Lionel Messi həyat qanunları. 33 yaş, Rosario, Argentina — Argentina futbolçusu.

Mənim əvəzimə — mənim ayaqlarım danışır.

Mən nə edirəm? — mən futbol oynayıram. Futbol isə mənim sevdiyim oyundur.

12 yaşımdan etibarən Barselonada yaşayıram — buna baxmayaraq bir çox argentinalıların düşündüyü kimi, argentinalı olmağı tərgizməmişəm.

Mən Pele, Maradona və ya Di Stefano (“Ral Madrid”-də oynamış argentinalı-ispan futbolçu) kimi çempionlara çox hörmətlə yanaşıram — ancaq indi məni onlarla eyniləşdirməklərini istəmirəm. Bu haqda mən təqaüdə çıxarkən danışarıq.

Uşaqlığımdan bəri çox sakit həyat tərzi sürürəm — bütün zamanımı futbola həsr edirəm. Uşaq olarkən dostlarım hər zaman məni gəzintiyə çağırırdılar. Ancaq, nadir hallarda onlarla gedirdim. Blirdimki, sabah səhər mənim məşqim var. O gündən bu günə heçnə dəyişməyib. Dostlarım harasa gedərkən məni çağıranda, mütləq evdə qalıram.

Özünü fəda etmək və istedat — hər zaman birlikdə addımlayır.

Həyat daha gözəl olardı — hər gün yeni nəsə örgənə bilsəydim.

Yaxşı olmağın əlehinə deyiləm — yalnız özümü dahi pozisiyasından tənqid etmək üçün buna razı ola bilərəm.

Öz uğrlarımı heç nə ilə ölçmürəm — Dünən baş verənlər dünəndə qaldı. Sabah olacaqlar haqqında düşünmək gərəklidir. Həyatım olub-keçmişlər haqqında düşünmək üçün həddindən artıq sürətlə keçir. Təqaüdə çıxan zaman keçmiş haqqında düşünərəm.

Mükafatlar — gözəldir. Ancaq o məni yox, jurnalistləri maraqlandırmalıdır.

Vurduğum ən gözəl qolu deyə bilmərəm — Qollar haqqında hər zaman gözəl olub-olmaması kimi yox, gərəkli olub-olmaması kimi düşünmüşəm. Final zamanı vurulan qollar hər zaman önəmlidir.

Bütün oyunları eyni şəkildə oynayıram — hər oyun mənim üçün final kimidir.

Bir dəfə oyundan sonra mənə “Arsenal”-ın oyunçularından biri yaxınlaşdı — mənimlə eyni meydançada oyunamağın onun üçün şərəf olduğunu bildirdi. Mən isə düşündüm “İlahi bunu indicə uduzmuş komandanın oyunçusu söyləyir”.

Həyatda daha önəmli məsələlər var — bu uduzub-uduzmamaqdan daha önəmlidir.

Ata olmaq — bütün baş verənlərə fərqli baxışla baxmağa başlamaqdır. Dünən sənin milyon qədər vacib işlərin var idi, bu gün isə ən önəmlisi sənin oğlun olur.

Elə vaxt gəlir ki, özünə deməlisən — heç kim daim qələbə qazana bilməz.

Lionel Messi həyat qanunları

Pullar məni daha yaxşı oynamağa məcbur etmir — Hələdə mən özümü uşaq kimi hiss edirəm. Anamdan topun icazəsini alaraq bayırda oynamağa qaçıram. Günləin bir günü bu hiss məndə itsə, həmin an futbolu buraxacam.

Haçansa mənə profesional futbolçu kimi pul ödəməyi dayandırsalar — mən yenədə eyni həvəslə futbol oynayacağam. Pullar əlbətdəki həyatı daha komfortlu edir. Ancaq bunlar məni ilhamlandıran şeylər deyil. Mən futbol oynamaq üçün həyatda yaşayıram, şəxsi ekonomik göstəricilərimi nümayiş etdirmək üçün deyil.

Mənə maraqlı saç düzümü və ya gözəl bədən gərəkli deyil — sadəcə ayaqlarıma top atın və bacardıqarımı sizə nümayiş etdirim.

Fikrimcə Ronaldo heyratamizdir — burda heç bir paxıllıqdan söhbət gedə bilməz. Əgər Ronaldo mövcud olmasaydı, mən onu üstələməyə can atmazdım. Bu isə yerimdə sayacağım anlamına gəlir.

Həyatın ən kədərli günü — bundan sonra yaxşı ola bilməyəcəyini anladığın gündür.

Mən daha çox yaxşı insan olmaq narahatlığını yaşayan biriyəm — bu mənə futbol dünyasında yaxşı olmaqdan daha üstündür. Əks halda koryeram bitdiyi vaxt mənim heç nəyim qalmaz. Yaxşı oğlan kimi xatirələrdə qalmaq mənə çox xoş olardı.

Hələdə üzərində işləməli olduğum məsələlər var — misal olaraq, həm sağ, həm də sol ayağımla eyni səviyyədə yaxşı oyanamaq istəyirəm.

Argentina — yalnız Messi demək deyil.

Diego Maradona həyat qanunlarıDavid Beckham həyat qanunlarıGianni Versace həyat qanunları

Fikirlərinizi bildirin.