“Küçə uşaqlarının” pedofillərə verilmə eksperimenti. Almaniyada 60-cı illərdə bir çox çətin tərbiyyə olunan və küçədə qalmalı olan uşaqlar pedofillərin himayəsinə verilmişdir. Bu hadisə və qərar sexsual revolyusiya adı altında “eksperiment” adlandırılmışdır. Hal-hazırda zərərçəkmişlər ədalətin bərqərar olunması uğrunda ciddi cəhdlə çalışırlar.

“Onlar bizim həyatımızı məhv etdilər” – deyə Marko (ad şərtidir) bildirir. Kişinin təzəlikcə 40 yaşı tamam olmuşur. Lakin, yaşından olduqca cavan görünür. İlk baxışdan yaşadığı çətin günlərin onun həyatında heç bir iz qoymadığı başa düşülür. Onun uşaqlıqda yaşadığı hadisələr xarici görkəminə təsir etməmişdir. Doqqquz yaşından etibarən Marko pedofil himayəsinə verilmişdir. Nəticədə daimi olaraq zorlanmalara məruz qalmışdır.

“Mən heç vaxt bunu unudaraq geridə qoya bilmərərm” – deyə Sven boynuna alır. Onu da uşaqlıqda Markonu himayəsinə götürmüş şəxsin yanına göndərmişlər. Himayiyə götürən şəxsin adı Frins H… -dır. O əvvəllərdə qanun pozuntusuna görə məsuliyyətə cəlb edilmişdir. Sexsual zorlanmaya məruz qalmış Sven və Marko olduqca böyük mənəvi sarsıntı keçirmişlər. Onların həyatları indi də yerində deyil. Tam olaraq dövlətən və dövlət müavinətlərindən aslı vəziyyətdə yaşayırlar.

Üstündən uzun illər keçməsinə baxmayaraq Marko və Sven onların həyatlarını sındırmış insanların qanun qarşısında cavab verməklərini istəyirlər. Onların əvvəlki himayədarları 2015-c ildə ölmüşdür.

Küçə uşaqları Pedofillərin əlinə necə keçmişlər?

Marko və Sven Almaniya Federativ Respublikasının digər vətəndaşları kimi ağıla gəlməz “eksperimentin” qurbanlarına çevrilmişlər. Eksperiment alman sexsoloqu Helmut Kentlerin təkidi ilə baş vermişdir. Bu zaman küçədə qalmalı olan və yaşamağa daimi yeri olmayan uşaqların, eyni zamanda çətin tərbiyyə olunan az yaşlıların pedofil himayəsinə verilmə planı icra edilmişdir. Hadisələrin ən inanılmaz tərəfi isə berlin xüsusi xidmət orqanlarının sexsual zorakılıq hallarının inkar edilməsi ilə bağlı idi.

Hadisələrin gedişatı isə 2020-ci ilin iyun ayının ortalarında Hildeshaym Universitetinin ailmlərinin məruzələrindən sonra məlum olmuşdur. Məruzə təhsil, gənclər və berlin Senatının ailələri cəmiyyəti tərəfindən sifariş edilmişdir. Bununla yanaşı məruzə zamanı himayiyə götürülmüş ailələrlə bağlı, eyni zamanda Frins H.-la bağlı məlumatlar təqdim edilmişdir. Nəticədə həmin şəxsə 1973-2003-cü illər arasında səkkiz oğlan uşağının verilməsi bəyan edilmişdir.

Ancaq bu necə baş verə bilərdi? 1960-cı illərdə AFR-də digər Qərbi Avropa ölkələrindəki kimi sexsual revolyusiya başlamışdır. 1969-cu ildə 21 yaşına çatmış şəxslər arasında eynicinsli nigahlarla bağlı cinayət maddəsi qüvvədən düşmüş hesab edilmişdir. Nəticədə emonsipasiya fonu ətrafında bəzi almaniya cəmiyyətlərində uşaqlarla sexsin leqallaşdırılması fikirləri geniş vüssət aldı. Bəzilərinin fikrincə yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə qadağa kimi deyil, əksinə proqressiv tərbiyyə metodu kimi qəbul olunmalıdır.

Küçə uşaqlarının pedofillərə verilmə eksperimenti

Professor Kentlerin “eksperimenti”.

Sözü gedən fikirlərin yayılmasında və gündəmə gəlməsində ən çox rol oynamış şəxs Berlindən olan sosial pedoqogika üzrə professor Helmut Kentler olmuşdur. Uzun illər boyunca o proqressiv alim hesab edilmiş və ölkənin ən tanınmış sexsoloqu kimi məşhurlaşmışdır.

Uşaqların tərbiyyəsi ilə bağlı olan Kentlerin kitabları qısa zaman ərzində xeyli sayda oxunmuş və o radio-televiziya verlişlərinə ekspert kimi dəvət edilmişdir. Onun fikirlərinə görə uşaqların da sexsual istəkləri mövcutdur və onlar da bunu nümyiş etdirmə hüquqlarına sahib olmalıdırlar. Bu səbəbdən də, böyük insanlarla uşaqlar arasında sex məhdudiyyətlərinin aradan qaldırılması uşaqlara öz sexsual enerjilərini kənara çıxarmağa imkan verə bilər. Nəticədə onlarda vətəndaşlıq aktivkiyi hiss edilər, bütün alman cəmiyyətinin demokrativ inkişafına tövhə verə bilər.

Sözü gedən nəzəriyyənin tərəfdaşları arasında siyası xadimlərədə rast gəlinməyə başlanıldı. Əsasən bu şəxslər arasında “yaşıllar” partiyyasının nümayəndələri xüsusi ilə seçildilər. Bu zamanlarda bəzi “yaşıllar” partiyyasının siyasi qüvvələri və hökümət adamları AFR-in cinayyət məcəlləsinə müəyyən dəyişikliklər aparılmağını təklif etdilər. 14 yaşına çatmayan şəxslərlə cinsi əlaqədə olmağın cinayət məsuliyyəti daşımaması halına nail olmaq istənilirdi. Bir neçə il sonra isə, qanunvercilikdə hər iki tərəfin razılığı əsasında uşaqlarla cinsi əlaqədə olmaqla bağlı qadağaların bir çoxu aradan qaldırıldı.

Nə qədər uşağın zərər çəkdiyini müəyyənləşdirmək çətindir

1960-cı illərin sonlarında Kentler öz idealarını həyata keçirməyə başladı. O zamanlar alim Berlin Pedoqoji mərkəzində çalışırdı və siyasi qüvvələrin köməkliyi ilə çətin tərbiyyə olunan və kimsəsiz uşaqların kişilərin himayəsinə verilməsinə başlamışdır. Namizədlər arasında əvvəllər mühakimə edilmiş və uşaq zorakılığına görə təqsirləndirilmiş insanlara xüsusi önəm verilirdi.

1988-ci ildə Kentler öz “eksperimenti” ilə bağlı ətraflı məruzəni hökümətə təhvil verdi. Onun sözlərinə görə uşaqların “ailədə” məskunlaşdırılması himayiyə götürən şəxslərə müsbət təsir göstərmişdir. Onlar həm oxumağı-yazmağı örgənmişlər, həm də işə düzəlmişlər. “Mənə aydın oldu ki, bu üç kişi niyə görə cinsi münasibət yaşadıqları uşaqlar üçün bu qədər şeylər etməyə çalışırlar.” – deyə Kentler yazırdı. Eyni zamanda sexsual zorakılığın yaşanılmaması və hər şeyin qarşılıqlı razılaşma ilə baş verdiyi söylənilirdi.

Zərərçəkmişlər günahkarların cəzalandırılmasını tələb edirlər

Hildeshaym Universitetinin alimləri yekun olaraq dəqiq neçə uşağın pedofil himayəsinə verildiyini müəyyənləşdirə bilməmişlər.

Buna baxmayaraq, Berlin senatoru Sandra Scheeres “Kentlerin işini” öz üzərinə götürərək “eksperimentin” iştirakçılarına üzüldüyünü bildirmiş və günahkarları iddiham etmişdir. Günahkarlar artıq çoxdan dünyalarını dəyişsələr belə, o zərərçəkmişlərin maddi kompensasiya alacaqların bildirmişdir.

Kentler 2008-ci ildə dünyasını dəyişmişdir.

Marko və Svenə isə bu nəticə olduqca cuzi görünür. Onların fikirncə o dövrün bütün siyasi xadimləri məsuliyyətə cəlb edilməlidirlər.

Parafiliya: insanları ehtiraslandıran ən ağlagəllməz hallarMüxtəlif ölkələrdə uşaqlara sex necə anlatılır

Fikirlərinizi bildirin.