Lev Tolstoy həyat qanunları

724
Lev Tolstoy həyat qanunları

Lev Tolstoy həyat qanunları. Yazıçı 1910-cu ilin 20 noyabr tarixində 82 yaşında dünyasını dəyişmişdir.

Sevinmək! Sevinmək! Həyatın məqsədi sevincdir – Səmaya bax və sevin, günəşə, ulduzlara, ota, ağaclara, heyvanlara, insanlara bax və sevin. Bu sevinci pozmaq sənin nə zamansa səhvə yol verməyin deməkdir. Bu yanlışlığı axtar və düzəltməyə çalış.

Dürüst yaşamaq üçün – mücadilə etmək, can atmaq, döyüşmək gərəklidir. Hər zaman buraxmaq, məhrum olmağa hazır olmaq lazımdır. Sakitlik isə ruhi yalandır.

Bütün düşüncələrim – bütün yanlışlıq etmiş insanların bir-biriləri ilə əlaqəli olmasındadır. Təmiz və dürüst insanlarda bu cür edərək birləşməlidirlər.

Yalnız ehtiras səbəbindən evlənmək mümkündür – əgər bu evlilik düşüncəyə əks getmirsə. Yalnız dşüncə ilə evlənmək isə düzgün deyil.

Vilgelm II ((1859-1941) Almaniyanın sonuncu imperatoru) deyir – “Qadın üçün Kirche, Küche, Kinder (kilsə, mətbəx, uşaq (almanca)) olmalıdır”. Mən isə deyirəm: “Vilqelm qadına həyatda bütün önəmli seyləri verdi. Bəs kişiyə nə qalır?”.

Sevdiyin insandan məktub alarkən ən az bilmək istədiyin şey – onun olanlara münasibətindənsə həqiqətdə nə baş verdiyini bilməkdir.

Mənim üçün ölümün eyni zamanda bir yaranış olması fikri paradoks kimi görünmür – ölümdə də yaranışdakı kimi eyni hallar baş verir.

Hər bir böyük istedadın eyni xüsusiyyətləri vardır – sadəlik, ciddilidir, özünə inanmaqdır. Məhs bunlar böyüklyü müəyyən edir.

Uşaqlar – təmizdirlər. Allahdan gəlirlər. Sonradan biz biraz pozuluruq, sonra isə hamımız bir az düzəlirik.

Öz xalqına qarşı təbii yaxınlıq mövcutdur – məndə bu ruslara qarşıdır. Ancaq mən rus yox, xristian olmağa çalışıram.

Əgər insanlar sizə – gələcək həyat üçün yaşamaq lazımdır fikrini örgətməyə çalışarlarsa, onlara inanmayın.

Bu yaşımda, 80 yaşımda – mənə tam aydındır ki, mən allahın kiçik silahıyam. Onun məqsədlərinin yerinə yetməsi üçün. Qarşımda getdikcə daha çox iş görürəm, gücüm isə azalır. Bu səbəbdən də başımı qata biləcək şeylərdən və insanlardan qaçmalıyam. Öz gücünü ciddi cəhdlə qorumağa çalışıram.

Yaxşı düşünə bilən kimi görünən insanlar var – ancaq onların öz düşüncələri yoxdur. Onlar fikirləri kitablardan götürürlər. Bəzilərinin isə özlərində nəsə var, ancaq düşünməkdə çətinlik çəkirlər. İkincilərə daha çox üstünlük verirəm.

Tezliklə elə bir vaxt gələcək ki, mən heç kimə cavab verməyəcəm – mənası yoxdur. Məsləhət istəyirlər. Lakin belə bir zarafat mövcutdur: “Məsləhəti ona görə istəyirlər ki, ona riayət etməsinlər”.

Dəfələrlə vurulduğum, sevdiyim zamanlar olub – ancaq deyə bilərəm ki, sevgi haqqında heç vaxt düşünmürəm. Dostluq, insanlara münasibət, ovla bağlı çox düşüncələrim olur, ancaq aşiqlik və sevgi haqqında açıq deyirəm ki, düşünmürəm. Ola bilsin ki, bu önəmsiz məsələdir.

Heç kim heç vaxt – sadə yaşadığını danışmayıb.

Coco Chanel həyat qanunlarıBarack Obama həyat qanunları

Fikirlərinizi bildirin.