Kleopatra barədə bilmədiyiniz 10 maraqlı fakt. Onun bioqrafiyası haqqında onlarla hollivud filimlərində və yüzlərlə kitablarda söhbət açılmışdır. Kifayət qədər tarixi romanlar və elmi-fantastik əsərlər yazılmışdır. Hər zaman gözəl, ekzotik görünə bilən xanım aksesuarları və kosmetika tərzi ilə seçilə bilmişdir.
Lakin, onun idarə etməsi və şəxsi həyatı ilə bağlı verilən məlumatlar arasında elə əsassız fikirlərə rast gəlinir ki, bəzən düzgün məlumatları eşitdikdə belə təəcüblənirik və nəyin doğru olduğunu ayıra bilmirik.
Bu səbəbdən də diqqətinizə bəlkədə bilmədiyiniz, eyni zamanda inanmayacağınız faktları çatdırmaq istərdik:

Kleopatra əslən misirli olmamışdır.

Bəlkədə sizdən kimsə misirlə bağlı tarixi ad çəkməyinizi istəsə, siz ilk növbədə Tuton şahının və Kleopatranın adını çəkərsiniz. Bir çoxları üçün misirlə bağlı tarixi mənbələr yalnız bununla məhdudlaşır.
“Makedonyanın tarixi” mənbələrinə əsasən Kleopatra § Ptolemilər dinastiyasının üzvü idi. Sözü gedən dinastiya I Potolomey adı ilə tanınan general dahi Aleksandırdan törəmişdir. Bu isə o deməkdir ki, xanım yunan əsilli olmağı ilə yanaşı yunan dilini bilir və yunan adətlərinə riayyət edirdi. Ptolomey 300 il boyunca misiri idarə etmişdir.

Kleopatra və insest (ailə üzvləri ilə cinsi əlaqə) məsələləri

Tarixi mənbələrə nəzər saldıqda insest hallarının yalnız Lanisterlərə aid olmadığı anlaşılır. Bu hallar demək olar ki, yaxın şərqə qədər bütün avropa ailələrində yaşanırdı. Lakin, misirdə insest halları adi hal kimi qəbul edilməyə başlanmışdır.
Misir mifologiyasına görə Osaris allahı kral qohumluq əlaqələrini itirməmək və kral qanını təmiz saxlamaq üçün öz bacısı İzede ilə ailə qurmuşdur. Onlar çox imkanlı olduqlarından nəsildə baş verəcək genetik pozuntular haqda düşünmürdülər. O zamanlar insanlar faraonları allah kimi qiymətləndirdiyindən genetik xəstəlikləri adi insanlar üçün olduğunu düşünürdülər və ciddi qəbul etmirdilər. Nəticədə Potolomeylər hakimiyyətə gələn dövürdə bu hal geniş vüssət almışdır.
Kleopatranın özü belə Potolomeylə potolomeyin izdivacından doğulmuş Potolomey hesab edilirdi. Onun atası XII Potolomey səthi məlumatlara görə öz bacısını almışdır. Nəticədə Kleopatra hər iki kiçik qardaşları ilə yaxınlıq etmişdir.

Kleopatra barədə bilmədiyiniz 10 maraqlı fakt

Kleopatra gözəlliyindən çox ağlı ilə seçilirdi.

Son filimlərdə və şəkillərdə xanım ilahi gözəlliklə təsvir edilmişdir. Lakin, 2007-ci ildə Kleopatranın təsviri olan, o zamnkı dövrə aid edilən qəpik pullar aşkarlanmışdır. Təəcüblü olsada, pulun üstündə olan təsvirlər onun adi görkəmə sahib olduğunu məlum edir.
Eyni zamanda bizim eramızın 75-ci ilində Plutarx tərəfindən yazılan “Antoninin həyatı” əsərində yazılırdı: “Onun əsl gözəlliyi insanın gözünü parıltıya boğmasada, onun yanında olmaq unudulmaz təsir bağışlayırdı”.
Kleopatra dövrünün səriştəli diplomatı olmaqla yanaşı riyaziyyatı, tibbi, iqtisadiyyatı, tarixi, coğrafiyanı mükəmməl şəkildə bilirdi.

Kleopatra rəhbərlik etdiyi insanların dilini bilirdi.

O doqquz dil bilirdi. Doğma Plomotey dili olan yunan dilindən başqa qonşu dövlətlərin və ərəb, yəhudi, parfyan, suriyalıların, efyopiyalıların, midyalıların və  troqoditlərin dilini örgənə blmişdir. Heroqrifləri bildiyinə görə festivallarda və tədbirlərdə öz təsvirinin çəkilməsinə narazılıq bildirmirdi. Əvvəlki rəhbərlikdən fərqli olaraq fərqli xalqların mədəniyyətlərinə hörmətlə yanaşırdı.

Kleopatra barədə bilmədiyiniz 10 maraqlı fakt

Kleopatra öz bacı-qardaşlarını, hədda ərdə olduğu kişiləri belə öldürmüşdür.

Misirdə faronlar tərəfindən hakimiyyət cütlük şəklində idarə edilirdi. Hər bir raqqentin əks cins raqqenti olmalı idi. Kleopatra hakimiyyəti atası XII Potolemey ilə bölüşürdü. Atasının ölümü yaxınlaşarkən o qızına 11 yaşlı qardaşı ilə ailə qurmalı olduğunu vəsiət etdi. Lakin, onlar yola gedə bilmədiklərindən qardaş hakimiyyəti bacısının əlindən almaq və tək idarə etmək istəyinə gəlir. Bu halda Kleopatra Yuli Sezara müraciət edir. Kleopatra və Sezar sevgili olmaqlarına baxmayaraq, XII Potolomey heç vaxt məhs Sezırın bacısı ilə hakimiyyəti bölüşməsini istəmirdi. Son nəticədə Nil çayında baş verən mübarizə zamanı Sezar qalib gəlir və digər qardaşının həyatına son qoyur.
Hadisədən sonra Kleopatra ümumiyyətlə digər qardaşına ərə getməli olur və bir müddət sonra zəhərlənmə nəticəsində yeni əri (Kleopatra tərəfindən) dünyasını dəyişir. Ard-arda baş vermiş hadisələr zamanı yaranan narazılıqlarla əlaqədar nəticədə bacısını da öldürmək məcburiyyətində qalır. Özünü şahzadə elan edir.

Məşhur göz makiyajı əslində onun gözlərini xəstəliklərdən qorumaq üçün istifadə edilirdi.

Demək olar ki, bütün təsvirlərdə aydın görülən kosmetika dörd fərqli əlavələrdən hazırlanırdı. Ən əsas element svins əlavə edilirdi ki, buda onun gözlərini qoruyur və infeksiyalarda uzaq tuturdu. O dövrlərdə Nil çayı daşan zaman suda olan bütün çirkab və zərəli maddələr şəhərə yayılır, əhali arasında göz xəstəliklərinə səbəb olurdu.
Sadəcə Kleopatra dərmanları çoxluğa gözəl təqdim edə bildiyindən ətraf bunu Kleopatranın tərzi kimi qəbul edib, görüntüdən vahimələnirdilər.

Kleopatra və Mark Antoni şəxsi kluba sahib idilər.

O, ağıllı, uzaqgörən olmaqla yanaşı, əyləncələri şox sevirdi. sezarın ölümündən sonra məşuqu Antoni ilə birlikdə dövlətin problemlerindən uzaqlaşıb rahat əylənmək üçün öz klublarını yaratmışlar. Kluba rəsmi olaraq çaxırallahı olan Dionisin şərəfinə yaradılmışdır. Bir çox hallarda gecə boyu içkidən təsirlənən cütlük klubdan sonra şəhərə gəzintiyə çıxırdılar.

Kleopatra şəxsi ətir fabrikinə sahib idi.

Kimyadan məlumatlı olduğundan və gözəl ətrin hər zaman inandırmaq qabiliyyətinə sahib olduğuna inandığından bu işə çox diqqət yetirirdi. Mark Antoni ilə görüşünə gedən zaman o hətda öz gəmisinin yelkənlərinə ətir sürtərək özünü gəlişindən qabaq hiss etdirmək istəyirdi. Kleopatra hətda ətirlərin tərkibini öz “Gynaeciarum Libri” kitabında yazmışdır. Lakin, təssüf ki, həmin kitab Aleksandriya kitabxanasında baş vermiş yanğın zamanı məhf olmuş və dövrümüzə gəlib çata bilməmişdir.

Bir dəfə Kleopatra indiki pulla 20 milyon dolları bir kokteylə xərcləmişdir.

Kleopatra öz böyüklüyünü və gücünü nümayiş etdirmək üçün heç vaxt böyük xərclərdən çəkinməzdi. Əfsanəyə görə xanım bir dəfə Mark Antoni ilə mərcə girərək sirkə (uksus) içə biləcəyinə razılaşmışdır. Qullquçular bir qədəh sirkə gətirdikdə o sırğasının birində olan mirvarini qədəhə atır. Mirvari qədəhdə əriyərək dağılır. Həmin mirvarinin qiyməti 10 milyon sesters idi ki, bu da bu günə 20 milyon dollar ekvivalentinə bərabərdir. Deyilənlərə görə, mirvari dövrünün ən böyük mirvarisi idi. Nəticədə Kleopatra mərcdə qalib gələ biləcəyini sübut edir.

Bəlkədə Kleopatra ilan zəhərindən ölməyib.

Tarixi yazılara görə Kleopatra Oktaviana məğlub olduğunu və onun Romanın ilk imperatoru olacağını bildikdən sonra əlində ilan zəhəri tutaraq özünü öldürmüşdür. Məsələ burasındadır ki, əfsanəyə görə Kleopatra zəhəri içən kimi ölür. Ancaq, araşdırmalara görə istifadə edilən ilanın zəhəri insanı yalnız bir neçə saatdan sonra öldürə bilər.

Fikirlərinizi bildirin.