Məcburi hərəkət istiqaməti nişanları (maddə 65)

154

Məcburi hərəkət nişanları sürücülərə nəqliyyat vasitələriin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini, müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir.

Nömrə İşarə Mənası
4.1.1
Düzünə hərəkət. Nişan yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir (şəkil 1, 2, 3, 4, 5, 6). Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir (şəkil 3).
Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.
Nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir (şəkil 1, 3 , 4). Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir (şəkil 5).
4.1.2
Sağa hərəkət. Nişan yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir (şəkil 1, 2, 3, 4, 5, 6). Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir (şəkil 3).
Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.
Nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir (şəkil 1, 3 , 4). Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir (şəkil 5).
4.1.3
Sola hərəkət. Nişan yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir (şəkil 1, 2, 3, 4, 5, 6). Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir (şəkil 3).
Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.
Nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir (şəkil 1, 3 , 4). Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir (şəkil 5).
4.1.4
Düzünə və ya sağa hərəkət. Nişan yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir (şəkil 1, 2, 3, 4, 5, 6). Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir (şəkil 3).

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.
Nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir (şəkil 1, 3 , 4). Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir (şəkil 5).

4.1.5
Düzünə və ya sola hərəkət. Nişan yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir (şəkil 1, 2, 3, 4, 5, 6). Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir (şəkil 3).
Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.
Nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir (şəkil 1, 3 , 4). Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir (şəkil 5).
4.1.6
Sağa və ya sola hərəkət. Nişan yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir (şəkil 1, 2, 3, 4, 5, 6). Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir (şəkil 3).

Nişanın qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir.

Nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir (şəkil 1, 3 , 4). Yol sahəsinin başlanğıcında qurulmuş 4.1.1 nişanı ən yaxın yolayrıcına qədər qüvvədə olur. Bu nişan həyətlərə və yola bitişik digər ərazilərə girmək üçün sağa dönməyi qadağan etmir (şəkil 5).

4.2.1
Maneəni sağdan keçmə. Maneəni ancaq bu nişanlarda göstərilmiş istiqamətlərdə keçməyə icazə verilir.
4.2.2
Maneəni soldan keçmə. Maneəni ancaq bu nişanlarda göstərilmiş istiqamətlərdə keçməyə icazə verilir (şəkil 6).
4.2.3
Maneəni sağdan və ya soldan keçmə. Maneəni nişanda göstərilmiş istiqamətlərin hər biri ilə keçməyə icazə verilir.
4.3
Dairəvi hərəkət. Ancaq oxlarla göstərilmiş istiqamətdə hərəkətə icazə verilir.
4.4
Minik avtomobillərinin hərəkəti. 4.4 nişanı minik avtomobillərinin, avtobusların, motosikletlərin və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərinin hərəkətinə icazə verir. Bu nişan işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə həmin sahədə yaşayan vətəndaşlara xidmət edən və ya məxsus olan digər nəqliyyat vasitələrinin hərəkətinə də icazə verir. Belə hallarda nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın yolayrıcından girib-çıxmalıdırlar.
4.5
Velosiped zolağı. Ancaq velosipedlərin və mopedlərin hərəkətinə icazə verilir. Səki və ya piyada keçidinin olmadığı yerlərdə velosiped zolağında piyadalar da hərəkət edə bilər.
4.6
Piyada zolağı. Ancaq piyadaların hərəkətinə icazə verilir.
4.7
Minimum sürətin məhdudlaşdırılması
4.8
Minimum sürətin məhdudlaşdırıldığı zonanın qurtaracağı
4.9.1
Təhlükəli yükü olan nəqliyyat vasitələrinin hərəkət istiqaməti. “Təhlükəli yük” tanınma nişanı ilə işarələnmiş nəqliyyat vasitəsinin hərəkətinə ancaq nişanda göstərilmiş istiqamətdə icazə verilir: 4.9.1 -sola, 4.9.2 – düzünə, 4.9.3 – sağa.
4.9.2

4.9.3

Qeydiyyat nişanlarının seriyaları və rayonlar arasındakı məsafələrAvtombil (Yoxlanış) – Nəqliyyat vasitəsinin identifikasiyasını yoxlamaq

Əvvəlki məqaləKişilərin qadın sinəsini sevməsinin səbəbləri
Növbəti məqaləBulling – niyə kişilər bir-biriləri ilə kobud zarafatlaşmaqdan zövq alırlar?

Fikirlərinizi bildirin.