Kişinin qayğısına qaldıqda belə o ailədən gedə bilər. TOPmister.org saytı olaraq qayğı ilə nəzarətə götürmək arasında fərqləri sizinlə müzakirə etmək istərdik. Hansı əlamətlərə görə qadınların həddindən artıq portnyorlarının üzərilərinə getdiklərini müəyyən etmək mümkündür?

Fransalı psixoloqlar ailə cütlükləri arasında sorğu keçirmişlər. Sorğunun məqsədi xoş qayğı ilə xoşagəlməz nəzarət arasında qızıl ortanı tapmaqdan ibarət idi. Sorğunun iştirakçılarından sərhəddi keçmənin iki əlaməti soruşulmuşdur. Cütlüklərin bir çoxunun fikrincə sərhəddi keçmək dedikdə – məhs qısqanclıq və iddiham etmək anlayışları nəzərdə tutulur. İki nüyansın durmadan təkrarlanması sevgi və qayğının tədricən xoşa gəlməz və yorucu hal almasına səbəb olur. Nəticədə isə, münasibətlər zamanı kişi daha tez yorulur və ailəni tərk etmək məcburiyyətində qalır.

İddiham etmək

Qadınlar gün ərzində bəzən özləri belə fərqinə varmadan xırda məsələlərdə deyinməyə başlayırlar. Soyuducunun qapısını bərk bağlamadın, zəng etmədin, evə çörək, süd almadın, gec gəldin, itlə gəzmədin, götürdüyün şeyləri yerinə qoymadın və s. Sözü gedən narazılıqlar gün boyunca bir neçə dəfə qadınlar tərəfindən təkrarlanır və demək olar ki, bütün sahələrə şamil edilir. Olduqca kiçik, bəzən önəmsənilməyən məsələlər zaman keçdikdə yığılır və böyük problemlərə çevrilə bilir. İnsanlar birlikdə yaşadıqları zaman bu hal qadının heçnədən razı qalmadığını, hər xırda şeydən deyindiyi mənasına gəlmiş olur. Məişət zəminində baş verən narazılıqlar və ər-arvad arasında baş verən mübahisələr zamanı qarşı tərəfdən özünü düzgünə çıxarılmaq üçün bir-bir istifadə edilir.

Bir müddət sora sevgidən, əsasənda daim qadının yanında olan kişi özünü xöşbəxt hiss etmir. Qadın deyinmədən, narazılığını bildirmədən susduqda belə kişiyə elə gəlirki, o yenədə narazıdır. Sadəcə artıq bunu dildə deyil, ürəyində bildirir. Problemlərin hər birinə ayrılıqda, xoş əhval-ruhiyyəli vaxtda diqqət yetirdikdə isə onların heçdə ciddi bir şey olmadığını və buna görə qan-qaraçılıq yaratmağa ehtiyac olunmadığı anlaşılır.

Ən azından kişinin işdən evə gəldiyi zaman yaxınlıqdakı marketdən nəyisə almağı unutması şişirdiləcək və tez üzə vurulacaq məsələ deyil. Qadın rahatlıqla gün ərzində bunu özü də edə bilər, və ya səhər saatlarında alınacaq ərzaqların siyahısını tutaraq əvvəlcədən partnyora təqdim edə bilər. Bir sözlə, ailənin möhkəmliyi qarşılıqlı anlayış, güzəştə getmək və diqqətdə saxlamaq bacarığından daha çox aslıdır. Qarşı tərəfi xırda msələlərlə bağlı günahlandırmaq, iddiham etmək istənilən halda yorğunluq və bezmə hissi yarada bilir.

Kişinin qayğısına qaldıqda belə o ailədən gedə bilər 2

Unutmayın insan bağışlaya biləndir və o qarşı tərəfi səhflrinə görə üzür istədiyini gördüyü zaman daha tez bağışlayır. Öz günahlarınızı sevdiyiniz insanın üzərinə qoymağa, beləliklə məsuliyyəti tamami ilə üstünüzdən atmağa çalışmaq doğru hal deyil. Qadınların “qadınam” deyə hər xırdalığı qarşı tərəfdən gözləməsi və gün ərzində önəmsiz məsələlərə görə iddiham etməsi, narazılığını bildirməsi kişinin özgüvənini zədələmiş olur və onun etdiklərinin mənasız olduğu fikrini formalaşdırır.

Qısqanclıq

Münasibətlərin ilkin dövürlərində, hətda saonradan, sıx ailə münasibətləri zamanı belə qadınlar qısqanclığı sevginin və qayğının nümayişi kimi qiymətləndirirlər. Ailə psxioloqları son zamanlar söhbətlər və qəbul zamanı insanları “əgər qısqanırsa, deməli məni sevir”, “əgər qısqanırsa, deməli məni düşünür və mənim qeydimə qalır” kimi fikirlərdən yayındırmağa və bunun doğru olmadığını anlatmağa çalışırlar. Xanımlar düşünürlər ki, həyat yoldaşlarının telefonlarını nəzarətdə saxlamaq istəkləri, tez-tez iş yerində qadınların olub-olmadığını soruşmaları, səhfən ağızdan çıxan qadın adının kimə mənsub olma kimi sualları soruşmaq onların ərlərinə olan xüsusi diqqətlərinin və istəklərinin baris nümunəsidir. Bəzən onlara elə gəlir ki, axşam saatlarında ərinə gələn telefon zənginə əri ilə birlikdə onun da qulaq asmaq cəhtləri kənardan olduqca hissiyyatlı və romantik görünür.

Qadın bu halda özünü haqlı hesab edir və etdiyi hərəkətləri sırf qısqanclıq və sevgi üzərindən etdiyi ilə əsaslandırır. Bu qısqanclıq onun sevgisinin böyüklüyü mənasında qiymətləndirilməlidir və cavabında da eyni qayğını, başqa dillə desək eyni bezdiriciliyi görmək istəyirlər.

Kişilər yorğun iş günündən sonra evə gələrkən, evdəki insanın onu sorğu sualla qarşılamağını, narazı üz göstərməyini deyil, əksinə rahatlıq və sakitlik tapmaqlarını istəyərlər. Hər xırda məsələyə görə qadına hesabat vermək və özünü təmizə çıxarmaq istəyi olduqca lüzümsuz və bezdirici hal alır.

Münasibətlərinizin şansı varmı?30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələNiyə məşuq ərdən daha sexsual sayılır?

Fikirlərinizi bildirin.