Koronavirus sexual fantaziyalarımızı necə dəyişdi

116
Koronavirus sexual fantaziyalarımızı necə dəyişdi

Koronavirus sexual fantaziyalarımızı necə dəyişdi. Virus qısa zaman ərzində həyatımızın bütün xırdalıqlarına təsir göstərə bildi. Hətda, gizli fantaziyalarımız da bu təsirdən yan keçə bilmədi.

Bütün dünyanın həkimləri ciddi cəhdlə virusa qarşı dərmanlar hazırlamağa çalışdıqları dövrdə sexoloqlar da boş oturmaq istəməmişlər. Misal olaraq, ABŞ-ın Kinsi Universitetinin mütəxəsisi Jastin Lemiller kolleqalarını kafedraya yığaraq koronavirus pondemiyası zamanı sexual fantaziyalar barədə araşdırma aparmışlar.

Araşdırmanın nəticələri “Daha az seks, daha çox sexual fərqliliklər: Koronavirus epidemiyası zamanı cinsi davranışdakı dəyişikliklər” başlıqlı məqalədə açıqlanmışdır.

Lemiller kolleqaları ilə birgə hazırladığı elmi işində 1 559 amerikalı kişi və qadın arasında apraılmış online-sorğuya əsaslanmışdır. Sorğu ümumi cinsi davranışlar mövzusuna toxunsa da, doktor növbəti məqalələrində məhs sexual fantaziyalar mövzusunu ön plana çəkməyə cəhd göstərmişdir. Olduqca maraqlı nəticələr formalaşmışdır.

  • 47% rəyi soruşulanlar bu günə qədər fantaziya etmədiklərini fantaziya etməyə başladıqlarını söyləmişlər
  • 41% insan əsas sexual fantaziya mövzularının artıq dəyişdiyini bildirmişlər.
  • 39% iştirakçılar beyinlərində səhnə canlandırmırlar, keçmiş yaşantılarını xatırlayırlar.
  • 35% insan sex haqqında fantaziyalarını yalnız fiziki aktla bağlı qurmurlar, onlar artıq emosional və ruh halı ilə sevgini də əlavə etməyə başlamışlar.
  • 29% vətəndaş ümumiyyətlə karantin qaydalarını pozmaqlarını, sex naminə özünütəcrid rejimindən yayındıqlarını arzulamışlar.
  • 23% insan fantaziyalarna keçmiş partnyorlarını əlavə etmişlər.
  • 3% isə artıq qarşı cinsi düşündükdə mütləq formada maskada və əlcəkdə düşündüklərini bildirmişlər.

Göründüyü kimi koronavirus rəyi soruşularların yarısının köklü şəkildə yanaşmalarında dəyişikliklərə səbəb olmuşdur. Yəqinki, daim təhlükə hissi, ölüm qorxusu bizləri yenilikləri təcrübədən keçirmyə vadar edir.

Qadınlar və kişilər oral sexdən eyni həzzi ala bilirlərmi? – Elmi araşdırmaHeyvanlar sexdən nə dərəcədə həzz alır?

Əvvəlki məqaləABŞ-dan olan alimlər qoca siçanları cavanlaşdırıblar. İnsanlarla da bu keçərlidirmi?
Növbəti məqaləKişi və qadın erogen zonalarının yeni xəritəsi

Fikirlərinizi bildirin.