Lamborghini üçün materialları artıq astronavtlar hazırlayacaq. İtaliya şirkəti Lamborghini ucuz avtomobillərin istehsalına boş zaman itirmək fikrində deyil. Şirkət daha çox bahalı idman modelləri üzərində işləməyi üstün tutur. Misal üçün, Massaçut texnalogiya inistitunun araşdırmaları artıq 2016-cı ildən etibarən şirkətin maşınları üçün kompozit materiallar hazırlanmaqla bağlı razılaşmaya gəlmişlər. Nəticədə avtomobillər daha yüngül və daha dözümlü olmalıdır. Son məlumatlara əsasən bu hədəfə nail olmaq üçün birgə əməkdaşlığa Beynəlxalq Kosmik stansiyanın ekipaj üzvləri belə qoşulmuşdur.

Lamborghini üçün materialları artıq astronavtlar hazırlayacaq

Lambordghini materiallarını kosmosda test edən ilk avtomobil istehsalı şirkəti olmağı bacarmışdır.

Carscoops nəşrinin məlumatına görə şirkət kömür-plastikinin daha yüngül və dayanaqlı formasını yaratmağa çalışır. Məhs bu material brendin sportcar modellərində aktiv istifadə ediləcək. Məhsulun əsas elementləri carbon və kömür lifləri olduğundan şirkət nümunələri Beynəlxalq Kosmik stansiyaya göndərərək ekstrimal şərtlər daxilində yoxlamalar həyata keçirmək istəyindədir. Test araşdırma ilk olaraq alı ay ərzində yuxarıda, sonra isə yerdə davam etdiriləcək.

Beləliklə şirkət stansiyaya cəmi beş nüsxə nüsxə kömür lifindən ibarət nümunə göndərmişdir. Bunlardan biri artıq Lamborghini Huracan Performate modelinin istehsalında istifadə edilir. Bu material qısa iplərdən ibarətdir. Digər nüsxə isə 3D-printerində çap edilmiş, keyfiyyət baxımdan alimunumdan seçilməyən uzun iplərdən hazırlanmış materialdır. Seçimlər edilərkən yüksək sıxlığa malik olmasına baxmayaraq maksimum yüngül çəkiyə malik olması prinsipləri əsas götürülmüşdür.

Lamborghini üçün materialları artıq astronavtlar hazırlayacaq

Göndərilən bütün materiallar kosmosda -40 dərəcədən +200 dərəcəyə qədər tempratura məruz qalacaqdır. Sınaqlar zamanı eyni zamanda yüksək günəş şüalanması və digər kosmik təsirlər nəzərə alınmış, təcrübə siyahısına salınmışdır. Yekunda yerə göndərilən zaman sınağın nəticələri araşdırılacaq, fiziki və kimyəvi təsirlər müəyyən edilərək araşdırılacaqdır. Çox güman ki, mütəxəsislər tərəfindən yekunda kömür-plastikin yeni variantları kəşf edilib, indiki seçimlərdən daha üstün nəticələr əldə ediləcəkdir.

Araşdırma aparan mütəxəsislər əmindirlər ki, kömür-plastik materialının yeni formaları gələcəkdə tibb sahəsində protezlərin istehsalında və sağlamlıq göstəricilərini hesablayan avadanlıqlarda geniş istifadə ediləcəkdir. Hal-hazırda isə sözü gedən materiallardan kosmik-raket texnikasında, təyyarələrdə, hətda musiqi alətlərinin hazırlanmasında uğurla istifadə edilir.

Avtomobillər haqqında 15 maraqlı faktAvtomobilinizdə ideal təmizliyi təmin edəcək 14 hiylə

Fikirlərinizi bildirin.