Mələk numeralogiyası – təkrarlanan rəqəmlər nə deməkdir?

247
Mələk numeralogiyası – təkrarlanan rəqəmlər nə deməkdir 2

Mələk numeralogiyası – təkrarlanan rəqəmlər nə deməkdir? Tez-tez yolda hərəkətdə olarkən təkrarlanan maşın seriya nömrələri görürsünüz? Yoxsa, tez-tez saata baxıb saat 10:10 olmasını güdürsünüz? Bu sadəcə bir təsadüfdür, yoxsa nəyəsə işarə?

Numeralogiyaya görə həyat təkrarlanan rəqəmləri bizim qarşımıza əbəs yerə çıxarmır. Bir çox mütəxəsislər də məhs bu səbəbdən ardıcıl və ya təkaralanan rəqəmləri mələk rəqəmlər adlandırırlar.

Mələk rəqəmlər hansılardır?

Təkrarlanan rəqəmlər (misal olaraq 111) və ya xüsusi qanunauyğunluqla ardıcıl düzülmüş rəqəmlər (misal olaraq 1234) numeroloqların fikrincə xüsusi məna daşıyır. Hər dəfə siz həyatınızın önəmli anında bu kimi uyğunluqla rastlaşarkən və seçim qarşısında qərar qəbul etməli olduqda bu işarəni müsbət qəbul edirsiniz. Şüuraltı olaraq qarşılaşdığınız mənzərənin sizə uğur gətirəcəyini düşünürsünüz.

Rəqəmlərin mənası

Numeralogiyaya görə hər bir rəqəmin öz mənası vardır. Mələk rəqəmləri sizin düzgün yolda olmağınıza bir işarətdir. Bu an ərzində həyatınızda baş verənlər əbəs yerə deyildir. Qarşılaşdığınız ardıcıllıq fərqli yozula bilər.

1.

Bir rəqəminin təkrarlanması – bir növ dəstək mənasını verir. Siz həyatınızın yeni fazasına daxil olub özünüzü təkmilləşdirirsiniz. Bu halda özünə inam, sizə yol göstərən insanlara güvən və sizə dəyərli insanlara xüsusi hörmət olduqca vacib məsələdir.

2.

İki rəqəminin təkrarlanması – hər hansısa yaxınlığa işarədir. Bu həm yeni başlanğıc, həm də yeni münasibətlər deməkdir. İkilərin çoxluğu yeni münasibətlər üçün özünüzü hazırlamağın vaxtının çatdığı mənasına gəlir.

3.

Üç rəqəminin təkrarlanması – öz intiutsiyanıza güvənməli olduğunuz və bildiyiniz kimi hərəkət etməyin gərəkli olması mənasına gəlir. Bu qərarlarınızın üzərində ciddi cəhdlə dayanmaq, həyatda istəklərinizi dəqiq bilib, tələb etməyin vacibliyi deməkdir.

4.

Dörd rəqəminin təkrarlanması – Biraz gecikmək, ertələmək gərəklidir. Rəqəm öz fundamental dəyərləriniz haqqında düşünməyi məsləhət görür. Təkrarlanan dördlük köhnə işlərin yekunlaşması və balans axtarışı deməkdir.

5.

Beş rəqəminin təkrarlanması – trasnformasiyanın simvolu. Həyatınızda baş verən dramatik hadisələr haqqında narahatsınız və ya yaxın zamanda narahat olacaqsınız. Siz sadəcə baş verənləri qəbul etməlisiniz.

6.

Altı rəqəminin təkrarlanması – fərqli yanaşmaya sahibdir. Onu çox zaman şeytan əməli ilə də (666) qarışdırırlar. Lakin, bu belə deyil. Cavablar axtarışında olarkən kənara, ətrafa çox baxmayın. Cavabları özünzdən kənarda deyil, daxilinizdə görmək gərəklidir. Özünüzə gəlin, biraz yavaşlayın və nəfəs alın.

7.

Yeddi rəqəminin təkrarlanması – yeddilər mənəvi və ezoterik hislərə aitdir. Bu sizin daxili aləminizin aktivləşməsinə işarədir.

8.

Səkkiz rəqəminin təkrarlanması – həyatınızda hansısa dəyərli siklin başa çatması mənasına gəlir. Artıq buraxmağın və gedişata güvənməyin zamanıdır.

9.

Doqquz rəqəminin təkrarlanması – artıq əvvəlki səviyyəni geridə qoymusunuz. Yeni pilləyə uyğun hərəkət edin. 9 rəqəmi təhsil almaq, dərs demək, örgənmək məsələlərində olduqca düşərli işarə hesab edilir.

10.

On rəqəminin təkrarlanması – numeralogiyada hər bir rəqəm ayrılıqda yozulur. Ona görə də, 10 rəqəmi bir və sıfır kimi anlaşılmalıdır. Lakin, önəmli rəqəm olduğundan bacarıq və hansısa işin uğurlu sonluğu kimi də qəbul olunur. Təkrarlanan 10 rəqəmini görmək sizin olmalı olduğunuz yerdə olduğunuz mənasına gəlir. Siz hər şeyi düzgün edirsiz. Xoş xəbərlər tezliklə sizin də qulağınıza çatacaq.

11.

Siz bildirnizmi ki, 11:11 olduqca düşərli işarədir. 11 mələk rəqəmləri arasında ən çox rast gəlinəndir. Yeni mənəvi zirvələrin fəth edilməsi mənasına gəlir.

Bu rəqəmləri görürəmsə nə etməliyəm?

Siz sadalanan mələk numeralogiyasından olan rəqəmlərin hər hansı birini gördükdə doğru oyolda olduğunuzu anlaya bilərsiniz. İşarələr sizin yuxarı güclərlə yaxşı münasibətdə olduğunuz anlamına gəlir. Sadəcə işarələrə inanmaq gərəklidir.

Xalqların və kütlənin psixologiyası- Gustave Le BonBu bürc nümayəndələrini aldatmaq mümkün deyil

Əvvəlki məqaləQızlardan ayrılandan sonra oğlanlara keçid alan məşhurlar
Növbəti məqaləKişi altgeyimlərinin hansı daha ziyanlıdır?

Fikirlərinizi bildirin.