Kişilərin tarix boyu geyindikləri ən qəribə geyimlər. İnsan dünyaya geyimsiz gəlib. Bir müddət sonra isə yaranmış vəziyyəti düzəltməyə çalışıb. Bunun üçün başlanğıcda təbiətdən bir başa istifadə etsə də, sonradan zamanla püxtələşdirməyə çalışıb.

Pivə qablarının qapaqları

Londonun, parisin və Berlinin bir çox bahalı geyim dükanlarından alış-veriş edərkən siz Afrikada AİDS-dən əziyyət çəkən insanlara yardım edə bilərsiniz. Bunun üçün bəyəndiyiniz gödəkcəni almağınız kifayət edir. Bu gödəkcələrin üzərində adətən düymə əvəzinə oivə qablarının qapaqlarından istifadə olunur. Qiymət iki dəfə baha olsa da, aradkı fərq xəstəliklə mübarizə fonduna kğçürüləcəkdir. Bu qapaqlar afrikalılar tərəfindən savanadan toplanılır. Qatara yüklənilərək Avropaya göndərilir. Artıq uşaq geyim evləri də, bu vür qiymətli aksesuarları əldə etmək və istifadə etmək üçün müqavilələr bağlayırlar.

Qabıqlar

Kişilərin tarix boyu geyindikləri ən qəribə geyimlər 1

Çilkat qəbiləsinin kişiləri. Soldan sağa: Meymun-adam; təbib Skan-Du və məşhur səyyah İnd-A-Yanek. Əyinlərində çilkat adlı geyim əks etdirilmişdir. Çilkat ağac qabığından hazırlanır və bəzən göbələklərlə bəzədilir. 1907-ci ildə bu cür geyimlər adətən ən örmətli qonaqlara hədiyyə edilirdi.

Əcdadlarımız öz bədən dərilərinin yetərsiz olduğunu anladıqda yağıçdan, soyuqdan, küləkdən qorunmaq üçün əlavə dərilərə və örtüklərəehtiyac duymağa başladılar. Bu halda ilk ağıla gələn şey ağac oldu. əlbətdə, heyvan dərisi daha çox istilik və raatlıq versə də, onlar insan görəndə qaçırlar. Eyni zamanda dərini heyvandan soyan zaman onun saxlanılması üçün də xeyli əziyyət çəkmək lazım gəlir. Ağac qabığından olan geyim XIX əsrə qədər İrlandiya, Kanada, Polşa, Rusya ərazisində bir çox insan istifadə edirdi.

Konservi qabı və balqabaq

Dani qəbiləsinin (Yeni Qvineya) kişiləri ümumiyyətlə geyimdən korluq çəkmirlər. Bədənlərinin ən önəmli hissələrini bitkilərin arasında, balqabaq yarpaqları arasında gizlədirlər. Bəzən bu qablaşdırmalar bel nahiyyəsinə, bəzən isə boyuna xüsusi iplərlə bərkidilir. Müasir dövürdə isə qəbilənin gəncləri müəyyən qədər bitki yarpağından uzaqlaşaraq daha müasir yola əl atırlar. Onlar bəzən konservi qaplarından, kola və çipsi stəkanlarından istifadə edirlər.

Qarışqa yuvası
Kişilərin tarix boyu geyindikləri ən qəribə geyimlər 3
(1935-ci ildə Avstraliyada aboriqenlərin totem ritualı)

Avstraliyada bəzi aboriqen qəbilələrinin rəhbərləri müharibə yürüşləri zamanı başlarında qarışqa yuvaları gəzdirirdilər. Yuva yapışqan palçıqla qarışıq formada olurdu. Etnoqrafların fikrincə bu yolla onlar döyüşçülərə qarışqa ailəsi kimi birlik nümayiş etdirməli olduqlarını aşılayırdılar.

İnsan dərisi

Pataqonianın vətəndaşlarının (Argentina, Çili) fikrincə: Düşmənin bədənindən çıxarılmış dəridən hazırlanan dəri önlükdən başqa heç nə kişi xarizmasını və ciddiliyini gözəl tərənnüm edə bilməz.

Balıq dərisi və su iti bağırsaqları

Çukotkaya gedib soyuqdan donaraq səyahət etməkdə hansı maraq ola bilər? Siz ora getmək fikrinə düşsəniz, min illər öncə ovçuların və balıqçıların xüsusi geyimdə basdırıldıqlarının şahidi olmuş olarsınız. Geyim su iti bağırsaqlarından və balıq dərisindən hazırlanır ki, nəticədə buz üzərində demək olarki əmişəlik korlanmamış qala bilir. Lakin, geyimdən gələn qoxunun qarşısını almaq mümkün olmur.

Müasir dövürdə bu kimi geyimləri çinin çox kiçik etnik qrupu hazırlayır. Qrupun nümayəndələrinin sayı 4000 nəfər təşkil edir. Onlara bəzən “balıq dərili qəbilə” də adını verirlər. Bu bacarıq artıq unudulmaq ərəfəsində olduğundan, milli mədəniyyət nümunəsi kimi dövlət tərəfində xüsusi diqqətlə qorunmaqdadır.

Gil

Amazon ətrafında yaşayan bir neçə qəbilənin yaşam tərzinə diqqət yetirdikdə tariçilər insan övladının ilk geyiminin bitki yarpaqları və heyvan dərisi deyil, məhs palçığın, gilin olduğunu müəyyən etmişlər. Ehtimallara görə bu yolla insanlar günəş şüalarından dərilərini qoruyur, xırda cızıqlardan yayınırdılar.

Baramalar

Kişilərin tarix boyu geyindikləri ən qəribə geyimlər 5

Heyvan müdfiyəçilərinin fikrincə heyvan dərisinin geyim kimi istifadə edilməsi cinayət əməlidir. Maraqlıdır ki, bu halda ipəyə qarşı heç bir fikir yürütmürlər.

Altgeyiminə əsasən kişinin necə olduğunu anlamaqKişi geyimində buraxılan 25 səhv

Fikirlərinizi bildirin.