Köynək qolunun qatlanmasının 5 forması. İlk başdan sizə geyindiyiniz uzun qol köynəyin qolunun qatlanması sadə görünə bilər. Lakin, internetdə bir balaca araşdırma apardıqdan sonra onun necə fərqli formalarının olduğunu və hər formanın kənardan necə görsəndiyini anlamış olduq. Başqa sözlə desək, bu sahə ilə bağlı incə centilmenlik elmi, gizli klubu, elit qeyd dəftərləri mövcutdur. Sən demə, bu incə məsələ olduqca önəmli tərz sərgiləməkdədir.

Alfa qatlama üsulu

Ekspertlərin fikrincə bu üsul olduqca praktikdir, eleqantdır və bir başa olaraq insanın liderlik xüsusiyyətlərini tərənnüm etməkdədir. Formanın yeganə mənfi tərəfi qatlanmış qolun tez-tez açıla bilməsi və sürüşməsidir. Burda əsas məqsəd obrazdan yayınmamaq və xarizmatik şəkildə yenidən qolları qatlamaqdır. Və ya siz sonradan nümayişcəsinə formada daha fərqli qatlama formalarına müraciət edə bilərsiniz.

İlk öncə köynəyin qolundakı bütün düymələr açılmalı, sonra qatlanmalıdır. Əks halda qat tam alınmaz və qırışdan başqa heçnə əldə etmərsiniz. Daha sonra, yuxarı düyməyə qədər bir daha qat aparılmalıdır.

Baza qatlama üsulu

Köynək qolunun qatlanmasının 5 forması 2

Yenə də, ekspertlərin fikrincə bir çox kişilər qatlama dedikdə məhs bu üsuldan istifadəyə üstünlük verirlər. Olduqca sadə, güvənli, biraz adi, lakin sınanmış üsuldur.

Bütün düymələr açılır, köynəyin monjeti iki dəfə üzü yuxarı eyni ölçüdə qatlanır. Nəticədə üç qatlama alınmış olur. Bu halda gündəlik işlər zamanı narahatlıq yaranmır və qatlar açılmır.

Əzələli qatlama üsulu

Bu metod əllərini-qolunu salladaraq işləməyi sevməyənlər üçündür.

Hər şey olduqca sadədir: baza qatlanmasına bir qat da əlavə edilməlidir. Yəni, cəmi dörd qat. Bu halda köynəyin qolu daha da yuxarı qalxır və heç bir halda yenidən açılmır. Bu halda qol əzələləri nümayişcəsinə göstərilmiş olur.

Profi qatlama üsulu

Köynək qolunun qatlanmasının 5 forması 4

Bəli, məhs bu üsul əsl centilmensayağı üsul hesab edilir.

Əslində fərq yalnız xırda bir nüyansda gizlədilmişdir. Bütün düymələri açdıqdan sonra siz monjeti qatlamırsınız. Əksinə dirsəyə qədər sürüşdürürsünüz.

Daha sonra sürüşdürülmüş hissə əks tərəfə iki qatlanır və bilək tərəf ortada dayanır. Üsulun sadəliyi manjetdən tutub aşağı çəkədikdə yenidən uzunqol forma ala bilməsindədir.

Rezinli qatlama üsulu

Köynək qolunun qatlanmasının 5 forması 5

Əsl profesional qatlanma sevənlər bunun üçün xüsusi aksesuarlar əldə edirlər. O qola keçirilir və köynəyin qolu qatlanaraq bərkidilir.

Sonradan rezinin üstü qolun bir hissəsi ilə örtülür. Kənardan nisbətən qəribə görsənsə də, bir daha qoldan açılmır.

Kəşflərinə görə heç nə qazanmayan dahilərKişilərin tarix boyu geyindikləri ən qəribə geyimlər

Fikirlərinizi bildirin.