çalışmaq lazımdır.

Robert Atkins

“Doktor Atkinsin pəhriz çevrilişi” adlı seria əsərlərin müəllifi karbohidratları şər qüvvə hesab edir və zülaldan istifadənin artımını təbliğ edir.

Bu cür yanaşma – yəni çox yemək, buna baxmayaraq arıqlamaq ideası bir çoxlarını məmnun etdi. Atkinsin kitabları olduqa yaxşı satılmağa başladı. 90-cı illərin sonlarında Nyu-Yorkdakı tibb mərkəzindən gəlirləri isə yüz milyon dollara qədər yüksəldi. Lakin, həkimlər Atkinsin pəhrizinə müəyyən qədər şübhə ilə yanaşırlar. Onların fikrincə bu zaman holestrinin miqdarı dörddə br dəfə artar və ürək problemləri yarana bilər. Bu narazılıqlar Nyu-York dietoloqunun fikirlərinə qeyri-ciddi yanaşmağa əsas vermədi və Bradley Pitt, Renée Zellweger bu qaydalara əməl edirlər.

Atkinsin özü isə səsləndirdiyi fikirlərlə uyğunluq təşkil etmirdi. 2003-cü ildə o dünyasını dəyişərkən çəkisi 117-kilo təşkil edirdi.

Jan-Clod Udre

Mən arıqlayıram: tarixin dietoloqları və pəhrizləri

Karl Lagerfeldöz qeyri-adi dəyişikliyinə (42 kiloqram çəki itirməsinə) görə məhs Udreyə borcludur. Udrenin konsepsiyası Spoonlight Method adlanır. Xüsusi əlavələr sayəsində zülal pəhrizinə əsaslanır. Nəticədə aclıq hissi azalmış olur. Dietoluq mütləq şəkildə stress hormonu hesab edilən kartizolun diqqətdə saxlanılması bildirir. Eyni zamanda “ağır ətlərdən” imtinanı və əvəzinə balıq və toyuq ətlərindən istifadəni məsləhət verir.

Dukan pəhrizinin mərhələləri və fiziki hərəkətDukan pəhrizində dəniz məhsulları

Fikirlərinizi bildirin.