Kofe ilə sex bir-biri ilə əlaqəli imiş. Kofenin ən önəmli xeyri axırki kəşf edildi.

ABŞ-ın Texas ştatının Elmi Araşdırmalar mərkəzinin sağlamlıq inisitutundan xoş xəbərlər gəlməkdə davam edir. Düzü, bu cinsi orqana sahib olub kofe sevənlər üçün daha sevindirici xəbər hesab edilə bilər.

Son araşdırmaların nəticələrinə uyğun olaraq gün ərzində 2 – 3 fincan kofe içən kişilər kofe sevməyənlərə nisbətən daha az erektil disfunksiya ilə rastlaşırlar.

Bundan başqa alimlər kofenin təsirinin viaqra effekti ilə uyğunluğunu müəyyən etməyə çalışmışlar. Sən demə, kofe və viaqranın hər ikisi penisə (cinsi orqana) qan axınını təmin edərək onun böyüməsini və möhkəmliyini təmin edə bilir.

Kofe ilə sex bir-biri ilə əlaqəli imiş

Lakin, hələ bununla kəşf edilən yeniliklər yekunlaşmır. Araşdırma aparanlardan biri doktor Devid Lopesin sözlərinə görə kofenin potensiyaya bu kimi müsbət təsirlərini əsasən artıq çəkiyə sahib kişilər daha çox hiss edir. Ancaq, niyə məhs onların bəxti gətirdiyi hələ tam aydınlaşdırılmayıb.

Buna görə də, fincanlarınızı kofe ilə doldurmağa davam edin. Ancaq, çox da aludə olmayın. Normadan artıq kofe qəbulu ürək çatışmamazlığına və ürək damar xəstəliklərinə səbəb ola bilər. Yəni, potensiya ilə bağlı problemləriniz olmaya bilər. Lakin, gərəkli olduqda heç ondan istifadə etməyi bacarmamaq kimi də problemlər yarana bilər.

Kofe-xeyri və ziyanı barədəPomidorun bütün orqanizmə və potensiyaya təsiri

Fikirlərinizi bildirin.