Kommunikativ bacarıqlar: müxtəlif şəxslərlə işgüzar əlaqələr qurmaq, peşə münasibətlərini müəyyənləşdirmək, spesifik problemləri olan istifadəçilərə fərdi yanaşmaq, komfort, xeyirxah mühit yaratmaq, onların etimadını qazanmaq, başa düşərək problemlərini həll etmək, məlumatlandırmaq, dinləmək, özünü təqdim etmək, məktub, sorğu vərəqi, ərizə yazmaq, sual vermək, diskussiya aparmaq.
Qaydalar. Metodika Kommunikativ bacarıqları müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Bu cür insanlar digər insanlarla tez bir zamanda ünsiyyət qura bilir, müxtəlif tədbirlərdə aktiv iştirak edir, ətarfındakı insanlara təsir etmək qabiliyyətinə sahib olur, təkliflərlə çıxış etməyə meyilli olurlar.
Metidika 20 sualdan ibarətdir. Hər bir suala "Bəli" və ya "Xeyr" kimi cavab verin.
Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur.
Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyət tələbatı sosial tələbatdır, insanın tələbatları içərisində xüsusi yer tutur. Lev Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Körpənin hər bir tələbatı inkişaf prosesində tədricən onun üçün başqa adama, insanla təmasa, onunla ünsiyyət tələbatına çevrilir. Ünsiyyət tələbatı sonrakı yaş dövrlərində də uşaq şəxsiyyətinin inkişafında müham rol oynayır. Yeniyetmə ictimai-əxlaqi münasibət normalarını ünsiyyət prosesində mənimsəyir. Ünsiyyət situasiyasının iki tipini fərqlləndirmək olar: birgə fəaliyyətdə ünsiyyət və şəxsi ünsiyyət. Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin xarakteri ilə müəyyən olunur. Şəxsi ünsiyyət isə iki və daha çox adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır.
Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, “ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək”) b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, “münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir”)
Ünsiyyətə ehtiyac, Psixoqeometrik test, Başqaları haqqında düşüncələriniz nə dərəcə obyektivdir?