Məlumatverici-göstərici nişanlar (maddə 66)

679

Məlumatverici-göstərici nişanlar hərəkətin müəyyən rejimini tətbiq və ya ləğv edir, eləcə də yaşayış məntəqələrinin və başqa obyektlərin yerləşməsi barədə məlumat verirlər.

Bu qrup nişanların müxtəlif fonları vardır. Yaşıl fon avtomagistral, göy fon bütün başqa avtomobil yolları əlaməti deməkdir. Ağ fonu olan 5.22 və 5.23 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu, göy fonu olan 5.24 və 5.25 nişanları yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir. İşarələrin sarı fonu yolun təmir olunan hissələrinin yanından keçmək üçün tətbiq olunur.

Nömrə İşarə Mənası
5.1
Avtomagistral. “Yol hərəkəti haqqında” Qanunun avtomagistralda hərəkət qaydalarına aid tələblərinin qüvvədə olduğu yol (şəkil 1).
5.2
Avtomagistralın qurtaracağı
5.3
Avtomobillər üçün yol. Ancaq avtomobillərin, avtobusların və motosikletlərin hərəkəti üçün təyin olunmuş yol.
5.4
Avtomobillər üçün yolun qurtaracağı
5.5
Birtərəfli yol. Nəqliyyat vasitəsinin hərəkəti bütün en üzrə bir tərəfə təşkil olunmuş yol və ya hərəkət hissəsi (şəkil 2).
5.6
Birtərəfli yolun qurtaracağı
5.7.1
Birtərəfli hərəkət yoluna çıxış. Birtərəfli hərəkət təşkil olunmuş yola və ya hərəkət hissəsinə çıxış (şəkil 4).
5.7.2

5.8.1
Zolaqlarda hərəkət istiqamətləri. Hərəkət zolaqlarının miqdarı və onlarda hərəkətin icazə verilmiş istiqamətləri (şəkil 5,6).
5.8.2
Zolaqlarda hərəkət istiqamətləri. Hərəkət zolağında hərəkətin icazə verilmiş istiqaməti (şəkil 3). 5.8.1 və 5.8.2 nişanlarının kənar sol zolaqdan sola dönməyə icazə verən nişanı həmin zolaqdan geriyə dönməyə də icazə verir. Yolayrıcının qarşısında quraşdırılmış 5.8.1 və 5.8.2 nişanlarının qüvvəsi yolayrıcının bütün ərazisinə şamil edilir (əgər yolayrıcıda başqa tələblərlə digər 5.8.1 və 5.8.2 nişanları quraşdırılmamışdırsa).

5.8.3
Zolağın başlanğıcı. Yoxuşda əlavə zolağın və ya tormozlama zolağının başlanğıcı (şəkil 7). Əgər əlavə zolağın qarşısında quraşdırılmış nişanın üzərində 4.7 “Minimum sürətin məhdudlaşdırlması” nişanı göstərilmişdirsə, belə olan halda əsas zolaqla 4.7 nişanında olan həddə bərabər və ya ondan artıq sürətlə hərəkət edə bilməyən nəqliyyat vasitəsinin sürücüləri əlavə zolağa keçməlidirlər.
5.8.3
Zolağın başlanğıcı. Yoxuşda əlavə zolağın və ya tormozlama zolağının başlanğıcı. Əgər əlavə zolağın qarşısında quraşdırılmış nişanın üzərində 4.7 “Minimum sürətin məhdudlaşdırlması” nişanı göstərilmişdirsə, belə olan halda əsas zolaqla 4.7 nişanında olan həddə bərabər və ya ondan artıq sürətlə hərəkət edə bilməyən nəqliyyat vasitəsinin sürücüləri əlavə zolağa keçməlidirlər.
5.8.4
Zolağın başlanğıcı. Üz zolaqlı yolun eyni istiqamətdə hərəkət üçün təyin olunmuş orta zolağının başlanğıc sahəsi.
5.8.5
Zolağın qurtaracağı. Yoxuşda əlavə zolağın və ya sürətlənmə zolağının qurtaracağı (şəkil 8).
5.8.6
Zolağın qurtaracağı. Üç zolaqlı yolun eyni istiqamətdə hərəkət üçün təyin olunmuş orta zolağının qurtaracağı.
5.8.7
Zolaqlarda hərəkət istiqamətləri. Əgər 5.8.7 nişanının üzərində hər hansı nəqliyyat vasitəsinin hərəkətini qadağan edən nişan göstərilmişdirsə, onda bu nəqliyyat vasitəsinin müvafiq zolaqda hərəkəti qadağandır.5.8.7, 5.8.8 nişanları üç və daha artıq hərəkət zolağı olan yollarda quraşdırılır.

5.8.8

5.9
Marşrut nəqliyyat vasitələri üçün zolaq. Nəqliyyat vasitəsinin axını ilə eyni istiqamətdə hərəkət edən və ancaq ümumi istifadədə olan nəqliyyat vasitəsinin hərəkəti üçün təyin olunmuş zolaq. Nişanın qüvvəsi onun üzərində yerləşdirildiyi zolağa şamil edilir. Yoldan sağda quraşdırılmış nişanın qüvvəsi yolun sağ zolağına şamil edilir (şəkil 9).
5.10.1
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yol. Bütün nəqliyyat vasitələrinin axınına qarşı ümumi istifadədə olan nəqliyyat vasitəsinin hərəkəti üçün xüsusi olaraq təyin edilmiş hərəkət zolağı olan yol.
5.10.2
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış
5.10.3
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış
5.10.4
Marşrut nəqliyyat vasitələri üçün zolağı olan yolun qurtaracağı
5.11.1
Geriyə dönmə yeri. Dörd və daha çox hərəkət zolağı olan ikitərəfli yolda geriyə dönmək üçün yer (şəkil 10).
5.11.2 Geriyə dönmə yerinin zonası. Geriyə dönmə sahəsinin uzunluğu.
5.12
Avtobusun və ya trolleybusun dayanacaq yeri
5.13
Tramvayın dayanacaq yeri
5.14
Minik taksilərinin dayanacaq yeri
5.15
Duracaq yeri (şəkil 11).
5.16.1
Piyada keçidi. Piyada keçidində 1.14.1 və ya 1.14.2 nişanlanması olmadıqda 5.16.2 nişanı yolun sağında, keçidin yaxın sərhədi qarşısında, 5.16.1 nişanı isə yolun solunda, keçidin uzaq sərhəddində quraşdırılır.
5.16.2

5.17.1
Yeraltı piyada keçidi
5.17.2
Yeraltı piyada keçidi
5.17.3
Yeraltı piyada keçidi
5.17.4
Yeraltı piyada keçidi
5.18
Tövsiyə edilən sürət. Yolun müəyyən edilmiş sahəsində tövsiyə edilən sürət. Bu nişanın qüvvəsi yolun birinci yolayrıcına kimi olan sahəsinə şamil edilir, 5.18 nişanı xəbərdarlıq nişanı ilə birgə quraşdırıldığı hallarda isə təhlükəli sahənin uzunluğu ilə təyin edilir (şəkil 12).
5.19.1
Dalan. Davamı (ardı) olmayan yol.
5.19.2
Dalan. Davamı (ardı) olmayan yol.
5.19.3
Dalan. Davamı (ardı) olmayan yol.
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.1
İstiqamətlərin ilkin göstəricisi
5.20.2
İstiqamətlərin ilkin göstəricisi
5.20.3
Hərəkət sxemi
5.21.1
İstiqamət göstəricisi
5.21.2
İstiqamət göstəricisi
5.22
Yaşayış məntəqəsinin baçlanğıcı (yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin tətbiq olunduğunu göstərir) (şəkil 13).
5.23
Yaşayış məntəqəsinin qurtaracağı (şəkil 13).
5.24
Yaşayış məntəqəsinin başlanğıcı (yaşayış məntəqələrində hərəkət qaydalarını tənzimləyən müvafiq tələblərin bu yolda tətbiq olunmadığını göstərir) (şəkil 14)
5.25
Yaşayış məntəqəsinin qurtaracağı (şəkil 14).
5.26
Obyektin adı. Obyektlərin (çay, göl, keçid, küçə, tarixi abidələr və s.) adını və yerinin bildirir.

5.27
Məsafələr göstəricisi. Marşrut üzrə yerləşmiş yaşayış məntəqələrinə kimi olan məsafələri (km) göstərir.
5.28
Killometr göstəricisi. Yolun başlanğıcına və ya qurtaracağına kimi olan məsafəni (km) bildirir. Yolun hər kilometrindən bir quraşdırılır (şəkil 15).
5.29.1
Marşrut nömrəsi. Yola (marşruta) verilmiş nömrə (5.29.1) yolun (marşrutun) əvvəlində qoyulur və hər 15-20 km-dən sonra təkrarlanır, 5.29.2 nişanı yolun (marşrutun) nömrəsini və istiqamətini göstərir – yolayrıcıların qarşısında quraşdırılır.

5.29.2
Marşrut nömrəsi və istiqaməti. Yola (marşruta) verilmiş nömrə (5.29.1) yolun (marşrutun) əvvəlində qoyulur və hər 15-20 km-dən sonra təkrarlanır, 5.29.2 nişanı yolun (marşrutun) nömrəsini və istiqamətini göstərir – yolayrıcıların qarşısında quraşdırılır.

5.30.1
Yük avtomobilləri üçün hərəkət istiqaməti. Yolayrıcında yük avtomobillərinin, traktorlar və özügedən maşınların hərəkəti hər hansı bir istiqamətdə qadağan edildikdə, bu nişanlar onların hərəkətinin məsləhət görülən istiqamətini bildirirlər (şəkil 16).
5.30.2

5.30.3

5.31
Kənardankeçmə sxemi. 5.31-hərəkət üçün müvəqqəti bağlı olan yol sahəsinin kənardankeçmə sxemini, 5.32.1-5.32.3 nişanları isə kənardan keçmənin istiqamətini bildirir (şəkil 17).
5.32.1
Kənardankeçmə sxemi. 5.31-hərəkət üçün müvəqqəti bağlı olan yol sahəsinin kənardankeçmə sxemini, 5.32.1-5.32.3 nişanları isə kənardan keçmənin istiqamətini bildirir.
5.32.2

5.32.3

5.33
Stop-xətt. Svetoforun (nizamlayıcının) qadağan siqnalında nəqliyyat vasitəsinin dayandırılma yerini bildirir.
5.34.1
Başqa işlək hissəyə yerdəyişmənin ilkin göstəricisi. Ayırıcı zolaqlı yolun hərəkət üçün bağlı olan hərəkət hissəsi sahəsinin kənardankeçmə və ya sağ hərəkət hissəsinə qayıtmaq üçün hərəkət istiqamətlərini göstərir.
5.34.2

5.35
Qarşılıqlı hərəkət. Bir və ya bir neçə hərəkət zolağında hərəkətin əks istiqamətdə dəyişməsi mümkün olan yolun başlanğıcı (şəkil 18).
5.36
Qarşılıqlı hərəkətin qurtaracağı
5.37
Qarşılıqlı hərəkət yoluna çıxış (şəkil 18).
5.38
Küçənin istiqaməti
5.39
Kəsişmə yoluna xəbərdaredici və ya qadağanedici nişanlar
5.40
Durmaq qadağandır zonası
5.41
Durmaq qadağandır zonasının qurtaracağı
5.42
Müəyyən vaxtda durmaq qadağandır zonası
5.43
Müəyyən vaxtda durmaq qadağandır zonasının qurtaracağı
5.44
Duracaq zonası
5.45
Duracaq zonasının qurtaracağı
5.46
Maksimal sürətin məhdudiyyəti zonası
5.47
Maksimal sürətin məhdudiyyəti zonasının qurtaracağı
5.48.1
Qəza dayanacağı yeri
5.48.2
Qəza dayanacağı yeri
5.49.1
Qəza çıxışlarının istiqaməti və məsafəsi (şəkil 19).
5.49.2
Qəza çıxışlarının istiqaməti və məsafəsi (şəkil 19).
5.49.3
Qəza çıxışlarının istiqaməti və məsafəsi (şəkil 19).
5.50.1
Avtomagistralda çıxış yerinə qədər məsafə (şəkil 20).
5.50.2
Avtomagistralda çıxış yerinə qədər məsafə (şəkil 20).
5.50.3
Avtomagistralda çıxış yerinə qədər məsafə (şəkil 20).
5.51
Yaşayış zonası (şəkil 21).
5.52
Yaşayış zonasının qurtaracağı
5.53
“Daimi sağdandönmə” nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur.

5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonanın başladığı yerdə, 5.41, 5.43, 5.45, 5.47 yol nişanları həmin zonanın qurtardığı yerdə quraşdırılır. 5.40, 5.42, 5.44, 5.46 yol nişanları müvafiq zonada yerləşən bütün yollarda qüvvədə olur.

Qəza dayanacağı yerləri təcili rabitə telefonu və ya yanğınsöndürənlə təchiz edildikdə 5.48.1 və 5.48.2 “Qəza dayanacağı yeri” yol nişanlarının aşağı hissəsində müvafiq olaraq 6.17 və 6.18 yol nişanları quraşdırılır.

5.49.1, 5.49.2 və 5.49.3 yol nişanları tunellərdə maksimum 50 metr bir-birindən aralı olmaqla 1-1,5 metr hündürlükdə yan divarlarda quraşdırılır və qəza çıxışlarının istiqamətini və məsafəsini göstərir (şəkil 19).

5.50.1, 5.50.2 və 5.50.3 yol nişanları avtomagistraldan çıxış yerlərinədək olan məsafəni göstərir.

5.53 “Daimi sağadönmə” nişanı svetoforla nizamlanan yolayrıcında daimi sağa dönməyə icazə vermək məqsədilə tətbiq olunur.

Avtomobilin idendifikasiya nömrəsi (VIN nömrəsi)Avtombil (Elektrik) – Avtomobil Akkumulyatorunun Təchizi

Əvvəlki məqaləÜstünlük nişanları (maddə 63)
Növbəti məqaləZərərlilik dərəcəsinə görə atışdırmaların siyahısı

Fikirlərinizi bildirin.