Kompüter arxasında nə qədər oturmaq gərəklidir? Alimlərin təkidinə əsasən kompüter qarşısında uzun müddətli çalışmaq tədricən depresya halları yarada bilər. İnsanlar həyatlarının dörddə birini internetdə keçirilər. Orta hesabla bu gün ərzində 6-7 saat deməkdir. Həfdə sonları isə müddəti daha da artaraq sevdikləri serialı izləməkdən yorulmurlar. Bu kimi həyat tərzi nəyinki gözləri korlayır, eyni zamanda depresiya yarada bilir. Ona görə də, əgər sizin gününüz telefonla başlayıb telefonla bitirsə, deməli bu günki məqalə məhs sizin üçündür.

Kompüterin gözlərə neqativ təsiri nə dərəcədə doğrudur?

Kompüterin insan sağlamlığına neqativ təsirləri barədə ilk araşdırmalar 1990-cı illərin sonlarından etibarən başlamışdır. O zamana qədər internet şəbəkəsinə yalnız 100 ölkə qoşulmuşdur və bu anlayış indiki kimi məşhurluq qazanmamışdır. 1998-ci ildə CyberPsychology and Behavior dərgisində ekranların ziyanları barəsində daha bir məqalə dərc edildi. Bu yazıda mütəxəsislər dəqiq rəqəmlər təqdim edə bilməmişdilər. Yalnız 2017 – ci ildə araşdırma zamanı monitor qarşısında keçirilməsi icazə verilən maksimum zaman müəyyən edildi.

Deməli, nəticələrə əsasən: normal olaraq 6 saatdan az müddət nəzərdə tutulur. Əgər müddət 6 saatı keçərsə, bu halda depresiya və ya digər psixoloji pozuntularla üzləşmə şansı artmış olur. Bir neçə il sonra isə mütəxəsislər normal müddət anlayışını 7-8 saat üzərində müəyyənləşdirdilər.

O zamandan bu günə qədər elm sahəsi sözü gedən məsələ ilə bağlı çox nəaliyyət əldə edə bilməmişdir. Yəni, əvvəlki araşdırmalar zamanla köhnəlmiş nəticələr mənasına gəlmiş oldu. Digər tərəfdən isə, müasir zamanda mənfi təsirlərə malik monitorlar demək olar ki, istehsal edilmir. Oftalmoloqların sözlərinə görə müasir kompüterlər və monitorlar əvvəlki modellərə nəzərən həqiqətəndə təhlükəsizdirlər. Ancaq bu nüyans onları tam ziyansız olması demək deyildir.

Əvvəlki modellərə nəzərən müasir ekranların əks etdirilməsi daha azdır. Yəni, onlar daha az mavi işıq əks etdirirlər. Lakin, uzun müddətli və yaxın məsafədən monitor qarşısında çalışmaq görmə qabiliyyətini tədricən zəiflədə və akkomodasiya pozğunluğu (gözlərin hər hansı əşyaya və ya nöqtəyə fokuslanma bacarığının itirilməsi) yarada bilər.

Uzun müddətli mavi şüalanma spektiri göz bəbəklərinin zədələnməsinə və yaxından görmənin pisləşməsinə səbəb ola bilər. Məsələ ondadır ki, bu kimi şüalar olduqca yaxın məsafədən və yüksək enerji ilə təsir xüsusiyyətlərinə malikdirlər. Yəni, işıq dəriyə A və B qrup ultrabənövşəyi şüalardanda dərinə nüfuz edə bilər.

Mənfi təsirləri necə azaltmaq olar?

2018-ci ildə Pensilvaniya Universiteti araşdırma aparmışdır: nəticələrə görə ekrandan gün ərzində 30 dəqiqə fasiləyə ayrılmaq sağlamlıq üçün yaranan riskin azalmasına səbəb ola bilir. Lakin, hər bir insan üçün “təhlükəsiz saat” anlayışı fərqlidir. Bu halda yaş məsələləri də nəzərə alınmalıdır.

İki yaşa qədər uşaqlara ümumiyyətlə ekrana yaxın buraxmaq düzgün deyil. 5 yaşa qədər isə yalnız 20 dəqiqə, 5-7 yaş arası 40 dəqiqə kompüterə baxmaq olar. Məktəblilər gün ərzində bir saata yaxın məşğul olsalar daha məqsədə uyğun olar. Eyni zamanda, fasiləsiz işləmək müddəti yarım saatı keçməməlidir. Böyüklərdə isə 4 saatdan artıq müddətdə çalışmaq kompüter sindromu yarada bilər.

Təhlükələr nədən ibarətdir?

Görmə qabiliyyəti zəifləyir, fokslanma korlanır, göz təzyiqi göstəricisi stabil olmur, boyun və göz ağrıları yaranır, miqrenlər formalaşır. Kompüter sindromu gözlərin quruması və qızarması ilə müəyyən edilə bilər. Bu halda xroniki yorğunluq və gözlərin görməsinin itiliyi zəifləyə bilir. Telefondan internetə daxil olmağı sevənlərdə isə qolların və əllərin keyiməsi halları baş verə bilər.

20-20-20 qaydasına əməl etmək daha məqsədə uyğun olardı. Bölgünün əsas məğzi hər 20 dəqiqədən bir 20 saniyyəlik fasilə etməkdən ibarətdir. Bu müddət ərzində özünüzdən 6 metr (20 fut) uzaqlıqda olan məsafəyə baxmalısınız. İlk başdan unutsanız da, özünüzü buna məcbur etməniz ən yaxşı seçim olar.

Gözlər üçün gimnastik hərəkətlər edin. Oftalmoloqların məsləhətinə əsasən mütamadi olaraq hərəkətləri icra etmək gərəklidir. Misal olaraq, əllərinizi qarşıya doğru uzadın, ilk öncə böyük barmağınıza baxın, sonra isə daha uzağa nəzər salın. Hər iki məsafəyə 10 saniyyə ərzində baxın. Hərəkət 10-15 dəfə təkrarlanmalıdır. Yeri gəlmişkən, badminton və stolüstü tenis oyunları məşq üçün gözəl variant hesab edilir.

Mavi rəngli filterli eynəklər. Onlar ekranın parlaqlığını aradan qaldırır, mavi spekterlərin qarşısını alır. İstehsalçıların təkidinə əsasən aksesuar görmə qabiliyyətini yaxşılaşdırar, yuxunu yaxşılaşdırar.

Yuxudan bir saat öncə telefondan uzaq durun. Ən azından telefonla uzanmayın, yuxusuzluqla nəticələnə bilər.

Ekran zamanına diqqət yetirin. Bir çox smartfonların xeyli vaxdır ki, zamanı ölçək üçün funksiyası mövcutdur. Onlar saytlarda və tədbiqlərdə keçirilən zamanı müəyyən edə bilirlər. Nəticələri “Ekran zamanı” bölməsindən əldə edə bilərsiniz.

Qaranlıq düşərkən ekranın əlvanlığını azaldın. İşıq melotonin ifrazını azaldır. Bu isə yuxu harmonu hesab edilir və əhvala təsir edir. Əlavə olaraq əlvanlığı itirmək, azaltmaq üçün xüsusi örtüklərdən də istifadə edə bilərsiniz. Bu mavi rəngli işıqlandırmanı 30%-60% azalda bilir.

Telefonu üzünüdən 30 sm uzaqlıqda saxlayın. Kompüter ekranını isə 60 sm uzaqlığında saxlamaq lazımdır. Televizor – 300 sm.

Fikirlərinizi bildirin.