Lady Godivanın kəndlilər üçün alçalmağa razılaşması

486

Lady Godivanın kəndlilər üçün alçalmağa razılaşması. Lady Godivanın dastanı illər boyunca bir çox rəssamları və şairləri ilhamlandırmışdır. Nəticədə olduqca fərqli və ecazkar sənət əsərləri meydana gəlmişdir. Xanımın hərəkəti kilsələrin idarəetmə dövründə olduqca fövqaladə hadisə hesab edilir.

Lady Godiva dastanı

Dastana əsasən səmimi və açıq ürəkli Godiva bütün Avropada öz gözəlliyi ilə tanınırdı. Onun əri, böyük gücə sahib qraf Leofrik Mersiya vilayətinin sahibi idi. Müasir ingilis ərazisində 7 vilayətin cəmləndiyi zamanlarda ailə anqlosanson heptarxiyasının ən ali üzvü hesab edilirdi. İnsanların düşdükləri çətin vəziyyətlə çox da hesablaşmırdı. Dövlətin hərbi gücü üçün byük pullara ehtiyacı yarandığı zaman o adi vətəndaşların hesabına dövlət büdcəsini böyütmək qərarına gəlir.

1040-cı ilin 8 iyul səhərində Koventri şəhərinin sakinlərini zənglərin səsi yuxudan oyadır. Beləliklə, narazı və qəmgin kəndlilər vergilərin artımından məlumatlı olurlar. İnanların onsuzda çətin həyatları ümumiyyətlə dözülməz hal alır.

Bu hal belə də davam edəcəkdi. Lakin, Koventrinin özündən anadan olmuş lady Godiva bunun qarşısını almağa çalışır.

Qadın qalaya, öz ərinin yanına qalxır və vergiləri qaldırmamağı, insanlara rəhm göstərməsini xahiş edir. Verglərin artımını uşaqların acından ölməsinə səbəb olacağını bildirir.

Lady Godivanın kəndlilər üçün alçalmağa razılaşması

Leofrik əslən vikinglər nəslindən olduğundan dəfələrlə qanlı döyüşlərdə iştirak etmiş və nəticədə uşaqlarla bağlı yalvarışlardan yumşalmayan bir insana çevrilmişdir. Ona sadəcə pul lazım idi. Nəticə onun marağında deyildi.

Uzun söhbətlərdən və narazılıqlardan sonar qraf lady Godivanın qarşısına şərt irəli sürür: əgər o lüt halda şəhərdə at belində hərəkət edərsə, o zaman fikrini dəyişər.

Bəs nəyə görə bu şərt imkansız hesab edilirdi? Çünki, Godiva öz gözəlliyi ilə yanaşı kilsəyə sadiqliyi, geniş qəlbi və ürəkaçıqlığı ilə sevilirdi.

Digər tərəfdən isə o rahibə idi. Eyni zamanda unutmaq lazım deyil ki, o zamanlar kilsə təklikdə belə insanın tam soyunmasına qadağa qoymuşdur. Məhs bu sbəbdən də orta əsirlərdə insanlar geyimlə yatırdılar.

Vəziyyətin bu şəkildə formalaşması səbəbindən lady Godivanın hərəkəti bir qəhrəmanlıq hesab edilir. Xalqın və ac qalan uşaqların xətrinə o unudulmaz başıaşağılığı qəbul etməli olur.

Xanım şərtlə razılaşdığını əri Leofrikə birldirərkən qrafı olduqca təəcübləndirmiş olur.

Tez bir zamanda məsələ bütün şəhər camaatına agah olur. Və insanlar rəhimli ladylərinə qarşı birlik göstərməyi qərarlaşdırırlar. 1040-cı ilin 10 iyul tarixində tamamı ilə geyimsiz olan lady Godiva Koventri şəhərinin mərkəzi küçəsində at belində hərəkət edərkən evlərin bütün pəncərələrinin bağlı olduğunu və qalın pərdələrlə örtüldüyünü görür. Atlı xanım tamami ilə sönük və ölü şəhərdə hərəkət etmiş olur.

Şəhərin yalnız bir vətəndaşı, sonradan “oğrun baxan” ləqəbi alan Tom lady Godivaya baxmaq cəsarətini özündə kəşf edir. Lakin, çox keçmir ki, cəzasını tapır. Gənc qadının gözəlliyi o qədər parlaq olur ki, onun gözləri ömürlük kor olur.

Godiva deyildiyi kimi küçəni bu şəkildə başa vurub qayıtdıqdan sonra Leofrik verdiyi sözü yerinə yetirmək məcburiyyətində qalır.

Lady Godivanın kəndlilər üçün alçalmağa razılaşması

Əslində hər şey necə olmuşdur?

Əlbətdə ki, hekayənin çox hissəsi uydurmadır. Ancaq, gözəl hekayənin əsl tarixi ardıcıllığı necə baş vermişdir?

Sən demə, bu sual qədim zamanlardan ingilisləri çox narahat etmişdir.

Hələ XIII əsrdə Eduard II dövünün ən yaxşı ingilis kitab araşdırmacılarına əldə olan bütün vəsaitlərdən istifadə edərək lady Godiva haqqında məlumatları araşdırmalarını tapşırmışdır.

Lady Godiva haqqında ilk rəsmi və olduqca məşur fakt onların həqiqətəndə tarixdə mövcud olması və dövrünün ən məşhur tarixi şəxsiyyətlər olmasıdır. İkinci tarixi fakt isə, Kovetridə böyük vergi faizlərinin olması ilə bağlıdır. Vergilərin dərəcəsi 1040-cı ilin 10 iyul tarixində dayandırılmışdır. Lakin, Mersianın digər bölgələrində vergi güzəştləri tədbiq edilməmişdir.

Əldə olunan sənədlərə əsasən lady Godiva kilsələrin tikintisinə hər il olduqca böyük məbləğlər ayırırdı. Məhs bu səbəbdən tez müddətdə Mersiyyanın büdcəsini boşaltmış və qrafı vergilərin artırmasına təhrik etmişdir.

1040-cı ildə lady Godiva təxmini 40 yaşında idi və onun bədəni gənc qızlar kimi olduqca təravətli idi. Bir sözlə dastandakı gözəllik öz təsdiqini tapmışdır.

Çox güman ki, Godivanın tarixcəsi sadəcə olaraq Koventridə vergilərin olmamasının izahı ilə bağı olmuş və qulağa xoş gələn bir hekayədir. Əlyazmalarda xanımın sadəcə sevimli ərindən xahişi yer almaqdadır. O isə öz növbəsində sevgisi səbəbindən onun sözünü iki etməmiş və razılaşmışdır.

Hər necə olsada indinin özündə belə bir çox sənət adamları dastandan ilhamlanır və öz istedatlarını kağız və tablolara həkk etdirirlər.

Sexual stimulasiyanın tarixi: qədim dövürlərdən bu günəTarixin ən pozğun qadınları: bir gecəyə 50 kişiTransgenderlər: 3 tarixi şəxsiyyətlər

Əvvəlki məqaləFreddie Mercury həyat qanunları
Növbəti məqaləSex haqqında TOP 10 kitab

Fikirlərinizi bildirin.