Kişilərin kitabı – Osho

0
0

Kişilərin kitabı – Osho.

Bu kitabda böyük hind filosofu, ruhlandırıcı və aydın, dünyanın bütün ölkələrində mühazirələri əsasında kitabları yayınlanan qüdrətli fikir adamı Oshonun (Bxaqvan Şri Racniş) müxtəlif zamanlarda “İnsanın qurtuluşu” mövzusunda olan çıxışlarından toplanmış zəngin materiallar sistemli şəkildə oxucuya təqdim olunur.

Sözsüz ki, Oshonun saysız-hesabsız fikirlərini bir kitab şəklinə salmaq mümkün deyil. Kitabda mühazirələrin müəyyən hissəsi yer alıb, mövzunu tam izah etmək üçün bəzi prototiplər təqdim olunub: Adəm, robot, diqqət dəlisi, məşuq, siyasətçi, oyunçu, yaradıcı-qurucu və s.

Bu prototiplər konkret xarakter, tip, şəxsiyyət kimi qəbul olunmalı deyil. Bunlar, sadəcə, hər birimizə aid ola biləcək bəzi tendensiyaların, düşüncə və davranışların, həyat tərzinin təsviri üçün seçilən köməkçi vasitələrdi.

Osho reallığın əslində bütün teoriya və qərarların arxasında qaldığına işarə edir. Reallıqda hər şeyin başqa cür olduğunu izah etməyə çalışır. Bu personajlardan ona görə istifadə edir ki, ilk növbədə insan öz ağlının quruluşunu müəyyən edə bilsin. Daha sonra ağıldan və yaşantılardan kənara çıxıb reallığa ayıq gözlə baxsın, öz gerçək kimliyini görsün.

YENİ İNSAN
GİRİŞ

İnsanın qurtuluşu hələ baş verməyib. Yalnız qadınların deyil, kişilərin də böyük qurtuluş hərəkatına ehtiyacı var – keçmişdən qurtulmaq, min illərlə dinlərin insan beyninə yeritdiyi köləlik ideyasından, həyata neqativ münasibətdən və sosial asılılıqdan azad olmaq zamanıdı.

İnsanın daxilində inanılmaz uyumsuzluq, rabitəsizlik yaranıb. Bunun səbəbkarı din xadimləri və siyasətçilərdi. Onlar insandan içində həmişə günah duyğusu gəzdirən bir varlıq düzəldiblər: Özündən uzaqlaşan, həyatın bütün sferalarında elə hey daxili konflikt yaşayan – bədən-ruh, materiya-ruh, materializm və idealizm, elm və din, qadın və kişi, Şərq və Qərb arasında qalan bir varlıq…

Həyatı iki cür yaşamaq mümkündü. Ya özünü tamamilə elmə həsr edərək – kimyaçı, fizik, riyaziyyatçı və s. olmaqla, ya da həyatı poeziya kimi qəbul edərək – özünü sənətə, yaradıcılığa, musiqiyə, sevgiyə, təbiətə, gözəlliyə verməklə.

Hər bir insanı uşaqlıqdan rəqabət duyğusuyla böyüdürlər. İnsan böyük ambisiyalarla axtarışlara atılır – pul, hakimiyyət, şöhrət, uğur, tərif və sosial status arxasınca gözübağlı yüyürür.

İnsan lap kiçik yaşından valideynlərin və müəllimlərin, siya­sətçilərin və din xadimlərinin məqsədlərini gerçəkləşdirməyə başlayır – heç vaxt, heç bir sual vermədən. Bu şəkildə insan özü öz təbiətindən ayrı düşür, öz gerçək kimliyindən uzaqlaşır, uşaq məsumluğunu, səbəbsiz yerə gülmək bacarığını itirir, yaradıcılıqdan yayınır. Onu yabanı, doğuşdan gələn yaradıcılıq potensialından ayırırlar və o, gülmək, sevmək, sevinmək, həyatdan zövq almaq bacarığını itirir.

Cəmiyyət onun cismini və ruhunu məhv edir, onu duyğusuz və cansız məxluqa çevirir. Sevinmək, sevmək, anlamaq, intuisiya kimi fitri duyğuları yox olur. Məqsədyönlü, effektiv, hissiz bir robota çevrilir.

Cəmiyyət uşaqlıqdan kişiyə “güclü” olmağı təlqin edir. “Güclü” sözünün altında “acımaq, anlamaq, ağlamaq, kövrəlmək, duyğulanmaq olmaz, bunlar qadın keyfiyyətləridi” ideyası dayanır. Bu ideya qadın-kişi dostluğuna əngəl olmaq məqsədi güdür. Çünki cinslər arasında dostluq, anlaşma olarsa onları bir-birinə qarşı qoyan ideyaları cəmiyyətə tətbiq etmək və beləliklə də insanlığı idarə altında saxlamaq mümkün olmaz. Hər bir kişinin qadın başlanğıcı – əsrlərdi qınadığı, içində boğmağa çalışdığı, şüuraltı və ya yarışüurlu qadın tərkibi var.

Osho insanın mövcud həyat tərzini iki növə ayırır. Yuxarıda deyilən kimi: özünü elmə həsr edərək və özünü yaradıcılığa həsr edərək. Dolayısıyla, seçim üçün iki yol var: elm və yaradıcılıq. Osho həyatı üçüncü üsulla yaşamağın mümkün olduğuna işarə edir – meditativ üsulla. O deyir ki, kişinin yetkin birinə, individuuma çevrilməsi üçün hər şeydən əvvəl onun, yaşam tərzində meditasiya və mənəvilik kimi anlayışların çox önəmli olduğunu qəbul etməsi gərəkdi.

Meditasiya – iç dünyanın böyüməsi üçün insana yeridilib işə salınan bir qurğudu. Meditasiya qadın və kişi başlanğıcını nizamlayıb harmoniya yaradır. O, ağıl, ruh və bədən, maddi və mənəvi, iç və çöl dünya arasında harmonik bağ quraraq həyatın çeşidli imkanlarından ləzzət almağı öyrədir.

Bu gün kişi dərin bir durğunluq (krizis) yaşayır. Gözlənilən qlobal fəlakətlə üz-üzə qalan üçüncü minilliyin astanasında sual yaranır:

“Adəm, bundan sonra nə edək?” İnkişaf sərhədləri, elmin maksimumları fəth olunduqca, sonsuz və ölümsüz elmi sosial proqresə inam əsaslı şəkildə sarsılır. Çöl inqilabları iflasa uğradı. Artıq iç inqilab zamanıdı. Elmin uğurları, texniki inkişaf mənəvi dünyanı məhv elədi və biz bu uğurların əslində insana nə qədər ziyanlı olduğunu gördük.

“Özünü dərk etmək üçün kişiyə yeni psixologiya lazımdı” – deyir Osho. Dərindən anlamaq lazımdı ki, kişi yalnızca kişi deyil, eləcə də qadın yalnızca qadın deyil. Kişi həm də qadındı, qadın həm də kişidi. Adəmin içində Həvva yaşayır, Həvvanın içində Adəm var. Mahiyyətcə heç kim təkcə Adəm və ya təkcə Həvva deyil. Biz hamımız Adəmi Həvvayıq.

Bu bizim sahib olduğumuz ən gözəl keyfiyyətdi.

Kişi öz qadın başlanğıcını içində boğduğuna görə bütün dünyada qadınların diskriminasiyası (ayrı-seçkilik) baş verib, qadınlar dışlanır. Kişi öz qadın başlanğıcını tapmayana qədər içində öldürdüyü qadını hər yerdə axtaracaq və bu axtarış prosesi bitməyəcək. Əslində kişinin “axtardığım qadın” dediyi, onun imtina etdiyi, özündə öldürdüyü qadındı.

Kişi bu qadını öz içində tapıb azadlığa buraxmayınca elə hey öz qadın idealını axtaracaq və heç vaxt da tapmayacaq. Bu da qadınla kişi arasındakı ögeyliyi aradan qaldırmağa imkan verməyəcək. Bütöv olmaq üçün kişi öz qadınını (tərkibindəki qadını, qadın başlanğıcını) tapmalıdı.

Mənim üçün müasir kişi – özünü axtaran, öz gerçək mahiyyəti uğruna savaşan bir üsyançıdı. Bütün maskaları atan, saxtalıqdan uzaq, varlığından utanmayan, özünü bütün dünyaya açıq elan edən, “mən buyam” deyə bilən adamdı. Önəmli deyil, onu sevirlər ya yox, qəbul edirlər, ya yox, başına tac qoyurlar, yoxsa çarmıxa çəkirlər. Özün ola bilmək – həyatın ən yüksək nöqtəsində olmaqdı.

Yeni kişinin rəqsə ehtiyacı var kiçik versiya

“Kişilik krizi” metodu ilə özünü dərketmə

Kitab 31 kateqoriyadan ibarətdi. Oxucu özünə uyğun sıralama ilə də oxuya bilər.

Kateqoriyaların qısaldılmış versiyaları

BİRİNCİ HİSSƏ
Adəm

– Adəm ilk insandı. İlk dəfə Allaha “yox” deyən odu. Bizim hər birimiz daxilən böyümək üçün bu mərhələdən keçməliyik.

– Heç birimizin içində rahatlıq (təmin olunma, məmnunluq) duyğusu yoxdu. Çünki bizə öz potensialımızı realizə etmək şansı verməyiblər

– Heç birimiz özümüzdən məmnun deyilik. Çünki cəmiyyət qəddarca marağındadı ki, bizim özümüzə olan sevgimizi ta bələkdə boğub öldürsün. Biz özümüzdən narazıyıq

Qurban

– Biz özümüzü doğru-dürüst tanımırıq. Çünki bizi gələcək üçün böyüdürlər. Biz hansısa abstrakt ideallar uğrunda yaşayırıq

– Canlı insan, özü ola bilən insandı. Belə insan mövcud durum və qaydalar üçün təhlükəlidi. Cəmiyyətin individuuma (“öz” ola bilən adama) repressiv (təkləmə) münasibəti onu köləyə çevirmək məqsədi daşıyır. Çünki individuumu idarə etmək, hansısa fikrin əsirinə çevirmək mümkün deyil. Onun öz fikri var

– Qurtuluş üçün içəridən gələn səsə – intuisiyaya qulaq asmaq lazımdı

Kölə

– Biz niyə özümüz olmaqdan bu qədər qorxuruq?

– İtaətsizlik – “həqiqi dindarın kredosu budu”

Oğul

– Valideynləri sevmək kimi bir borcumuz olduğuna inam bizi ikiüzlü adama çevirir

– Valideyn təsirindən çıxmaq mütləqdi. Həyatımızı onların istəklərinə uyğunlaşdırmağa davam etsək, heç vaxt özümüzü tapmayacağıq, xoşbəxt olmayacağıq. Özümüzü tapmalıyıq, tanımalıyıq

Robot

– İnsan robotdu, çünki o ətalətdədi. O özündən əvvəlki insanların həyat tərzini yamsılayır. İnsan yaşamır, yaşam onun üçün ənənədi, vərdişdi.

– Psixoloji yuxu bizə ciddi əzablar və ağrılar yaşadır

– Meditativ üsul spontan (özəl, təbii) və dərrakəli olmağa kömək edir.

Seksual manyak

– Seksual enerji seksi bütünlüklə qavradıqda, ona hopduqda sublimasiya

(sahib olduğun enerjini doğru istiqamətdə realizə etmək) olunur.

– Kişi qadını orqazma çatmaqdan məhrum edib.

– Pornoqrafiya dinin təsiri nəticəsində meydana gəlib.

– Niyə kişilər sevgililəri ilə qorilla kimi davranırlar?

– Adi sekslə tantrik seks arasında fərq

Monax

– Rəsmi dinlər həyata qarşı çıxır

– Din xadimlərinin və siyasilərin gizli sazişi – insanı qula çevirmək niyyəti

– Spid – mövhumatın yeganə yatırımıdı

Homoseksualist

– Gəlişmənin (təfəkkür inkişafının) vazkeçilməz pilləsi – qəbul edin – İnsan iradəsi, pozğunluq və ruhani təkamülə gedən yolda rastlaşdığımız əngəllər

Zorba

Zorba “bu gün və indi” ilə yaşayan adamdı. O, tamamilə özgürdü. Onun üçün bədən və ruh, Allah və şeytan arasında elə də ciddi fərq yoxdu.

– İnsana bir az dəlilik lazımdı

– Büdpərəstlik – yeganə əxlaqdı

– Zorba-Budda sintezi önəmlidi

İKİNCİ HİSSƏ
Həvva

– Kişi qadını içində qəbul etməlidi

– Qadın və kişi başlanğıcının birləşməsi üçün nəzərdə tutulan meditativ üsul (texnika)

– Kişi qadını niyə qınayır: səbəb

Maço

– “Kişi eqosu” nə deməkdi?

– Kişinin sinəsində tüklərin çıxma səbəbi.

– Qadınlara qarşı qəddarlıq: qorxu və dərkolunmaz sevgi.

Diqqət xəstəsi

– Diqqət mərkəzində olmaq ehtirası

– Mühitin diqqətindən keçirdiyin narahatlıqdan necə qurtulmaq olar?

Pleyboy

– Eyni anda üç qadına vurulan kişi

– Sevgi – məktəbdi, meditasiya – məktəbi başa vurmaqdı.

Sevgili

– Nə zaman sən qadına cansıxıcı gəlirsən?

Ər

– Cənnət, yoxsa cəhənnəm – təxəyyülünüzün mayası.

– Evlilik həyatını necə canlı etmək olar?

– Qadını necə mutlu etmək olar?

Ata

– Mülkiyyətin bir hissəsi

– Ailə bütün pataloji halların səbəbi kimi

Dost

– Qadınla cəhənnəmdi, qadınsızlıq cəhənnəmdi – dilemmanı (sorunu, problemi, məsələni) necə həll etmək olar?

ÜÇÜNCÜ HİSSƏ
Si̇yasətçi̇

– Siyasət şəxsi problemlərdən qurtuluş yeri kimi

– Üç şey insanı məhv etməyə bəs edir

Ruhani – Keşiş

– İnsanla Tanrı arasında vasitəçiyə ehtiyac yoxdu

Alim

– Ölümə yox, yaşama xidmət etmək üçün nə etməli?

Biznesmen

– Asan yolla qazanc əldə etmək həyat tərzinə çevriləndə nə baş verir?

Amerikalı

– Öz bədənini sevmək kultu

– Amerikalı ağlı

– Uolt Uitmen – Amerikanın yeganə dahisi

– İrq konfliktinin əsas səbəbi

Budda

– İlk addım – öz psixoloji yuxunu qəbul etmək

– Özünüdərketmə inkişaf texnikasıdı

– Düşüncəli insanın xarakteristikası

DÖRDÜNCÜ HİSSƏ
Yeni insan

– Yeni insan başa çatmış insandan nə ilə fərqlənir

Meditasiya edən

– meditasiya – elm, yaradıcılıq, sənətkarlıq

– meditasiya dövründə əldə olunan irəliləmənin ilkin əlamətləri

Döyüşçü

– Döyüşçü və əsgər arasında fərq; döyüşçü və biznesmen.

Oyunçu (oyun həvəskarı)

– Risklə yaşamaq nə deməkdi?

Yaradıcı

Yaradıcılıq protest üsulu kimi.

Qoca

– Böyüməklə qocalmaq arasındakı fərq

– “Kaftar” fenomeni.

Ustad

– Qərbli meşşan üçün izah.

Budda – Zorba

– “Başqa cür düşünən” adamla üsyankarın fərqi

Gerçək üsyankarla və ya “yeni insan” la qarşılıqlı harmonik əlaqə

BİRİNCİ HİSSƏ
ADƏM

Adəm ilk insan olub. Ona görə yox ki, ondan əvvəl insan yox idi, ona görə ki, Tanrıya ilk “ yox” u o deyib. Buna görə də onun sələfləri tarixdə qalmayıb: onların eqoları olmayıb. Mən əminliklə deyə bilərəm ki, Adəm ilk insan deyildi. Ona qədər milyon nəfər ola bilərdi, ancaq onların heç biri “yox” deməyib. Onların özlərinə münasibətləri olmayıb. Onlar özlərini sevə bilməyiblər.

Adəm “yox” dedi, ancaq bunun bədəli ağır oldu. Onu Cənnət bağından rədd elədilər.

Adəm erkəkdi. Və hər bir erkək nədəsə Adəmə bənzəyir. Biz hər birimiz uşaqlıqda Edem Bağında oluruq. Hər bir uşaq heyvanlar, quşlar, başqa primitiv təbiət ünsürləri, ağaclar, çiçəklər kimi səbəbsiz yerə yaşaya bilir. Sahildə ağacların arasında qaçan uşaq izləmisənmi? Uşaq hələ o qədər də insan deyil. Onun gözləri aydındı, ancaq hələ düşüncəsizdi. Bir gün o da Adəm kimi Edem bağını tərk etməli olacaq.

Adəmin Cənnət bağından qovulma səbəbi bu idi: o, dərkolunmaz səadətin bir hissəsi deyil artıq. O cənnət meyvəsindən bir diş alaraq öz cinsini kəşf elədi. Kişi olduğunu anladı.

Ancaq qovulan təkcə Adəm deyil. Hər yeni adam davamlı olaraq, yenə də və yenə Cənnətdən qovulacaq – hər uşaq Tanrının Cənnət bağından uzaqlaşmağa məcburdu. Bu onun yüksəliş anıdı. Bu yüksəliş, bu böyümə prosesi ağrılıdı. Lakin vacibdi. Cənnətə qayıtmaq üçün onu mütləq tərk etmək lazımdı. Ancaq bu dəfə anlayaraq, dərk edərək qayıtmaq. Bu kişinin həm ağır yükü həm də taleyidi. Həm əzabı, həm də azadlığıdı, həm sorunu (problemi) həm də əzəmətidi.

Niyə həmişə özümdən və taleyimdən narazıyam? Niyə həmişə daha ciddi, daha önəmli bir işlə məşğul olmaq kimi arzum, ehtiyacım var? “Qonşunun otu daha yaşıldı” misalında olduğu kimi mənə həmişə elə gəlir ki, başqalarının bəxti daha çox gətirib. Niyə belədi?

Ona görə belədi ki, sənin idrakın dumanlıdı. Sən özün üçün yox, həyatın acığına, taleyə inad başqası olmaq istəyirsən. Sən öz potensialını (bacarığını) açmaq istəmirsən. Başqaları səni necə və kim olaraq görmək istəyirsə, sən o cür və elə olmağa çalışırsan. Bu insanı məhv edə bilər, onu heç vaxt rahat və məmnun olmağa qoymaz. Məmnunluq duyğusu olmayan yerdə məntiq insana “nəsə eləmək lazımdı, sən az iş görmüsən, daha çox zəhmət çəkməlisən” kimi fikirlər ötürür.

Sən də daha böyük canfəşanlıqla meydana atılırsan. Daha “möhtərəm” işlər görmək üçün çaba göstərirsən. Hər kəs başqalarını aldadaraq saxta mutluluq maskası altında gizlənir. Hər kəs özünü yalandan xoşbəxt göstərməyə çalışır. Sən də belə bir maska taxıb başqalarını aldadırsan. Beləliklə başqaları sənin onlardan daha xoşbəxt olduğunu düşünür. Sən də başqalarını özündən daha xoşbəxt sayırsan.

Hasarın o tayındakı həyətin otu daha yaşıl görünə bilər. Ancaq həmin həyətdə yaşayan qonşuya da sənin həyətindəki yaşıllıq daha rəngli, daha gözəl, şirəli görünür. Bu illüziyadı. Bu illüziya ayrıntı, məsafə yaradır. Hətta dostlar, sevgililər belə öz aralarında məsafə saxlayırlar: reallıq təhlükəli ola bilər, yaxınlıq adamın maskasını soyundurub onun gerçək mahiyyətini ortaya çıxara bilər.

Sən lap başdan yanlış yol seçmisən, buna görə də, neyləsən acı çəkəcəksən.

Təbiət dollar hərləmir: belə olmasaydı dollar ağacda bitərdi. Bu sırf insanın icadıdı.

Faydalıdı, lakin təhlükəli bir icaddı.

Varlı birini görüb düşünürsən: “Bəxtəvərin heç bir qayğısı yoxdu”. Beləliklə, çoxlu pul qazanmağa can atırsan. Kimsə daha sağlam görünür. Sən də sağlamlıq arzulamağa başlayırsan. Bir başqasının məşğuliyyəti, işi sənə çəkici gəlir. Düşünürsən: “bu işdə necə razı görünür, demək həmin işlə məşğul olmaq lazımdı”. Yüyürürsən həmin işin dalınca.

Biz həmişə başqası olmağa can atırıq. Cəmiyyət insanı elə hala salıb ki, o özü haqda, öz bacarığı haqda düşünmür. Bilmir ki, harda, hansı sahədə özünü tapa bilər, rahat ola bilər.

Özün olmağa çalışmaq lazımdı. Bu zaman nə başqasına paxıllıq edərsən, nə həsəd apararsan, nə narazı olarsan, nə də narahat qalarsan. Əgər öz həyətində yaşıllıq arzulayırsansa bunu çox asan yolla gerçəkləşdirmək mümkündü. Niyə ömrünü başqasının həyətinə boylanmaqla keçirəsən? Öz həyətində yaşıllaşdırma apar. Yoxsa hamının bağı, bağçası sənə daha gözəl görünəcək həmişə. Sən qibtə hissindən qurtulmayacaqsan və həmişə özünü bədbəxt hiss edəcəksən.

İnsan potensialını inkişaf etdirməlidi. Nə olursa olsun, nəyi bacaracağını, harda xoşbəxt olacağını tapmalıdı. Heç kimin digərinin beyninə öz fikrini yeritmək hüququ yoxdu. İnsana sadəcə özünü açmaqda kömək etmək lazımdı. Nə işlə məşğul olacağından, nəyi seçəcəyindən asılı olmadan. Hər kəs arzuladığı, bacardığı işlə uğraşmalıdı. Yalnız bu zaman dünyada ürəkaçan bir mənzərə yarana bilər.

Uşaqlıqdan bu yana heç vaxt özümlə bağlı ümidsizlik yaşamamışam. Çünki heç vaxt nə edəcəyimlə və kim olacağımla bağlı özgə məsləhəti dinləməmişəm. Bu mənə çox kömək edib. Asan deyildi, çətinliklər getdikcə artırdı, ailəm mənə qarşı silahlanmışdı. Amma bu məni narahat etmirdi. Çox məmnun və xoşbəxt idim. Təsəvvür etmirəm ki, mən başqa cür yaşasaydım necə ola bilərdi. Yəqin ki, bir heçə çevrilərdim.

Dünya individuallığa qarşıdı. O hətta insanın təbiətinə də qarşıdı.

Ona canlı robot lazımdı; insan buna – robotluğa razı olduğu üçün bədbəxtliyə düçar olub.

Lakin unutma: insan robot deyil. Təbiət onu robot olaraq düşünməyib. İnsan robot kimi yaranmayıb. Ancaq təəssüf ki, təbiətin yaratdığı kimi yox, robot kimi yaşayır. Buna görə də həmişə özünə sual verir: “Nə çatmır axı? Yəqin mənə daha dəbdəbəli mebel lazımdı. Ya da evə daha gözəl pərdələr alınmalıdı. Bəlkə daha böyük evim olmalıdı. Ya bəlkə arvadı dəyişməliyəm, ya da işimi, ya da…”

Cəmiyyət öz qaydalarını sırıyıb insana. Mən sənə özünü tapmaqda kömək edəcəm. Bir də baxacaqsan ki, həyat gözəldi və özünə verdiyin bütün yorucu suallar harasa uçub gedib. Önəmli olan özün olmaqdı, ancaq özün. Və bu hər kəs üçün belədi.

Nəyə görə özümü sevə bilmirəm?

Hər bir uşaq özünə olan sonsuz sevgiylə doğulur. Cəmiyyət bu sevgini darmadağın edir. İnsan özünü sevərsə bəs peyğəmbərləri kim sevəcək?

Bəs prezidenti kim sevəcək? Bəs valideynləri? Bəs onu, bəs bunu…

Uşağın özünə olan sevgisini kənarlaşdırmaq – cəmiyyət bu işlə məşğul olur. Uşağa məcburi olaraq ətrafdakıları sevdirmək lazımdı. Uşağı özündən başqa hamıya olan sevgiylə böyütmək lazımdı. Fərqi yoxdu, bu sevgi – Allaha, Roma Papasına, ataya, anaya, ərə, arvada, qonşuya, vətənə, bacıya-qardaşa – kimədi. Kim olur olsun, amma mütləq uşağın sevgisini kənar obyektə yönləndirmək lazımdı. Hamı belə düşünür. Ata da, ana da, siyasətçi də, müəllim də, xala da, bibi də hamı. Və beləliklə də sən ikincidərəcəli adama çevrilirsən. Sən özün üçün hamıdan önəmli olmursan. Özündən daha önəmli nəsnələrlə üz-üzə qalırsan. Sənə özünü unutdururlar. Özünü unudan insanın mənliyi olmur!

Əslində sən aşağılanırsan, yoxsullaşırsan.

İnsan özündənrazı bir imperator kimi doğulur əslində. Ancaq ətrafda hamı onun sevgisini qazanmaq, ələ keçirmək istəyir. Ata istəyir ki, uşaq onu sevsin, ana istəyir ki, onu sevsin. Heç kim düşünmür ki, əslində özünü sevə bilməyən adam başqa kimisə sevə bilməz, sevməyi bacarmaz. Biz elə bir inanılmaz dərəcədə çıldırmış mühitdə yaşayırıq ki, orda hamı kimisə sevmək istəyir, amma heç kim sevgi verə bilmir. Niyə sevgililər elə hey dalaşır, yola getmirlər? Niyə birinin sözü o birinin boğazından keçmir?

Çünki onlar bir-birinə sevgi verə bilmirlər. Onlar ancaq umurlar. Və umduqları şeyin qarşılığında aldıqları bir heçdi, bir boşluqdu. Çünki hər ikisinin də verməyə heç nəyi yoxdu. Onlar yoxsuldular, sevgisizdilər.

Doğru tərbiyə olunan uşaq özünə qarşı sevgi atmosferində böyüyən uşaqdı. Eqo sevgini ağzınacan elə doldurur ki, sevgin daşır və sən onu kiminləsə bölüşmək istəyirsən. Səndə çoxdu, kiməsə pay vermək, bağışlamaq, ötürmək istəyirsən. Bu cür sevgi heç vaxt asılılıq hissi yaratmaz. Sən paylaşansan. Paylaşan adam heç vaxt yoxsul ola bilməz. Öz qəlbinin yeganə amiri olan iki imperator qarşılaşanda onlar arasında anlaşma, sayğı olur. Bu sərhədsiz sevincdi. Heç kim heç kimdən asılı deyil.

Hər biri özəldi, özgürdü. Hər biri özünü sevir və sayır. Sevgi adlanan nektarın kökləri lap dibə, insanın mahiyyətinin başlanğıc nöqtəsinə qədər gedib çıxır. Və bu sevgi boy ataraq çiçəklənib min cür qızılgül kimi rəngarəng və gözəl görünür. Gül dəstəsinə çevrilir.

Belə insan növü bu günə qədər ortaya çıxa bilməzdi. Çünki cürbəcür müqəddəslər, Allahın cürbəcür təcəssümləri, peyğəmbərlər, möminlər və bu kimi sarsaqlar imkan verməyiblər insan möhtəşəm olsun. Onlar insanlıq üzərində öz nüfuzlarını, hakimiyyətlərini saxlamaq üçün insanı məhv ediblər.

İstəsən özün baş verənləri məntiqlə çözə bilərsən. Xilaskarlar, məsihlər sənin sevgi obyektinə çevrilir. Səninçün onların arxasınca gözübağlı gedən bir kölgə rolu hazırlanıb. İçində harmoniya olsa, sevgiylə dolub daşsan, qızılgül kimi açsan, bu xilaskarlar kimə lazım olacaq? Sən xilas olunduqdan sonra cənnət kimə lazımdı axı? Sən artıq ordasan…

Əgər özünü sevsən keşişə heç bir ehtiyac qalmayacaq; siyasətçinin tərəfdarları olmayacaq. Bu halda səni qula çevirmək istəyənlərin, səni psixoloji cəhətdən özündən asılı duruma salmaq istəyənlərin hamısı iflasa uğrayacaq.

Özünü sevməyi öyrənmək çətin deyil, çox təbiidi. Əgər sən qeyri-təbii bir işi bacarmısansa, özünü yox, başqalarını sev­mə­yi öyrənmisənsə, özünü sevmək daha asan olacaq. Sən artıq mümkün olmayanı etmisən. Unutma, məsələnin məğzi yalnız bir həssas məqamdan ibarətdi. Sən bu sadə həqiqəti düşünməlisən: “Əgər özümü sevə bilməsəm, həyatın mənası olmayacaq. Heç vaxt böyüməyəcəm, sadəcə yaşlanacam. Heç vaxt şəxsiyyət olmayacam. Heç vaxt uyumlu, nəcib, yetkin bir insan ola bilməyəcəm”.

Başqa tərəfdən siz özünüzü sevməsəz başqasını da sevə bilməyəcəksiz. Psixoloji problemlərin çoxu insanın özündən üz çevirməsindən qaynaqlanır. Siz özünüzü nəsə “dəyərsiz” biri kimi qəbul edirsiz. Sizə elə gəlir ki, nəsə başqa birisi olmalıydız, düşünürsüz ki, heç nəyi düz eləmirsiz, nəsə çatmır, şəxsiyyətinizi formalaşdırmalısız.

Yaponiyada 400 il yaşı olan ağaclar var. Ancaq bu ağacların uzunluğu 15 sm-dən o yana keçməyib. Yaponlar bunu “sənət” adlandırırlar. Bunun nəyi sənətdi? Bu təmiz qətldi. Ağaclar yaşlı görünür, amma uzunluğu 15 santimetrdi. Əslində bu uzunluq 30 metr olmalıdı. Əslində ağaclar ulduzlara doğru can atmalıdı. Bəs yaponlar neynəyiblər? Nə biclik işlədiblər? Eyni ilə insanlıq üçün işlədilən bicliyə əl atıblar. Onlar ağacı dibçəkdə əkərək ucalmağa qoymayıblar. Dibçəyin dərinliyi yoxdu. Bəs bu ağacın kökü necə olsun? Ağac kök atdıqca onun uclarını kəsiblər.

Ağac dərinə kök atmasa boy da atmır. Yaşayır, yaşlanır, amma böyümür. İnsanla da həmin şeyi edirlər. İnsanın ucalması, böyüməsi üçün onun özünü sevməsi şərtdi. Buna görə də mən sizə hər şeydən öncə özünü sevməyi öyrədirəm. Bu axı çox doğaldı…

Bütün dinlər insana altruizm aşılayır. Guya insan gerçəkdən də hansısa gicgicə ideya, şəxs, bayraq uğrunda ölümə get­mə­lidi, guya materiyanın hansısa iylənmiş parçasına görə ca­nını verməlidi. İnsan öz dəyərli həyatını milli marağa qurban etməlidi, torpağa gömməlidi. Halbuki torpaq milliyyətə bö­lünmür. Belə bir təbii bölgü yoxdu. Torpaq bölgülü deyil, sərhədsizdi. Kələkbaz siyasətçilər xəritədə Yeri sərhədlərə ayırıblar. İnsan özünü xəritədəki cızma-qaraya qurban verir. Din uğrunda ölür – xristianlıq, buddizm, islam.

Hər şey elə ustalıqla qurulub ki, insan yönünü itirir. Torpaq uğrunda öləndə şəhid adı verirlər. Əslində isə o intihar edir. Din yolunda məhv olanda, deyirlər ki, əbədi səadətə qovuşdu, cənnətə düşdü. Bu yolla özünə qarşı biganəlik, özünü görməzdən gəlmək, bir heç olduğunu düşünmək ideyası ötürülür insana.

Həyatın o qədər dəyərsizdi ki, sən onu torpağa, ideyaya, havadan bir inanca qurban verə bilərsən.

Sənə elə gəlir ki, özünə nifrət etsən, səni sevəcək kimsə tapılacaq?

Hardan tapacaqsan belə birini? Sən inanmısan ki, ləyaqətli olmaq üçün yalnız müəyyən olunmuş qaydalara, dini doqmalara, siyasi ideyalara uyğun biri olmalısan.

Yadında saxla: İnsan nə müsəlman, nə xristian, nə kommunist olaraq doğulmur. Hər bir insan dünyaya tərtəmiz lövhə, Tabula rasa (boş lövhə – insan beyninin boş lövhə kimi doğulduğunu sonradan o lövhəyə təcrübəsi, biliyi sayəsində nələrsə yazıldığını iddia edən fəlsəfi görüş) kimi gəlir. O lövhədə nə Qurandan, nə Bibliyadan, nə Gitadan, nə Kapitaldan heç nə yazılmayıb. O lövhə bomboşdu. Uşaq yazıyla-filanla doğulmur. O, tərtəmiz doğulur. Ancaq uşağın saflığı onun üçün böyük bir bəlaya çevrilir.

Çünki ətrafında dolaşan canavarlar – valideynlər, dindarlar, müəllimlər, siyasətçilər onu rahat buraxmır. Hər kəs nəsə öyrətməyə çalışır. Hamısı düşür bu məsum körpə varlığın canına. Hərə bir şey yazmağa çalışır. Və sonunda uşağa elə gəlir ki, yazılanlar həyatın həqiqətləridi. Bu cür yaşamaq lazımdı. Uşaq elə düşünür ki, bütün bunlar irsdi. Həqiqətdə isə bütün bunlar onun gerçək məzmununu, şəxsi irsini itirir. Bundan sonra insanla istədiyin kimi davranmaq mümkündü. Onu günahsız kimsələri öldürməyə də göndərmək olar.

Dini mafiya da var, siyasi mafiya da. Və onlar hamısı bizim hər birimizdən istifadə edir. Onlar öz aralarında da düşmənçilik edə bilərlər. Amma bir məsələdə heç vaxt fikir ayrılığı yaşamazlar. İmkan vermək olmaz ki, insan özünü sevsin.

Onlar insanı öz həqiqi mahiyyətindən uzaqlaşdırıb plastilinə çevirirlər. Plastilindən nə istəsən düzəltmək olur.

ABŞ heç bir günahı olmayan vyetnamlıları öldürürdü. Amerika nə itirib axtarırdı Vyetnamda? Nəticə nə oldu? Hər iki tərəf itkilər verdi. Hakimiyyət hələ həyatı dadmayan uşaqları döyüşə – ölümə göndərirdi. Səbəb nədi, nəyin uğrundaydı bu savaş? Demokratiyanın? Amerikanın? Axı niyə nəyinsə uğrunda mütləq ölmək, məhv olmaq lazımdı? Xristianlarla müsəlmanlar bir-birini eyni Allah üstündə qırıb çatırdılar. Eyni Allah üstündə… Necə qəribə bir dünya qurmuşuq…

Strategiya aydındı: insanın özünə olan sevgisini məhv etmək. Bu zaman o özünü təsdiqləmək, nəsə bir dəyər, ad-san qazanmaq naminə nə desən edəcək. Özünü boş yer kimi hiss etməmək üçün qəhrəmanlıqlara, fədakarlıqlara əl atacaq. Gör generalların hərbi geyimlərində nə qədər əlvan zolaqlar var. Bu nə anlamsızlıqdı? General insanları məhv etdikcə zolaqların sayı artır.

İstənilən adam həmin zolaqlardan öz geyimlərinə düzə bilər. Düşünmürəm ki, bunu qadağan edən qanun var. Ancaq bu nəyə lazımdı? O generallar hər yerdə hörmətlə, sayğıyla qarşılanırlar, hər yerdə adamlar onlara təzim edir. Nəyə görə? Onların hansı əməllərinə görə? Sən heç bu barədə düşünmüsən? Düşünmüsən ki, bu adamlar sənin və başqalarının yüzlərlə soydaşını öldürür?

Minlərlə adamın qanında əlləri var? Düşünmüsənmi ki, bu generallar qatildilər?

Sən elə bir cəmiyyət, ortam görmüsən ki, orda sevgililəri ordenlə təltif edirlər?

Sevgililəri qiymətləndirirlər? Belə bir mühitlə rastlaşmısan?

Yox! Sevgililəri qınamaq lazımdı. Cəmiyyət sevgini lənətləyib həmişə. Daha güclü cəmiyyətlər insanın özünə olan sevgisini öldürmək istəyir və hələki bu, onlarda alınır.

Milyon il keçib… ancaq insan çəkingənliyin (natamamlıq kompleksinin) köləsi olaraq qalır. İnsan özünü yararsız hesab edir. Onun verilən tapşırığı yerinə yetirməyə gücü çatmır. Çünki tapşırıq doğal deyil (qeyri-təbiidi). Onu yerinə yetirmək mümkünsüzdü. İnsan məhvinin fonunda müxtəlif məsihlərin nüfuzu artır. Onlar xilas söz veriblər. Ancaq onlar heç özlərinə kömək edə bilmirlər. Onlar insana üzməyi öyrətməyiblər. Üzməyi bacarmayan insan bata bilər…

Bütün dövrlərdə siyasilər insanlara söz verirlər ki, tezliklə hər şey yaxşı olacaq, yoxsulluq azalıb, azalıb bitəcək. Ancaq heç nə yaxşı olmur. Yoxsulluq azalmır, getdikcə artır. Efiopiyada gündə min adam ölür. Sən yəqin heyrətlənərsən ki, ABŞ-da yarım milyon adam piylənmədən, kökəlmədən əziyyət çəkir. Onlar durmadan şişirlər. Eyni zamanda Efiopiyada adamlar aclıqdan ölür. Amerikada toxluqdan ölürlər, Efiopiyada aclıqdan. Bundan sonra necə demək olar ki, biz normal dünya yaratmışıq?

Tezliklə Hindistanda da vəziyyət Efiopiyadakı kimi olacaq. Dövlət taxılı eksport edir. Öz xalqısa acından ölür. Əhalinin 50 % i aclıq həddində yaşayır. Hər an ölkə nəhəng Efiopiyaya çevrilə bilər. Siyasi liderlər taxılı başqa ölkələrə satırlar. Çünki onlara nüvə silahı yarışması üçün atom elektrostansiyaları lazımdı.

Bütün bunlar altruizm uğrunadı. Mən istəyirəm ki, sən tam bir eqoist olasan. Sev özünü, özün ol. Səni kimsə çaşdırmasın: nə din xadimləri, nə siyasi xadimlər, nə elm adamları, nə dövlət qulluqçuları – heç kim. İlk növbədə öz qarşında öhdəliyin olmalıdı. Bir məsələni anla: Əgər hər kəs özünü sevsə, öz qayğısına qalsa, onun ağlı pik nöqtəyə çatar. Onun içi sevgiylə dolub daşar.

Mən əminəm ki, sevgi fəlsəfəsi insanı gerçək bir altruistə çevirə bilər. Çünki o, çox şeyi paylaşa biləcək, o, özündə olan sevgini başqalarına ötürə biləcək. Altruizm ancaq o zaman özünə yer tapacaq ki, insan öncə özünü sevəcək.

Bu gün heç kim günahı özündə görmək istəmir. Həmişə günahkar başqasıdı. Çünki sevilən də başqasıdı. İnsan özüylə rahat olsa, günahı da özündə axtarar, səbəbi də özündə tapar. O başqaları üçün yaşayır deyə, günahkar da başqaları olur. Günahkar Adəmdi, günahkar Həvvadı, həyatdı, Allahdı, ilandı. O, Həvvanı yoldan çıxardı, Həvva Adəmi, Adəm Allahın qadağasını pozdu-filan.

Günahı kiminsə boynuna yıxmaq gülünc deyil? Hansısa ilan, milyon il əvvəl… Mən dəfələrlə müxtəlif cür ilanlarla söhbət etməyə çalışmışam. Onlar danışa bilmirlər. Onların heç eşitmə qabiliyyətləri də yoxdu. Fikir vermişəm ki, ilanların qulaqları da yoxdu. Təbiət onlar üçün qulaq nəzərdə tutmayıb. İlan eşitmirsə necə danışa bilər? Bəs Həvvanı necə yoldan çıxarıb? Adəm məsuliyyəti Həvvanın üstünə atır, Həvva ilanın, İlanın da dili olsaydı yəqin ki, Allahın üstünə yıxacaqdı hər şeyi. Biz anlamırıq ki, hər kəs öz əməlinə özü cavabdeh olmasa, heç vaxt şəxsiyyətə çevrilməyəcək.

Məsuliyyətdən qaçmaq insanı alt-üst edir. Mən bütün məsuliyyəti üzərimə götürürəm və bundan inanılmaz zövq alıram. Mən heç vaxt öz məsuliyyətimi başqasının üstünə yıxmamışam. Yıxsaydım bu mənim azadlığımı əlimdən alardı, məni başqalarından asılı edərdi. Nə olursa olsun hər şeyə görə ancaq özüm cavabdehəm. Mənim gücüm də bundadı. Bu mənim dayaq nöqtəmdi. Bu cavabdehliyin qaynağı mənim özümə olan sevgimdi. Məndən də başqaları kimi istifadə etmək istəyirdilər.

Ancaq lap əvvəldən özüm üçün aydın etdim ki, məni cənnətə itələsələr belə razı olmayacam. Öz istəyimlə mən cəhənnəmə də getməyə razıyam. Ən azı bu mənim seçimim olacaq.

Valideynlər, öyrətmənlər, professorlar – hamısı məni təsir altına salmağa çalışıb. Ancaq mən demişəm: “Heç bir “bəxşiş” məni ələ alıb köləyə çevirə bilməyəcək”. Ondansa cəhənnəm əzabını seçərəm, amma özüm olaram. Ən azı seçimi özüm etdiyim üçün artıq məmnunluq hissi yaşayacam, ən azı biləcəm ki, heç kim məni nəyəsə məcbur etməyib”.

Cənnət məhbusu özünü xoşbəxt hiss edə bilərmi? İsanın, Musanın, Buddanın, Krişnanın dalınca düşüb cənnətə gedən şəxsi məyusluq gözləyir: Bu necə cənnətdi ki, burda səndən kor inam tələb olunur, burda sual vermək, nəyləsə maraqlanmaq qadağandı? Belə cənnət cəhənnəmdən betərdi. İnsanı həyat mənbəyindən qoparıblar.

Mən səni evinə qaytarmaq istəyirəm. Özünə sayğı göstər. Aləmə gərək olduğunu hiss edərək bundan zövq al, qürur duy. Başqa cür olsaydı sənin buralarda nə işin vardı? Sevin ki, dünya sənsiz keçinə bilmir.

Ona görə burdasan ki, dünya sənə şans verib, həyat verib, sənə çox böyük dəyərlər bağışlayıb: gözəllik, ekstaz, azadlıq.

Ancaq sən öz zatını qurban vermisən! Sən xristian, buddist, iudaist olmusan. Mən bircə şey istəyirəm. İstəyirəm sən bircə şeyə inanasan: mövcudluğa. Sinaqoqları, kilsələri gəzməyə gərək yoxdu.

Sadəcə göy üzünə baxmaq, ulduzları seyr etmək, günəşin doğuşunu, batışını, çiçəklərin açmasını, quşların cəh-cəhini izlə­mək bəs edir. Ətrafa bax: Varlıq! – həqiqət və mutluluq ondadı. Gözünlə gördüyün nəsnələrdədi. Hansısa din xadiminin uydurduğu nağıllarda deyil!

Özünə inanmağı öyrənmək vacibdi. Demək ki, özünü sevmək vacibdi. Özünə etibar edərək, özünü sevərək hisslərinin və əməllərinin məsuliyyətini bütünlüklə öz üzərinə götürürsən. Özün özünə cavabdeh olursan. Heç kim səni öz əsarəti altına ala bilməyəcək kimi inanılmaz bir özgürlük, var oluş duyğusu yaşayırsan.

Ayaqları üstündə möhkəm dayanan insanın möhtəşəmliyini görə bilirsənmi? Nə baş versə də – ölüm, ayrılıq, itki – o, tarazlığını itirmir, onun duruşunda bir özgüvən, bir güc var. Özünü sevən insan həyatın da, ölümün də qarşısında qüdrətli görünür.

Cəmiyyət Sokratı cəzalandırdı. Sokrat kimi insanlar heç vaxt cəzadan yayına bilməyiblər. Bu adamlar individualistdilər , kimsə onlara öz fikrini sırıya bilmir. Sokrata zəhər verdilər. O, yataqda uzanmışdı, yanında isə bir adam zəhərli qarışığı hazırlayırdı. Günəş qüruba hazırlaşırdı. Edam zamanı yaxınlaşırdı. Məhkəmə dəqiq edam vaxtı müəyyən etmişdi. Amma zəhəri hazırlayan adam nədənsə vaxtı uzadırdı. Sokrat dözməyib soruşdu: “Vaxtdı, günəş batır, niyə yubanırsan?”

Ölüm cəzasına məhkum olunan adamın edam vaxtıyla bağlı narahatlığı qəribədi. Əslində o, vaxtın uzadılmasına sevinməli idi, həmin adama minnətdar olmalıydı. Cəllad Sokratı sevirdi.

O, məhkəmədə Sokratın dediklərini dinləmiş və böyük bir sayğı duymuşdu bu fikir adamına. Tək Sokrat bütün Afina əhlindən ağıllı idi. Sokrat ölümün bir neçə dəqiqəlik uzaqlığına sevinə də bilərdi. Ancaq o, cəlladı tələsdirirdi: “Tez ol, gətir zəhəri”.

Zəhəri Sokrata uzadanda həmin adam soruşdu: “Sən niyə belə tələskənsən? Gözlərin alışıb yanır, üzün işıq saçır. Nə baş verdiyini anlamırsan yoxsa? Sən axı indi öləcəksən”.

“Ölüm mənim üçün maraqlıdı. Mən həyatı gördüm. Nəfəs almaq belə mənim üçün xoşbəxtlik idi. Mən hər şey elədim. Ürəyim istədiyi kimi yaşadım, zövq aldım. İndi isə mən ölümü hiss eləmək istəyirəm. Anlamaq istəyirəm ki, o nə olan şeydi. Və bu nə qədər tez baş versə bir o qədər yaxşıdı”.

Hadisələrin iki cür inkişafı var: Ya mənim ruhum başqa formada yaşayacaq, şərq mistiklərinin dediyi kimi, bu hadisələri qamarlamaqdı, bədənsiz, cansız yaşamaq, ruhunla hər şeyi hiss etməkdi. Bədənin ağırlığından yaxa qurtarırsan. Bədən qəfəsdi onlara görə. Dar bir qəfəs. Hərəkəti məhduddu. Ruh isə hara istəsə gedib çıxa bilir. Ölüm azadlıq sayılır bu mənada.

Ya da materialistlərin dediyi həqiqətdisə, ölümdən sonra heç nə yoxdusa, dolayısıyla bədən öləndən sonra hər şey bitirsə, bu da qamarlamaqdı. Ancaq mövcudluğu deyil, mövcud olmamağı, var olmamağı qamarlamaq. Mən – var olmaq nə deməkdi, onu bilirəm. İndi, var olmamaq nə deməkdi, onu öyrənmək vaxtıdı. Mən yoxamsa, deməli, narahat olmağa heç kim yoxdu”.

Bunu ancaq özünü sevən biri deyə bilərdi. O hətta ölümünün məsuliyyətini öz üzərinə götürmüşdü. Məhkəmə ona ölüm hökmü verməmişdi. Bu, sadəcə, filosofun beynindəki nuru, işığı görə bilməyən mövhumatçıların təşəbbüsü idi. Onlara inananlar bu təşəbbüsü dəstəklədi, yekdilliklə ölüm qərarına səs verdilər. Onlar çox idilər. Həmin çoxluq Sokratı ölümə məhkum etdi.

Onlar Sokratın bircə arqumentini belə dəf edə bilmədilər. Düşünürəm ki, onlar heç Sokratın nədən danışdığını da anlamırdılar. O, bütün dəlillərin yalan olduğunu sübut edirdi. Afina demokratik şəhər sayılırdı. Orda kiminsə cəzalanması üçün məsələyə ümumi baxış keçirilirdi. Kollegial müzakirələr olurdu. Həmin müzakirələrdə Sokrat cəmiyyət üçün təhlükəli şəxs elan edilmişdi.

Onu nədə günahlandırırdılar? Sokratın günahı o idi ki, gənc­ləri üsyankar ruhda tərbiyə edirdi, hər şeyə özəl, məntiqdən keçirərək, qoyulan qaydalara skeptik (şübhəylə, çözərək) yanaşmağı öyrədirdi. Onun səyi nəticəsində gənclik idarəolunmaz şəklə düşürdü. Sokrat gənclərlə yaşlılar arasındakı uçurumu aradan götürürdü. Gənclik artıq böyüklərin istədiyi kimi deyil, öz arzularıyla yaşamağa can atırdı. Mübahisə edirdi, öz həqiqətlərini qorumağa, müdafiə etməyə çalışırdı.

Gənclik şuluq salırdı. Və bu şuluqluğun “günahkarı” Sokrat idi.

Hakimlər yerli əhalidən daha düşüncəli idilər. Onlar Sokrata belə bir təklifdə bulundular: “Əgər sağ qalmaq istəyirsənsə Afinanı ömürlük tərk elə. Afinada qalmaq istəyirsənsə dilini dinc saxla. Yalnız bu zaman biz sənin həyatını xilas edə bilərik. Yoxsa sabah gün batana yaxın sən zəhər içib ölməli olacaqsan”.

Sokrata nə qalırdı? O, nə deməli idi?

Sokrat dedi: “Sabaha saxlamaq lazım deyil. Zəhər hazır olan kimi mən onu bu gün də içməyə hazıram. Ancaq həqiqəti söyləmədən yaşaya bilmərəm. Əgər mən həyatımı saxlamaq bahasına həqiqəti bada verməli olsam, ömrümün sonuna kimi rahatlıq tapmayacam. Öləndə də rahat ölməyəcəm. Mən həmişə düşüncəmlə ortada olmuşam, bildiyim və inandığım doğrulardan danışmışam. Ona görə də rahat yaşamışam. Mən yaşadığım kimi ölmək istəyirəm. Rahat ölmək istəyirəm.

Özünüzü günahkar saymayın. Mənim ölümümə özümdən savayı heç kim cavabdeh deyil.

Onsuz da bunun baş verəcəyini bilirdim. İllüziyalar, quramalar, yalanlar və saxtakarlıq içində olan bir cəmiyyətdə doğru söyləyəni ölüm cəzası gözləyir. Heç kim bu zavallı adamları mənim ölümümə görə suçlamasın. Bu ölümdə məsul olan bircə adam varsa o da özüməm. Mən individualist olaraq yaşamışam.

İndividualist olaraq da ölmək istəyirəm. Mən həyatın qarşısına doğrularla çıxdım. Ölümün qarşısına da bu cür çıxacam. Bu mənim öz seçimimdi”.

Ləyaqət budu. Harmoniya budu. İnsan bu cür də olmalıdı. Yer üzünün bütün insanları Sokrat kimi olsaydı biz ekstatik (ləzzətli, kefli), gözəl, sakit və səxavətli bir dünyada yaşayardıq.

Özün ol, sadəcə, özün, özün, özün və yalnız özün! Ancaq bir şeyi unutma. Sən özün olmaqla həm də özün üçün təhlükə yaradırsan. Çünki bütün müsəlmanlar, xristianlar, buddistlər, iudaistlər, kommunistlər və sairələr çoxluqdu, bir topa adamdı. Sənsə təksən, yeganəsən, özəlsən. Onlardan fərqlisən.

Sən dəstədən, güruhdan biri deyilsən, hissə deyilsən. Sən ayrıcasan. Əlbəttə, onlar – o qaragüruh, o dəstə bunu sənə bağışlamayacaq. Sən özünü individual, fərd olaraq təqdim etdiyin andan onlar səni məhv etməyə can atacaqlar. Sən özünü qorumalı olacaqsan. Bu çox zövqlüdü. Hər an təhlükə ola bilər. Hər an hiss edəcəksən ki, sən başqasan, onlardan deyilsən. Hiss edəcəksən ki, səni özlərinə bənzətmək, ya da səndən qurtulmaq istəyirlər. Bu sənə yaşamaq üçün stimul verəcək. Mübarizəyə atılacaqsan. Yüksəklərə meyil edəcəksən. Özün öz sahibin olacaqsan.

Riskli yaşamaq maraqlıdı. Mən demirəm ki, sən mütləq biznesmen olmalısan. Və ya başqa biri olmalısan. Mən sənə “olmalısan” demirəm. Deyirəm ki, oyna, oyunçu ol! Qazanmaq üçün oyna. Bütün bacarığını, gücünü bu oyuna qoy və qalib çıx. Hər şeyini bu oyuna yatır, gələcək üçün heç nə saxlama. Hətta sonucda yoxsullaşsan belə, sənin həyatın imperator həyatından daha dəyərli olacaq.

İnsan xoşbəxt doğulur. Ancaq o, bədbəxt bir məxluqa çevrilib. O, körpəylə birgə doğulan sevinc hissini unudub. Unudub ki, sevinmək kimi harmoniyaya və sağlamlığa aparan yol var.

Qapılar indi açılır. İndi və burda. Həyatla ölümün həmişə görüşdüyü yerdə.

Sən ölüm tərəfi seçmisən. Çünki bu ixtiyar sahiblərinin istəyidi. Unudursan ki, sən kədər içində boğulurkən həyat ötüb-keçir.

Bir gün tələbə Konfutsidən soruşur: “İnsan xoşbəxt, rahat olmaq üçün nə etməlidi?” Konfutsi cavab verir: “Qəribə sual verirsən. Bu axı çox təbii, doğal haldı. Təsəvvür eləmirəm ki, qızılgül “nə etmək lazımdı ki, qızılgül olasan” sualı verə bilər. Qəmə, kədərə gəldikdə, sənin məzarda bol-bol zamanın olacaq. Bütün dərdi-ələmi ora üçün saxla. Orda sənin bədbəxtlik üçün kefin istədiyin qədər vaxtın olacaq.

Ürəyin də buna təpki verib “yox, bunu istəmirəm, xoşbəxt olmaq istəyirəm” deməyəcək. Hələlik yaşa, ləzzət al, özün ol, dürüst ol, içinlə çölün bir-birini tamamlasın. Xoşbəxtlik içlə çölün tamamlanmasından boy alan nəsnədi. Özü ola bilməyən adam yarımçıq adamdı. Deməli, bədbəxtdi. Xoşbəxt adam rəqs etməyi asanlıqla öyrənir”.

Biz istəyirik ki, bütün insanlıq xoşbəxt olsun. Gülsün, rəqs eləsin, oxusun. O zaman bütün bəşəriyyət daha yetkin olar, daha kamil olar. Cansıxıcı, bədbəxt insan iti zəkalı ola bilməz. Onun zəkası tutqundu, onun zəkasında zülmətdi, qaranlıqdı, ağırlıqdı. O səni öz qaranlığında boğa bilər.

Qaramat səndən o zaman uzaqlaşacaq ki, içdən gülməyi öyrənəcəksən.

Gülüş səni özünə qaytarır. Kədər isə maska kimi üzünə taxılır, gerçək kimliyini gizlədib, səndən cəmiyyətin adət və qəbul etdiyi, əslində mövcud olmayan saxta bir kimlik düzəldir.

Heç kim istəmir ki, sən xoşbəxtlikdən küçədə rəqs edəsən. Heç kim istəmir ki, sən ürəkdən güləsən. Gülüş səsi eşidən kimi qonşu tələsik divarı döyür: “Səs eləməyin!”

Kədər həmin dəqiqə paylaşılır. Tez təsəlliyə gəlir insanlar. Ancaq sevinci paylaşmağa insanların gücü çatmır.

Bədbəxt adamlar xoşbəxt adamlara dözə bilmirlər. Sokrat kimi adamların təqsiri ondadı ki, onlar çox xoşbəxtdilər. Onların xoşbəxtliyi iztirab içində yaşayan geniş kütlənin, çoxluğun paxıllığına səbəb olur.

Kütlə onların sevincinə, xoşbəxtliyinə dayana bilmir. Buna görə də onları məhv etmək, yerlə yeksan etmək istəyir. Çünki onlar üsyana təhrik edirlər. Sevgi üsyanına…

QURBAN

İnsan niyə özü özünü tanımır? Bu ən sadə sual kimi görünə bilərdi. Amma sonradan məlum oldu ki, heç də sadə sual deyil. Hətta çətindən də çətin sualdı. Özünü dərk etmək, demək olar ki, mümkünsüz bir hal alıb. Nə baş verib? İnsanın özünüdərk qabiliyyəti var, bu çox real məsələdi. Nə baş verib ki, insan özünü anlaya bilmir. Özünü duymur. Bircə əngəl var.

Əgər sən onu aşa bilməsən, özünü heç vaxt anlamayacaqsan. Bu əngəlin adı bölünmədi. İnsan bölünüb, parçalara ayrılıb. İnsan bütövlüyünü itirib. Cəmiyyət çalışıb ki, insan parçalansın, bölünsün.Və bu onda alınıb.

Strategiya olduqca sadədi. Situasiyanı çözüb hər şeyi düzəlt­mək mümkündü. Strategiya ondan ibarətdi ki, cəmiyyət insana ideallar sırıyıb və bu ideallar beyində o qədər dərinə nüfuz edib ki, insan durmadan, ömrünün axırına qədər bu ideallara can atır, tərtib olunan qaydalar əsasında yaşamağa çalışır. Proses bitmək bilmir. İnsan təqdim olunan doğrularla, necəsə, kim kimisə, nə cürsə yaşamağa çalışdıqca həqiqi kimliyi yaddan çıxır.

İnsan gələcəyin əsirinə çevrilərək bu günün reallıqlarından uzaq düşüb. Onun gözləri uzaq gələcəyə fokuslanıb. Buna görə də o öz içinə boylana bilmir. İnsan dayanmadan nəyi necə etmək barədə düşünür. Onun nitqi “etməliyəm, etməməliyəm, lazımdı, lazım deyil” kimi ifadələrlə doludu. Halbuki reallıq, sadəcə, “var” dan ibarətdi. Reallıqda qadağalar, doqmalar görünmür.

Qızılgül eləcə qızılgüldü. Heç kimin ağlına da gəlməz ki, bu nəsə başqa bir şey ola bilər. Çünki hamı bilir ki, o, qızılgüldü, vəssalam. Şanagüllə də şanagüllədi. Qızılgül şanagüllə olmağa çalışmadığı kimi, o da qızılgül olmağa çalışmır. Gördüyümüz kimi onlar nevroz deyillər. Onlara nə psixoterapevt, nə də psixoanalitik lazım olmur. Qızılgül elə qızılgül olduğu üçün məmnundu.

O çalışmır ki, özünü dəyişsin. Başqa cür olsun. İnsan isə ömrü boyu “sən bu cür olmalısan, bu cür yaşamalısan, belə düşünməlisən” kimi ideallarla əhatə olunur. İdeallar insanı öz mahiyyətindən ayırır. Təbiətdə belə bir qanunauyğunluq yoxdu. “Belə olmalısan” kimi bir qayda yoxdu. İdeal və real bir-birinin düşmənidi.

İnsan özündən başqa kimsə ola bilməz. Bunu yaxşı-yaxşı yadında saxla: sən ancaq özün ola bilərsən, özündən başqa heç kim ola bilməzsən. Elə ki “mən ancaq özüməm” gerçəkliyi gözünün qarşısında tamamilə aydınlanacaq – avtomatik olaraq bütün doqmalar, ideallar yoxa çıxacaq. İdeallar bitən yerdən reallığın təntənəsi başlayır. Sənin gözlərin gələcəyə zillənmir. Sən sabaha parçalanmırsan. Tam bir varlığa çevrilirsən: Bu günü hiss edən, sevən, anlayan bir varlığa.

Bu ilk addımdı. Hər şeydən əvvəl sən öz varlığını necə varsa elə, olduğu kimi qəbul etməlisən. Tutaq ki, indi sən kədərlisən, kefin yoxdu, gülümsəyə bilmirsən, ancaq ətrafda hər şey və hamı səndən gülüş tələb edir. Yaxınların görən kimi dirənir ki, sənə nə olub, əgər danışmaq istəmirsənsə, məcbur qalıb yalandan özünü yaxşı göstərməyə çalışırsan. Ya da sən işə getməlisən: həkimsən, biznesmensən, mühasibsən. Yalandan gülümsəməlisən ki, xəstələrin, iş yoldaşların səni kefsiz görməsin.

Ailə üzvlərin, dostların səni gülməyə məcbur edir. Sən kədərlisən. İçindən gülmək gəlmir. Ancaq cəmiyyət səni məcbur edir ki, güləsən. Yalandan da olsa, süni də olsa, sənə “gülümsə” deyirlər. “Yaxşı çıxmır” deyirlər, “düşmənlər sevinər” deyirlər, nə bilim bu kimi şeylər deyirlər. Sən özün özünə təlqin etməyə başlayırsan. Yox, belə olmaz, mən gülümsəməliyəm, yalandan da olsa gülümsəməliyəm. Halbuki bu an sənin için dərdlidi, ya da gülmək istəmədiyin zamanındı. Belə də olur axı. Sadəcə, susmaq, düşünmək, danışmamaq, gülməmək istədiyimiz anlar da olur.

Cəmiyyət hər tərəfdən sənin üstünə düşür. Hərə bir sual verir, hərə bir məsləhət dürtüşdürür. Sən də hamını razı salmaq üçün üzünün cizgilərini zorlayırsan, gülümsəyirsən. Demək, əslində sən yalançılıq edirsən. Öz real durumunu dəyişməyə çalışırsan. Bu mümkün deyil ki. Bu içlə bağlı məsələdi. Öz-özünə baş verməlidi. Ya da səni gerçəkdən sevindirə biləcək bir hadisə olmalıdı.

Əslində, sən yalandan gülümsəməklə saxtakarlıq edirsən, adamları aldatmaq, özünü sevincli, yüksək əhvalda göstərmək üçün hiylə işlədirsən. Hər kəs bunu edir. Hər kəs bunu gözləyir. Hamı bir- birindən bunu istəyir, bir- biri üçün bu işi görür. Hamı bir-birini aldadır. Və bu o qədər adi hal alır ki, sonucda nə baş verir? Hiylə, kələk, yalan – ideala çevrilir.

Nə etməlisən? Kədərli olduğun anlarda özündən kədəri qovmağa çalışmaqla, əslində, özün öz əsəblərini pozursan. “Mən kədərli deyiləm, ya da kədərliyəm” düşünmə heç. Sən elə kədərin özüsən həmin anda. Bunu düşün. “Bu an mən kədərin özüyəm” düşün. Niyə qaçasan ki özündən? Özündən qaçma, özündən uzaqlaşma. Heç vaxt, heç bir halda özünü tərk etmə.

Bu zaman konflikt olmur, içində çəkişmə baş vermir. Sakitcə oturursan. Özünlə rahat olursan. Bu sənsən. Sən indi kədərsən. “Mən sadəcə buyam: kədərəm, sevincəm, hər nəyəm – indi bu dəqiqə buyam”. Özünü qəbul etdiyin andan etibarən inanılmaz rahatlıq yaşayırsan.

Sevinc məqsəd deyil. O varlığın, tamlığın təbii davamıdı. Sadəcə, kədərə qarış, sevincə qarış. Nə hiss edirsənsə ona qarış, bütöv ol. Duyduqlarını özündən ayırma. Onlar hamısı sənsən. Ayırdıqca yarımçıq olursan. Parçalanırsan. İkiləşmədən imtina et. Bütün problemlərin kökü ondadı. İkiləşmədə, bölünmədədi. Sən özünü və yaşantılarını bir-birindən ayıra bilməzsən. Bu səni məhv edər. Çünki sən onlarsız yarımçıqsan, xəstəsən, haransa yoxdu, haransa işləmir. Şikəstsən.

Demək olmaz ki, kədər mahiyyət etibarilə öz-özlüyündə insana əzab verir. Hamı belə bir ümumi nəticəyə gəlib ki, kədərlənmək pis şeydi. Hətta nifrət hissi öz-özlüyündə insana o qədər əzab vermir, nə qədər ki bu hissdən qurtulmaq istəyi əzab verir. Sən “nifrət etmək pisdi” düşüncəsini zorla beyninə yerləşdirdikcə daha çox inciyirsən. Çünki özünü məcbur edirsən. Bu düşüncə insanı gərgin saxlayır, psixoloji pozuqluq yaradır. Bu faktın özü deyil. Bu faktın təhrifidi. Fakt həmişə azadlıq verir, sakitləşdirir.

İsa deyirdi: “Həqiqət özgürlük verir”. Bu çox böyük anlam daşıyır. Bəli, azadlığa buraxan həqiqətin özüdü, həqiqət haqda bilgilər deyil. Həqiqət bölgüləri deyil. Həqiqi ol, qurtuluş özü baş verəcək. Heç nə eləmək lazım deyil, heç bir cəhd göstərmə, gözləmə. Qurtuluş bir anın içində özü gəlir.

Necə həqiqi olum? Sən doğuşdan həqiqisən. Sadəcə, yalançı ideallarla küllənmisən. At bütün bu idealları: bir neçə günlük özün ol. Ağaclar, quşlar, güllər kimi sən də özün ol. Böyük bir sakitlik baş verəcək içində. Başqa cür ola da bilməz. Sən özünsən. Bundan rahat nə ola bilər?

Kədər də sənin üçün əzizdi, sevinc də. Çünki hamısı sənindi, sənə aiddi. Başqaları üçün deyil, görüntü üçün deyil. Bu relaks zamanı insan öz mənbəyinə, təbii başlanğıcına qayıdır. Bu da özünü dərkə aparıb çıxardır. Mənbəyinə qayıtmaq – Sokrat “özünü dərk et” deyəndə bunu nəzərdə tuturdu. Məsələnin məğzi daxili transformasiyadadı. Hansı transformasiyada?

Mən sənə örnək-zad vermirəm. Yox, “bu cür ol, belə elə” demirəm. Mən sənə deyirəm ki, özünü boş burax. Özünü olduğun kimi qəbul et və özündən utanma. Görəcəksən ki, daxili transformasiya nə deməkdi. Bu özünü başqasına dəyişmək deyil. Tam əksi. Hər şeyi özünə dəyişməkdi. Hər şeyi verib əvəzində özünü qazanmaqdı.

Eşidirsən nə deyirəm? Bircə şeyi anla: qurtuluş baş verir, böyük rahatlıq gözləyir səni, möhtəşəm bir musiqi eşidilir. Bu özünüdərk musiqisidi. Həyatın dəyişir. Sənin sehrli açarın var. O bütün kilidləri aça bilir.

Basqı nə deməkdi?

Basqı – başqasının həyatı deməkdi. Bu yaradanın sənə verdiyi həyat deyil. Basqı – səni olmadığın kimi göstərir, sənə ürəyin istəmədiyi işləri gördürür. Basqı səni susdurur. Arzularını içində boğmağa məcbur edir. Səni aid olmadığın həyatı yaşamağa zorlayır. Basqı – səni intihara sürükləyir. Səni öldürür. Basqı – səni yavaş-yavaş öldürən zəhərdi. Basqı – sənin kimliyini darmadağın edir. Özünü qoru. Mənini qoru. Kimliyini itirmə. Özünü ifadə et.

Özünü ifadə – həyatdı. Basqı – intihardı.

Tantra öyüdlərində deyilir: əgər sən məcbur yaşayırsansa, demək heç yaşamırsan. Rahatca yaşa, yaradıcı ol, sevin. Yaşa – təbiətin (yaradanın) sənin üçün ayırdığı həyatı yaşa. Yaşa – sadəcə, yaşa. Heç kimdən qorxma.

Qəlbinin səsini dinlə. O səni hara aparırsa ora get, kimə aparırsa ona get. Qəlbin səni aldatmaz. Bir gün özünü cənnətin qapılarında görəcəksən.

Basqı – riskdən yayındırma, yayınma metodudu. Məsələn, sənə öyrədiblər ki, əsəbiləşmək olmaz. Sən də düşünürsən ki, əsəbiləşmək yaxşı şey deyil. Yaxşı adam əsəbiləşməz. Yanılırsan. Hirslənə bilməyən insan sevə də bilməz. Sevgi və nifrət bir yerdədi. Bir qoşqudadı.

Gerçəkdən sevə bilən adam bəzən gerçəkdən də hirslənə bilər. Onun əsəbi gözəldi, çünki sevgidən doğur. Onun enerjisi coşquludu. Sən onun qəzəbindən inciməyəcəksən. Əksinə, sən ona bunun üçün “çox sağ ol” deyəcəksən. Çünki o səni sevdiyi üçün əsəbiləşir. Çünki o sənə qarşı laqeyd deyil. Belə bir hadisənin şahidi olmusanmı? Belə bir halla qarşılaşmısanmı?

Sevdiyin insan sənin hansısa hərəkətinə qəzəblənib və sən buna görə ona içində böyük bir minnətdarlıq hissi duymusan. O səni sevdiyini qəzəbiylə ifadə edib. Sən bunu bilmisən. Bilmisən ki, bu, səmimi qəzəbdi. Səni sevməsə bütün bunlar nəyə görədi?

İnsan qəzəbini boğursa, deməli, nəzakətini pozmaq istəmir. Heç nəyi risk altına almaq istəmir, özünü saxlayır, özünü susdurur. Bu anlamsızdı.

Uşağın özünü çalaya atmaq istəsə sən sakitcə durub baxacaqsan? Qışqırmayacaqsan? Həyəcan keçirməyəcəksən? Durub baxmayacaqsan axı, qışqıracaqsan, narahat olacaqsan, özündən çıxacaqsan.

Sevirsənsə, qəzəblənə də bilərsən. Sevirsənsə, sənin buna haqqın var. Özünü sevməlisən ki, içindəki bütün hissləri ifadə etməkdən çəkinməyəsən. Özünü zorlamayasan. Özünü sevsən repressiv olacaqsan, həyatı əks etdirəcəksən. Onun sənə verdiyi, sənə göndərdiyi hər şeyi – sevinci, kədəri, uğuru, məğlubiyyəti, qazancı, itkini, gecəni, gündüzü əks elətdirəcəksən.

Lakin səni saxtakar və yalançı atmosferdə tərbiyə ediblər. Səni ikiüzlü atmosferdə böyüdüblər. Sən də bu cür yetişmisən. Əsəbiləşəndə divar rəsmi kimi gülümsəməyə davam edirsənsə sən maskasan, tərpənməz, duyğusuz bir şəkilsən. Özündən çıxdığın anda hisslərini cilovlamağa çalışırsan. Seks istəyini də boğursan. Sən heç vaxt mövcudluğunu, öz şəxsinin, varlığının arzularını əks elətdirmirsən. Bu nədi? Sən niyə belə yaşayırsan?

Co balaca qızı Miclə əyləncə parkına yollanır. Parkda onlar köşkə yaxınlaşırlar. Mic deyir: “Ata, mən …” Co onun sözünü kəsib aldığı pop-kornu ağzına tıxayır. Daha sonra onlar dondurma satan kişiyə yaxınlaşırlar. Mic yenə deyir: “ Ata, mən…” Co yenə onun sözünü kəsib deyir: “Mən, mən… Bilirəm də. Dondurma istəyirsən”.

Mic deyir: “Yox, ata. Mən qusmaq istəyirəm, ürəyim bulanır”.

Uşaq əvvəlcədən bunu demək istəyirdi. Amma onu eşidən kimdi?

12 nəfər avara pivəxanaya girib 13 bardaq pivə istəyir. Barmen deyir: siz, axı 12 adamsız.

Avaralardan biri qayıdır ki, sənə nə var, sən 13 bardaq ver. Pivələri alıb oturandan sonra onlardan biri yan masada skinxedlərin başçısı olan cılız bir qocaya yaxınlaşıb deyir: “Bu pivəni sənə almışıq”. Qoca razılıq bildirir: “Çox sağ ol, sən nə yaxşı adamsan”.

Avara deyir: “Dəyməz. Biz həmişə əlillərə kömək edirik”.

Qoca təəccüblənir: “ Mən axı əlil deyiləm”.

Avara: “Əgər bunu içəndən sonra hər birimizə əlavə pivə almasan əlil olacaqsan”.

Basqı budu: İnsana hədə-qorxu gəlmək, məhv etmək, şikəst etmək, gücdən salmaq üsuludu. Bu hiylədi, insanı özünə qarşı qoymaqdı. Basqı insanın içində konflikt yaradır. İnsan həmişə özüylə döyüşür. Sonucda zəifləyir, gücdən düşür.

Cəmiyyət insanla çox pis oyun oynayır. O, insanı öz-özünə qarşı qoyur. İnsan özüylə çarpışdıqca onun başqa işlərlə məşğul olmağa zamanı və gücü qalmır. Sən içində gedən savaşı hiss eləmirsən? Daim içində bir boğuşma var, bir çarpışma var. Özünlə vuruşursan.

Cəmiyyət insanı şizofrenikə döndərib. İnsan havada bayraq kimidi. Bilmir – kimdi, nə edir, burda nə gəzir, hara üz tutmalıdı. Hər şeydən əvvəl insan burda olmağının səbəbini anlamır. Bütün bunlar çaşqınlıq yaradır. Bu çaşqınlıq nəticəsində qəddar liderlər yetişir: Adolf Hitler, Mao Tszeduna, İosif Stalin. Bu qarışıqlıqdan Roma Papası doğur, min anlamsızlıq yaranır.

Tantra deyir: hisslərinə azadlıq ver. Ancaq unutma: hisslərinə azadlıq vermək, tamamilə özbaşına olmaq anlamına gəlmir. Tantra deyir: hisslərini elə ifadə et ki, kimsə bundan zərər gör­məsin. Özünə zərər verməyən adam başqalarını da incitməz. Özünə zülm edən adam başqalarına da edər. İnsan özünü sevmirsə o mühit üçün təhlükəlidi. Əgər sən xoşbəxtsənsə, təbii olaraq istəyəcəksən ki, hamı xoşbəxt olsun. Əgər sən sevincək yaşayırsansa, istəyəcəksən ki, hər kəs sevinsin.

Yox, əgər sən bədbəxtsənsə, sevinmirsənsə, özünü boğursansa, içində çapalayırsansa, arzuların, amalların gerçəkləşməyib, onları içində öldürmüsənsə, dolayısıyla özünü öldürmüsənsə, başqalarını heç vaxt sevə bilməzsən, kiminsə sevincini anlaya bilməzsən, xoş­bəxt adamlara dəstək çıxa bilməzsən. Çünki sən mutsuzsan. Mutsuzluq hissini tanıyırsan. Mutluluq hissi sənə yaddı. Onu tanımırsan. Sən mutlu olan insanları necə anlaya bilərsən? Ailələr niyə övladlarının arzularını məsuliyyətsizcə boğurlar?

Niyə sevgi, dostluq, karyera məsələlərinə burun soxurlar? Çünki onlar anlamırlar ki, övlad bu cür xoşbəxtdi. Adam necə xoşbəxt ola bilər – onlar bu hissi dadmayıblar. Ona görə də rahatca qarşı çıxa bilirlər.

Əsl din budu – sevincək yaşamaq! Sevinmək – sənə verdik­lərinə qarşılıq olaraq dünyaya duaçı olmaqdı. Sevinmək – dünyaya alqış oxumaqdı.

Katolik olaraq özümü asılı vəziyyətdə hiss edirəm. Sənin kö­mə­yinə ümid edə bilərəmmi?

Fərqi yoxdu sən katoliksən, müsəlmansan, kommunistsən, maoistsən, caynistsən – hamısı eyni şeydi. Əlbəttə, katoliklər daha təkmil, daha elmi mənəvi təhkimçilik metodlarından istifadə edirlər. Onlar insanları manqurtlaşdırmaqda peşəkar olublar. Bütün dinlər, əslində, bu işlə məşğuldu. Hamısı insanları özlərindən asılı vəziyyətə salır.

İnsanı doğulan kimi, birinci nəfəsdən manqurtlaşdırmağa baş­layırlar. Bundan qaçmaq mümkün deyil. Bunu valideynlər edir, oynadığı uşaqlar edir, müəllimlər, məktəb, din, dövlət edir. Üzdə bu asılılıq elə də hiss olunmur. Uşaq bu tora özündən asılı ol­madan, şüuraltı düşür. Hamı onun beyninə nəsə yeridir. Uşaq təlqinçiyə çevrilir.

Deməli belə: narahat olma, bu dünyanın hər yerində təbii hal alıb. Biz hamımız qula çevrilirik. Bu saçmalığa son qoymaq lazımdı. Əlbəttə, asan deyil. Bu səninçün əynini dəyişmək deyil. Bu geyimi çıxarıb başqasını geyinmək kimi deyil. Bu daha çox dərini soymaq kimi bir şeydi. Olduqca zor işdi.

Çünki bu sayıqlamalar insanın özlüyü ilə səsləşməyə başlayıb. Biz katolik, müsəlman, kommunist, və buddist olduq. Asılılıqdan qurtulmağın ən qorxulu tərəfi odu ki, sən artıq nəyəsə tutulmayacaqsan, özünü heç nəyə hesablaya bilməyəcəksən.

Asılılıqdan can qurtarmaq, imtina etmək asan məsələ deyil. Bunda insanın keçmişi var, ağlı, eqosu, bütünlüklə özü var. Amma buna hazırsansa, gücün və hünərin çatırsa, əgər yetərincə cəsarətlisənsə, mənimlə getmək istəyirsənsə qorxulu heç nə yoxdu. Qurtuluş tamamən realdı. Bu çevriliş çox adamda alınıb. Sən də bu çevrilişin bir hissəsi ol, sən də rəqsə qoşul.

Mən istisnasız hər kəsi dəvət edirəm.

Mən sənə Tanrını verə bilmərəm, sənə həqiqəti ötürə bilmə­rəm, mən sənin içindəki gücü sənə qaytara bilmərəm. Ancaq mən sənin beyninə doldurulan zir-zibili təmizləyə bilərəm.

Zir-zibildən təmizlənən kimi hiss edəcəksən ki, içində Tanrı doğulur, daha düzü, dirilir. Bütün məhrumiyyətlər həyatının qarşısını çayın qarşısını kəsən daş-kəsək kimi kəsir. Biz onları aradan qaldıranda, həyatın qarşısını daş-kəsəkdən təmizləyəcəyik. Həyat öz məcrasına-axınına düşəcək. Günahsızlıq bərpa olunacaq. Günahsızlıq bərpa olunanda sən yenidən cənnətə düşəcəksən. Hazır ol: edemin qapıları üzünə açılır.

Dövrün insanı keçmişin kabusundan qurtula bilmir. O, dindarların inandırdığı keçmiş günahların, yüzillərdi insanın beyninə yeridilən yaşam qaydalarının, itaətin, ibadətin hayındadı. Dövrün insanı özünü günahkar bəndə sayır. Halbuki müasir insan belə olmamalıdı. O, günah haqda deyil, həyat haqda düşünməlidi. Bu gün hadisələr pik nöqtəsinə çatıb. İnsan uçulub dağılır. Bu günə qədər biz yenə sabitliyimizi birtəhər saxlayırdıq.

Artıq çox ağır vəziyyət yaranıb. İnsanın iki çıxış yolu qalıb: ya özünü və həyat haqda düşüncələrini kökündən dəyişmək, ya da intihar etmək. Belə davam etsə, bütün insanlıq qlobal intihar təhlükəsi ilə üz-üzə qalacaq. Onsuz da intiharların sayı getdikcə artır. Siyasi liderlər də elə buna can atırlar: atom bombaları, sualtı bombalar, supersualtı bombalar hazırlayırlar, nüvə arsenalını genişləndirirlər. Bunlar yetərindən də artıqdı.

Hətta 10 il əvvəl bunlar Yer kürəsini 7 dəfə məhv edə bilərdi. İnsan bircə dəfə ölür. Onu iki dəfə öldürməyə ehtiyac yoxdu. İnsan taleyi siyasətçilərin əlindədi. Onlar inanılmaz strateqdilər. Onlar insanı öz əcəli ilə ölənə qədər dəfələrlə məhv edirlər.

İndi vəziyyət daha kritikdi. Sən məəttəl qalarsan, bu gün onlar hər bir insanı 700 dəfə öldürə bilər. 7 dəfəyə yenə kimsə ağıl işlədib sağ qalar, amma 700 dəfə… Burda artıq sağ qalmaq ehtimalı yoxdu.

Silahlanma yarışı davam edir. Hətta kasıb ölkələr də bu yarışa qoşulur. Onlar acından ölməyə də hazırdılar, bircə atom bombaları olsun. Acından ölməyə! Və onlar buna görə hər şeyə gedirlər. Bu ölkələr dağıdıcılıq yarışında daha bacarıqlı, daha kamil olmaq istəyirlər. Heç kimdən geri qalmaq istəmirlər.

Artıq quşların uçuşundan belə dünyanın qlobal intihara, bütünlüklə dağılmağa, dünya savaşına hazır olduğunu anlamaq mümkündü. Unutma: bütün bunların müasir insanla bir əlaqəsi yoxdu. Müasir insan bütün bunların qurbanıdı.

Din xadimləri hər şeydə müasir insanı günahlandırmağa davam edirlər. Onlar keçmişi öyməyə, tərifləməyə davam edirlər ki, müasir insan özünü günahkar, çirkli hiss eləsin.

Əksinə, müasir insan keçmiş saçmalıqların nəticəsi olaraq bu haldadı. Xristian, müsəlman, induist, buddist …bütün bunlara cavabdeh olan yeganə zümrədi. Biz patoloji keçmişdən qurtulmayana qədər yeni dünya qura bilməyəcəyik, hər şeyə yenidən başlaya bilməyəcəyik.

Onlar yox olmayana qədər biz qurtulmayacağıq. Keçmişin yükünü çiynimizdən ata bilməyəcəyik. Onlar qarabaqara bizi izləyib yaşamağa qoymayacaqlar. Biz yaxamızı onların əlindən almasaq, cürbəcür ideyalar, idollar, doqmalar uğruna yox, öz sakit, rahat həyatımız, xoşbəxtliyimiz uğruna yaşamasaq şikəst qalacağıq. Sonucda intihar qaçılmaz olacaq!

QUL

Hər bir insanın qarşılaşdığı problemlərdən biri doğulduğu cəmiyyətdi. İnsanın içinin can atdığı şeylərlə cəmiyyətin təklif elədikləri üst-üstə düşmür. Dövlət ondan tabeçilik, xidmət, köləlik tələb edir. Bu insanda təbii protest (etiraz) doğurur. O özü olmaq istəyir. Ancaq cəmiyyət heç kimə icazə vermir ki, təbiət onu kim olaraq yaradıbsa o cür qalsın.

Dövlət çalışır ki, hər bir insanı öz malına çevirsin: faydalı, effektli, sözəbaxan, heç vaxt kimliyini sübut etməyə çalışmayan, öz ola bilməyən, qarşı çıxmayan, fikri olmayan, susqun, müti, başıaşağı, hər zaman deyiləni icra etməyə hazır olan bir robot düzəltsin insandan. Hökumət istəmir ki, biz insan olaq, istəyir biz effektli bir maşın olaq. Sən nə qədər effektli olacaqsansa, bir o qədər hörmətin olacaq. Problem də elə burdan qaynaqlanır.

Heç bir insan maşın olmaq üçün doğulmur. Bu alçaltmaqdı, deqradasiyadı (məhv). Bu qürurun, ləyaqətin aşağılanmasıdı. Bu insanın mənəvi, ruhsal bir varlıqdan mexaniki bir varlığa çevrilməsidi. Ona görə də uşaq hiss edəndə ki, onu dəyişmək, mexanikləşdirmək istəyirlər, içinə qapanır. Hiss edəndə ki, valideynlər, müəllimlər, cəmiyyət ondan nəsə başqa bir şey düzəltmək istəyir, özünə çəkilir.

Uşaq hiss edir ki, bütün bunlarla mübarizə aparmaq üçün ona zorba güc lazımdı. Özünü qorumalı olduğu adamlarla müqayisədə o çox ürkək, körpə, balaca, köməksiz və həssas bir varlıqdı.

Problemi daha qəliz edən məsələ odu ki, uşağın özünü qorumalı olan adamlar onu sevdiklərini düşünürlər. Çox güman ki, onlar ciddi şəkildə belə düşünürlər. Əslində onlar pisniyyətli deyillər, sadəcə, anlayışsızdılar: möhkəm yuxuya gediblər. Onlar bilmir ki, cahil bir qüvvənin, cəmiyyət – isteblişment adlanan bir yığın dırnaqarası havadarın əlində oyuncağa çevriliblər.

Uşaq dilemma qarşısında qalır. Mübarizə aparmalı olduğu adamlar sevdikləridi, onu sevdiklərini düşündüyü adamlardı. Qəribəsi odu ki, doğmalar onu olduğu kimi qəbul etmək istəmir. Onlar deyirlər: “Biz səni sevirik, amma sən mütləq bizim kimi olmalısan. Bizim tapındığımız dinə tapınmalısan, bizim getdiyimiz yolla getməlisən, bizim düşündüyümüz kimi düşünməlisən, bizim kimi sözəbaxan olmalısan. Yoxsa biz səni sevmərik”.

Əgər o nəhəng mexanizmin bir hissəciyi olarsa hamı onu sevəcək. Əks halda hamı onu danlayacaq, öyüd verəcək, doğru yolda olmadığını söyləyəcək. Əks halda onu böyük bir mübarizə, çaba gözləyir. Bu isə asan iş deyil. Bunun öhdəsindən gəlmək mümkünsüzdü. Ən doğrusu, təslim olmaqdı. “Hə” deməyi öyrənməkdi. O öz “yox”unu içindəcə boğub öldürməlidi. Bütün hallarda və hər yerdə ondan hər şeylə razılaşmaq, tabe olmaq tələb olunacaq.

“YOX” sözü qadağandı! “Yox” sözü birincidərəcəli günahdı. Sözə baxmamaq ən böyük günahdı. Cəmiyyət bunun qarşılığını qisasla ödəyir. Bu durum uşaqda böyük bir qorxu yaradır. O özü olmaq istəyir, öz arzularıyla yaşamaq istəyir. Əks halda heç cür özünü xoşbəxt hiss etməyəcək, sevinə bilməyəcək, əsəbi olacaq, özünə qapanacaq. Uşaq özünü olduğu kimi, istədiyi kimi ifadə etmək ehtiyacı duyur. Bu ehtiyac ödənməyəndə o gərgin, natamam, hətta təhlükəli birinə çevrilir.

O, həmişə özünü tapmaq ehtiyacı duyacaq və bunun sonucu pis ola bilər. Onun bir hissəsi, ən səmimi və doğru hissəsi həmişə ac qalacaq, həmişə natamamlıq hiss edəcək. Bununla da savaşmalı olacaq, özünü boğmağa çalışacaq. Bu çox ağırdı. Belə yaşamaq dəhşətlidi.

Əlbəttə, zaman-zaman hər uşaq bu cür yaşamağa öyrəşir, deyilənlərə qane olur, əllərini yanına salır və ona öyrədilənləri icra etməklə öz sonunu gözləyir. Ancaq bütün bu razılığın arxasında o özünü, qəlbini hər kəsdən gizlədir. Bu razılıq təsiri bağışlayan görüntü əslində onun qorunma vasitəsidi. O, ruhunu gizlədir, hamıdan qoruyur. O, kimsəyə açılmır. Onun daxili əslində göründüyü kimi deyil. Sadəcə, özünü belə göstərir. Aktyor kimi oynamağa başlayır. Əmrə müntəzir olur. Sifarişlərə əməl edir. Ağlı ona “Sən neyləyirsən? Belə etmək olmaz” deyəndə, o ağlını susdurur. Ağıl təhlükəlidi. Şüur təhlükəlidi. Şüursuzluq, savadsızlıq təhlükəsizdi.

Ən doğma, ən yaxın adamlara belə açılmaq böyük riskdi. Bax buna görə də hamı özünə qapanıq olub, susqun, gərgin olub. Hamı mısmırıqlı gəzir. Gözəl, təravətli gül kimi vüqarla, dimdik təbiətə, havaya gülümsəmir. Solğun, boynubükük, büzüşmüş gül kimi yaşayır.

Biz hamımız qönçə kimi yaşayırıq. Qorxuruq ki, açılsaq nəsə baş verər. Qorxuruq ki, açılan kimi xarab olarıq. Hamımız əli qalxanlı yaşayırıq. Hər an təhlükə gələcəyindən qorxuruq. Hətta dostlarımızla da səmimi deyilik. Halbuki dostluq elə paylaşmaq, dərdləşmək, sirr bölüşməkdi. Amma biz bunu etmirik. Bizimlə dostlarımız arasında gözəgörünməz bir sipər var. Hər şey olmadığı kimidi. Gülmək istəyəndə gülməyə çəkinirik, ağlamaq istəyəndə özümüzü saxlayırıq. Bütün bunlar bizim üçün qalxan rolunu oynayır. Daim özümüzü qoruma mövqeyindəyik.

Bizim cəmiyyətlər kökündən saxta, ikiüzlüdü. Burda insanı olduğu kimi yox, özləri kimi görmək istəyirlər. Ona görə də bizim yaşadığımız dünyada insan həmişə yalançı, riyakar olub.

Mən yeni insanı üsyankar, cəsarətli biri kimi görürəm. Yeni insan maskasızdı, dürüstdü, özünü gizlətmir. Olduğu kimidi, yaşmaqlı deyil. Fərqi yoxdu, onu sevirlər, ya ona nifrət edirlər. O özünü bütün dünyaya açıq elan edir. Taxta çıxarırlar, ya çarmıxa çəkirlər. Özün olmaq ən böyük səadətdi dünyada. Çarmıxa çəkilsə belə, bu onun üçün böyük zövq olacaq.

Yeni insan səmimidi, içdəndi, sevgi doludu və mərhəmətlidi. O anlayır ki, insanlar nə etdiklərini bilmirlər, gözləri bağlıdı, baş verənləri görmürlər, sanki yuxudadılar. O anlayır ki, insanlar mənəvi yuxuya gediblər.

İnsanlar illərlə asılı vəziyyətdə yaşayıblar. Bundan tez bir zamanda qurtulmaq mümkün deyil. Sizi çoxlu psevdoideyalarla yükləyiblər. Bütün bunların nə qədər saxta və uydurma olduğunu anlamaq üçün xeyli vaxt tələb olunur. Əslində bütün bu yalançı ideyalardan qurtulmaq üçün əvvəlcə hamısının nə qədər saxta olduğunu görmək və anlamaq lazımdı.

Bundan sonra çıxış yolu tapmaq daha asandı. Bundan sonra yalan peyda olan kimi də rədd olub itir. Yalanı görmək bəs edir ki, onunla bütün əlaqələrin qırılsın, ona bənzərliyin yox olsun. Falş yox olan kimi həqiqət bütün təravəti və gözəlliyilə üzə çıxır. Çünki həqiqət – doğruluq, sədaqət, gözəlliyin özüdü. Sadəcə, özün olmaq elə gözəl olmaqdı.

Anlayırsan, bilirsən, cəsarətlisən, deməli, qərarlısan, özünü tap­mağa çalışırsan və insanların sənə geyindirmək istədiyi maskanı yırtmağa hazırsan.

Onlar hamısı şüursuz davranırlar – valideynlərin, müəllimlərin. Onlara əsəbiləşmə. Onlar da sənin kimi qurbandılar. Onların da beyinlərini ata-ana, müəllimlər, cəmiyyət korlayıb. Sənin heç ağlına da gəlməzdi ki, əzizlərinin, inandığın adamların öyrətdikləri hamısı cəfəngiyatdı. Amma olan budu. Bütün dünya yalana çevrilib. Dünya tamamilə korlanıb – hər santimetrdə yalan var. Bunu tarix təsdiqləyə bilər. Savaşlar, cinayətlər, zorakılıqlar buna sübutdu.

Milyonlarla insan din, Allah, demokratiya, kommunizm uğruna vəhşicəsinə öldürülüb, diri-diri yandırılıb, milyonlarla insana hansısa ideya uğrunda divan tutulub. Bunlar yaraşıqlı şüarlardı. Amma bu yaraşıqlı şüarların altında elə vəhşiliklər baş verir ki, bir gün insan bütün bunların fərqinə varanda dəhşətə gələcək. Bu ona şüurlu insanlığın yox, çıldırmış, ağlını itirmiş insanlığın tarixi kimi görünəcək.

Bütün dinlər həyatı lənətləyir. Həyata nifrət edənlər o qədərdi ki, onların içində körpə bir varlıq, uşaq nə edə bilər?

Bütün bu qınaqlar, lənətlər uşağa güclü təsir göstərir.

Dünyanın yaranması ilə bağlı əfsanəyə fikir ver, nə deyilir orda? Tanrı Adəm və Həvvaya dedi: “Bilik ağacının və həyat ağacının meyvəsini dərməyin”. O bu iki ağacın bəhrəsindən dadmağı qadağan etdi. Allah bu iki ağaca qadağa qoyub. Bu iki meyvədən başqa hər şeyi dadmağa icazə varsa belə çıxır ki, bunlardan başqa nə istəsən dadmaq olar? Ot da olar, başqa şeylər də. Allah marixuana və ya başqa bir uyuşdurucu bitkini qadağan etməyib. Alkaqola da qadağa qoymayıb.

Adəm və Həvva ot da çəkə bilər, üzümdən şərab çəkə bilər, buna qarışan yoxdu. İkicə olmaz var: öyrənmək və anlamaq. Adəm və Həvva cahil qalmalıydılar. Həyatı anlamalı, hiss etməli deyildilər. Amma onlar deyilənə əməl etmədilər. Meyvələrdən birinin – biliyin dadına baxdılar. İkincini dadmağa fürsət tapmadılar. Bilik ağacının meyvəsindən yeyən kimi o biri ağaca doğru getdilər. Amma onları yarı yolda saxladılar. Dərrakəsi, anlayışı olan adam üçün həyat əzizdi, maraqlıdı.

O, yaşamağı sevir, yaşamın nüvəsinə qədər varmaq, həyatın sirrinə baş vurmaq, bütün qatlarına bürünmək istəyir. Onun üçün həyatdan böyük və maraqlı heç nə yoxdu. O öz həyatını doya-doya yaşamaq istəyir, qorxa-qorxa yox.

Bu haqda tarix susur. Mən iddia edirəm ki, onlar dərhal digər ağaca cumublar, yoxsa Allah onları necə tapardı o boyda nəhəng Edem bağında? Hadisələr necə cərəyan edib, onu bilmirəm. Bu haqda Bibliyada heç nə yazılmayıb.

Amma əminəm ki, Allah Adəmlə Həvvanın bilik meyvəsini yediyini öyrənən kimi bilib ki, o biri qadağan olunmuş ağacın yanına gedəcəklər. Allah onları həmin ağacın yanında gözləyib və ona görə də gələn kimi yaxalayıb. Bu çox sadə məntiqdi, bunu anlamaq üçün Aristotel olmaq lazım deyil. Əgər belə olmasaydı bu günə kimi insan Allahı yox, Allah insanı axtara-axtara qalardı.

Beləliklə, Adəm və Həvvanın ilk dəfə gözləri açıldı, həyatı hiss elədilər, insan olduqlarının fərqinə vardılar. Çıl-çılpaq cənnət bağında oyana-buyana qaçışdılar. Allah isə onlara bunu bağışlamadı. Onları qovdu. O vaxtdan insan həyat axtarışındadı.

Allahı təmsil edən din xadimləri – keşişlər, mollalar, şeyxlər, axundlar, imamlar, papalar, şankaraçılar, ravvinlər hamısı eyni oğlandan danışır.

Qəribədi ki, onların heç biri bu oğlanın insanın birinci düşməni olduğunu demir. Adəm tarixdə ilk peyğəmbər kimi təqdim olunur. Hamı yazıq ilanı Həvvanı yoldan çıxarmaqda günahkar sayır. İlan Həvvaya deyib: “Allah sizin bilik meyvəsindən dadmağınızı ona görə istəmir ki, ağıllanmayasız, hər şeyi dərk etməyəsiz, həyatdan zövq almayasız. Çünki sizin şüurunuz, ağlınız oyansa, həyat haqda bilginiz yaransa, həyatı sevsəz Allaha boyun əyməyəcəksiz. Öz həyatınızla məşğul olacaqsız.

Kortəbii ona itaət etməyəcəksiz. Öz fikriniz, münasibətiniz olacaq. Arzularınızı içinizdə boğmayacaqsız. O sizi bilikdən uzaq tutaraq ram edib, əsirinə çevirir. Bilik meyvəsini yeyən kimi siz istədiyiniz, hiss etdiyiniz kimi yaşayacaqsız. Onun kimi olacaqsız, güclü olacaqsız. Çünki güc yalnız bilikdədi. Allah qorxaqdı, paxıldı. Özündən başqa heç kimin güclü olmağını istəmir. O deyir ki, mən hər şeyi bilənəm. Məndən savayı heç kim həqiqətə yaxın düşməməlidi. Heç kim həqiqəti görməməlidi. O, sizi kor saxlayır. Deyir ki, hər şeyi görən yeganə qüvvə mənəm”.

İlan insanlığın ilk dostu olub, amma onu lənətləyirlər. Dostu şeytan adlandırırlar. Düşmənə – Allah deyirlər. İnsanın qəribə düşüncəsi var. Əksinə, ilana minnətdar olmaq, ona “çox sağ ol” demək yerinə onu düşmən sayır.

Onun sayəsində sən bu günə gəlib çıxmısan. İnsan onu başqa canlılardan fərqləndirən şüura, qürura, özəlliyə, ahəngə ancaq ona görə sahibdi ki, Həvva ilanı dinləyib. İnsan başqa canlılardan fərqlənməsini, ailə, cəmiyyət, sivilizasiya, mədəniyyət qurmasını ancaq və ancaq Həvvaya borcludu.

Çünki Həvva bir zaman Allahı dinləməyib. Onun qadağasına qarşı çıxıb, öz bildiyini edib və insanın Yer üzünə qovulmasına nail olub. İnsan kor-koranə yaşadığı Edem bağından çıxıb özünə yeni dünya qurub. Mədəniyyət, musiqi, ədəbiyyat yaradıb. Sevmək, sevişmək kimi sonsuz bir zövqü dadıb.

Demək belə, “Allah, çox sağ ol” əvəzinə “İlan, çox sağ ol” söylə. Məsələni kökündən dəyiş.

Ancaq onun xeyirxahlığı sayəsində sən bu gün öz dünyandasan. Yəqin ilan çox mərhəmətli olub, yoxsa səni xilas etmək nəyinə lazım idi?

İtaətsizlik – dindarın kredosu olmalıdı. Keşişləri, siyasiləri, isteblişmenti dinləməmək. Onlara boyun əyməmək, tabe, asılı olmamaq, qorxmamaq. Qorxularından qurtulan kimi sənin özünə verdiyin sual dəyişəcək. Bu dəfə sən soruşacaqsan: “Daha yaxşı, daha harmonik, daha zövqlü necə yaşamaq olar? Nə edim ki, həyatı doya-doya yaşayım, bütün olum, dolğun, zəngin bir ömrüm olsun?”

Yaşam (həyat) – mövcud olan hər şeyin məqsədidi. Dolayısıyla yaşamağın özü məqsəddi. Belə çıxır ki, yaşamağın özündə məqsəd ola bilməz. Ancaq sən məqsədin olmamasından əziyyət çəkirsən. Niyə yaşadığını, bir zaman öləcəyini, öləcəksənsə həyatın mənasının nə olduğunu düşünürsən. Və sənə elə gəlir ki, ölümdən başqa hər şey boşdu. Bunları düşünə-düşünə həyat əlindən çıxır. Ölüm sənə daha yaxın olur. Sən ölüm adamına çevrilirsən. Çünki həyat haqda yox, ölüm haqda baş sındırırsan.

Üstəlik Allahın adından sənə ağıl öyrədənlər – messilər, dinçilər, ilahiyyatçılar beynini gic-gic şeylərlə doldurub deyirlər ki, həyat insana göndərilən cəzadı. Guya sən ona görə yaşayırsan ki, cəzalısan. Allah səni sınağa çəkmək üçün yaradıb. Buna kim inanar? Necə yəni Allah səni sınağa çəkir? Niyə? Allah səni yaradır, böyüdür, sonra da sınağa çəkir? Bu nə məntiqdi?

Guya sən doğulandan günahkar bəndəsən. Bu nə saçmalıqdı?

Bütün bu “dinçilər” öz həyatlarında xaos yaradıblar. Onların yaşamına bax. Sən orda həyatdan əsər-əlamət görürsən?

Həyat qınağa çəkilir, seks qınağa çəkilir, geyim qınağa çəkilir, yemək qınağa çəkilir, düşüncə qınağa çəkilir, azadlıq qınağa çəkilir.

Tədricən sənin həyatın gödəlir. Nə gedirsə, səndən gedir. Sağlamlığını itirirsən, əsəblərin korlanır, arzularını boğursan. Və kimsə səni inandırır ki, belə də yaşamaq lazımdı. Guya sən özünü boğub içindəki adamı gizləməklə – əsl üzünü, özünü gizləməklə doğru yaşayırsan. Belə bir şey varmı? Necə ki, heç vaxt sevə bilməyən adamı dəyişmək, “sevgiləşdirmək” olmaz, eləcə də gündə birini sevən adamı zorlayıb təksevgili adam etmək olmaz. Özünü rahat burax. Əl çək ruhundan, qəlbindən. İmkan ver, azadlıq ver, qapazlama ürəyini. Bu səni iflic edər. Belə yaşamaq mümkün deyil. Bu, sadəcə, mümkün deyil. Lazım deyil!

Xristianlar deyirlər ki, İsa kimi olaq, buddistlər deyirlər ki, Budda kimi olaq, müsəlmanlar Məhəmməd kimi olmaq istəyirlər. Hamı başqası olmaq istəyir. Olmaz ki, hər kəs özü olsun? İsa Hinduistlər Krişna kimi olmaq istəyirlər. Səncə, bu qəribə deyil? Heç kim öz qayğısına qalmır. Başqa nələrinsə hayındadı. Ən maraqlısı odu ki, hamı kiməsə oxşamaq istəyir, başqa birisi olmaq istəyir və bu kütləvi psixoza, anormallığa gətirib çıxarır. Buna görə də deyirəm ki, məqsədləri kənara qoy.

Kimsə, nəsə olmağa çalışıb özünü gələcəkdən, sabahdan asılı vəziyyətə salma. Çünki özünü sabaha hesabladıqca dərdlər, üzüntülər, problemlər içində boğulacaqsan. Toparlan, bütün fikrini bu günə yönəlt. Bu günə diqqət ayır, yaxşı-yaxşı dərk elə, hiss elə bu günü. Bütün enerjini, sevgini bu günə versən, sabah öz yoluna düşəcək.

Sabahı tamamilə unut. Fikrini bir yerə yığıb bu günə tuşlan. Həmin dəqiqədən etibarən sən həyatı əbədilik duyğusuyla sevəcəksən.

OĞUL

Bütün valideynlər övladlarına böyük ümidlər bəsləyir. Bu ümidlər də övladı yalnız məhv edir. Valideynlərin himayəsi altından çıxmaq lazımdı. Necə ki, körpə vaxtı çatanda anasının bətnini tərk edir. Əks halda bu onun ölümünə səbəb olar. 9 aydan sonra körpə mütləq dünyaya gəlməlidi. Anasının bədənindən azad olmalıdı. Ana necə ağrılar hiss eləsə də, necə böyük boşluğa düşsə də, uşaq ananı tərk etməlidi. Bir gün uşaq valideynin gözləntilərindən, ümidlərindən də azad olmalıdı.

Yalnız bu zaman o ilk dəfə özünü insan kimi hiss edir – sərbəst insan kimi. Onda öz ayaqları üstündə durur. Onda gerçəkdən də özgür olur. Əgər valideynlər şüurlu və anlayışlıdılarsa onlar uşağa mümkün olduğu qədər kömək etməyə çalışacaqlar. Onlar uşaqdan öz məqsədlərini reallaşdırmaq üçün istifadə etməyəcəklər. Sərbəst, azad olması üçün əllərindən gələni əsirgəməyəcəklər. Sevməyi öyrədəcəklər…

Artıq yeni mərhələnin yetişmə zamanıdı. İnsanlar işləməlidilər. Dülgər işləməlidi, çünki meşəni sevir, öyrətmən işləməlidi, çünki öyrətməyi sevir. Yoxsa aləm bir-birinə dəyib. Çəkməçi cərrah olub, siyasətçi dülgər. İkisi də narazıdı. Bütün həyat qəzəblə qaynayır. Üzlərə fikir ver: hamı əsəbidi. Adama elə gəlir ki, heç kim sevdiyi işlə, öz görəviylə məşğul deyil. Heç kim çalışmır. Heç kim təbiətin ona verdiyi bacarığa uyğun işlə məşğul olmur. Sanki hamı uğursuz, fərsizdi. Hər kəs qazanc anlayışının özündən belə narazıdı; bu anlayış hamını qarabaqara izləyir.

Mən möhtəşəm bir əhvalat eşitmişəm:

Cənnətə düşən missis Qinsberq cənnət mirzəsi olan mələkdən çəkinə-çəkinə soruşur:

– Deyə bilərsizmi, burda olan bir nəfərlə görüşə bilərəm?

– Əlbəttə, – mələk deyir, – əgər dəqiq burdadısa görüşə bilərsiz.

– Əlbəttə, burdadı, o qadının burda olduğuna əminəm, – deyir missis Qinqsberq. – Mən sözün əsl mənasında Müqəddəs Məryəmi görmək istəyirəm.

Mələyi öskürək tutur.

– Bilirsizmi, xanım başqa sektordadı. O, nəzakətli xanımdı, yəqin ki, qonşu rayonu ziyarət etməyə razılıq verər.

Məryəmə qadının xahişini çatdırırlar. O da gerçəkdən nəzakət göstərib missis Qinqsberqlə görüşür. Qinqsberq Məryəmi maraqla bir xeyli süzəndən sonra soruşur:

– Mənim bu marağımı bağışlayın, Məryəm ana, amma həmişə bu məsələ məni düşündürüb. Bilmək istəyirəm, belə bir şöhrətli, fərqli, hətta özündən sonra da yüz milyonlarla insanın Allah kimi tapındığı oğlanın anası olmaq necə bir hissdi?

– Sözün düzü, missis Qinqsberq, biz çox ümid edirdik ki, o həkim olacaq…

Valideyn həmişə uşaqla bağlı cürbəcür ümidlər, planlar qurur. Amma onların bu ümidi zəhərdi, zəhər. Sizə bir söz deyim: övladlarınızı yükləməyin, onları təmənnasız sevin, sonsuz, böyük bir duyğuyla sevin. Əvəz güdmədən, ondan nəsə ummadan, onun yerinə planlar qurmadan, onun əvəzinə arzulamadan. İmkan verin özü olsun. Sizin arzuların əsiri yox, öz arzularının, xəyallarının sultanı olsun. Sizin övladla bağlı qurduğunuz planlar ya onu, ya sizi bədbəxt edir. Çünki o öz arzularını boğub sizin istədiyiniz işlərlə məşğuldusa, özünü ömrünün sonuna kimi yarımçıq, bədbəxt hiss edəcək.

Əgər o sizin istədiyiniz kimi olmasa siz özünüzü bədbəxt hiss edəcəksiz. Yaxşı olar ki, siz onu rahat buraxasız. Heç bir plan da qurmayasız. Heç nə ummayasız. Sadəcə, ona seçimində kömək edəsiz. Nəyə meyillənsə, nə arzulasa dəstək olasız ki, seçdiyi işdə uğur qazana bilsin. Və siz də uşağınıza baxıb uğuruna sevinəsiz. O da sevdiyi işlərlə məşğul olduğu üçün xoşbəxt olsun.

Sevgiyə bütün gücünü verməlisənmi?

Ata deyir: “Məni sev, mən sənin atanam”. Uşaq da özünü elə göstərir, guya atasını sevir. Zorla, “sev” deməklə sevgi olmaz ki. Uşağın hətta anasını sevmək kimi bir öhdəliyi yoxdu.

Bu təbiətin qanunlarından biridi. Ana öz çağasına instinktiv olaraq bağlıdı, amma çağanın belə bir bağı yoxdu. Onun, sadəcə, ananın qayğısına ehtiyacı var, vəssalam. Bu qadın onun xoşuna gəlir. Çünki ona hər şeydə kömək edir. Çünki onsuz sağ qala bilməzdi. Onun anaya ehtiyacı var, bu bir. Uşaq anadan istifadə edir, bu iki. Amma “uşaq ananı sevməlidi” deyə bir qanun yoxdu təbiətdə. Uşaq anaya minnətdardı, ona hörmət edir. Amma sevgi… bu tamam başqa nəsnədi…

Sevgi yuxarıdan aşağı – anadan uşağa doğru axır. Geri axa bilməz. Çünki uşağın da sevgisi öz balasına yönələcək. Necə ki Qanq okeana axır, öz mənbəyinə yox, eləcə də sevgi. Bunu zor gücünə eləmək mümkündü. Amma bu artıq təbii, bioloji fakt olmayacaq. Bu zorlama olacaq.

Ana da deyir: “Mən sənin ananam. Sən məni sevməlisən”. Uşaq sevgini oynamağa başlayır. Uşaq siyasətçiyə çevrilir. Hər bir uşaq bələkdən artıq siyasətçidi.

Anası otağa girəndə uşaq Cimmi Karter kimi gülümsəyir. Bəlkə də heç gülümsəmək istəmir, amma oynayır. O buna məcburdu. Dodaqlarını məşq elətdirir. Bu gerçək gülüş deyil. Bu gerçək sevgi deyil. Bir gün bu yalançı, qondarma sevginin ucbatından həqiqi, yabanı, doğal sevgini anlamaq çətin olacaq. Bir gün o, beləcə bacısını sevməli olacaq. Kim deyir ki, uşaq bacısını sevməlidi və nəyə görə sevməlidi? Uşaq beləcə hamını sevməyə məcbur olur. Çünki onu bu cür öyrədirlər. Bir gün o, kiminləsə münasibət quranda, kiminləsə sevgili olanda bunun gerçəkdən sevgi olub-olmadığını anlamaqda çətinlik çəkir.

Sevgini bizə o qədər sırıyırlar ki, özümüzü sevməyə məcbur edirik. Sonucda həyatımızda kimsə olanda anlaya bilmirik bu sevgidi, ya yox. Ona görə də hamı bu sual qarşısında gözünü döyür, gec, ya tez bu sualla üz-üzə dayanır: “Görəsən, mən onu doğrudan sevirəm? Görəsən, bu sevgidi?”

Çünki həqiqi sevgi unudulub. Çünki bizi həmişə sevməyə məcbur ediblər. Valideyni sev, bacını, qardaşını sev, müəllimi, vətəni sev, onu sev, bunu sev… Belə olmur axı. “Sev” deməklə sevgi yaranmır. Sən kiminsə saçlarının rənginə vurulmusan. Bunun sevgiyə nə dəxli var?

Burun formasına, üzünün quruluşuna, ya da gözlərinə vurulmusan. Amma bal ayından sonra bütün bunlar sıxıcı görünür. Bu zaman vəziyyətdən çıxmaq lazım gəlir. Deməli, oynamaq lazım gəlir. Aldatmağa, rola girməyə məcbur olursan. Sənin spontanlığın korşalıb. Əks halda sən bədənin hansısa hissəsinə vurulmazdın. Bütünə vurulardın. Kimsə soruşanda ki, sən bu qadını və ya bu kişini niyə sevmisən, cavabın təxminən belə olur: “Gözlərinin rəngini, üz cizgilərini”, “ Ona görə ki…”, “Yaraşıqlıdı” və ya “Boy-buxununa vurulmuşam”. Amma sevgi bu deyil axı.

Həqiqi hiss özünü bu şəkildə ifadə edə bilməz. Bu duyğunun heç bir dərinliyi, dəyəri olmur. Onun ömrü uzun deyil, barıtı bir atımlıqdı. Bu sevgi mənəvi bağa çevrilmir. Çünki bu heç sevgi də deyil. Bu ürəkdə yaranan duyğu deyil, ağılda yaranan duyğudu. Bu məftunluq ola bilər. Sən bir sənətçiyə vurulduğun kimi vurula bilərsən kiməsə və zamanla bu keçib gedər. Sevgi tamamilə başqa bir hissdi.

Ona aydınlıq gətirmək mümkün deyil. “Ona görə ki…” izahı vermək mümkün deyil. Bu o qədər qəribə, fövqəladə bir hissdi ki, İsa onun haqda deyir: “Tanrı – sevgidi”. Onun üçün Tanrı və sevgi “eyni köklü” sözlərdi, daha doğrusu, bir məzmun daşıyan anlayışlardı. Sevgi bu qədər təbii bir hissdi. Amma bu təbiilik unudulub. Təbiilik tamamən unudulub…

Sən soruşursan: “Eşq üçün can qoymaq lazımdı, ya yox?” Sən eşqi kəmiyyətlə ölçürsən. Qədərlə ölçürsən. Amma sevgi belə bir duyğu deyil. Onu ağılla, ya da bədənlə kontrol etmək olmur. Ona güc sərf etmək, onu azaltmaq, çoxaltmaq, diqqətsiz qoymaq, ya bütün varlığınla ona tapınmaq mümkün deyil. O, bütün bunlardan çox-çox yuxarıda, anlaşılmaz, izahsız bir dalğadadı. Sevgi ürək hadisəsidi. O riyaziyyat yox, musiqidi. O, nəsr yox, poeziyadı. Sevmək – hərəkət yox, hissdi.

Sevgi – fəaliyyət yox, vəziyyətdi. Bütün qaydalar, müəyyənliklər, izahlar bu hissi çərçivəyə salır. Sevgini idarə etmək mümkün deyil, sevgiyə əmr etmək olmur. Özünü var gücünlə sevməyə məcbur edə bilməzsən. Ancaq insanlar bu işlə məşğuldular. Sevgiyə göstəriş verirlər. Ona görə də dünyada sevgi qıtlığı var.

Anaya sevgi necə olmalıdı?

Anaya sevgi tamam başqa cür olmalıdı. O sənin sevgilin deyil. Anaya çox bağlanmaq olmaz. Yoxsa sən ondan qopub başqa qadına gedə bilməyəcəksən. Həmişə də içində ona qarşı gizli bir qəzəb olacaq. Çünki məhz bu qadın ucbatından sənin özəl həyatın yoxdu, qaydasında deyil, özünü bütünlüklə sevgiyə – sevdiyin qadına verə bilmirsən. Ya da sevgilinlə sənin aranda həmişə anan dayanır.

Valideyndən ayrılmaq insanın inkişaf mərhələsində ilk pillədi. Dölün əvvəlcə ananın bətnində olub sonra onu tərk etməsi kimi. Övlad valideyni tərk edib öz həyatını quranda bunu dönüklük sayırlar. Guya sən valideyninə dönük çıxdın. Guya həmişə onunla yaşamağa məcbursan. Halbuki ananın bətnində övlad düşünsə ki, mənə can verən, həyat verən bu qadını atıb gedə bilmərəm, hər ikisi məhv olar.

Əvvəlcə körpə anayla bir tamlıq təşkil edir. Sonra göbəkbağı kəsilir və körpə ayrıca bir varlıq olur, nəfəs alır. Bu onun inkişafının, böyüməsinin ilkin mərhələsidi. O ayrıca fəaliyyət göstərməyə başlayır. Amma uzun illər uşaq hələ anayla yaşamalı olacaq. Onun südə, yeməyə, başı üstündə dama, qayğıya ehtiyacı var hələ. O, uzun zaman anasından asılı olacaq, çünki körpədi, köməksizdi. Amma gücləndikcə, böyüdükcə yavaş-yavaş uzaqlaşacaq. Artıq südə ehtiyac yoxdu, artıq başqa yeməklərdən dadmalıdı.

Bir gün məktəbə gedəcək. Orda dostları olacaq. Böyüyüb gənc oğlana çevrildikcə qız sevəcək, yeni hisslər yaşayacaq, demək olar ki, anası haqda tamamilə düşünməyəcək. Onun üçün yeni səhifə açılır, yeni mərhələ başlayır. Bu yeni qadın onun bütün varlığını ələ alır, onun bütün duyğularını yerindən oynadır. Əgər bu baş vermirsə, deməli, nəsə qaydasında deyil. Ana bu mərhələdə oğluna yapışıb qalırsa bu analıq eləmək deyil.

Ananın görəvi oğlunun bu həssas dönəmində mümkün qədər onunla nəzakətli davranmaqdı. Ana gərək bu inkişaf və güclənmə dönəmində oğluna dəstək olsun ki, o, anasını rahatca tərk edə bilsin. Bu zaman o öz borcunu yerinə yetirmiş olur. Oğlunun anadan yapışıb qalması doğru deyil. Bu təbiətin əksinə getməkdi. Bu çayın axınına qarşı addımlamaqdı. Bu zaman hər şey baş-ayaq ola bilər. Bu təhlükəlidi.

Ana sənin üçün qaynaqdı, mənbədi. Əgər oğul anadan qopa bilmirsə o mənsəbdən mənbəyə doğru irəliləyir. Əslində geriləyir. Çay başlanğıcından – mənbədən ayrılıb mənsəbə – okeana axmalıdı. Amma bu o demək deyil ki, insan anasını sevməli deyil.

Yadında saxla: anaya sevgi sevgidən daha çox sayğı şəklində olmalıdı. Anaya sevgi – minnətdarlıqdı, hörmətdi, dərin hörmətdi. O qadın sənə həyat verib, səni dünyaya gətirib. Bu sevgi duanı xatırlatsın gərək. Ona kömək etmək üçün əlindən gələni et. Amma nəbadə sənin ona sevgin sevgilinə bəslədiyin duyğuya bənzəsin; əks halda sən ananı sevdiyin qadınla qorxudacaqsan. Anlayışlar qarışıq düşəndə sən özün çaşıb qalacaqsan. Yaxşı yadında saxla: sən sevdiyin qadını tapmalısan – ananı yox, öz qadınını. Sən sevdiyin qadını ananla tutuşdurmalı deyilsən, anana hesablamalı deyilsən.

Anan sənin qadının deyil. Onun görəvi başqadı. Ən yaxşı anayla belə sevdiyin qadını müqayisə etmə. Yoxsa heç vaxt ana qucağından çıxa bilməyəcəksən, yetkin kişi olmayacaqsan. Başqa qadına getmək anayla aranda olan bütün bağları qoparmaq deməkdi. Bunu yadında saxla. Bu ananı atmaq deyil, bu ananı tərk etmək, dolayısıyla onun bölgəsindən ayrılmaqdı.

Bütün dünyada anayla gəlin (oğulun həyat yoldaşı) arasında yaşanan antoqonizmin, həm də çox incə bir antoqonizmin (rəqabət, düşmənçilik) səbəbi də budu. Belə də olmalıdı, çünki ana düşünür ki, bu qadın onun oğlunu əlindən alıb. Bu, demək olar ki, çox təbiidi. Təbiidi, amma şüurlu deyil. Ana özünü xoşbəxt hiss eləməlidi ki, oğlunun qadını var. Xoşbəxt olmalıdı ki, oğlu artıq uşaq deyil, yetkin bir adamdı. Elə deyilmi?

Demək belə, insan ancaq o zaman yetkin, oturuşmuş birinə çevrilir ki, anadan ayrıla bilir. Bu yaşamın istənilən dövründə ola bilər. İstənilən halda bu proses çox mədəni şəkildə həllini tapmalıdı. Bunt baş verir, inqilab baş verir, ancaq böyük bir sayğıyla. Sayğı olmasa buntun bütün cazibəsi itib eybəcər şəkil alır. Etiraz elə, azad ol, amma sayğı hissini itirmə. Çünki ata-ana sənin həyat qaynağındı.

Yekun isə budu: valideynləri tərk etmək lazımdı. Yalnız tərk etmək yox, bəzən onlara qarşı çıxmaq lazımdı. Ancaq bu qəzəblə müşayiət olunmalı deyil. İyrənc forma almalı deyil. Bu çox gözəl görünməlidi. Əgər getmək qərarı vermisənsə valideynlərinə bunu sakitcə bəyan et, yeri gəlsə ayaqlarına düş, ağla, izah elə, de ki, bu sənin üçün çox önəmlidi, de ki, getməlisən. Həyat səni səsləyir.

İnsanlar ata-ana evini tərk edəndə qüssələnirlər. Onlar geriyə, dəfələrlə geriyə boylanırlar, qəribə bir nostalji hissi yaşayırlar. Ola bilər ki, o evdə gözəl zamanlar keçirmisən. İndi nə etmək olar? Axır-əvvəl sən öz həyatını yaşamalısan. Əgər sən o evdən ayrılmasan heç vaxt böyüməyəcəksən. Heç vaxt müstəqil kişi olmayacaqsan. Həmişə yeniyetmə olaraq qalacaqsan. Ona görə deyirəm: hörmətlə get. Lazım olanda onlara kömək elə, əl uzat, yanlarında ol, amma heç vaxt ananla sevdiyin qadını qarışıq salma; o sənin anandı.

ROBOT

Nəyə görə sufilər iddia edirlər ki, insan maşındı?

İnsan doğrudan da maşın kimi bir şeydi. Ona görə ki, insan tamamilə şüursuz düşünür və davranır. O, adətlər və vərdişlər yığınından başqa bir şey deyil.

İnsan – robotdu. O, hələ insana çevrilməyib: şüur onun həyatına daxil olmayana qədər insan maşın olaraq qalacaq.

Buna görə də sufi iddia edir ki, insan maşındı. Sufiliyin Qərbdə məşhur olmasında Georgi Gürciyevin bəstəkar, səyyah kimi böyük rolu olub. O vaxt Gürciyevin insan haqda dedikləri hamını şoka salırdı. Onun “insan maşındı” deməsi hər kəsdə heyrət oyadırdı. Halbuki haqlı idi. Çətin ki, insan yaşadığı 70 ilin 7 dəqiqəsini dərk edir. Olsa belə, bu, təsadüflərin nəticəsidi. Tutaq ki, kimsə tapançanı üzünə tutanda insan qəfildən illərlə yatdığı yuxudan ayıla bilər. Həmin an, həmin saniyə onun təfəkkürü – mexaniki təfəkkürü oyana bilər. Başqa cür mümkün də deyil. O an insan ayılmağa məcburdu.

Kənardan izləsən görərsən ki, insan yuxudagəzərdi, somnabuldu.

Sən də beləsən.

Polislər iki avaranı həbs edirlər. Məlum olur ki, onlar yaxın ətrafda qətl hadisəsi törədiblər. Məhkəmə onlara ölüm hökmü kəsir. Hökm səhər icra olunmalıdı. Avaralar heç nəyin fərqində deyilmiş kimi gecə söhbət edirlər. Biri o birinə deyir:

– Özüm ölüm, mən ağlımı itirmişəm. Fikrimi bir yerə yığa bilmirəm. Bu gün neçənci gündü?

– Birinci gündü.

– Oy daa, alə, həftənin ən ağır günüdü ki…

Sadəcə, özün özünü izlə. İnsanlar ölüm gününə qədər həyatı adət kimi yaşayırlar. Adama ölüm hökmü kəsilir, fərqində deyil. Anlamır ki, onun üçün daha həftə olmayacaq. Deyir “həftənin ən ağır günüdü ki”. İnsan adəti üzrə yaşayır. O, avtomatik reaksiya verir. Buna görə də sufilər deyir ki, insan maşındı.

İnsan baş verənləri dərk etməyənə qədər, məsuliyyət hiss eləməyənə qədər reaksiya keçmişdən boy alacaq, adət şəklində olacaq. Çünki reaksiya – adətdi, vərdişdi, gözləniləndi. Dərketmə – spontandı, gözlənilməzdi.

Sadəcə, özün özünü müşahidə et. Arvadın sənə nəsə deyir: cavab vermədən öncə düşün, götür-qoy elə, maşın kimi həmən reaksiya vermə. Övladın sənə nəsə deyir: düşün, daşın, dediklərini beyin süzgəcindən keçir, araya bir neçə saniyə, dəqiqə, hətta bəzən saat qat, cavabı dəqiq düşün. Cavab xətrinə demə, demək xətrinə danışma. Sən avtomat deyilsən. Güllə kimi açılma.

Mexaniki reaksiya… başqa bir şey deyil bunun adı. Bütün insanlıq bu cürdü. Fikir versən görəcəksən ki, cavablarının 90% i mexaniki reaksiyadı, əslində cavab deyil. Çünki verilən sual barədə düşünmürsən. Hərəkətlərin, davranışların da belədi – düşünmədən.

Nəticə etibarilə sən robot kimi yaşayırsan. Hər şey təkrar-təkrar baş verir. Sən bilirsən ki, arvadın necə reaksiya verəcək, nə deyəcək. O bilir ki, sən situasiyanı necə qarşılayacaqsan. Bu normal deyil. İnsan proqramlaşmış robot kimi eyni şeyləri edə bilməz.

Öncədən bir-birinizin nə deyəcəyini, nə edəcəyini bilirsizsə, hər şey təxmin ediləndisə, deməli, düşüncə yoxdu.

Bir əhvalat eşitmişəm.

– Ata, – 10 yaşlı uşaq soruşur, – savaşlar necə başlayır?

– Təsəvvür elə ki, – ata öz aləmində izah verir, – Amerika İngiltərəylə küsüşür…

– Amerika İngiltərəylə küsüşməz, – ana söhbətə qarışır.

– Mən demirəm ki, küsüşür, sadəcə, misal gətirirəm.

– Bu nə cəfəngiyatdı! Düzgün misal deyil, – ana deyir, – uşağın başını səfeh ideyalarla doldurursan.

– Burda cəfəng heç nə yoxdu, – ata özündən çıxır. – Səni dinləsə onun heç bir ideyası-zadı olmayacaq.

Mübahisə qızışan kimi, valideynləri boşqablara əl atan kimi uşaq dedi:

– Ana, ata, çox sağ olun, mən daha soruşmayacam ki, savaş necə başlayır.

Sadəcə, öz hərəkətlərinə diqqət elə. Görəcəksən ki, həmişə eyni cür davranırsan. Reaksiyan həmişə bir cürdü. Əsəbiləşən kimi bir siqaret yandırırsan. Hər dəfə belə edirsən. Nevroz vəziyyətində sən həmişə eyni cür olursan. Hər dəfə siqaretə əl atırsan.

Sən maşınsan. Bu dəqiqə səni hazır proqram idarə edir. Hər dəfə sən siqaret çıxarıb damağına qoyursan. Bu əmr olunan tapşırığa əməl etmək kimi bir şeydi. Siqareti qutudan çıxarırsan, damağına qoyursan, yandırırsan, çəkirsən. Sən bunu mexaniki edirsən. Siqaretin fərqində olmadan. Sən bunu milyon dəfə eləmisən. İndi də edirsən.

Hər bir təkrarla vərdiş daha çox möhkəmlənir; maşın daha çox avtomatlaşır, daha təcrübəli şəklə düşür. Hər hansısa bir iş nə qədər çox təkrarlanırsa, onun mahiyyəti də bir o qədər azalıb kortəbii vərdişə çevrilir.

Sufi ona görə deyir ki, insan maşındı. Dəyişiklik elə. Məsələn, bu dəfə adətin üzrə yox, tam başqa cür davran. Yoxla, gör nə olur. Maraqlı deyil? Tutaq ki, həmişəki kimi evə gec gəlmisən. Qorxursan ki, arvad yenə dava salacaq. Sən əvvəlcədən cavab hazırlayırsan. Əslində bu həmişəki cavablardı. Bilirsən ki, bunların heç bir xeyri olmayacaq. Dava qaçılmazdı. O da artıq həmişəki kimi işə, dostlara, ora-bura zəng vurub səni soruşub. Səni də yüz əlli dəfə yığıb. “İşdə ləngidim, dostlarlaydım” və bu kimi cavablar bu dəfə də işə yaramayacaq. Bütün bunlar şablondu.

Bu gün evə gələndə özünü tamam başqa cür apar. Arvad soruşacaq: “Hardaydın?” Sən də de ki, başqasının yanındaydım – başqa qadının. Nə baş verdiyini görəcəksən. Şoka düşəcək, söz tapmayacaq, nə deməli olduğunu bilməyəcək. Çünki onun buna hazır cavabı yoxdu. Şablonlar bu situasiyada işləmir. O, tamamilə özünü itirəcək.

Əgər daha təcrübəli maşındısa çox güman ki, belə deyəcək: “İnanmıram. “Zarafat edirsən! Sən hər gün evə gəlirsən…”

Bir psixoanalitikdən belə bir əhvalat eşitmişəm. Pasiyent hər gün eyni şikayətlə onun yanına gəlirmiş. “Doktor, mən evə getməyə qorxuram. Arvadım o qədər kədərli, üzgün, bədbəxt görünür ki, mən dözə bilmirəm. Evə getmək istəmirəm. Onu belə görməyə gücüm çatmır”. Psixoanalitik məsləhət görür ki, həmin adam bu dəfə evə başqa cür getsin. Yoldaşına hədiyyə alsın, tort alsın, gül alsın, evə girəndə gülümsəsin. Ona ev işlərində kömək eləsin. Desin ki, sən otur, mən edərəm.

Məsləhət pasiyentin xoşuna gəlir. Tez gedib hədiyyə alır, gül alır, gülə-gülə qapını döyür. Qadın qapını açan kimi adam basıb onu qucaqlayır. İçəri girən kimi cumur ev işlərinə. Tutub arvadı öpür. Bir də görür ki, qadın o biri otağa keçib ağlayır. Adam mat qalır. Gəlib ehtiyatla soruşur: “Sənə nə olub?” Qadın deyir: “Sənin başına hava gəlib, dəli olmusan. Mən bilirdim ki, bu axır-əvvəl baş verəcək”.

Sufilərin belə bir üsulu var. Onlar deyirlər: Davranışlarını yenilə. Heç vaxt eləmədiyin şeyləri elə. Təkcə başqalarını yox, özünü də şaşırt. Məsələn, həmişə əsəbiləşəndə tez-tez yeriyirsən. Bir dəfə belə eləmə. Yavaş addımla. Dərhal mexaniki ağıldan siqnal gələcək: “Neynirsən? Sən ki, heç vaxt belə eləməmisən”. Ancaq sən yavaş-yavaş yeriməyə davam etsən, özünə də xoş olacaq. Çünki hirsin keçəcək. Əsəbi durumdan çıxacaqsan. Fəaliyyətinə yenilik qat. Varlığına yenilik gətir.

Bu buddizmin meditasiya texnikaları – vipassan və dza-dzendi. Bu metodlara fikir verəndə görürsən ki, hamısı eyni prinsipə söykənir. Vipassan metodu ilə yeriyəndə həmişəki qaydadan daha asta yerimək lazımdı. Üst ləngimə sənin üçün yepyeni bir təcrübə olmalıdı. Adət etmədiyin kimi hiss eləməlisən özünü. Bu zaman mexaniki ağıl tutulub qalacaq. Çünki buna öyrəncəli deyil. O sənə heç nə diktə edə bilməyəcək. Sən şüurlu, ayıq şəkildə özünü idarə edəcəksən. Addımlarını izləməkdən zövq alacaqsan. Bu yeni hal səni sakitləşdirəcək.

Vacib deyil sən hansı dinə məzhəbə qulluq edirsən. Buddist­sən, müsəlmansan, xristiansan kimsən. Bu metodun məqsədi insanı deavtomatlaşdırmaqdı.

Gürciyev öz tələbələrilə qəribə təcrübələr keçirirdi. Məsələn, vegeteriana deyirdi: “Ət ye”.

Düzdü, o bir az aşırı üsullardan istifadə edirdi, amma bu bizim indi danışdığımız yenilənmə metodunun eynisidi. O deyirdi: “Ət ye, bir vegeterianın ət yeməsini müşahidə et, gör hansı vəziyyətə düşür, gör özünü necə hiss edir”. Onun bütün bədəni müqavimət göstərəcək, elə bil bu dəqiqə qaytaracaq, beyni karıxacaq, onu tər basacaq. Çünki beyin yeni problem həll etmək üçün hazırlıqlı deyil.

Gürciyev bunu görmək istəyirdi. İnsanın yeni situasiyada nə edəcəyini görmək istəyirdi.

Heç vaxt alkoqoldan istifadə etməyən adama deyirdi: “İç, mümkün qədər çox iç”.

Və əksinə içən adama deyirdi: “Tərgit, içmə. İçkini at”.

Gürciyev elə metoda əl atırdı ki, ağıl buna hazır deyil. Bu durumda mexanikliyə öyrəşən ağıl durğunluq yaşayır, keyləşir. Ağıl şablonlarla fəaliyyət göstərir – tutuquşu kimi.

Bax buna görə də ustad dzen bəzən öz şəyirdini vura bilər. Səbəb eynidi. İnsan Buddayla görüşə gedəndə ondan acıma gözləyir, istəyir ki, budda ona təsəlli versin. Düşünür ki, ustad onun başını sığallayacaq, onu sevgi dəryasında boğacaq. Ancaq Budda gözlənilməz zərbə endirir. Əlinə nəsə götürüb onun başının düz ortasına çırpır. Bu şok vəziyyət yaradır. Budda kimisə vura bilərmi? Amma bu zərbə adamın mexanikləşmiş, robotlaşmış ağlını bir anlıq dayandırır.

O, bir anın içində keyiyib qalır. Nə edəcəyini bilmir. Çünki o, qarşı tərəfdən, ancaq proqramlı, bu günə qədər öyrəşdiyi, quruluşu olan münasibət gözləyirdi. Bu günə qədər dərdini, problemini danışdığı hər kəs ona təsəlli, məsləhət verib. Birdən-birə onun başına zərbə endirirlər. Və bunu təsəlli üçün yanına getdiyi adam edir. Bu onun öyrəşdiyi münasibət deyil. O bu günə kimi robot kimi yaşayıb. Buddayla belə olmur və o özünü itirir. İnsanın yuxuya getmiş ağlını oyatmaq, korlaşmış gözlərini açmaq üçün bəzən ona zərbə endirmək lazım olur.

İnsanlar gözləntilərlə yaşayırlar. Onların əsasını gözləntilər təşkil edir, təxminlər təşkil edir. Onların heç ağıllarının ucundan da keçmir ki, ustadlar gözlənilən deyillər. Onlar heç bir çərçivəyə sığmır.

Hindistanda Rama və Krişna kimi adamlara öyrəşiblər. Sonra Maxavira gəlib. O tamamilə çılpaq idi. Krişnanı çılpaq təsəvvür etmək çətindi, o, həmişə dəbdəbəli, zövqlü geyinib. O, dünyanın ən yaraşıqlı adamlarından biri idi. Zinət əşyaları taxmağı sevərdi. Onun gözəl qızılları və brilyantları var idi.

Birdən Maxavira peyda olur. Maxavira çılpaq gəzməklə nəyə nail olmaq istəyirdi?

O, bütün ölkəni şoka salırdı. Sonucda bu şok çox adamı xilas elədi.

Hər bir ustad tələbələrini şoka salmaq metodunu özü seçir.

Hindistan mənim kimi adam görməmişdi. Nə desəm, nə etsəm hamı şok vəziyyətinə düşür. Bu şok mənim xoşuma gəlir. Çünki onlar, sadəcə, olaraq heç nə anlamırlar.

Mən ona görə gəlməmişəm ki, sizin gözləntilərinizi icra edim. Əgər mən sizin istədiyiniz kimi davransam bunun heç bir effekti olmayacaq.

Mən sizin bütün gözləntilərinizi darmadağın etmək üçün gəlmişəm. Mən sizi şoka salmaq üçün gəlmişəm. Siz buna hazır deyilsiz. Bu sizin ağlınızı bir müddət susduracaq. Və qəfildən sizə hər şey aydın olacaq.

Mən bəzən qəsdən elə şey deyirəm ki, onu demək olmaz. İntəhası var: Siz kimsiz ki, məni qınayasız? Mənə göstəriş verəsiz – nəyi demək olar, nəyi yox? Nəsə sizin gözləntilərə, istəklərə, öyrəncələrə uyğun gəlmirsə, vaxt itirmədən anında, öz köhnə qurğunuzla reaksiya verirsiz.

Baş verənlərə həmən reaksiya verənlər məsələnin mahiyyətini əldən verirlər.

Kim ki, məsələyə özünün köhnə təsəvvürləri ilə yanaşmır, sakitliyə və düşüncəyə qapılır, o “yeni düşüncə”, “yeni hal” mərhələsinə keçir.

Mən öz tələbələrimlə söhbətləşirəm. Bu və ya digər formada mən onlara zərbə endirməyə çalışıram. Hər şey tamamilə düşünülmüş şəkildə baş verir. Mən Morardci Desai (24 mart 1977-15 iyul 1979-da Hindistanın 4-cü baş naziri) qınayanda, əslində, sizi də qınayıram. Çünki hər birinizin içində bir siyasətçi oturub. zərbə endirməklə mən sizin içinizdəki Desaini vurub dağıdıram.

Hamının içində bir siyasətçi yaşayır – hamını özünə tabe etmək istəyən, bir nömrə olmağı arzulayan bir adam yaşayır. Siyasət ambisiya deməkdi. Siyasətçi olmaq ambisiyalı ağıla sahib olmaq deməkdi. Sən düşünə bilərsən ki, bu necə aydındı, bu necə ziyalıdı? Niyə Desaini ələ salır? Və sizin müdafiə instinktiniz işə düşür. Özünüzdən asılı olmayaraq içinizdəki ambisiyanı müdafiə etməyə başlayırsız.

İçinizdəki siyasətçinin keşiyində dayanırsız. Məntiq işə düşür. Yoxsa mənim yazıq Morardci Desai ilə nə alış-verişim? Mənim Desaiyə heç bir aidiyyətim yoxdu. Amma sizin içinizlə, məninizlə bağlı hər şeyə birbaşa aidiyyətim var.

Sufilər iddia edir ki, insan maşındı, çünki ona yeridilən proqram üzrə hərəkət edir. Məntiq işə düşəndə siz şüurlu şəkildə yanaşırsız məsələyə. Yeni insan doğulur!

Şablon reaksiyalardan canınızı qurtarın. Düşünün, məntiqinizi işə salın. Hamının qəbul elədiyi şeylərə başqa prizmadan yanaşmağa çalışın. Ağlınızın yeni gözləri açılsın. Reallığa daim ayıq məntiqlə baxmağa çalışın, bayağı, standart qaydalarla yox, öz gözlərinizlə. Reallıq haqda bayağı təsəvvürlərə uymayın. Həmişə hərəkətdə olan, daim dəyişən reallığı öz gözlərinizlə izləməyə çalışın. Şüurlu şəkildə qəbul edin reallığı. Ağılı kənara qoyun. Spontan yaşayın! Gözlənilməz olun!

Siz gözlənilməz olduqca yeni hərəkət doğulur. Reaksiya məhv olur, ifşa edilir. Hərəkət düşüncənin məhsuludu, reaksiya düşüncəsizliyin. Hərəkət davam etməkdi. İrəliləməkdi. Dayanmamaqdı. Reaksiya yerində saymaqdı. Reaksiya səfehlikdi. Hadisə oldu, reaksiya verdin, amma ortada hərəkət yoxdu. Yenə əvvəlki kimisən. Heç bir dəyişiklik, yenilik, irəliləmə yoxdu. Reaksiya oturaq vəziyyətdi – oturaqlıqdı.

Hərəkət azad edir, reaksiya zəncirləyir.

Reaksiya verməyin, irəliləyin!

SEKSUAL MANYAK

Seks çox həssas mövzudu. Uzun illərdi fiziki istismar, zorlama, pozğunluq, asılılıq, əxlaqsızlıq seks anlayışı ilə səsləşib. Bu sözdən sui-istifadə edilib. Seks şındırı çıxmış sözlərdən birinə çevrilib. Biz “Allah” deyəndə xəyali boşluğa düşürük. Amma “seks” deyəndə ağlımıza min cür şey gəlir. Seks deyəndə yadımıza eşitdiyimiz, gördüyümüz iyrənc hadisələr, çirkin münasibətlər, əxlaqsızlıqlar düşür. Bütün bunlar ikrah doğurur. Seks sözü cürbəcür hisslər oyadır – gah qorxu, gah izahsız, qarşısıalınmaz arzu. Bunlar artıq beyində qarışıqlıq, anlaşılmazlıq yaratmağa bəs edir. “Seks” sözü belə, artıq insanı narahat edir.

Fikir vermisən ki, müəyyən yaş dövründə seks insanın həyatında çox önəmli rol oynayır? Ona görə yox ki, sən bunu vacib sayırsan. Bu səndən asılı olmadan baş verir, elə-belə, sadəcə, baş verir. Hardasa on dörd yaşında hər şeyə üstün gələ biləcək bir seksual enerji axını başlayır. Belə bir təəssürat yaranır, sanki insanın bütün bəndləri açılır. İnsan özündə indiyə qədər tanımadığı, bilmədiyi bir enerji qaynağı aşkarlayır. Bütün enerjisi seksuallaşır, seksual çalar alır.

İnsan seks haqda düşünür, seks haqda mahnı oxuyur, sekslə maraqlanır – hər şey seksual görünür. Bütün davranışlarında seks ifadə olunur. İnsan bunu bilərəkdən eləmir. Bu təbii olaraq baş verir. Bu transendensiyadı (öz-özünə, kontroldan kənar). Təbii prosesdi. Bu enerjiyə özünü tamamilə verəndə, onun qarşısını almağa çalışmayanda 40 yaşında eyni enerji axını, eyni hal baş verir. Təxminən qırx iki yaşında geri çəkilmə prosesi başlayır. Enerji axını yavaş-yavaş azalır.

Seksuallıq insanın heç bir müdaxiləsi olmadan baş qaldıran bir hissdi. Buna müdaxilə etmək istəyəndə vəziyyət əksinə pis olur. Çünki bu idarə olunmaz duyğudu. Bunu kontrol etmək insanın əlində deyil. İstənilən müdaxilə süni şəkildə baş verə bilər və nəticə ağır olar.

Seks insanın anadangəlmə təbii, bioloji tələbatıdı. Burda pis heç nə yoxdu. Biz seks nəticəsində dünyaya gəlirik. İnsan olmaq – seksual olmaqdı. Atanla anan səni dua oxumaqla, keşiş yanına getməklə, ziyarətgahlarda yaratmayıb. Sekslə məşğul olublar, sən doğulmusan. Amma hər kəs özünü elə aparır ki, guya insanı doğrudan da quşlar gətirir. Bu barədə düşünəndə də narahat olurlar. Niyə narahat olursan ki? Belə deyil? Onlar sekslə məşğul olublar, onların seksual enerjisi bir-birinə qarışıb bir tamlıq olub.

Yadında saxla: insan seksual varlıqdı. Sən bu postulatı qəbul edən kimi əsrlər boyu davam edən konflikt aradan qalxacaq. Sən bunu içdən, heç bir şübhə, heç bir əmma olmadan qəbul etməsən seksin gözəlliyini hiss edə bilməzsən. Seksin nə demək olduğunu bütünlüklə anlamazsan. Sən “necə nəfəs almaq lazımdı, yeməyi necə yeyirlər?” kimi suallar vermirsən.

Çünki heç bir din bunu sənə demir, səni bu məsələdə rahat buraxıblar. Anlamalısan ki, seks də yemək kimi, nəfəs almaq kimi təbiidi. Amma bircə fərq var. On dörd yaşına kimi insan seksual enerjidən – seksin özündən xəbərsiz olur. Müəyyən hazırlıq mərhələsi gedir, amma bunu seks, ya da seksuallıq saymaq olmaz. Bu elə hazırlıqdı.

Uşaq doğulandan 3 saniyə sonra mütləq nəfəs almalıdı ki, yaşasın. Nəfəs insanı doğulan andan ölənə kimi müşayiət edir. Ölümdən əvvəl insanın nəfəsi 3 saniyə dayanır və həyat bitir.

Seks isə insanın həyatına xeyli gec daxil olur. On dörd il sonra. Ama daxil olan andan sən onunla davam etməlisən yaşama.

Dinlər insanın seksual ehtiyacını boğmaq üçün əlindən gələni edir. Əgər insan nəfəs almasa, yaşaya bilməz, doğrudu? Bu da eyni şeydi. İnsan sekssiz yaşaya bilər. Amma bu normal yaşam olmayacaq. Həyatında seksi olmayan adamlara bax, gör nə gündədilər.

Niyə sənə elə gəlir ki, bu ayıb bir şeydi? Çünki sənin beynini doldurublar. Çünki səndən robot düzəldirlər. Səni insanlıqdan çıxarırlar. Necə ki, sən saxladığın pişiyi axtaladırsan ki, qaçıb getməsin, eləcə də səni psixoloji olaraq axtalayırlar.

Keşişlər insanın seksual duyğularını boğmağa çalışırlar. Nəticə nə olur? Pornoqrafiya daha geniş yayılır. Hyu Hefnerlər (“Playboy” jurnalının yaradıcısı və şef redaktoru) keşişlərə qarşı daha effektli işlər görür. Porno onların təqdimatında getdikcə daha cazib görünür. Bunlar bir medalın iki üzüdü. Bir tərəfində dindarlar, digər tərəfində pleyboyçular. Bu iki tərəf biznes partnyorlarıdı.

Əgər keşişlər olmasa, pornoçular da olmayacaq. Onlar bir-birinə qarşı çıxsa da, məqsəd eynidi – biznesin genişlənməsinə xidmət etmək. Bir misal var. Ortaqların biznesi iflasa uğrayır. Onlar yeni üsula əl atırlar. Biri şəhərdə gəzib pəncərələri sındırır, o biri qapı-qapı gəzib pəncərə ustası xidməti təklif edir. Bu belə bir şeydi.

Bu əhvalatı danışmaq istəyirəm.

Gözəllər gözəli miss Kenni kilsədə bir keşişə etiraf edir ki, sevdiyi oğlan onu öpüb.

– Elədiyin təkcə bundan ibarətdi? – keşiş soruşur.

– Yox, sonra o mənim əlimdən tutdu.

– Bəs sonra? Sonra nə oldu?

– Sonra o, alt paltarımı çıxardı və mən buna da etiraz etmədim.

– Bəs sonra? Danış görüm, sonra nə elədiz?

– Heç nə, sonra anam otağa girdi.

– Lənət şeytana, – əsəbiləşir keşiş.

Onlar əl-ələ yürüyürlər. Onların arasında sövdələşmə var. Kəskin qadağalar təbii olaraq hədsiz maraq oyadır. Nəticə də pozğunluq olur. Problem seksdə deyil, pozğunluqdadı. Keşiş xəstə olub. Problem onunla bağlıdı, seksin heç bir problemi yoxdu.

İki rahibə – Marqarit Eles və Frensis Ketrin yol gedirlər. İki nəfər adam onları tutub darvaza qırağında zorlayır.

Rahibə Eles deyir:

– İlahi, sən onların günahından keç, onlar nə elədiklərini bilmirlər.

Rahibə Ketrin o yandan səslənir:

– Səsini kəs! Bu nə elədiyini yaxşı bilir.

Bu situasiya qaçılmaz olur. Buna görə də seksi özündən itələyəcək heç bir fikrə düşmə. Əks halda onun gözəlliyini heç vaxt duymayacaqsan. Seksin bütün incəliklərini yaşayan adam onu doğal, təbii bir vəziyyət kimi qəbul edir. Bu asan deyil, bilirəm. Çünki sən elə bir cəmiyyətdə doğulmusan ki, orda seks sözü kütləvi nevroz yaradır. Bu nevrozdan qurtulmaq çətindi.

Amma azacıq düşünə bilən adam bu kütlədən ayrıla bilər. Gücünü seksual enerjindən azad olmağa sərf eləmə. Cəmiyyət insanın seks kimi gözəl, önəmli, təbii haqqını təhrif edərək ona pozğunluq, əxlaqsızlıq, günah yarlığı vurub. Sən gücünü buna yönəlt: seks qorxusundan, basqıdan, narahatlıqdan qurtul.

Seks möhtəşəmdi. Öz-özlüyündə o, təbiətin sikl fenomenidi. Seks olmasaydı həyat da olmazdı. İnsan həyatı dərk edirsə, yaşamı sevirsə, həyatın fövqəladə bir canlılıq, bir var oluş olduğunu duya bilirsə, seks onun üçün müqəddəs, ali bir anlayış olur. İnsan seksdə əriyir, xoşbəxt olur.

Seks mükəmməldi. O necə təbii qaydayla gəlirsə, eləcə də təbii qaydayla gedir.

Seksuallığın qırx iki yaşında yavaş-yavaş çəkilməsi haqda söhbətimlə razılaşmaya bilərsən. Biz 65-70 yaşında canısulu kişilər haqda çox eşitmişik. Doğrudu, belə hallar az deyil. Amma bir misalla fikrimi daha dəqiq ifadə etmək istəyirəm. Təbii gedişata əngəl olanda funksional dəyişiklik baş verir. Suyun qarşısını nə qədər kəsməyə çalışsan, o, hardansa gec-tez özünə yol tapır. Bu qocaların da durumları eynidi.

Onlar vaxtında enerjini düzgün xərcləməyiblər, boğublar, basıblar deyə qanun pozuqluğu baş verib. 40 yaşında eləməli olduğunu 70 yaşında eləmək istəyir. Çünki enerjisini, hisslərini tükətməyib, içində qalıb. Qərarsızlıq həmişə insanı gecikdirir.

Mənim anladığım budu: özünü boğanlar, enerjilərini, istək­lərini, ehtiraslarını sıxıb uzun illər saxlayanlar 40 yaşında artıq bunun öhdəsindən uğurla gələ bilmirlər. İstər qadın, istər kişi özünü 40 yaşında cilovlaya bilmir.

Gənc yaşda bunu etmək mümkündü. Çünki orqanizm sağlamdı, güclüdü, enerjisi boldu. Konpensasiyası var. Amma 40 yaşdan sonra bu mümkünsüzdü. Fəsadları olur. Xəstəliklər, ağır nevrozlar, əsəb pozğunluğu, cürbəcür qəribə hallar baş verir.

Belə bir lətifə eşitmişəm:

Bir kişi həkim oğlunun yanına gəlib seksual qabiliyyətini artıracaq bir vasitə istəyir. Oğul atasına bir iynə vurur. Kişi oğlunun haqqını vermək istəyəndə oğul götürmür. Ata təkid edir. Axırda oğlan deyir: “Yaxşı, onda, ancaq iynənin pulunu ödə. Cəmi 10 manat edir”.

İki həftə sonra ata yenə də gəlir. Oğlan yenə həmin iynədən vurur. Ata çıxarıb ona 20 manat verir. Oğlan:

– Bu çoxdu, ata, iynənin qiyməti 10 manatdı.

– Qalan 10 manatı da anan göndərib.

Beləcə davam edəcək. Bu əzab siz qocalıb nənə, baba olana qədər sürəcək. Qocalığı gözləməyin. Hər şeyin öz zamanı var.

Niyə pornoqrafiya mənim hədsiz xoşuma gəlir?

Səbəb, səni tərbiyə edən dində gizlənir. Başqa səbəb görmürəm. Yoxsa niyə porno səni bu qədər özünə çəksin ki?

Reallığa qarşı çıxanda fantaziya işə düşür. Beyin inanılmaz xəyallar qurur. Din yer üzündən silinən kimi pornoqrafiyanın da sonu gələcək. Qadağa varsa, maraq da var, bunu yadında saxla.

“Playboy” tipli dərgilər Vatikanın dəstəyi olmadan ayaqda qala bilməz. Bu mümkün deyil. Keşişlər olmasa, pornoya ehtiyac qalmaz. Din seksi günah elan etdikcə pornobiznesə meydan sulayacaq. İnsanın sərbəst sevişmək haqqını bərpa etməyincə fahişəxanalar, pornofilmlər, zorlamalar, əxlaqsızlıqlar azalmayacaq. Pleyboy jurnalları Papasız yaşamaz.

Ətrafda canlı insanlar olduğu zaman sənin porno nəyinə lazım olacaq? Səni axı çılpaq ağaclar maraqlandırmır, təəccüb­ləndirmir? Çünki bütün ağaclar çılpaqdı. Ancaq bir ağaca paltar geyindirsən, hamı ona maraqla baxar. İndi təsəvvür elə ki, bütün ağaclara parça sarıyıblar. Və bir müddətdən sonra qeyri-leqal jurnallar çap olunur, üz qabığında çılpaq ağac rəsmləri. Bibliyada yazılır ki, ağacın çılpaq olması ayıb bir şeydi, günahdı, filandı. Çılpaq ağac görən kimi hamı tənqid edir. Nə baş verəcək? Bu jurnallar alınmayacaq? Onlara ləzzətlə baxanlar olmayacaq, hətta baxıb kef tutanlar olmayacaq?

Porno o zaman yox olacaq ki, insanlar öz çılpaqlıqlarını çox rahat və doğal hal kimi qəbul edəcəklər. Mən eşitmişəm ki, İngiltərədə öz itini, pişiyini geyindirənlər var. Guya hansısa dindar onların çılpaqlığından narahatlıq hiss edə bilər. Bertran Rassel xatirələrində yazıb ki, uşaqlıqda – onun uşaqlığı viktorian dövrünə təsadüf edib – hətta kətillərin (stulların) ayağına örtük geydirirdilər ki, ayıb olmasın.

İcazə verin, insan təbii halında olsun. Söhbət ondan getmir ki, gedib ofisdə lütcəbala oturasan. Yox, ondan danışmıram. Amma çimərlikdə, öz şəxsi həyətində, evində, bağında insan istədiyi və rahat olduğu şəkildə olmalıdı. Uşaqları mümkün qədər çılpaq buraxın, qoyun təbiətlə təmasda olsun, günəşlə təmasda olsun. O zaman pleyboy da olmayacaq, porno da, zorakılıq da.

Hər şey çox təbii hal alacaq. Heç kimdə şəhvət hissi oyanmayacaq. Çünki göz öyrəşəcək, göz öyrəşdikcə beyin öyrəşəcək. Beyin öyrəşdikcə adi qəbul edəcək və içində təcavüz etmək kimi anormal bir hiss oyanmayacaq.

Keşişlərdən içində qurtul. İçində öldür dinçiləri. Həyatında günəş doğacaq. İşıqlanma olacaq. Qaranlıq çəkiləcək başının üstündən, azadlığa çıxacaqsan. Məhbəsdən qurtulacaqsan.

Qurtulacaqsan!

Səyahət edən bir iş adamı bir oteldə gecələyir. Yerinə uzananda yataqdan Bibliya tapır. Birinci səhifədə belə bir yazıya rast gəlir: “Əgər sən özünü pis hiss edirsənsə, 42-ci səhifəni aç, əgər səni ailə problemləri narahat edirsə səhifə 68-i aç, əgər tənhasansa 92-ci səhifəni tap”.

Adam tənha olduğu üçün 92-ni açır, oxuyub bitirəndən sonra belə bir əlyazmaya rast gəlir: “Əgər hələ də özünü tənha hiss edirsənsə, bu nömrəyə zəng vur: 62485 və Qloriyanı soruş”.

Meditasiyasız kişi dəli ola bilər; qadın onun ağlını başından ala bilər, ancaq kişiyə meditasiya qadından daha çətin başa gəlir.

Səyahət edən bir iş adamı bir oteldə gecələyir. Yerinə uzananda yataqdan Bibliya tapır. Birinci səhifədə belə bir yazıya rast gəlir: “Əgər sən özünü pis hiss edirsənsə, 42-ci səhifəni aç, əgər səni ailə problemləri narahat edirsə səhifə 68-i aç, əgər tənhasansa 92-ci səhifəni tap”.

Adam tənha olduğu üçün 92-ni açır, oxuyub bitirəndən sonra belə bir əlyazmaya rast gəlir: “Əgər hələ də özünü tənha hiss edirsənsə, bu nömrəyə zəng vur: 62485 və Qloriyanı soruş”.

Meditasiyasız kişi dəli ola bilər; qadın onun ağlını başından ala bilər, ancaq kişiyə meditasiya qadından daha çətin başa gəlir.

Təcrübəli anadan – iki, üç dəfə doğmuş, doğulacaq növbəti körpənin cinsini xəbər ala bilərsən, o əminliklə qız, yoxsa oğlan olacağını deyəcək. Qız ana bətnində daha sakit olur, ancaq oğlan futbol oynayır; bütün günü təpik atır.

Qızlar meditasiyanın dərinliyinə vara bilirlər, oğlanlara daha çətindi.

Bir tərəfdən onlar meditasiyanın dibinə qədər gedə bilirlər, digər tərəfdən onlar seksual baxımdan neqativdilər; seks onlar üçün vazkeçilməz ehtiyac deyil.

Məni rahib və rahibələrin arasında müşahidə etdiyim bir incə məqam xeyli heyrətləndirib. Heç bir rahib öz nəfsini saxlaya bilmir, ancaq bütün rahibələr tam əksinə hisslərinin öhdəsindən gəlirlər. Rahibələr bunu bacarırlar, çünki onların seksuallığı aqressiv deyil; üstəlik təbiət qadınların seksual enerjisini ayda bir dəfə çıxmasını öz öhdəsinə götürüb, bu onlarda avtomatik baş verir və çox sadə şəkildə olur. Ancaq kişiyə bu imkan yaradılmayıb.

Onun seksual enerjisi, ancaq meditasiya vasitəsilə ifadə oluna bilər. Bu halda o dəlilik həddinə çatmaz. Meditasiyayla dərindən məşğul olmadan kişi öz seksual çılğınlığını transformasiya edə bilməz…

Tələbə etirazı bunt vəziyyətinə çatır. Gözlənilmədən dəstənin içindən bir kişi qucağında tam hərəkətsiz bir qız kənara çıxır.

– Ey! – bağırır polis, – onu ver, özüm apararam.

– Lənət şeytana, – cavab verir kişi, – get özünə başqasını tap!

Hətta bu qarışıqlığın içində, güllə atılanda, ölüm təhlükəsi yarananda belə, onlar seks haqqında düşünürlər.

Seks insanın ən böyük asılılığıdı.

Maksimal güc qoymaq lazımdı ki, meditavlik bacarığını inkişaf etdirəsən: o zaman seksual dalğa aşağıya yox, yuxarıya doğru hərəkət edəcək. Gözəllər gözəli axtarmaq yerinə öz içində kişi yarat, fövqəladə qadın axtarışına sərf elədiyin enerjini fövqəladə olmağa sərf et.

İstənilən halda kişi qadınla müqayisədə axmaqdı. Tarixi kişilər yaradıb, bütün səfehliklər göz qabağındadı: bu insanlığın tarixi deyil, bu dəlilik, vəhşilik, savaş, diri-diri öldürmə, məhv etmə tarixidi. Bu zorakılığın tarixidi.

Bir cütlük balaca oğlunu sirkə gətirir, səhnəyə qorillanı çıxaran anda ata bir neçə dəqiqəlik çıxır. Uşaq anasından yapışır ki, qorillanın ayaqları arasında sallanan o uzun şey nədi? Ana özünü itirir. Deyir: “Əşi boş şeydi, oğlum”. Əri geri gələndə qadın pop-korn almağa çıxır. Bu səfər uşaq atadan soruşur: “Ata, qorillanın ayaqları arasında sallanan o böyük şey nədi?” Ata gülümsəyərək cavab verir: “Penisdi, oğlum”. Uşaq məəttəl qalır: “Bəs anam dedi ki, boş şeydi”.

– Oğlum, – ədabaz-ədabaz cavab verir ata, – mən ananı ərköyün eləmişəm.

Səninlə ünsiyyətdə özümü rahat, işıqlı hiss edirəm, budda dünyası mənə çox doğma və yaxın gəlir. Bəs niyə sevdiyim qızla özümü qorilla kimi aparıram?

Qızlarla hamı özünü qorilla kimi aparır. Əks halda qızlar məyus olarlar. Sənin meymunla oxşarlığın nə qədər çox olsa, qızlar bir o qədər məmnun qalacaqlar. Fikir ver: sənin kobud davranışların onları necə sevindirir, heç biri səni əldən vermək istəmir. Sən özünü əsl centlmen kimi aparsan, onlar xeyli məyus olar.

İnandın?..

Səfehləmə. Kamilləşmə qorilladan bir addım o yandadı. Fərqi yoxdu sən hardasan, qorilladan bir addım o yanda səni işıq gözləyir. İşıqlı, mədəni bir insan olmaq üçün sən qorilla dərisindən çıxmalısan. Bu daha asandı. Kim meymun istəyər ki? Ən çətini prezident, ya baş nazir, ya da dünyanın ən varlı adamının dərisindən çıxmaqdı. Roldan imtina etmək daha çətindi. Çünki bütün bu rollar dramatik həyat səhnəsindədi. Kamillik sən sevmədiyin rolu ifa edəndə daha tez yetişir. Sən bu rola nifrət edirsən, bütün varlığınla onu sevmirsən, ancaq sevdiyin qız üçün bu rolu oynamağa davam edirsən.

Çünki fikirləşirsən ki, kişi bu cür olmalıdı. O da öz rolunu oynamağa davam edir. Ancaq iki qorillanın bir yataqda yeri darısqal olar. Ona görə kişi qərara gəlib ki, qadın yataqda nəcib və xeyirxah olmalıdı, tərpənməz uzanıb gözlərini yummalıdı. Kişi də yataqda özünü əntər kimi aparmalıdı, o tərəf-bu tərəfə tullanmalıdı.

Əslində bu rol sənin də xoşuna gəlmir, sən belə olmaq istəmirsən. Heç bu yaxşı da deyil. Yataq otağına gizli kamera qoyub elədiklərini çəkib sonra özünə göstərmək lazımdı. Sən özünü necə aparırsan? Sən necə sarsaqsan! Yaxşı ki, hələ işıqlar sönük olur. Yoxsa lap biarbırçılıq olar. Yaxşı ki, keçmişdə bütün cəmiyyətlər hamının gözü önündə sekslə məşğul olmağa qarşı çıxdılar. Ona görə ki, məsələn, sahildə sekslə məşğul olan birinə baxıb özlərini görməsinlər. Kimsə ürəyində “mən də eynən bu cür eləyirəm, ancaq gecə örtüyü altında” fikirləşməsin.

Qorillanın bundan bir addım irəli getməsi, heç olmasa, bir addım işığa doğru, şüura doğru getməsidi. Necə ki, ilan öz köhnə dərisini yeni dəri üçün atır. Yataqdan hoppanıb düş və Buddaya çevril. Bunu elə, indi, bu gecə elə. Yoxla! Mən söz verirəm sənin sevgilin daha xoşbəxt və məst olacaq və deyəcək: “Nəhayət ki, səndə hansısa duyğular oyanıb. Nəhayət ki, hissiyyatlı oldun”.

Və sən təəccüblənəcəksən ki, bütün bu dəyişiklik çox uzaq və çətin bir şey deyilmiş. Hətta çox yaxındadı. Sənin yuxuna meymun da girə bilər, prezident də, sən yuxuda dünyanın ən varlı adamı da ola bilərsən. Məsələ ondadı ki, yuxuda qorillaya çevrilmək dəhşətlidi. Bütün seksual münasibətlər bundan sonra beləcə dəhşətli olur. Yuxuda bundan can qurtarmaq olur. İnsanlar dəhşətli yuxu görəndə tez oyanırlar. Yuxu xoş və zövqlü olsa, kim oyanmaq istəyər? Bu dediklərimə əməl etsən, səhər bambaşqa biri kimi yuxudan oyanacaqsan. Möcüzələr baş verir, inan mənə.

Adi sekslə tantrik seksin fərqi nədədi?

Tantrik sekslə adi seks arasında fundamental fərq var. Adi seks səni rahatladır; o asqırmaq kimi bir şeydi. Enerji çıxış tapır və səni yığılıb qalmış yükdən azad edir. Bu yaxşı terapevtik məzmun daşıyır. Sənə boşalmağa kömək eləyir, vəssalam.

Tantrik seks isə adi seksdən büsbütün fərqlənir. O boşaltmır, enerjini çölə atmır. O, intim həyatı kuliminasiyasız yaşamağın tərəfindədi; bu zövqdə əriyib itməkdi, həm də təkcə sonda deyil, ən başından. Bu tamamilə yeni həyəcan, yeni hissdi.

Tantrik seks isə adi seksdən büsbütün fərqlənir. O boşaltmır, enerjini çölə atmır. O, intim həyatı kuliminasiyasız yaşamağın tərəfindədi; bu zövqdə əriyib itməkdi, həm də təkcə sonda deyil, ən başından. Bu tamamilə yeni həyəcan, yeni hissdi.

Anlamağa çalış bu fərqi. İki növ orqazm var. Bir tip orqazm hamıya məlumdu. İnsan ehtirasın ən yüksək pilləsinə çatır və orda hər şey bitir. Davam olmur. Ehtiras elə bir nöqtəyə çatır ki, orda idarə etmək mümkün deyil. Enerji dalğası çölə fışqırır. İnsan rahatlandı, bitdi – yük boşaldı; yuxulamaq olar.

İnsan seksi trankvilizator kimi istifadə edir. Bu təbii sakitləş­dirmə yoludu – sakitləşdirici vasitədi: sağlam yuxu gəlir, əlbəttə, beyin dini göstərişlərlə doldurulmayıbsa, əks halda trankvilizator işləmir. Seks ancaq o zaman sakitləşdirici effekt verir ki, insanın ağlını din dumanlandırmayıb. Günah hissi varsa, yuxu pozulacaq depressiya yaranacaq, insan özünü günahlandıracaq, qınayacaq, özünə söz verəcək, and içəcək ki, bir daha belə bir iş tutmayacaq. Tezliklə onun yuxuları dəhşətə çevriləcək. Seks, ancaq o zaman sakitləşdirici təsir göstərir ki, təbiət qanunlarına riayət olunur, dinin sırıdığı doqmalara, qaydalara yox.

Beləliklə, ehtirasın pik nöqtəsinə çatmaq – orqazmın bir növüdü. Tantra ikinci növ orqazm təklif edir. Əgər birinciyə pik nöqtəsi deyiriksə, tantra üsuluna düzənli relaksasiya deyə bilərik. Başlanğıcda ehtiraslanma hər ikisi üçün şərtdi. Ona görə də dönə-dönə vurğulamaq istəyirəm ki, fərq sondadı, yekundadı.

Əvvəldə ehtiraslanmaq hər iki növ üçün vacibdi. Davamlı olacağından, yoxsa pik nöqtəsinə çatıb bitəcəyindən asılı olmadan.

Tantrik seks ehtirasın mümkün qədər uzun sürməsi, sevgi­lilərin bir-birinə qarışması, bədənlərin tamamilə boşalması deməkdi. Burda məqsəd boşalmaq deyil. Burda məqsəd aldığın rahatlığı mümkün qədər uzatmaqdı. Hətta burda məqsəd heç yoxdu. Sadəcə, bədəni azadlığa buraxırsan, sevgilinlə bir-birinizə hopursuz, burda hərəkət mexaniki deyil. Hiss edərək, zövq alaraq, uyaraqdı. Tantrik seks meditasiyadı. Sən dünyadan təcrid olunursan. Ancaq və ancaq sevgilinlə birləşirsən, su qovşağı kimidi tantrik seks. İki ayrı qolu birləşdirir. Saatlarla sevişmək olar.

Özümü saxlaya bilmədim və orqazm çatdı deyə bir bəhanə gətirməyin. Əgər siz orqazm haqda düşünməsəz, yatağa girən kimi fəhləsayağı qollarınızı çırmalayıb işə girişməsəz, özünüzə əl qatmasaz, sadəcə, rahatca, doya-doya, zövqlə, təmkin və böyük rahatlıqla sevişsəz vaxt uzanacaq. Arada sizin ehtiras dərəcəniz aşağı düşə bilər. Bu normaldı. Bir-birinizi sevgiylə oxşamaq, əzizləmək, asta, zərif toxunuşlarla tumarlamaq, qucaqlamaq yetir ki, ehtiras yenidən göylərə qalxsın. Bir-birində əridikcə sevgililər dərin və inanılmaz dərəcədə rahat yuxuya gedə bilərlər.

Adi seks tamamilə başqa mənzərədi. Enerjiylə dolmuş iki insan bir-birinin üstünə cumur, hay-həşirlə boşalmağa çalışırlar. Adi seksdən yaranan orqazm dəliliyə oxşayır, tantrik seksin orqazmı dərin, həzin bir meditasiyanı xatırladır.

Kişi və qadın iki bir-birinə müxalif qüvvədi. Adına pozitiv-neqativ də deyə bilərsən, nə istəyirsən deyə bilərsən. Kişi-qadın iki fərqli varlıqdı, həmişə rəqabətdədilər. Ancaq sevişən zaman onlar birləşib gözəl, əvəzsiz duyğular yaradırlar. İki fərqli cərəyanın birləşib böyük enerji qüvvəsi yaratması kimi. Həmin an yeni duyğu axını başlayır, qəribə təsirlər yaranır. Bir-birinə yeni həyat eşqi, stimulu ötürürlər. Bir-birinə nəfəs verirlər. Böyük, qüdrətli, yenidən doğulmuş kimi olurlar.

Adi seks heyvanların cütləşməsini xatırladır. “Mənəviyyatçılar” zəhləmizi aparırlar ki, guya ehtiras heyvani hissdi. Onlar böyük səhv edirlər. Sən hansı heyvanın üzündə ehtiras hiss eləmisən? Hansı heyvanın cütləşən zaman üzündə zövq əlamətləri olur? Belə bir fakt yoxdu. Çünki heyvanlar seksdən zövq almırlar. Onların instinkti oyanır və kiçik vaxtda məsələni həll edirlər. Onlar heç vaxt seksdən ləzzət almırlar. Bobuinlərə, meymunlara, itlərə fikir ver. Onların cütləşmə zamanı üzləri donuq olur, hətta sərt olur. Onlarda ruhsal, ilahi heç nə gözə dəymir.

Çünki yoxdu. Hansısa vəhşi bir hiss onlara bu işi gördürür. Sən meymun cütləşməsini görmüsənsə, bilirsən ki, meymunlar işi bitirən kimi hərəsi bir yerə dağılışır. Bu onlarda çox mexaniki baş verir. Müxtəlif vaxtlarda enerji gücü gəlir və heyvanlar onu çölə buraxırlar. Onlarda ekstaz olmur.

Qərbdə pikə çatmaq termini Abraxam Maslouya məxsusdu. Adam maksimum həzzə çatır və birdən qəfildən yerə düşür. Başqa cür ola da bilməz.

Çünki o, çox yuxarı qalxıb qəfildən özünü aşağı atır. Hər görüşdən sonra adam bütün enerjisini sərf etmiş, süst, halsız olur.

Tantra səni yıxılmağa qoymur. Sən eyni xətt üzrə, bərabərcə, partnyorunla ahəng yaradaraq, harmonik, gözəl bir seks yaşayırsan. Göyə qalxıb yerə çırpılmırsan. Üfüqi vəziyyətdə qalırsan. Sonsuz bir yol gedirsən, uzun və xoş, maraqlı, həzzalıcı bir yolçuluğa çıxırsan. Və orqazm anı çatanda sən sıçrayış yox, boşalma yox, toxluq, bütövlük, dad yaşayırsan.

Bu zövqdə əriyib itərkən anlayırsan ki, eyakulyasiya mənasız enerji itkisidi. Bu mütləq məsələ deyil. Əsas sevişmənin uzun-uzadı, aramlı, həzin-həzin davam etməsidi.

Əgər planda uşaq yoxdusa, əlbəttə. Tantra seksi sizi o qədər sakitləşdirəcək ki, tamamilə qıcıqsız, aqressiyasız, əsəbsiz, əmin və güvənli birinə çevriləcəksiz. Belə bir adamın cəmiyyət üçün gör nə qədər yararı var. Ən azı təhlükəli deyil, azğın deyil, beyni pozuq deyil və ən azı heç kimi incitməz. Əksinə, bu cür adamlardan ibarət bir toplumda, ancaq və ancaq xoşbəxt olmaq mümkündü. Yoxsa hamının üzündən zəhrimar tökülür. Çünki seksual həyat qaydasında deyil. Çünki seks ancaq qurtarmaq vasitəsidi, seviş, rahatlıq, ekstaz deyil.

Tantra yeni insan yaratmaq gücündədi. Qəzəbsiz, kinsiz, sevgi dolu, tox, bütün gözəl duyğuları dadmış, zövqlü, vaxtsızlığı dərk etmiş, eqosu olan (mənliyi – özəlliyi) təbiətə qovuşmuş, büsbütün həyata aid, səmimi, havalı, işıqlı və yepyeni bir insan…

MONAX (RAHİB)

Bütün dinlər hər şeydən uzaq olmağa çağırır. Arvaddan, uşaqdan, dostlardan, sevdiyin işlərdən – həyatı rəngli edən, həyatın mənası olan nə varsa, hər şeydən.

Əslində, səni intihara sürükləyirlər. Yəni diri-diri öldürürlər. Özlərinə din adı qoyublar, amma həyata nifrət edirlər. Onlar bir sürü qatil bandası yaradıblar.

İnsanın içində sevgi ölən andan bir çox şey də ölür. Kiminsə gözəlliyini görməyən insan necə diri sayıla bilər? Gözəlliyi fərq etməyən, onu görməzdən gələn insan bəs nəyi görür?

Yaşadığını hiss eləmək üçün əvvəlcə mütləq gözəlliyi görmə­lisən. Bunun başqa bir üsulu yoxdu. Gözəllik yoxdusa, heç nə yoxdu. Çünki bu həyatda yaxşı nə varsa, gözəldi.

Sevgisi olmayan şeir yaza bilməz. Sevgisiz adam nə şeir yazacaq? Şeir özü sevgidi, gözəllikdi. Gözəllik sevgidi.

Sevgi yoxdusa bəs şeir hardandı? Bu aldadıcıdı, yalandı. Bu söz yığınıdı. Başqa heç nə. Dünyada sevgisi olmayan böyük şair yaşamayıb.

Sənin başına ağıl qoymaq istəyənlərin heç biri bu dünyaya gözəllik qatmayıb. Heç biri. Heç bir keşiş, rahib, molla və ya dindən moizələr oxuyan axund, şeyx, ilahiyyatçı, ruhani poeziyanı yaratmayıb, musiqini, teatrı, rəssamlığı yaratmayıb.

Bütün bunları sevgi yaradıb, azadlıq yaradıb.

Sənə ağıl qoyanlar isə SPİD yaradıblar.

Bəli, SPİD!

Həyat seksdən yaranıb, həyat seksdən ibarətdi. Onlar isə buna qadağa qoyurlar. Beynini doldururlar ki, guya bu günah işdi. Nəticə də SPİD olur. Seksual həyatına soxulub səni SPİD-ə yoluxdururlar. Sənin normal şəxsi həyatın, seksin, qadının olsa, niyə SPİD-ə yoluxasan?

Niyə SPİD özü mövcud olsun ki?..

Sənə “sevişmək günahdı” deyirlər. Amma bu təbiətin qanunudu. Sevişmək özü qanun olduğu halda sənə deyirlər ki, qanuni seviş. Nə qədər absurd bir şey!

Hər kəs öz tələbatını ödəmək üçün vasitələrə əl atır. Başqa cür mümkün deyil. Nəticə də bu olur – SPİD.

Bilməlisən ki, bədən avtonomdu. Ona əmr vermək olmur.

ən nə yeyəcəyini seçə bilərsən. Amma qida mədəyə düşdüyü andan etibarən sən ona müdaxilə etmək iqtidarında deyilsən. Bundan sonra o həzmə hazırlaşır. Sənin həzm prosesinə qarışmaq kimi bir şansın, imkanın yoxdu.

O bilmir sahibi xristiandı, rahibdi və söz verib ki, heç vaxt cinsi əlaqədə olmayacaq. Bədənin bununla heç bir əlaqəsi yoxdu. O, sperma ifraz etməyə davam edir. Onun öz təbii haqları, istəkləri var. İndi o neyləməlidi? Bu sperma hardansa, nə cürsə çıxmalıdı axı? Bu rahib spermanı nə qədər saxlaya bilər? İmkansız şeydi.

Yaxşı ki, Buddanın, Lao-Tszının, Xuan-Xinin, Musanın atası ra­hib olmayıb. Yoxsa dünyada xristianlıqdan başqa din olmazdı. İsa­nın atasının da onun doğumuna heç bir aidiyyəti yoxdu. O rahib idi.

Heç ağlına gəlib ki, xristian Allahı üçlükdən ibarətdi? Və bu üçlüyün biri müqəddəs ruhdu. O, müqəddəs ruh ki, dülgərin günahsız arvadını zorlayır. Və iddia edir ki, bakir(ə)liyin tərəfdarıdı. Bu təzad deyil, səncə? Bir tərəfdən müqəddəs olduğunu deyir, digər tərəfdən bakirə qızı zorlayır. Əgər müqəddəs ruh budusa, müqəddəs olmayan ruh nədi?

Və həmin bu ruh Allahın ayrılmaz hissəsidi. Sən həmin bu məntiqsizliyə özünü qurban verirsən.

Bütün bu müqəddəslər, rahiblər insanlığı ölümə məhkum edirlər; insanlığı məhv edirlər. Nəticə isə SPİD-di. O yanğın kimi yayılır. Bütün insanlıq məhv ola bilər.

Niyə keçmişdə dinlər həyata qarşı çıxırdılar?

Din yolunda insanı istismar ediblər. Bunu din xadimləri və siyasətçilər edib. Onlar insana qarşı gizli saziş bağlayıblar öz aralarında. İnsanı, ancaq bir yolla istismar etmək mümkündü – qorxutmaqla. İçinə qorxu düşəndə sən asanlıqla tabe olursan. Qorxudan əsəndə özünə əminliyin yoxa çıxır. Bu zaman sənə istənilən səfeh fikri sırımaq mümkündü. Çünki qorxaq insan zəifləmiş, zərərsizləşdirilmiş insandı.

Özünə inamı olan insanı islah etmək olmur.

Unutma, əsrlərdi insanı, ancaq bu üsulla əldə saxlayıblar – qorxutmaqla. Sən həmişə özünü günahkar, yararsız, aciz, qul, boynu qıldan incə saymalısan, onların planına görə. Bu plan illərdi işə yarayır. İllərdi səni qorxudurlar. Yüzillərdi sən cəhənnəm qorxusuyla yaşayırsan.

Bəs qorxunu necə tətbiq etmək olur? Həyatı inkar etməklə. Həyatı gözdən salmaqla. Həyatın anlamsız olduğuna inandırmaqla. Seks niyə günah sayılır? Çünki həyatın özəyidi. Həyatın qaynağıdı.

Sənə deyirlər ki, belə eləsən, yaradan səni qiymətləndirəcək. Cənnətə düşəcəksən. Elə eləsən, cəhənnəm odunda yanacaqsan, qır qazanına atılacaqsan.

Və səndə şüuraltı qorxu yaranır. Əsas budu. Qorxu rüşeymini insanın içinə atmaq. Bundan sonrası asandı. Qorxunu böyütmək üçün daha başqa şeylər deyilir, təbliğ olunur.

Və sən getdikcə insanlıqdan çıxırsan. İdarə olunan bir mexanizmə çevrilirsən. Beynin artıq öz əlində deyil. Səni gözəgörünməz pultla yönləndirirlər. Bir işarə və sən əmrə müntəzirsən.

Canlı deyilsən artıq. Və bu o deməkdi ki, sən insan deyilsən. Kimlərinsə kuklasısan.

Sən özünü öldürürsən. Azadlığını və buna aid olan bütün məhrəm, təbii duyğuları, arzuları öldürürsən.

Özün öz qatilinə çevrilirsən. Və səni əmin edirlər ki, belə sən Allahın xoşuna gəlirsən. Özündən imtina etdikdə sən sevimli bəndəyə çevrilirsən. Keçmiş dinlər məhz bununla məşğul olub: İnsanı öz qatilinə çevirməklə.

Bütün keçmiş dinlər ölümün tərəfindədilər. Həyatı rədd edirlər. Guya ölüm haqdı, guya ölmək – daha yaxşı həyata qovuşmaqdı. Guya bu həyat insanın cəzasıdı. Sən də bu gəvəzəliyə inanırsan.

İpini onların əlinə verib bu qədər gözəl bir həyatı havaya sovurursan.

Nə zamansa olacaq-olmayacaq bir əfsanə həyata real həyatı qurban verirsən.

Və sən indi bu sətirləri oxuyub inkar etmək istəyirsən. Səni gerçək olmayan o qədər şeyə inandırıblar ki, içindən belə bir fikir keçir: “o dünya üçün mən bu dünya nemətlərindən imtina etməliyəm”. Sən ona görə belə düşünürsən ki, bu indinin inamı deyil. Əsrlərdi beyinlərə yeridilən cəfəngiyatdı. Sənin əcdadların da buna inanıb, babaların da, atan da, sən də buna inanıb uşaqlarına bunu öyrədirsən.

Sən indiyə kimi buna inanmısan. Daha doğrusu, sən indiyə kimi qorxmusan. İndi məni dinlə və qorxma. Sənə pis bir şey demirəm. Səni qorxutmuram. Deyirəm ki, həyatı sev. Burda pis nə var ki?

Həyatı bütün çalarlarıyla, bütün qatlarıyla, bütün olanlarıyla birgə sev. Tamamilə sev. Qəlbini büsbütün həyata açıq elan et. Nə qədər yüngülləşdiyini görəcəksən.

İndi və burda olmaq ən uca reallıqdı. Tanrı hardasa, buludların o tayında deyil. Tanrı sənin içindədi. Onu görmək, hiss eləmək üçün ora-bura boylanma. Onu göydə axtarma. Öz içinə boylan diqqətlə. Heç olmasa yoxla. Tanrını öz içində tapana qədər içinə boylan bax.

Tanrı səndədi. Sən günahkar deyilsən. Sən qul deyilsən. Sən gücsüz deyilsən.

Mən ona görə burdayam ki, sənin özünə inamın qayıtsın. Sənin özünə sevgin yaransın.

Ona görə burdayam ki, sən heç nədən qorxmayasan. Siyasət­çilər, keşişlər səni nə qədər qorxudub, gözünün odunu alıbsa, mən bir o qədər və artıq sənə özünə olan inamı qaytarmaq istəyirəm.

Sən gücsüz deyilsən!

Bir gün Molla Nəsrəddin cəngəlliklərdə azıb qalır. Susuzluqdan və acından içi siyirilir. Hava qaralır. Molla Nəsrəddin bir yer tapıb oturub gözləyir. O, ateist idi. Heç vaxt dua eləməmişdi. Həmin anda o birdən Allah haqqında düşünməyə başlayır. Molla Nəsrəddin qaranlıqdan da qorxurdu.

İndiyə qədər olan düşüncəsini kənara qoyub diz üstə çökür və dua etməyə başlayır: – Allah, – dərhal da şübhəylə kənara baxır görsün kimsə görür, ya yox. Onu heç kim görmürdü, səhrada kimsə yox idi. Həmin dəqiqəyə qədər onun həyat fəlsəfəsi vardı, arqumentləri, məntiqli açıqlamaları vardı. Amma səhrada, acından susuzluqdan gəbərdiyin yerdə məntiq kimə lazımdı?

– Ay Allah, – dedi Molla, – mənə burdan çıxmağa kömək elə və mən ömrümün sonuna qədər sənə dua edərəm. Hətta məscidlərə də gedərəm. İslamın bütün qaydalarına riayət edəcəm, söz verirəm, təki sən məni burdan çıxar. Mən axmaq olmuşam, indi anlayıram ki, sən varsan.

Qorxudan hətta ömrü boyu ateizmə inanan adam da qəfildən Allaha tapına bilər. Din xadimləri bunu bildikləri üçün həmişə bundan istifadə ediblər.

Qorxutmaq üçün ən yaxşı üsul insanın özünü ən adi şeylərdə günahkar bilməsinə nail olmaqdı. Minillərdi bu üsul keçir.

Allah insana məntiq, ağıl, fəlsəfə işə yaramayanda lazım olur.

Allah insana gücsüz olduğu anlarda lazım olur.

Çarəsiz və aciz olanda…

Bir az ayağı büdrəyən kimi insan düşünür ki, Allah onu cəzalandırır. Tez Allaha yalvarmağa başlayır. Bu nə deməkdi? Bu qorxu deməkdi. Bu qorxaqlıq deməkdi. Bütün insanların həyat boyu çətin və asan zamanları, anları olur. Yaxşı günləri də olur, ağır günləri də. Həyat budu. O bir xətt üzrə yaşana bilməz. Enmə də olur, qalxma da. Dindarlar bundan istifadə edərək insanı ürküdürlər. Pis anların səbəbi Allahın cəzası kimi təqdim olunur əsrlərdi. Niyə? Niyə Allah səni cəzalandırmalıdı?

Allah cəza verəndi? Sənin həyatda qazandığın bütün uğurları öz adlarına, dolayısıyla dinə – Allahın adına yazmaqla səni tamamilə ələ keçiriblər. Sənin beynin onların əlindədi. Bütün zəhmətini təsadüfə, Allahın xeyir-duasına yazırlar. Məgər əziyyət çəkmədən hansısa pilləyə, uğura sahib olan adam var?

Bu sual haqda düşünməyəsən deyə, sənin üçün bunun da izahı hazırlanıb: “Allah qiymətləndirir”. Belə çıxır ki, sən özün üçün karyera qurursan və əvəzində qazandığın uğur Allahın sənə lütfüdü? Allah özün üçün göstərdiyin cəhdə görə səni qiymətləndirirsə, özünü incidəndə niyə acığı tutmur?

Bəs niyə sənin özünü incitmənə, öz duyğularını sahibsiz buraxmana, azadlığını, arzularını içində boğmana qəzəblənmir, əksinə təqdir edir? Və hələ səni cənnət huriləri ilə şirnikləndirir. Sən elə bu gözəl dünyada sevdiyinlə sevişsən olmaz? Bu niyə günahdı, sən heç özünə bu sualı vermisən?

“Evlənmədən, rəsmi sənəd olmadan sevgilinlə eşq yaşaya bilməzsən” deyirlər sənə. “Bu günahdı” deyirlər. Amma niyə günahdı heç kim izah edə bilmir.

Sənə “evlənmə” deyən yoxdu. Evlən, ailəni yarat, xoşbəxtliyin uğuruna savaş. Amma niyə sevgilinlə yaşaya biləcəyin gözəl hissləri, anları fahişəylə yaşayasan, kiməsə pul verib ona boşalasan. Səncə, hansı iyrəncdi, hansı pisdi?

Niyə sən ancaq dindarların dediklərini həyata keçirəndə sevimli bəndə olursan, öz ağlınla yaşayanda günahkar olursan? Onlar niyə səni inandırmağa çalışırlar ki, bu həyat boş şeydi. Nə varsa, sənin tanımadığın və hələ ki, heç kimin görmədiyi uydurma həyatdadı?

Bütün bunların Allahla əlaqəsi yoxdu. Allahı uzaqlarda axtarma, Allah səndədi. Yadında saxla, Allahı nə qədər uzaqda, bilinməzlərdə hesab edəcəksənsə, o qədər ondan uzaq olacaqsan. Allahı özündə ara.

Bütün bunları din xadimləri edir. Özlərini elə aparırlar, sanki həyatın bütün həqiqətlərini bunlar bilir, çünki dindardılar. Və sən heç nə bilmirsən, ona görə də onlar nə desə ona inanırsan. Fikirləşmirsən ki, onlar bunları hardan bilir? Bəs niyə sən bilmirsən? Onlar Allah adından bu qədər rahat danışmaq, yazmaq, çıxışlar etmək haqqına niyə sahib olublar? Heç nə, bir qrup adam səni, sadəcə, aldadıb tələyə salır.

Niyə onlara inanırsan? Niyə sən həyatını onların dedikləri ilə yaşamağa cəhd edirsən?

Onlar səni həyatdan uzaq salmağa çalışırlar. Mən səni həyata yaxınlaşdırmağa çalışıram.

Onlar həyatla sənin aranda uçurum yaratmağa çalışıblar həmişə. Mən sizi birləşdirmək istəyirəm. Çünki insan və həyat ayrı-ayrı anlayışlar deyil. İnsan və seks ayrı-ayrı anlayışlar deyil. Bunlar bir orqanizmdi. Seks – həyatdı, həyat isə sənsən. Seks yoxdusa, yaranış yoxdu, yaranış yoxdusa, həyat yoxdu.

Mən dünyaya yeni dini baxış gətirirəm.

Bu bütün səylərin ən cəsarətlisidi: həyatı bütünlüklə qəbul etmək, həyatda çimmək, üzmək, həzz almaq, sevinmək.

Dindar olmaq – sevincli olmaqdı. Mənə görə din bayram deməkdi!

Heç bir canlı, heç bir heyvan bayram etmək istedadına sahib deyil. Amma sən – insan bunu bacarırsan. Dəniziti rəqs edə bilər, meymun rəqs edə bilər, amma yalnız insan bayram edə bilir.

Bayram etmək – yüksək idrak pilləsidi. Sevinə bilmək birbaşa şüurla, düşüncəylə bağlı məsələdi. Mən sizə bayram etməyi öyrədirəm. Mənim açarım – bayramdı!

HOMOSEKSUAL

Son vaxtlar mən özümdə homoseksual meyillər hiss edirəm. Həkimin dediyinə görə mənim emosional vəziyyətim uşağın emosional vəziyyəti ilə eynidi. Siz mənə bir məsləhət verə bilərsiz?

İlk növbədə qarışqadan fil düzəltmə. Əgər vəziyyətdən baş çıxarmaq istəyirsənsə, heç nəyi qəlizləşdirmə. Sən bundan özünə problem yaratsan, situasiyanı çözmək və yoluna qoymaq çətin olacaq. Dediklərim sənə paradoksal gələ bilər, amma mən rahat şəkildə deyirəm: homoseksuallığını qəbul et.

Burda pis heç nə yoxdu. Cəmiyyətdə homoseksuallıq anormal hal kimi qarşılanır, amma bunda mühakimə olunacaq heç nə yoxdu. Qəbul et onu. Əgər sən onunla bəri başdan döyüşməyə başlasan problemi həll edə bilməyəcəksən. Qəbul etsən, məğzini görəcəksən və problemi çözmək mümkün olacaq. Etməsən, biz heç bir çıxış yolu tapmayacağıq. Sən öz homoseksuallığını qəbul etsən, ondan azad olmaq asanlaşacaq.

Homoseksuallıq qadın və kişi üçün vacib inkişaf mərhələsidi.

(Osho seksuallığın dörd mərhələsini (pilləsini) nəzərdə tutur.Avtoseksuallıq (ilkin seksual oyanmalar, avtomatik seksuallıq) Homoseksuallıq (həmcinsə olan meyil) Heteroseksuallıq (qarşı cinsə olan meyil – normal cinsəllik Baraxmaçari)

Həkim haqlıdı. Sən ikinci pillədə ilişib qalmısan. Burda pis heç nə yoxdu. Sən bunu aşa bilərsən. Bunu aşmaq üçün əvvəlcə gərək ondan keçəsən. Qorxularını at bir kənara. Bu əsrlərin təbliğat təsirindən başqa bir şey deyil. Yenə təkrar edirəm, burda pis heç nə yoxdu. Narahatlığını qoy bir kənara.

Sən bunu təbii mərhələ kimi qəbul edib üstündən rahatca növbəti pilləyə keçəcəksən və sonra səni qadınlar – əks cins maraqlandıracaq.

Çox güman ki, sənin anan hökmlü qadın olub. Əksər hallarda belə olur. Çox nadir adam tapmaq olar ki, arvadının dikdabanı altında deyil. İstisnalar bu faktı yalnız təsdiqləyir.

Bunun səbəbləri var, psixoloji səbəbləri.

Kişi ömrü rəqabətdə, qazanc arxasında, çalışmaqda, çapalamaqda keçir deyə, evdə onun zəif, köməksiz olmağa, pişik kimi sığallanmağa ehtiyacı olur. Bütün enerjisini çöldə qoyur və evə gələndə dincəlmək istəyir. O, enerjisini hər yerdə xərcləyir. Ofisdə, bazarda, siyasətdə, biznesdə, döyüş meydanında…

Evdə o savaşmaq istəmir. İstirahət istəyir. Çünki səhər onu yenə də döyüş gözləyir. Evdə o, yumşaq, qadınsal olur. Qadın, əksinə bütün günü enerjisini məişətə həsr elədiyi üçün daha ciddi enerji sərfinə ehtiyac duyur. Qadın işlərindən yorulur. Yemək bişirməkdən, paltar ütüləməkdən bezir. Yır-yığış, mətbəx, uşaq qadını usandırır. O da coşmaq istəyir, aqressiv enerji püskürmək istəyir, xarakter göstərmək istəyir. Bu an yazıq ər işdən qayıdır. Qadın tələsik hakimiyyəti ələ alır, kişi isə heç bir təpki vermir. “Arvaddan qorxan” söz birləşməsi belə yaranıb.

Amma bu vəziyyətdə ən çox əziyyət çəkən uşaqlardı. Onlar hökmlü ana, sakit ata görürlər. Onların ataya ürəkləri yanır. Ana isə bütün günü hamıya çımxırır. Uşaqlara, ataya.

Uşaqlar anaya qarşı çıxa bilmirlər. Etiraz edə bilmirlər, hisslərini ifadə etməyə qorxurlar. Ana kimisə dinləyəcək kimi görünmür.

Uşaqlar şüuraltı anaya etiraz edirlər, ürəklərində onu danlayırlar, ona nifrət bəsləyirlər, amma bunu üzə vurmaq gücündə deyillər.

Beləcə, uşağın qadınla ilk tanışlığı başlayır. Sonralar o, həmişə qadınlardan ehtiyat edir, qorxur ki, bərabər olacağı qadın anası kimi, ya ondan da betər olar.

Sənin atana yazığın gəlib. Ona söz demək imkanı tanımayıblar evdə. Yazıq evə gələn kimi dır-dır dinləyib. Məsələ budu: sənin atana olan simpatiyan, sevgin səni oğlanlara çəkir.

Qadınlardan qorxursan.

Ona görə də onlardan qaçırsan. Sənə kişilərlə rahatdı. Bu normaldı, belə ola bilər. Amma iki eyni cinsdən olan adamlar heç vaxt sevginin yüksək nöqtəsini, zövqünü dada bilməzlər. Sən rahat ola bilərsən, sən seksuallıq hiss edə bilərsən, amma bu yarımçıqdı. İki eyni cins bir-birini tamamlaya bilməz. Eyni yüklü zərrəciklərin bir-birini dəf etdiyi kimi. Əks yüklü zərrəciklər bir-birini cəzb edir.

Bu təbiətin qanunudu. Sən seks yaşaya bilərsən, amma böyük və dərin duyğular yaşaman mümkün deyil. Sən, sadəcə, rahat ola bilərsən həmcinsinlə. Qadınla olmayan kimi. Çünki qadınlardan adama dost olmur. Qadınlar dostluq etməyi bacarmırlar. Onların arasında da həmişə rəqabət var. Bu səbəbdən qadınla kişi arasında da dostluq ola bilməz. Onlar arasında, ancaq eşq yaşana bilər. Homoseksuallar, geylər çox rahat və şən adamlardı. Onlar qadınlar kimi kinli, qəzəbli deyillər. Ona görə sənə onlarla rahat olduğunu anlamaq çətin deyil.

Ancaq onların ekstazı yoxdu. Onlarla ekstaz mümkün deyil. Boşalma mümkündü, rahatlanma mümkündü, amma ekstaz yox.

Sən qəbul et homoseksuallığını. Döyüşmə, mübarizə aparma və görəcəksən ki, tezliklə səni qadınlar cəlb edəcək. Bunun başqa yolu yoxdu. Kişilərin münasibətləri daha harmonikdi. Onlar daha anlayışlıdılar. Qadın kişini, kişi qadını hiss etməlidi. Dediyim kimi, kişilər bir-birilə daha yaxşı anlaşırlar. Qadın və kişi arasında isə həmişə konflikt var, münasibətlər xaotikdi, həmişə anlaşılmazlıqlar yaşanır.

Çünki onlar tamamilə fərqli dünyaları olan varlıqlardı. Qadın dünyası ilə kişi dünyası arasında yerlə göy qədər fərq var. Onların bir-birini tamamilə anlamasını gözləmək özü yanlışdı. Heç bir kişi qadını bütünlüklə anlaya bilməz. Heç bir qadın kişini tam olaraq anlaya bilməz. Və sirr də bundadı. Bu münasibətlərin bütün gözəlliyi elə bundadı.

İki ayrı dünyanın bir araya gəlməsi. Rəngarənglik, sirlərlə dolu ilişki, axtarmaq, başa düşmək çabası. Hər zaman mövzu var, hər zaman hərəkət var. Proses var.

İki cins arasında bunlar yaşana bilməz. Ona görə də mən deyirəm ki, homoseksuallıq təbii hal deyil.

Qərbdə homoseksuallıq getdikcə yayılır, artır. Bu gün homoseksuallar düşünürlər ki, onlar proqressivdilər. Öz klublarını, dərgilərini, qurumlarını, partiyalarını yaradırlar, təbliğatları ilə məşğuldular. Buna görə də onlar artırlar. Bəzi ölkələrdə əhalinin az qala 50%-i homoseksuallardı.

Gec-tez homoseksuallıq tamamilə adi hal kimi qəbul olunacaq. Hətta elə ölkələr var ki, homoseksualların evliliyinə icazə verir. ABŞ-ın bəzi ştatlarında da bu icazə var.

İnsanlar təkid edirlərsə, hakimiyyətin razılaşmaqdan başqa əlacı qalmır. Hakimiyyətin işi xalqa xidmət etməkdi. İki kişi bir rəsmi nikah bağlamaq istəyirlərsə, heç kimin onların qarşısında sədd çəkmək ixtiyarı yoxdu.

İki qadın rəsmi nikaha girmək istəyirsə, təbiətin qanununa zidd olsa belə, yenə də heç kim onlara mane olmaq hüququna malik deyil. Bu ikisi təbiətin qanununu pozduqlarının fərqində deyillər. Onlar nə boyda təbii enerji axınının qarşısını kəsdiklərini anlamırlar.

Homoseksuallar ruh adamı ola bilmirlər. Bu çox çətindi.

Enerji mənbəyi özü təhrif olunub, bütün mexanizm pozulub. Homoseksuallığın belə sürətlə artması yeni meditasiya növlərinə ehtiyac olduğunu göstərir.

Onillik hərbi xidmətdən sonra hərbiçiləri müayinəyə göndərirlər. Birinci girir içəri. Həkim fonendoskopu onun sinəsinə tutub deyir:

– Sofi Loren.

Hərbiçinin ürəyi tez-tez döyünməyə başlayır: “Tuk! Tuk! Tuk!”

– Bricit Bordo.

– Tuk!Tuk!Tuk!

– Həyat yoldaşın.

– “Tuk!”

– Aydındı, keç dayan.

İkinci hərbiçi gəlir. Həkim yenə fonendoskopu tutub deyir:

– Rakel Uelş.

– “Tuk! Tuk! Tuk!”

– Sofi Loren.

– “Tuk! Tuk! Tuk!”

– Həyat yoldaşın.

Heç bir reaksiya olmur.

– Yaxşı, – həkim deyir, sən də dayan o birinin yanında.

Üçüncü hərbiçi gəlir.

– Sofi Loren.

– “Tuk! Tuk! Tuk!”

– Bricit Bordo.

– “Tuk! Tuk! Tuk!”

– Həyat yoldaşın.

– “…Tuk!”

– Qəribədi… səndə də hər şey qaydasındadı. Yaxşı, sən də dayan o birilərin yanında görüm.

– “Tuk! Tuk!”

–“Tuk! Tuk!”

ZORBA

Sən “Yunanlı Zorba” kitabını oxumusan? Oxu o kitabı!

Zorba öz şefinə deyir:

– Səndə dəli-doluluq çatmır, boss. Bir azca dəlilik lazımdı. Sən keçmişlə əlaqələrini kəsməyənə qədər doğruçu həyat yaşaya bilməyəcəksən.

Dəlilik insana yenilənməkdə kömək edir. Cəsarət verir. Bu bədbəxt dünyada xoşbəxt olmaq şansı qazandırır.

Nikos Kazancakis bizim yüzilliyin ən yaxşı romançılarından biridi.

Kilsə ona çox əzab verib. Zorba uydurulmuş obrazdı, tarixi şəxs deyil. Kazancakis bu romanı yazanda onu kilsə tərəfindən böyük lənət gözləyirdi.

Ona belə bir ultimatum göndərildi: “Ya romandan imtina etməlisən, ya da kilsə səni qovmaq məcburiyyətində qalacaq”. Müəllif romandan imtina etmədiyinə görə onu xristianlıqdan çıxardılar və cəhənnəm əzabı yaşatdılar.

Zorba – Kazancakisin həqiqi varlığıdı. Reallaşdıra bilmədiyi, ifadə edə bilmədiyi doğruçu özüdü.

O öz içində olduğu kimi yaşamaq istəyirdi. Daxili ilə harmoniya, ahəng yaratmaq istəyirdi. O, necə varsa, elə olmaq istəyirdi. Ürəyi ilə razılıqda yaşamaq istəyirdi. Amma buna imkan vermirdilər. Özünün ifadə edə bilmədiyi tərəfini müəllif Zorba obrazında yaratdı. Zorba əla obrazdı. Cəhənnəmdən qorxur, cənnətə can atmır. Özü üçün bütövcə bir həyat yaşayır, həyatın bütün xırdalıqlarından – yeməkdən, içməkdən, qadınlardan zövq alır.

Ağır iş günündən sonra musiqi alətini də götürüb saatlarla dəniz qırağında rəqs edir. Romanda Kazancakisin o biri “icazəli” həyatı da təsvir olunub. Zorba quldu. Digər tərəfi ifadə edən obraz isə Zorbanı işə götürən şəxsdi. Zorbanın müdiridi. Bu adam həmişə kədərli, fikirlidi. Onu qəfildən təkbaşına yaxalasan, görərsən ki, necə dəhşətli qüssə içində oturub. Çox dərdli görünür.

Kabinetindən həyata çıxmır. Həmişə iş başındadı, danışıqlardadı, amma həmişə dərdlidi və içində Zorbaya dəhşətli dərəcədə paxıllıq edir. Bu adamın qazancı çox azdı, amma imperator kimi yaşayır. Özü öz həyatının sahibidi. Necə istəyir o cür edir, hara istəyir ora gedir. Nə istəyir onu edir.

Sabah haqqında düşünmür. Bu gün çox xoşbəxt görünür. Müdirin çoxlu pulu var, amma zövq alacaq heç nəyə sahib deyil. Hüzn içində batır. Həmişə gərgin, iztirablı, narahatdı.

Zorba, əslində, bütün adamların boğulan tərəfidi.

Kilsəni bu kitabda qəzəbdən dəliyə döndərən nə oldu?

Bu, sadəcə, bir roman idi. Kilsə niyə bir romandan bu qədər qorxuya, narahatlığa düşdü?

Bu romanın alt qatında həqiqət vardı: hər bir insanın içində bir Zorba var.

Hər bir insan Zorba olmaq istəyir.

Sadəcə, ona bu cür olmağa imkan vermirlər. Kitabın kilsə üçün təhlükəsi bu idi.

Çünki insanları kontrol edən iki tərəfdən biri dindi.

Kazantcakis o qədər gözəl bir obraz yaradıb ki, oxuduqca ruhun dincəlir.

Şef Zorbanı alış-verişə göndərir. Ama Zorba bunu unudur. O içir, fahişələrlə görüşür, şənlənir, arada yadına düşür ki, xeyli vaxt keçib, amma o, hələ də deyilənləri alıb geri dönməyib. Zorba geri getmək istəmir hələ ki. Hələ ki onun pulu var. O əylənmək, sevinmək, şənlənmək istəyir.

Üç həftədən sonra o, əli ətəyindən uzun halda, nəhayət ki, gəlib çıxır. Tapşırılan heç nəyi almayıb, amma böyük təəssürat içində qayıdıb. O, bosuna deyir:

– Bəh, bəh, necə səfər idi, sən onu görməliydin. Orda necə qızlar var, hələ çaxırı demirəm.

Sən mütləq orda olmalısan.

Bos əsəbiləşir:

– Aldıqların hanı? Mən üç həftədi havalanıram, iynə üstündə oturmuşam burda.

Zorba deyir:

– Adam ətrafda bu qədər gözəlliyi qoyub boş-boş şeylər haqda düşünər?

Mən borcumu ödəyənə qədər həftəlik pulumu azalda bilərsən. Bağışla, mən bundan tez gələ bilməzdim. Sən hələ sevinməlisən ki, mən axır-əvvəl gəlib çıxmışam. Pulum qurtardı deyə mən gəldim, yoxsa heç gəlmək istəmirdim. Ancaq söz verirəm, gələn dəfə sənin dediklərinin hamısını alacam.

– Sən daha heç yerə getməyəcəksən. Mən başqa adam göndərəcəm.

Zorbanın həyatı hiyləsiz bədənin sevincidi – həyəcandan, qorxudan, günah hissindən, xeyir və şər qüvvə haqda düşüncələrdən uzaq bir həyatdı.

Nikos Kazancakis bizim hamımızı təsvir edir. Zorbada bizim hamımızdan var. O nəhəng sənətkar idi. Kilsə onu məhv elədi. Kazancakisin çox iti duyumu vardı. Ona görə də ikiləşməni belə gözəl təsvir edə bilib.

Ağıllı olduğu üçün özündəki ikiləşməni, içindəki məni görə bilib. Və onu dəqiqliyilə romana gətirib.

O, içindəki ağrının səbəbini tapıb.

İkiləşmə cəhənnəm əzabıdı. İçdə bir, çöldə bambaşqa olmaq it əzabıdı. Buna həyat demək olmaz.

Bir tərəf həmişə belə deyir: Yox, belə etmək olmaz. Bu günahdı, bu pisdi, bu olmaz.

Belə olan halda necə rahatlıq tapasan? İçində həmişə başqa şeylər deyən səs var.

Axı o içəridədi, onu tapıb birdəfəlik susdurmaq olmaz. O çox dərindədi. Sənin əlin ona çatmır. Sən ancaq onu eşidə bilirsən.

Özü ilə razılığa gələ bilməyən adam cəmiyyətlə, dünyayla, mədəniyyətlə, ən əsası həyatla heç vaxt razılıq və dostluq içində yaşaya bilməz.

İndividuum – dünya evinin bir kərpicidi.

Ancaq bunda dayanmaq olmaz.

Zorba, sadəcə, başlanğıcdı. Mən istəyirəm ki, insan eyni zamanda həm yunanlı Zorba olsun, həm də Qautama Budda.

Zorba yeri təmsil edir – torpağı, bitkisi, gülü-çiçəyi, dənizi, okeanı ilə.

Budda göyü təmsil edir – ulduzu, günəşi, ayı, buludu, göy qurşağı ilə.

Birləşdir bunları, gözəl bir rəqs yaranacaq. Yerlə Göy bir yerdə rəqs edəcək.

Bütün həyat şənlənəcək, sevincə dönəcək, sənin yaşamın əvvəlki kimi itin zülmü olmayacaq. Sən, sadəcə, rahat və xoşbəxt bir rəqsdə süzəcəksən… Həyat sənin rəqsin, süzmək sənin yaşamın olacaq.

Zorba ola bilən adam Budda da ola bilər.

Zorba – Buddaya gedən yoldu.

Mən səni tanıyandan sonra həyatım dəyişib. Yepyeni bir insan olmuşam. Mən gülməyi, rəqs etməyi, sevməyi öyrənmişəm. Sən mənim gözlərimi gözəlliyə açdın. Mən özümü uşaq kimi hiss edirəm. Hər şey xoşuma gəlir. Hər şeyə gülümsəmək, gülmək istəyirəm.

Mən özümü dünyanı dolaşıb həyat şirəsini içən, onun hər damlasından ləzzət alan balaca büdpərəst kimi hiss edirəm. Bu əxlaqa ziddi?

Bu əxlaqdan üst bir şeydi. Bu yeganə əxlaqdı dünyada. Büt­pərəst olmaq, dünyanın hər anından ləzzət almaq, həyata ibadət etmək, həyatı sevməkdi.

Sevgi dinin başlanğıcıdı.

Dindar adam həmişə cavan görünür. Hətta ölüm ayağında da o, cavan görünür.

Həqiqi dindar – həyata tapınan adam, həyata büt kimi baxan adam heç vaxt qocalmır.

Mən istəyirəm ki, siz uşaq kimi saf, məsum olasız. Həyatın möcüzə və sirlərini öyrənməyinizi istəyirəm. Sizdən başqa bütün canlılar rəqs edir, bütün varlıqlar həyatdan zövq alır. İnsan böyük qəbiristanlığa çevrilib. Mən sizi qəbirdən çıxmağa çağırıram.

Bu anormallıq deyil. Dinlər sizə çox şey deyə bilər. Sizə deyə bilər ki, belə eləmək olmaz. Bunu deyənlər insanlığa qarşı çıxır. Həyata – onun sevincinə, rahatlığına, dürüstlüyə, səmimiyyətə, məmnunluğa qarşı çıxır. Onlar insanı yaxşı nə varsa, ondan uzaq saxlamaq istəyirlər. Çünki insana yaxşı olsa, heç kimə ehtiyacı olmayacaq.

Onlar səadətə aparan hər şeyi inkar edirlər. Mən isə, əksinə, dəstəkləyirəm.

İKİNCİ HİSSƏ
HƏVVA

Qadın və kişi öz-özlüyündə tənhadı.

Sevgi – onlar birlə­şəndə yaranır…

(Baulların mistikası)

Hərdən mən özümü kişi, hərdən də qadın kimi hiss edirəm. Bu normaldı, yoxsa ağlımı itirirəm?

Hər insanın qadın və kişi başlanğıcı var. Yaxşı ki, səndə bu cür hisslər olur. Bu öz mahiyyətinə varmaqdı. Hər insanda bir az kişi, bir az qadın var. Bu günə kimi bizi səhv fikirlərlə doldurublar: kişi – kişidi, qadın – qadındı. Bu təbiətə zidd fikirdi. Çünki kişi həm də qadındı, qadın həm də kişidi.

Bir oğlan ağlayanda hamı ona deyir: “Sən kişisən, kişi ağlamaz. Arvad kimi ağlama, ana uşağı kimi nə gözünün qorasını tökürsən-filan”.

Bu boş söhbətlərdi. Kişinin gözyaşı vəzisi də qadında olduğu qədərdi. Təbiət sənin ağlamağını istəməsəydi, sənə gözyaşı vəzisi verməzdi.

Bu anlamda müasir cəmiyyət geridə qalıb. Qız uşağı iddialı, məqsədyönlü, tərs, inadkar olanda cəmiyyət düşünür ki, onun sağlamlığında problem var, hormonal pozuqluğu və ya cinsəl sorunları var. Ona “oğlan kimidi, dəcəldi, qaqaşdı” deyirlər. Cəfəngiyatdı. Bu cür bölgü aparmaq kökündən səhvdi. Bunun sosial, siyasi səbəbləri var.

Kişini günün iyirmi dörd saatı kişi rolunu, qadını günün iyirmi dörd saatı qadın rolunu oynamağa məcbur ediblər. Və bu, dünyada böyük bədbəxtliklər ortaya çıxarıb.

Hərdən kişinin daha yumşaq, daha nəzakətli olması vacibdi. Hərdən ər arvadın, arvad ərin rolunu öz üzərinə götürməlidi. İnsan təbiətinin quruluşu belədi. Kişi günün iyirmi dörd saatı kişi olmağa məcbur qalmasa, o da yüngülləşər, rahatlanar. Qadın da eyni cür. Bütün günü qadın olmağa məcbur olmasa, o da özünə gələr. Daha təbii olar, daha öz olar, məcburi yaşamaz.

Harmoniya yaranar. Bəli, hərdən qadın da özündən çıxıb sərtləşə bilər. Hərdən kişi də yumşala bilər. Bu anormal hal deyil. Bu ritm pozuqluğu deyil. Bu olduqca doğal haldı. Belə olmalıdı. Bu ikitərəflilik təbiətin payına düşür.

Bu cür imkan yaranıbsa, küyə düşmə, özündə və ya nədəsə səbəb, qüsur axtarma. Bir neçə saatlığa qadın, bir neçə saatlığa kişi olmaq mümkündü. Diqqət eləsən, özün aydınlaşdıra bilərsən ki, nə qədər vaxt kişi, nə qədər vaxt qadın olursan.

Yoqada nə qədər vaxtın nəyə getdiyini müəyyən etmək, daxildəki sirləri öyrənmək üçün çox sınaqlar, ovsunlar ediblər. Nəfəsini izləyərək səndə dominantlıq (üstünlük) təşkil edən tərəfi tapa bilərsən. Əgər sağ burun pərindən nəfəs alırsansa, bu kişiyə xasdı. Sol pəri ilə nəfəs almaq qadınlıq əlamətidi. Bu proses hər 48 dəqiqədən bir dəyişir.

Qadın başlanğıcından kişi başlanğıcına keçid bütün gün ərzində, gecə-gündüz baş verir.

Sol dəlikdən nəfəs almaq ona görə qadınlıq əlamətidi ki, beynin sol tərəfi bu yolla işə düşür. Sol yarımkürə isə beynin qadın tərəfidi. Özün məntiqlə çözə bilərsən.

Əsəbdən partlayanda belə elə: sağ burun dəliyini tut və başla solla nəfəs almağa. Sakitləşəcəksən, çünki sol yarım kürə işə düşəcək. Çünki aqressivlik kişi keyfiyyətidi.

Yoxla, özün də heyrət edəcəksən. Arada dəyiş nəfəs yolunu. Görəcəksən, necə kömək edəcək. Bütün dünyaya qəzəbli olduğun anlarda burnunun sağ pərini tut, solla nəfəs al, fantaziyana, duyğusallığına yer ver. Özünə də xoş gələcək. Maraqlı olacaq, inan.

Sağ yolla nəfəs alarkən bəzi işlərin öhdəsindən gəlmək daha asan olur. Çətin işlər görərkən, məsələn, yük daşıyarkən kişi pərinin fəaliyyəti işi yüngülləşdirir. Bəzi işlər var ki, onları görərkən beynin sağ yarımkürəsi çalışmalıdı. Əks halda, bədəni təhlükə gözləyir.

Ancaq əksi də var. Məsələn, uşaqla oynayarkən sol tərəf çalışmalıdı. Bütün bunlar qarşılıqlı, düzənli olmalıdı ki, bədən ağırlığa düşməsin, əziyyət çəkməsin. O zaman qarşılıqlı anlaşma da olar. Kişi qadını, qadın kişini anlayar. Birtərəfli olanda aləm bir-birinə dəyir.

Hərbi marşı oxuyarkən, nəbadə qadın pərisi işə düşə. Sən bunu özün kontrol etməlisən.

Yaxşı ki, təbiət belə bir şans verib. İnsan bu yolla dincələ bilir. Kişi tərəfi istirahət edəndə qadın tərəf işləyir və əksinə.

Daxili mexanizm belə işləyir. Günün iyirmi dörd saatı qadın olmaq çətindi. Günün iyirmi dörd saatı kişi olmaq çətindi.

Kişinin arada yumşalmağa, rahatlamağa ehtiyacı var. Qadının arada güclənməyə, hökm etməyə, qəzəblənməyə ehtiyacı var.

Bütün bunlar çox yaxşıdı. Əgər təbiətdəki dəyişkənliyi anlayırsansa, bunlar möhtəşəmdi.

Əgər bunları rahatca yaşaya bilirsənsə, demək, imtahandan yaxşı keçmisən.

İnkişafın yüksək pilləsi nə kişi, nə də qadın başlanğıcıdır. İnkişafın yüksək pilləsi neytrallıqdı.

Ortaqlıqdı.

Qəlbinin dərinliyində kişi bilir ki, qadın onda olmayan çox şeyə sahibdi. Ən önəmlisi – qadının cazibəsi var. Qadın zərifdi, həssasdı. Qadın gözəldi. Kişi bu gözəlliyin əsiridi əslində. Amma özünü sındırmır. Sındırmır bir yana, var gücü ilə bu gözəlliyi özünə tabe etmək, özününkü etmək istəyir.

Çünki bilir, bilir ki, bu gözəlliyi görən, anlayan təkcə o deyil. Bu onu dəli edir. Qadını ruhən özündən asılı vəziyyətə, köləsinə çevirmək üçün əlindən gələni edir. O, içində istəyir ki, qadın ona tapınsın. Bu gözəl varlıq bütünlüklə ona aid olsun, ona ağası kimi baxsın. Kişinin belə bir gizli ehtirası var.

Qadından asılı olduğunu gizləmək üçün hər hiyləyə əl atır.

Böyük bir qısqanclıq yaranır bu şovinist, eqoist beyində. Kişi qadınla Makiavellinin siyasətçilərə təklif elədiyi üsulla davranır. Siyasətlə ailə anlayışı qohum olduğu üçün bu üsul ailədə də keçərlidi. Makiavelli hücuma keçməyi təklif edirdi. Kişi də yüz ildi bu üsuldan istifadə edir. Hətta kişi bu üsulu Makiavellidən əvvəl gerçəkləşdirirdi. Makiavelliyə görə “hücum siyasəti” həyatın bütün sahələrində fundamental üsuldu və tamamilə işə yarayır.

İstənilən növ hücumda dominantlığı özünümüdafiə tutur. Özünü müdafiə edərkən sən artıq zəifləyirsən, ayağını yerə bərk basa bilmirsən. Özünü müdafiə etmək özünü zərər çəkən tərəf olaraq təqdim etməkdi. Sən özünə haqq qazandırmağa, ya da özünü təmizə çıxarmağa, haqlı olduğunu sübut etməyə çalışırsan.

Hindistanda manusmriti kimi bir dini yazı var. Orda yazılıb ki, evdə sakitlik yaratmaq üçün arada qadına təpinmək lazımdı. Qoy özünü məhbəsdəki kimi hiss eləsin. Qadınlar müxtəlif mədəniyyətlərdə, ölkələrdə məhz bu cür yaşayırlar. Buna səbəb kişinin elə hey özünü üstün göstərməyə çalışmasıdı.

Yadında saxla! Həqiqi üstünlük sübuta, görkə, nümayişə ehtiyacı olan bir nəsnə deyil. Əgər həqiqətən üstünsənsə bir az ağlı kəsən adam bunu qəbul edəcək, anlayacaq, görəcək.

Üstünlük – arqumentə, dəlilə, xüsusi vurğulanmaya gərək duymayan keyfiyyətdi.

Vurğulamaqla sən, əslində onun yoxluğunu ifadə edirsən. Əksinə, səndə olmayan nəsnəyə diqqət çəkirsən. Çünki səndə varsa, onu gözə soxmaq ağlına gəlməz. O sənin bir hissəndi. Görünəndi.

Və gözə dəyən üstün keyfiyyət xüsusi cazibə qüvvəsinə, maqnetizmə malikdi.

Kişinin qadının başına ağa kəsilməsinə cəhd etməsi qadının ləyaqətini aşağılayır. Bu, kişinin nəyinə lazımdı? Qadını aşağılamaq ona nə qazandırır?

Üstünlük? Əlbəttə ki, yox. Bu paranoyadı, xəstəlikdi. Ağıldankəm olmayan adam heç vaxt bu qədər gözəl varlığa zor tətbiq etməz. Onu psixoloji basqıda saxlamağa çalışmaz. Bu anormal adamın işidi.

Kişi həmişə özünü qadınla müqayisə edir. Hətta seksual münasibətlərdə qadına uduzan kişi bundan dərs götürmür, daha yaxşı, bu mövzuda daha bilgili olmağa çalışmır. Qadın bir neçə dəfə orqazm yaşaya bilir. Kişidə isə belə deyil. Qadın daha uzun sürən seksdən zövq alır. Kişidə belə deyil. Kişi yatağa girən kimi boşalmaq haqqında düşünür. Kişi vaxtı uzada bilmədiyi üçün qadına qıcıq olur. Qadın daha estetik, daha zövqlü seks yaşayır. O hələm-hələm orqazma çata bilmir.

Və hər kişi bunu qadına yaşada bilmir. Ona görə də bəziləri bundan narahat olurlar, özlərini sındırmamaq üçün, ümumiyyətlə, qadının orqazma çatması haqda heç düşünmürlər. Bunu bacarmırlar deyə, mövzunu açmırlar və qadını yarımçıq buraxıb özlərini öküz kimi aparırlar. Yəni kişi özünü sındırmamaq üçün öküz olmağa belə razıdı. Halbuki bu ona üstünlük gətirsəydi onun hərəkəti bilgisizlik, öküzlük, kobudluq və cahillik kimi yozulmazdı.

Bir dəfə orqazm yaşayan qadın dahasını istəyir. Onun bədəni seksə açıqdı, sevişməkdən doymur. Kişidə belə deyil, çünki kişi seksuallığı konkret nöqtəylə bağlıdı. Beyində bircə siqnal var. Qadının isə bütün bədəni erogen zonadı. Hara toxunsan, qadın ehtirasa gəlir, duyğulanır, özündən gedir. Əsası toxuna bilməkdi. Və bu mümkün qədər zərif hərəkətlərlə olmalıdı.

Kişinin isə mərkəzi beyindən gələn bircə çağırışı var. Bitdisə bitdi. Daha heç bir mexanizmi işə cəlb edə bilməzsən. Çünki kişinin erogen nöqtələri yox dərəcəsindədi.

Çünki o bununla heç məşğul olmayıb. Bədən tərbiyəsinə vaxt ayırmayıb. O tələsir. Yatağa girdiyi andan maşın kimi şütüyür. Sanki onu arxadan qovan var.

Mən özümdən soruşuram: İki-üç dəqiqəlik seks kişinin nəyinə lazımdı?

Qadının bədəni yenicə qızışır ki, kişi artıq hazırdı, bütün maraq itdi. Orqazm da hiss eləmir. Çünki eyakulyasiya orqazm deyil. İşini bitirib böyrü üstə çevrilib yatır. Milyonlarla qadın bundan sonra gözyaşı içində keçirir gecəni. Çünki bu cür münasibət əzabvericidi, zülmdü.

Bu nə sevişmədir, nə seksdir. Bu heç oyunçuluq da deyil. Bu cığallıqdı, “xalturadı”.

Qadının üstünlüyü təkcə seksual anlamda kişidən beş ölçü böyük deyil. Bir çox sferalarda qadın üstündü. Məsələn, bütün dünyada qadınlar kişilərdən çox yaşayırlar. Bu onların dayanıqlı olmasını göstərir, onların daha güclü immunitetə sahib olduqlarını sübut edir. Qadınlar gec naxoşlayıb tez sağalırlar. Və az zarıyırlar.

Bu, elmi göstəricilərdi.

Hər yüz on beş oğlana nisbətdə yüz qız doğulur. Niyə belədi? İzdivaca qədər kişilərin sayı azalacaq və onlar bərabərləşəcəklər. Sağ qalma ehtimalı da qadınlarda daha çoxdu.

Qadınların intihar göstəricisi kişilərdən iki dəfə azdı. Hərçənd qadın intihardan kişidən daha çox söz açır. Qadınlar bu haqda hay-küy yaratsalar da, ölümə meyilli deyillər. Kişilər bu mövzunu daha qapalı, gizli saxlasalar da, onlar intihara daha çox meyillidilər. Qadın ağıllı, elmi, rahat və müasir üsul seçir – yuxu dərmanı. Fikir versəz, hətta dərmanla intihar etmək istəyəndə belə qadın xüsusi dozaya əl atmır. Onun intihar cəhdi daha çox hədələmə, dərs vermə məqsədi daşıyır. Kişi isə gücsüzlüyündən intihar haqda düşünür və edir.

Müqayisə aparsaq qatillərin, canilərin arasında kişilər fantastik dərəcədə üstünlük təşkil edirlər. Narkomanlar, alkoqoliklər də əsasən kişilərdi. Dəli olanların çoxu kişilərdi.

Ağlını itirən kişilər qadınlardan iki dəfə çoxdu.

Bu halda kim deyə bilər ki, qadın kişidən zəifdi? Kişi öz natamamlıq kompleksini, bacarıqsızlığını, dayanıqsızlığını ört-basdır etmək üçün qadını mümkün qədər zəiflətməyə çalışır. Əlinə fürsət düşdükcə qadını gücsüz, ağılsız elan etmək istəyir.

Halbuki ağılsız və gücsüz varlıq boşa düşən kimi özünü itirib alkoqolik olardı, adam öldürərdi, intihar edərdi. Qadın daha sağlam düşünür. Daha çox bağlıdı həyata. Daha böyük arzularla yaşayır. Əgər bunu gerçəkləşdirə bilmirsə, səbəb cəmiyyətdi, dolayısıyla kişilərdi.

Bütün gözəl, insani keyfiyyətlər qadına aiddi. Kişinin yeganə üstünlüyü kobudluğudu, aqressivliyidi. Bu da ona aqressiv təbiətdən qalmadı. Təbiət xeyli dəyişib, sivilləşib, amma kişi hələ də ilkin versiyadadı.

Qadın sevə bilir. Kişi qadın kimi sevməyi bacarmır. Hindistanda yüzlərlə qadın ölən ərinin, sevdiyinin matəm tonqalına özünü atıb. Amma bir fakt yoxdu ki, bu addımı kişi atsın. Heç bir kişi qadını üçün intihar etməz. Onsuz yaşaya bilməyəcəyini düşünüb özünü oda atmaz.

İçər, alkaşlıq edər, amma özünə qıymaz. Həyata davam. Demirəm ki, adam özünü öldürməlidi əgər sevgilisi dünyadan köçübsə, sadəcə, örnək gətirirəm.

Demək istəyirəm ki, balaca, zərif bədən özünü diri-diri oda atır, yekəpər Məhəmməd sportzalda idmana davam edir və o, qadından güclü sayılır. Bu nə məntiqsizlik?!

Gücün ölçü vahidi çoxdu. Ancaq sevginin ölçü vahidi tamam başqa cürdü. Məsələn, 9 ay bətnində uşaq gəzdirmək üçün çox güclü və dayanıqlı, üstəlik səbirli olmalısan. Heç bir kişi buna dözməz.

Müasir tibb kişiləri doğuzdurmaq yolları tapıb. Olsa belə heç bir kişi iki aydan o yana keçməz. Ondansa, özünü dənizə atar.

Yeni varlığa ruh, ağıl,bədən vermək çox çətindi. Qadın övladı ilə nəyi varsa, hamısını sevə-sevə bölüşür. Ona gücü çatan hər şey vermək istəyir. Kişiyə elə gəlir ki, bu qadının borcudu. Yox, bu qadının bacarığıdı, gücüdü.

Doğuşdan sonra heç də asan olmayan bir məsələni həll etmək lazımdı: uşağın tərbiyəsilə məşğul olmaq. Sən hələ birgecəlik onunla yatmağa cəhd elə, gör evdə nə baş verəcək. Ya sən onu öldürəcəksən, ya o səni. Bir gecə döz, gör bacarırsan? Uşaq dünyanın ən ərköyün, kaprizli varlığıdı axı. İdarə edə bilərsən? Astronavtlar və Edmon Hillari… bununla məşğul olmalıdı, əvvəlcə uşağı tərbiyə etmək üsulu kəşf olunmalıdı, sonra dağları-filanı fəth etmək olar.

Ancaq bundan sonra deyə bilərik ki, onlar Everestə çıxmaqla nələrsə əldə ediblər. Aya uçmaq hələ hansısa bir gücə sahib olmaq deyil.

Ərköyün uşağı idarə etmək hər şeydən çox və ciddi güc istəyir. Doqquz ay bətnində, sonra uzun və dözülməz illər yanında bir cəhənnəm həyatı yaşamağa hazırsan?

Heç olmazsa, bir gecə uşağın yanında yat. Gör neynirsən. Gör öhdəsindən gəlirsən, ya yox. Gah sual verəcək, gah durub hoppanacaq. Sən yatmaq istəyəcəksən, onun, əksinə dəcəlliyi tutacaq. Bütün üsullara əl atacaq ki, səni yatmağa qoymasın, onunla məşğul olasan. Heç nə kar etməyəndə ya acmışam deyəcək, ya da tualetə istəyəcək.

Uşaq ana bətnində əvvəlcə 24 saat yatır. Sonra 23, sonra 22 və belə-belə, bütün günü yatıb gecələr oyanır. Bu da ananın yatmaq vaxtına düşür. Uşaq ona səhərə qədər zülm verir. Düşünmürəm ki, hansısa kişi buna tab gətirə bilər. Buna ancaq qadın dözür. Bu qadının gücüdü. Amma bu sən bildiyin gücdən deyil. Dağıdıcı güc var, yaradıcı güc var. Nifrətin gücü var, sevginin gücü var.

Sevgi, vəfa, dürüstlük, səmimilik – bütün bunlar üstünlük sayılır və bütün bunlar qadın keyfiyyətləridi.

Keçmişdə belə deyildi. Kişi keyfiyyətləri üstünlük sayılırdı.

Əlbəttə, vəziyyətə bağlı şeylər də var. Söhbət müharibədən gedirsə, sən orda dürüst və ya yumşaq, vəfalı və ya səmimi ola bilməzsən. Yeri deyil sadəcə.

Müharibədə mümkün qədər sərt, qəddar, soyuqqanlı olmalısan ki, qazanasan.

Üç min il ərzində Yer üzündə beş min savaş olub. Bu da gücdü. Hə, bu gücdü. Amma bizə belə güc lazım deyil. Bu insani güc deyil. Bu heyvanidi. Bu, dağıdıcı gücdü. Məhv etmək, öldürməklə məşğuldu bu güc.

Kişinin gücü keçmişlə bağlıdı. Yabanıdı. Amma qadının gücü gələcəklə bağlıdı. Sabah yaratmaq üçündü.

Kişinin qolu bahasına qazanmaq istədiyi şeyləri təbiət qadına pay verib.

Kişi sevməyi öyrənməlidi. O gərək ürəyini öz əfəndisinə, sahibinə çevirsin, ağlını isə köləsi etsin.

Kişi bunu öyrənməlidi. Qadınınsa, bu bacarığı doğuşdan var. Bu, təbiətin ona hədiyyəsidi.

Biz isə onu qınayırıq, “zəifdi” deyirik.

Qadın qadın olaraq qalır. Kişi kişi olaraq.

Burda müqayisə aparmaq yanlışdı, mümkün də deyil. Bu iki ayrı, iki fərqli tərəfdi, amma həm də unikaldı.

Kişidən dindar çıxmaz. O bunun üçün uğurlu örnək deyil. Çünki onun başqa – çox gözəl üstünlüyü var. O döyüşçüdü!

Problemlə üz-üzə qalanda o hər cür bacarıq nümayiş etdirməyə hazırdı və bunu edə bilir.

Qadın keyfiyyətləri kişidə gözləniləndən daha tez-tez və daha parlaq şəkildə üzə çıxır. O, döyüş ruhunu nizamlaya bilir. Qadının təbiətdən gələn yaxşı keyfiyyətlərini kişi əldə etmək üçün öz üzərində işləməlidi. Onu buna təhrik edən məqamlar olmalıdı. Özü də buna çaba göstərməlidi. Əgər qadın və kişi bütün bunların öhdəsindən gələ bilsə, dünyanın cənnətə çevriləcəyi gün uzaq gələcəkdə deyil.

Mən istəyirəm ki, bütün dünya qadın xüsusiyyətlərinə bürünsün. Yalnız o zaman müharibələr yox olar. Yalnız o zaman millətlər, sərhədlər itər.

Və biz bir dünyada yaşayarıq. Sevgi, sülh, sakitlik, gözəllik hökm sürən bir dünyada.

Ancaq mən “kişi qadın keyfiyyətlərini kultlaşdırmalıdı” deyən­də qətiyyən “kişi qadını imitasiya (yamsılama)” etməlidi fikrini nəzərdə tutmuram.

MAÇO

Sevdiyim qadın mənimlə münasibətdə tez-tez “kişi eqoizmi” sözünü işlədir. Mənə haqsızlıq etdiyini düşünürəm. Çünki həmişə qadınlara qayğıyla yanaşmışam, diqqət ayırmışam. Bundan başqa mən onda kişilərə bir nifrət hiss edirəm. Mənə bu sözün mənasını açıqlaya bilərsənmi? Qadın “kişi eqoizmi” deyəndə nəyi nəzərdə tutur?

Eqoizmin kişi və ya qadın növü olmur. Eqoizm elə eqoizmdi.

Kişi əsrlər boyu qadınla vəhşicəsinə davranıb. İnanmaq çətindi ki, bunun yeganə səbəbi kişinin qadınla müqayisədə özünü natamam hiss etməsidi. Kişi doğa bilmir. Kişi həyat verə bilmir. Bu onda yarımçıqlıq duyğusu yaradıb; təbəit qadından asılıdı, kişidən yox.

Bundan əlavə kişi anlayır ki, qadın ondan daha güclüdü, daha dayanıqlı və səbirlidi.

Kişi qadın qədər dözümlü deyil. Qadın kişi qədər aqressiv deyil. Qadın qatil deyil, daha çox kişilər adam öldürürlər. Onlar müharibə üçün şərait yaradırlar, döyürlər, öldürürlər, cürbəcür silah növləri icad edirlər: atom bombaları, nüvə silahları. Bu ölüm səhnəsində qadının heç bir rolu yoxdu. Bu ölümcül oyunlarda qadın iştirak etmir. Vəziyyətdən çıxmağın yeganə yolu qadını süni şəkildə gözdən salmaqdı. Məsələn, kişi qadına təhsili qadağan edir, onu iqtisadi azadlıqdan məhrum edir, onu təkbaşına harasa getməyə qoymur, onu həbsdə saxlayır.

İnanılmazdı, kişi ziyandan qurtulmaq üçün nələrə əl atır. O, süni şəkildə qadını özünə tabe edir.

Bu təkcə sənə aid məsələ deyil. Qadın sənə eqoist deyəndə təkcə səni nəzərdə tutmur və təkcə öz adından danışmır. O, bütün qadınlar adından danışır və səni də bütün kişilərin təmsilçisi kimi görür.

Sənin əcdadların elə əməllər ediblər ki, indi nəyisə dəyişmək, tarazlıq yaratmaq, düzən qurmaq çox çətindi. Buna görə də qadın “kişi eqoistdi” deyəndə onu anlamağa çalış. Ola bilər ki, o haqlıdı. Və əslinə qalsa, o, elə doğrudan da haqlıdı. Kişilər qadına o qədər zülm edirlər ki, hətta bunun “eqoizm” olduğunu hiss eləmirlər. Amma qadınlar hiss edirlər və fərqindədilər.

Buna görə də qadını dinləməyə, başa düşməyə cəhd et. Onun hissini rədd etmə, ona təşəkkür et ki, sənə fikrini deyir. Niyə belə düşündüyünü xəbər al, onun bütün dəlillərini diqqətlə dinlə. Bu sənə problemin həllində kömək edəcək. Onu dinləyərək mövcud durumu dəyişə biləcəksən, aşa biləcəksən. Onun yardımından istifadə et.

Onun sənin eqoizmini hiss etməsini, sadəcə, qəbul etmək istəmirsən. Düşünmürsən ki, onun nədənsə başı çıxa bilər. Ona görə də heç vaxt maraqlanmırsan, özündən soruşmursan, niyə belə düşündüyünün səbəbini özündə axtarmırsan. Bu sənin günahın deyil. Kişi belə yetişdirilib.

Körpəliyindən ona deyirlər: Qız kimi ağlama, qız kimi eləmə, qız kimi qorxaq olma və s.” Şüuraltında “qız kimi olmaq” çox pis bir şey kimi qəbul olunur. Qız kimi olmaq qorxaq olmaqdı, zəif olmaqdı, axmaq olmaqdı, bacarıqsız olmaqdı və sair… Qətiyyən belə deyil.

Əslində, bu qadınlarda da özlərinə inamsızlıq yaradır. Onları pis örnək kimi, pis nümunə kimi təqdim etdikcə onlar doğrudan da kişidən əskik, aşağı olduqlarına inanmağa başlayırlar. Və bununla mübarizə aparan qadınlara “erkək fatma” damğası vurulur. Öz cinsini heç də aşağı hesab etməyən qadınlar kişilərin xoşuna gəlmir. Onları dikbaş, yekəxana, özündənrazı və ya ümumiyyətlə, qadınlıqdan çıxmış, özbaşına, hətta çox müstəqil, çox sərbəst adlandırırlar. Hətta daha ağır damğalar da vurulur.

Sən belə etmə. İmkan ver qadın özünü ifadə etsin. Gül kimi açılsın, səninlə çiyin-çiyinə yaşasın. Görəcəksən ki, münasibətləriniz necə gözəl olacaq. Ətrafa işıq saçacaqsız. Sizi qısqananlar olacaq. Dünya yalnız o zaman günəşli görünəcək ki, qadın və kişi arasında hüquq bərabərliyi olacaq.

Qadın və kişi eyni haqları olan varlığa çevriləcəklər. Çünki dünya əhalisinin yarısı qadın, yarısı kişidi. Başqa bir insan növü yoxdu. Və bu əhalinin də xoşbəxt yaşaması üçün onların eyni haqlara sahib olması, dolayısıyla birinin o biri üzərində hakimiyyət qurmaması lazımdı.

Məsələ bu cür qoyulmalı deyil… bütün insanlar bərabərdilər, yox. Məsələ bu cür qoyulmalıdı: Qadın qadındı, kişi kişi. Hər iki tərəfin də üstünlükləri, gözəllikləri və özəllikləri var. Hər iki tərəf sülh və barış içində yaşamalıdı. Biri o birinə zor tətbiq etmək haqqına sahib deyil.

Çünki bu dünya bütün insanlarındı. Qadının da haqqı bu torpaqda, suda, havada və təbiətin verdiyi nemətlərdə eynilə kişininki qədərdi.

Dünyanı qadınlarsız təsəvvür et. Bu ki dəhşət olar. Fərqlilik, müxtəlif baxışlar, müxtəlif zövqlər dünyanı maraqlı edir, sevimli edir, zənginləşdirir. Yuxarı və ya aşağı keyfiyyətdə, növdə insan olmur. İnsanlar, sadəcə, fərqlidilər.

Bunu anla və sevgilinə kömək elə. Onillik yükü onun çiyinlərindən götür, onu əzabdan azad elə. Ona dost ol. O, çox iztirabdan keçib. Əgər sən onu bu yükdən, iztirabdan azad edə bilsən, dünyada yeni düşüncənin yaranmasına yatırım edə bilərsən.

O “kişi eqoizmi” deyəndə incimə, çünki bu həqiqətdi. Əsrlərdi bu var və ona görə də sən bunu hiss edə bilmirsən. Sənin, sadəcə, yadından çıxıb ki, bunun adı eqoizmdi. Bunu görmək və məhv etmək üçün sənə qadının köməyi lazımdı.

Niyə kişilərin sinəsi tüklü olur?

Onların bir qüsuru olmalıdı, ya yox?

Sənin qadınlar haqda xoş sözlər dediyini tez-tez eşidirəm. Kişilər haqda nəsə xoş bir söz demək mümkün deyil?

Bu çox çətin sualdı. Bütün gecəni yatmadım, düşündüm. Kişilərin bir müsbət cəhətini tapa bilmədim. Özünüz mühakimə edin.

Müxbir müsahibə zamanı generala sual verir:

– Xanımınızla axırıncı dəfə nə vaxt intim münasibətiniz olub?

General bir az fikirləşib cavab verir:

– 1945-də.

Müxbir:

– Bu lap çoxdan olub ki.

General saata baxıb deyir:

– Elə də çoxdan olmayıb. İndi hələ 21:41-di.

Kişi qəribə məxluqdu. Əgər aranızdan kimsə onların yaxşı cəhətini bilsə, mütləq mənə xəbər versin. Mən sözümü geri götürərəm.

Kişi enerjisi dünyanı yorub. Mən demirəm ki, kişi enerjisinə ehtiyac yoxdu. Amma bu qədər yox. Müəyyən miqdarda lazımdı, amma bütünlüklə kişi enerjisinə bürümək olmaz dünyanı. Bu hamını əldən salır, yorur. Doxsan doqquz tam onda doqquz faiz enerji kişiyə məxsusdu dünyada. Qadının payına heç nə düşmür. Bu kişi enerjisindən tıxanmaq, boğulmaq deməkdi.

Kişi enerjisi ilə qadın enerjisi bərabərləşməsə, dünya adamı intihar həddini keçəcək.

Bu enerjiyə dözmək mümkün deyil. Bu ağır enerjidi. Üçüncü Dünya müharibəsindən ancaq bu yolla qaçmaq olar. Qadın enerjisi ilə kişi enerjisi dünyada bərabər paylanmalıdı.

Başqa cür dünyanı xilas etmək mümkün olmayacaq. Üsyanlar, inqilablar, dağıdıcılıq, ölüm, zor bütün bunların qarşısı başqa cür alınmayacaq. Çünki bütün bunlar kişi enerjisinin əksidi.

Etiraz aksiyalarını izləmisən? Bunun sonu qırğındı. Maşınların, dükanların aynalarının sındırılmasıdı, vəhşilikdi.

Kişi enerjisi guya ki, sülh üçün danışıqlara yönəlib, əslində müharibə üçün şərait yaradır. Müharibə qığılcımı yaradır, tonqal çatır. Kişilər iddia edirlər ki, sülh yaratmaq üçün mütləq yumruqdan istifadə etmək lazımdı. Üç min ildə beş min müharibə olub, amma dünyada sülh olmur ki, olmur. Bu necə üsuldu? Ölüm-itimdən başqa bir nəticə vermir.

Əsrlərdi bu davam edir. Ortada bir uğurlu nəticə yoxdu. Dünyanın mütləq hansısa bir nöqtəsində müharibə mütləq var. Bu İsrail də ola bilər, Vyetnam da, Kəşmir də, Qafqaz da.

Siyasi ideologiya dəyişməyincə problem həllini tapmayacaq. Bütün ideyaların arxasında kişilər dayanır. Vəziyyəti dəyişmək lazımdı. Qadın enerjisinə yer vermək lazımdı. Ayın enerjisini irəli buraxmaq lazımdı. Yüzillərdi yalnız Günəş mərkəz sayılır. Ay unudulub.

Günəş kişi enerjisini tərənnüm edir. Aysa qadın enerjisini ifadə edir. Daha sakitdi, daha rahatlayıcıdı. Sevgi, poeziya rəmzidi. Və bu təkcə qadın başlanğıcının simvolu deyil. Eyni zamanda sakitliyin, musiqinin, romantikanın, ürəyin simvoludu. Ay ürəklə bağlı olan, ürəkdən axıb gələn hər şeyi ifadə edir. Ona görə də gündüzlər robot kimi, gecələrsə daha həssas, duyğusal olur insan.

Unutma, hər bir insanda həm Günəş, həm də Ay enerjisi var. İndi Aya yer vermək lazımdı. Biz Günəşə çox qapılmışıq. İndi balans yaratmaq zamanıdı. Bir əlimizdə Ay, bir əlimizdə Günəşi tutmalıyıq. Hər iki enerji eyni bərabərlikdə paylanmalıdı yer üzünə. Hər ikisi olmalıdı – eyni dərəcədə, eyni qədərdə. Enerjilər arasında tarazlıq yaranmalıdı. Müvazinət qorunmalıdı.

Mən bunu siyasi səbəblər və məqsədlər naminə demirəm. Mən bunu həyat naminə deyirəm. Əgər balans yaranmasa, yer üzündə həyatın sonu gələcək. Birtərəfli enerji yeri batıracaq. Yerdəki həyat bir tərəfinə güc düşüb dənizdə batan gəmi kimi məhv olacaq.

Demək belə: özündəki qadını tap, əzizlə onu, sev onu. Qorxma ondan, itələmə, qovma onu. Hər bir insan bir az kişidi, bir az qadın. Hər kəsin kişi və qadın enerjisi var. Belə də olmalıdı. Çünki səni atanla anan yaradıb. Hər ikisindən enerji almısan. Ancaq kişi, ya da ancaq qadın olmaq imkansızdı. Təbiət səni ikisindən yoğurub, ikisindən yaradıb.

Sən iki enerjinin görüşməsindən yaranmısan. Kömək elə içindəki qadına. Kömək elə ki, böyüsün, inkişaf etsin. Onun keyfiyyətlərini gücləndir, artmasına yardımçı ol.

Daha yumşaq, daha anlayışlı, daha passiv və daha sevən ol. Meditasiya passiv olan adamda daha yaxşı alınır. Meditasiya enerjili yanaşma deyil, meditasiya dünyaya açıq olmaqdı. Meditasiyanı zorla gətirmək, çağırmaq olmur. Meditasiya özü gəlir, sakitcə, asta-asta. Özünü bütünlüklə ona vermək lazımdı, sadəcə. Qadın başlanğıcının mənası da elə budu.

Psixoterapevt qrupunda birdən-birə mən özümdə enerji tükənməsi və qadın qarşısında qorxu aşkarladım. Yəqin ki, qadın qorxusu mənim doğumumla bağlıdı. Qrupda qəfildən mən bunu təkrar yaşadım. Və bu çox ağrılı idi.

Hər şey qarşılıqlıdı və bir-birilə bağlı məsələlərdi. Qadın qorxusu anayla birbaşa bağlı məsələdi. Problemi həll etmək üçün mütləq hər bir kişi anasıyla arasında olan problemi aradan qaldırmalıdı. Yəni anayla küsülülük, anadan çəkinmək, anaya nifrət kimi hallardan uzaq olmaq, ananı bağışlamaq, inciklik saxlamamaq lazımdı. Əks halda sən heç bir qadınla normal ilişki qura bilməyəcəksən.

Ətrafında çox qadın ola bilər. Arvadın, qızın, rəfiqən, bacın, amma ananın obrazı həmişə üstünlük təşkil edəcək. Bu sənin qadınla münasibətdə ilk təcrübəndi. Sonradan həyatında nə qədər və necə qadın olsa da ananın obrazı gözünün önündən getməyəcək. Əgər kişinin qadın qorxusu varsa, o, mütləq keçmişə baxış keçirməlidi, uşaqlıq yaddaşını işə salmalıdı, anasıyla münasibətlərini xatırlamalıdı.

Nələr olub, nələr yaşanıb. Qorxunun qaynağını tapmalıdı. Bu çox adi və artıq çoxdan unudulmuş bir insident, bir kiçik olay ola bilər. Ancaq geriyə gedib dərində iz qoyan, yara açan bu məqamı tapmaqla onu çözmək mümkündü. Müxtəlif səbəblər ola bilər. Sən ana qayğısına, sevgisinə ehtiyac duyduğun zamanlarda onun başqa maraqları olub. O, müxtəlif tədbirlərdə, işgüzar görüşlərdə, ya da rəfiqələrilə laqqırtıda vaxt keçirib. Və ya formada qalsın deyə səni süddən çox tez ayırıb.

Başqa səbəblər də ola bilər. Psixoloji səbəblər, məsələn, sən arzuolunan uşaq deyildin, o səni doğmaq istəməyib, dərman atıb, amma bu işə yaramayıb. Bəlkə də o sənin atana nifrət edib, qisası səndən alıb. Ola bilər ki, sən atana çox bənzədiyin üçün onda qıcıq oyatmısan. Bütün hallarda sən bir anlıq uşaq olmalısan, geri qayıtmalı və səbəbi tapmalısan.

Sənin içində əvvəlki kimi bir uşaq yaşayır. Uşaq gənc oğlana çevrilmir. Gənc oğlan uşağın üstünə gəlir. Daha sonra qoca onların üstünə gəlir. Və beləcə çoxqatlı, çoxpilləli insan yaranır. Uşaq lap altda qalıb. Buna soğanağı misal gətirmək olar. Qatlarını açdıqca görürsən ki, hamısı üstündədi. Soyduqca baxırsan ki, içi qat-qatdı.

Psixoterapiya insana yenidən uşaq olmağa kömək edir. Daha doğrusu, özünü uşaq kimi hiss etməyə kömək edir. Dalaşırsan, ağlayırsan, küsürsən, ərköyünlük edirsən, qışqırırsan, amma bütün bunlar indiki zamana aid deyil. Bu qışqırıq, ağlama böyük adama aid deyil.

Bu qışqırıq içində gizlədilmiş uşağa – uşaqlığa aiddi.

Bu səs eşidiləndə insanın bir çox keyfiyyətləri kənara atılır.

Bu metodun yalnız bir hissəsi – prati-prasavdı. Təxminən beş min il əvvəl Patancali bütün halların yaranma səbəbini öyrənən elmi sistemlə məşğul olurdu.

Səbəbi ancaq kökdə tapmaq mümkündü. Ağacın qol-bu­dağını kəsməklə onun qarşısını almaq olmaz. Əksinə, belə etməklə o daha da şaxələnəcək, böyüyəcək. Ağacı ancaq kökünü kəsməklə məhv etmək olar.

“Prati-prasav” gözəl sözdü. Prasav – doğuluş deməkdi. “Prati-prasav” “yaddaşda doğulmaq” deməkdi. Sən yaddaşa qayıdıb həmin travmanı yenidən yaşayırsan. Unutma, sən xatırlamırsan, sən yenidən yaşayırsan, təkrar zərbə alırsan.

Sakit bir küncdə oturub hər şeyi xatırlamaq olar. Sən ananın vurduğu ağır şilləni də xatırlaya bilərsən, səni döyməsini də. Çox şeyi xatırlaya bilərsən. Ancaq bu yüngüllük gətirməyəcək, yaran sağalmayacaq. Əksinə, dəfələrlə eyni ağrını yaşayacaqsan.

Sən elə xatırlayırsan ki, bütün bunlar elə bil başqa bir adamın başına gəlib.

Yenidən hiss etmək, yenidən yaşamaq: prati-prasav budu.

Anan səni döyür və sən bunu xatırlamırsan. Sən indi, bu dəqiqə, hal-hazırda baş verirmiş kimi yaşayırsan, həyəcanlanırsan. O səni xatirələrində döymür. İndi döyür, indi incidir. Sən yığılırsan, gərilirsən, əsəbiləşirsən, təpki verirsən. Elə hala düşürsən, sanki hadisə bu dəqiqə baş verir. Prati-prasav budu. Bu üsul təkcə psixoterapiyada işə yaramır. Bu üsul ləyaqətli həyat və həqiqət axtaran hər kəs üçün keçərlidi.

DİQQƏT DƏLİSİ

Niyə mən dilənçi kimi yad adamlardan diqqət gözləyirəm. Bundan necə xilas olum?

Bu insanın ən çox dərinə nüfuz etmiş zəifliyidi. İnsan ətrafın diqqətini arzulayır həmişə. Çünki özünü tanımır. Ona başqalarının fikri, başqalarının tərifi, başqalarının münasibəti lazımdı. Bunsuz bacarmır. Başqaları onu sayıb seçəndə o özünü önəmli hesab edir. Özgüvəni artır, qüruru yerinə gəlir, özü haqda yüksək fikirdə olur.

Amma əhatəsi onu adam yerinə qoymasa, onu saymasa, ona qarşı kobudluq edib, onu öz çevrəsindən uzaqlaşdırsalar insan özünü tənha, gərəksiz, dəyərsiz, heç nəyə yaramayan, boş, heç bir qiyməti olmayan biri hesab edir. Başqalarından diqqət görməyəndə onun şəxsiyyəti, kimliyi yoxa çıxır. Çünki bu kimlik qondarmadı, uydurmadı. Başqalarının fikri onun üçün çox vacibdi. Ona görə də başqalarından fikir almayanda özünü pis hiss edir, özünə qiymət vermir.

İnsan bunu, sadəcə, hələ dərk etməyib.

Hər kəs diqqət görmək istəyir, təkcə sən yox. Bu o vaxta kimi olacaq ki, sən özünü tanıyacaqsan, öz həqiqi qiymətini biləcəksən, mahiyyətini anlayacaqsan. Başqa cür mümkün deyil. Başqalarının rəyinə hesablanmış mənlik həqiqi ola bilməz. O, başqalarına yarımaq, onların xoşuna gəlmək üçün sənin yaratdığın yalançı obrazdı. Sən müstəqil olaraq özünə qiymət verə bilmirsən. Çünki sən başqalarından, başqa düşüncədən asılısan.

Belə adam təkbaşına olanda həmişə köməksiz və qərarsızdı. Çox az adam özünü tapa bilir.

Qalanları bir-birindən asılı vəziyyətdə yaşayır. Ona görə də fikirlər, qaydalar, tərzlər, yaşam, həyat bu qədər bozdu, bu qədər darıxdırıcıdı. Hamı bir-birinin təkrarıdı. Çünki hamı bir-birinin fikrinə əsasən yaşayır.

Demək olar ki, hər kəsin diqqət çəkmək kimi bir şüuraltı arzusu, ehtirası var. Hər kəs istəyir ki, ona fikir versinlər. Buna görə lənətlənməyə, tənqid, bəzən, hətta təhqir olunmağa da razı olanlar var. Əlbəttə, yaxşı olar ki, ətraf sənə sevgi və sayğıyla yanaşsın. Amma istənilən halda bu olmasa belə, əsas məsələ diqqət çəkməkdi. Başqalarının fikrini özündə cəmləməkdi. İnsanlar sənin haqda fikir bildirməli, səndən danışmalı, səni təhlil etməlidirlər.

Hədəf isə birdi: diqqət çəkmək.

Gəlin əvvəlcə “diqqət” məsələsini aydınlaşdırmağa çalışaq. Bu sözü “şərəf” sözü ilə eyniləşdirirlər. Sənə diqqət edirlərsə, bu sənin üçün şərəf sayılır. Halbuki ingiliscədə “diqqət” dönüb bir də baxmaq anlamında işlənir. (respect – təkrar baxmaq) Məsələn, sən küçə ilə gedirsən və yanından ötən biri çönüb təkrar arxanca baxır. Bu niyə sənin üçün şərəf sayılmalıdı? Yalnız diqqət çəkdin deyə? Bu prizmadan yanaşanda belə çıxır ki, sənə baxsınlar deyə ağlına gələn hər şeyi edə bilərsən.

Sənə diqqət kəsilsinlər deyə hər gicliyə əl ata bilərsən. Belə adamın ancaq bir adı var “diqqət dəlisi”. Bu ağıllı adamın işi deyil. Ağıllı adam üçün fərqi yoxdu ona baxırlar, ya yox. O öz həyatını yaşayır. Və bu zaman diqqət çəkirsə yalnız özlüyü, gerçək kimliyi diqqət çəkir. O bunun üçün xüsusi şeylər eləməyə çalışmır. O elə olduğu kimi maraq yarada bilir. etmək istəyənlər sonunda iflasa uğrayırlar. Çünki bu həqiqi deyil, oyundu. Oyun əvvəl-axır bitir. Onu süni şəkildə uzatmaq istəyəndə də tamamilə mənasızlaşır.

Bəziləri ekstravaqant saç düzümü edir ki, diqqət çəksin. Buna görə onları qınamaq da olmaz. Onlar bu cür istəyirlər. Onlara fikir verən olmasa, məhv olarlar. Qərbdə pankalar məsələn, saçlarını qeyri-adi şəkildə kəsdirirlər, qəribə rənglərə boyayırlar və bununla da mühitin diqqətini çəkmək istəyirlər. Valideynlər gərək onları qınamasın, tənqid etməsin. Uşaqların seçim etmək haqları var. Onlar özlərini bu cür ifadə edirlər. Keçmişdə də insanlar bu kimi üsullara əl atıblar. Məsələn, çılpaq gəziblər.

Maxaviraya və ya Diogenə çılpaq gəzmək çox vacib idimi? İnsan çoxdan bəri artıq lüt-üryan gəzmir. Heyvanlar paltar geymirlər, amma onların xəzləri var və bu xəzlər heyvanları soyuqdan, şaxtadan qoruyur. Təbiət insanı da fəsillərdən bu cür qoruyub. Ancaq insanın ağlı var. O özünə geyim icad edib, dəb icad edib. Geyim insan üçün çox önəmli məsələdi.

Tədricən tük qatı öz funksiyasını itirib. İndi insan soyunsa belə, qoruma mexanizmi işləməyəcək. Maxavira və Diogen unikal adamlar olub. Ancaq mən əminəm ki, onlar özləri buna əmin olmayıblar. Bütün şübhələrdən azad olmaq üçün onlar lüt gəziblər. Hamının geyimdə gəzdiyi bir dünyada çılpaq adam həmən diqqət çəkəcək. Ona baxmamaq mümkünsüzdü. Ondan “nə olub?” soruşmamaq da eynən.

Ancaq zamanla insanlar onlara xüsusi münasibət göstərməyə başlayıblar. Çünki bu adamlar onlar kimi geyimli-kecimli gəzmirdilər. Ancaq mən düşünmürəm ki, çılpaqlıq nəsə xüsusi, təəccüblü, fərqli bir şeydi. Bütün heyvanlar, bütün ağaclar çıl-çılpaqdı.

Hindistanda hələ də belə bir neçə caynist keşiş qalmaqdadı. Onlar 20 nəfər ola, ya olmaya. Onlardan biri öləndə yerinə adam tapa bilmirlər. Çünki bu axmaq vəziyyətə düşmək istəyən adam tapmaq çox çətindi. Onlar çılpaq gəzirlər. Mən onları görmüşəm. Üzlərində xüsusi ruhani vəziyyət, müdriklik, dünya dərki kimi əlamətlər gözümə dəyməyib. Onlar çox yuxulu, bezgin, hətta usanmış görünürlər. Çünki ancaq sənə fikir versinlər deyə, ömrünün sonuna kimi çılpaq yaşamaq əzablıdı.

Onlar özlərini buna məcbur edirlər deyə heç birinin görünüşündə rahatlıq və razılıq elementləri yoxdu. Onlar ciddi və toparlanmış görünsələr də, üzləri kədərli və yuxuludu. Hansısa səfehlik insanı diqqət mərkəzinə çevirəcəksə, o bunu edəcək. İnqilaba qədərki Rusiyada bir qrup adam vardı ki, ilin konkret hansısa günündə öz cinsiyyət orqanlarını kəsirdilər. Onların bir sürü davamçıları da oldu. Bu adamlar ruhani sayılırdı. Onlar xüsusi dini status alırdılar. İlin bir günü onlar kilsəyə yığışıb öz orqanlarını kəsirdilər.

Qadınlar da bu mərasimdə kişilərdən geri qalmamaq üçün cinsiyyət orqanları içəridə olduğuna görə döşlərini kəsirdilər. Minlərlə adam bu səhnəni izləməyə gəlirdi. Minlərlə adam onların ayağına düşürdü. Onları müqəddəs sayırdı. Bu dəhşətli qanlı-qəltanlı, vahiməli səhnə dini mərasim hesab olunurdu. Adamlar təbiətə qarşı çıxıb özlərini qana bulaşdırdıqlarına görə, cinsi orqanlarını kəsdiklərinə görə ruhani sayılırdılar. Minlərlə vəhşi bunu izləyirdi.

Oruc saxlamaqda qeyri-adi nə var? Mahatma Qandi illərlə insanların bu cür diqqətini çəkdi. Oruc saxlamaqla özünü gözə soxdu. Əgər o aclıq saxlamaqla ölümə qədər getsəydi bütün dünyanın diqqətini çəkəcəkdi. Dində oruc saxlamaq xüsusi bir iş sayılır. Dünyada milyonlarla insan acından ölür. Niyə heç kim onları təqdir etmir, niyə heç kim onları mübarək insan hesab etmir? İyirmi ildən sonra yüz minlərlə adam aclıqdan öləcək. Niyə bu adamlar ruhani hesab olunmur? Çünki onların aclığı məcburidi. Onlar istəyərək aclıq etmirlər. Ona görə ki, onların yeməyi yoxdu. Onlar yoxsul və ac adamlardı.

Mahatma Qandinin hər şeyi vardı, amma o, kasıb adam kimi yaşayırdı. Mahatma Qandiyə çox yaxın olan bir qadın Sarodcini Naydu bir dəfə etiraf elədi ki, Qandinin yoxsul yaşadığını hiss eləməsi üçün çoxlu xərc və əziyyət tələb olunurdu. Belə çıxır ki, bu, aclıq-filan deyildi, bu, sadəcə, şou idi. Mahatma inək südü içmirdi, çünki inək südünü kasıblar içə bilmirdilər. O, keçi südü içirdi.

Keçi südü kasıblar üçün əlçatan idi. Amma heç kim bilmirdi axı bu keçi ən bahalı sabunla gündə iki dəfə yuyulur, ot-ələflə deyil, qoz-fındıqla qidalanırdı. Ən bahalı meyvələrdən yeyirdi, keçi özü inək südü içirdi. Dəxli yoxdu, diqqət var idi.

O, səhər-axşam dualar edirdi. Sadə hindlinin geydiyi kimi geyinirdi. Və bütün Hindistan yoxsulları onu “mahatma” adlandırmağa başladı. Mən onun bütün həyat və yaradıcılığını oxumuşam. Onda “böyük ürək” adlı heç nə yox idi. Heç kiçik ürək də yox idi. O, sadəcə, bilirdi ki, hind xalqını ancaq və ancaq dinlə ələ almaq olar. Və bu şansdan bol-bol istifadə edirdi.

Siyasətçilər dindar imici yarada bilirlər. Çünki bu, minlərlə adamın diqqətini çəkir. Minlərlə adam buna aldanır.

Kilsə aborta qarşı çıxır. Ona görə yox ki, o, həyatı və insanı sevir. Həyatı necə sevə bilər ki, bütün günü onu lənətləyir. Katoliksizmdə (kilsəçilikdə) əsas məqsəd insanları bədbəxt etməkdi. İnsanlar nə qədər bədbəxtdirlərsə, bir o qədər onların kilsəyə ehtiyacı olur. Buna görə də onlar üçün önəmli deyil ailə bu uşaqlara baxa biləcək; bu uşaqlar sağlamdırlarmı, bu uşaqlar lazımdırlarmı? Əsas odu ki, bədbəxtlik bol olsun və kilsə durmadan çalışsın.

Tereza anaya Nobel mükafatı verirlər, onu xüsusi statuslarla, adlarla təltif edirlər, onu hər yerdə təbliğ edirlər. Çünki Tereza ana yetimlərə, kimsəsizlərə kömək olur, analıq edir. Heç kimi bu sual düşündürmür: Bir tərəfdən abortu qadağan edirsiz, nikahdankənar doğulan körpələri və ananı lənətləyirsiz, digər tərəfdən onlara himayədarlıq edirsiz. Bu nə şou, bu nə oyundu belə? Yetimliyin qarşısı alınmaq əvəzinə ona gedən və aparan bütün yollar açılır. Və sonradan kilsə onları qanadı altına alıb həmin uşaqlardan din kuklaları düzəldir.

Siyasətçilərin heç biri bunu problem olaraq görmür. Heç kim “doğuşların qarşısı alınmalıdı” demir. Dünyada isə aclıq getdikcə artır. Bir tərəfdən alimlər iddia edirlər ki, sivilizasiya elə həddə çatıb, elə bir texnoloji yüksəlişdədi ki, dünyanın 5 mld adamı yedirmək potensialı var. Halbuki bunun reallıqda təsdiqi yoxdu. Və heç bir siyasətçi bu məsələyə toxunmur.

Bütün siyasətçilər, liderlər özlərinə diqqət çəkmək istəyirlər. İstəyirlər fotoları, adları mətbuatda, orda-burda hallansın. Hamı onlardan danışsın. Bunun üçün hər çirkin işə əl atırlar. Siz Riçard Nikson haqqında nəsə bilirsiz? Halbuki bu adam, nə vaxtsa, dünyada ən nüfuzlu adamlardan biri idi.

Siyasilər bu nüfuzu öz şəkillərini, soyadlarını gözə soxmaqla qazanırlar. 20 gün onlardan heç kim danışmasın, heç yerdə görünməsinlər, həmən unudulub gedəcəklər. Diqqət mərkəzində olmayan andan etibarən onların gücləri də, hakimiyyətləri də, nüfuzları da yavaş-yavaş sönür. Heç kəsə maraqlı deyil ölüb bu adam, yoxsa sağdı. Çünki o, özünü zorla gözə soxur. Görürsən ki, təkcə sən deyilsən diqqət arzulayan.

Səbəb də budu ki, biz öz yalançı kimliyimizdən asılıyıq. Olmayan kimliyimizdən. Uydurma, qurama kimlikdən. Onu cəmiyyət yaradıb cəmiyyət də məhv edəcək. Sənin gücün onda deyil. Qurtul ondan, azad ol. Sənin gücün təbii kimliyindədi. Tap onu. Güvən ona.

Meditasiya sənə kömək edər.

Təbii kimlik səni qoruyur. Bundan sonra bütün dünya yığışıb sənə desə ki, həqiqət budu, ya da sən filan şeyi düz eləmirsən, əgər kimliyin sənə deyirsə ki, yox, sən haqlısan, sən rahat olacaqsan. Heç kimə əhəmiyyət verməyəcəksən. Sən yalandan asılı olmayacaqsan. Və həqiqət səni qorxutmayacaq. İndi sənin kimliyin suyun üzərində yazı kimidi. Silinməsi an məsələsidi. Sən adını həkk etməlisən. Özünü qəbul edəndən sonra sən başqalarına hesablamayacaqsan heç nəyi. Və rahat olacaqsan. Hər şeyi dərdə çevirməyəcəksən.

Qadınlar yığışıb söhbət edirlər. Biri deyir: Mənim 4 yaşlı oğlum elə gözəl şəkil çəkir ki. O biri deyir: Mənimki dərslərini ötür.

Növbə sonuncu qadına çatanda deyir: Mənim oğlumun 5 yaşı var. Dünən özü psixoloq yanına gedib.

Bir qadın keşişə etiraf edir:

– Mən şöhrətpərəst oluram get-gedə.

– Niyə belə düşünürsən?

– Çünki hər dəfə güzgüyə baxanda özümdən xoşum gəlir. Özümü çox gözəl hesab edirəm.

– Narahat olma, bu səhv fikirdi.

Xəstəxanada otolorinqoloqun uğurlarından danışırlar. Ona xüsusi mükafat və qızıldan qulaq heykəli bağışlayırlar. Həkimə çıxış verəndə o deyir:

– Bəxtim gətirib ki, ginekoloq olmamışam.

Özgələrinin fikrindən asılı olmaq çox pisdi! Ürəyini dinlə, içindəki səsi dinlə. Sakitliyə çəkil, hər kəsdən uzaqlaş və içəridəki səsi dinlə. Bu mümkündü. Əgər mən “mümkündü” deyirəmsə, deməli, mümkündü. İnan!

Bundan sonra səni öldürmək istəsələr də mümkün olmayacaq. Bəlkə səni cismən öldürərlər. Amma ruhən heç kim səni boğa, məhv edə bilməz.

İndividual ol. Özəl ol. Ancaq individualist başqalarının fik­rindən azad ola bilər. Qalanları ömür boyu başqalarından asılı qalaraq yaşayacaqlar. Daha doğrusu, sürünəcəklər.

Öz hikkəndən, şöhrətbazlığından əl çəkməsən, ömrü boyu cəmiyyətin arxasınca sürünəcəksən. Bir şeyi anlamaq lazımdı: şan-şöhrət, hörmət, reputasiya arxasında ciddi bir səbəb və məna dayanmır. Boş şeylərdi. Bu ömür sənə aiddi, amma özünü tapmasan, elə həmişə onun-bunun fikrindən asılı yaşayacaqsan. Sənin içində imperator var. Sadəcə, onu qazıb çıxarmaq lazımdı.

Sənin səltənətin öz içindədi. Gözləri yumub özündə cəmləşmək lazımdı, öz duyğularına köklənmək lazımdı. Bir az nizamlı olmaq, bir az da vərdiş etmək tələb olunacaq. Ən əsası, ətrafda heç bir qıcıqlandırıcı amilə reaksiya verməməkdi. Bütün diqqətin öz içinə, daxilinə, qəlbinə yönəlməlidi. Özünə səyahət etməlisən, özünə baxış keçirməlisən. Təxminən gündə iki dəfə belə etsən, tədricən özünü ölümsüz hiss edəcəksən. İnanılmaz bir güc gələcək sənə.

Sən heç kimin diqqətinə ehtiyac duymadığın, heç kimin fikrinə məhəl qoymadığın gün hiss edəcəksən ki, ətrafın diqqəti sənə yönəlib. Bütün xarizma özəllikdədi. Özəl olan, kimsənin fikri ilə yaşamayan adam həmişə mühit üçün maraqlı olur. Onlar sənin fərdiliyini, unikallığını, cazibəni hiss edəcəklər. Hərçənd heç kəs bu maqnetizmin səbəbini bilməyəcək, anlamayacaq. Mövcudluğunu dərk edənlər birdən-birə hər kəsin diqqətini çəkdiklərinin fərqinə varırlar. Amma bu onlara gərək olmur.

PLEYBOY

Mən eyni vaxtda üç qadınla görüşürəm. Bu cəhənnəm artıq üç aydı davam edir. Başımı itirmişəm, mənə kömək elə.

Yəqin sən supermensən. Eyni zamanda üç qadınla görüşmək, ancaq supermenlik əlamətidi. Normal kişiyə bir qadın bəs edir. O ki qaldı nəsə eləmək məsələsinə, zamana burax. Zaman özü hər şeyi yerbəyer edəcək. Qadınlar özləri bu problemi həll edəcəklər. Onlar daha tədbirlidilər bu məsələdə.

Con və Meri dəmir yolunda sekslə məşğul olurlar. İşin qızğın məqamında qatarın səsi gəlir. Conla Meri yoldan çıxmağa fürsət tapmırlar. Yaxınlaşanda sürücü qatarı dayandırır. Qatarı saxlamaq cinayət sayıldığı üçün məhkəmə qurulur. Hakim soruşur:

– Con, mən də kişiyəm, hər şeyi başa düşürəm. Sevgilinlə dəlilik eləmək istəmisiz, əylənmək istəmisiz. Bircə onu başa düşə bilmirəm ki, niyə qatar yaxınlaşanda kənara çəkilməmisiz?

Con:

– Cənab hakim, biz dayana bilmədik və mən fikirləşdim ki, qoy kim dayana bilirsə, o dayansın.

Uzunmüddətli tənhalıqdan sonra birdən-birə üç qadına vurulmuşam. Bəlkə bu Tanrının mənə hədiyyəsidi. Birilə münasibət gəriləndə o birinin yanına gedirəm. Onunla alınmayanda üçüncünün. Elə o da mənimlə dalaşıb özünə başqasını tapdı. Bilmirəm bu nə deməkdi…

Sənin ağlına gəlmir ki, üç qadın lap çoxdu? Bir qadınla baş edə bilmirsənsə, üçüylə necə edəcəksən? Bu sənə nə verir stresdən, narahatlıqdan başqa? “Tanrının hədiyyəsidi?” Bu daha çox lənətə oxşayır. Bu gedişlə sənə dördüncü qadın da lazım olacaq.

– Cekdən nə xəbər? Neçə vaxtdı onu görmürəm.

– Cek dənizdə batan bir qızı xilas eləyib, sonra onunla evləndi.

– Nə yaxşı. Xoşbəxtdi?

– Həm də necə… O vaxtdan dənizə nifrət edir.

Yəqin sənin qəlbin çox genişdi. Hətta üç qadın belə səni yormur. Yəqin sən çox müqəddəs adamsan. Yoxsa bu qədər çətinliyə niyə dözəsən ki?..

Üç kişi hər gün eyni qatarla işdən evə gedirlər. Üçüncü gün aralarında tanışlıq yaranır. Biri qürurla deyir:

– Mənim arvadım hər gün məni qarşılayır. Biz 10 ildi evliyik.

İkincisi də ədabaz-ədabaz qayıdır ki:

– Mənim də arvadım hər gün qarşılayır, amma biz 18 ildi evliyik.

Üçüncü yaşca onlardan daha kiçik olur. Hıqqanır ki, nəsə desin:

– Bilirsiz, məni də…

İkinci tez lağla onun sözünü kəsir:

– Səni də arvadın hər gün qarşılayır?

– Hə, qarşılamağına qarşılayır, amma mən hələ evli deyiləm.

Həyatında üç qadın var, amma hələ evli deyilsən. Bir azdan onlar sənin başında tük qoymayacaqlar. Qadınlarla belə zarafat keçmir. Onlar müəyyən vaxtdan sonra səni küncə sıxacaqlar. Səndən dürüstlük tələb edəcəklər, baş verənlərə bir izah istəyəcəklər. Sən çox pis vəziyyətdə qalacaqsan. Sən ağlını itirə bilərsən, mən də tələbəmi…

Vaynşteynin çirkin bir qızı vardı. O, bir cavan oğlan tapıb qızını ərə verdi. Onlar on il birgə yaşadılar, iki qızları oldu. Bir gün Vaynşteyn kürəkəni öz ofisinə dəvət elədi:

– Sən mənə iki gözəl nəvə bağışlamısan. Məni dünyanın ən xoşbəxt adamı eləmisən. İstəyirəm biznesimin 45%-ni sənə verim.

– Çox sağ olun, ata.

– Başqa nə edə bilərəm sənin üçün?

– Məni geri alın.

Mən səni onlardan almağa hazıram. Sadəcə, sən qadınlarından öz qiymətini öyrən.

Sevgi yaxşı ibrət dərsidi. Sevgi təcrübə kimi çox yaxşıdı. Lakin sadəcə, təcrübə kimi bir dəfə və bir qadın yetmək şərtilə. Bir məktəb bəs edir. İki, ya üç məktəb nəyə lazımdı? Sən axı üç dəfə eyni məktəbi bitirmirsən. Bu əzabdan başqa insana heç nə verməz.

Eyni vaxtda üç qadınla və ya üç kişilə görüşmək insanı ancaq dəli edə bilər. Bu narahat, gərgin bir yaşamdı. Bir məsələ də var. Sevgi iki nəfər arasında yaranan bağdı. Sevgini duymaq, yaşamaq, anlamaq üçün iki insan birləşməlidi, bütövləşməlidi, tamlıq yaranmalıdı.

Dörd insan necə birləşə bilər? Bir qadın və bir kişi birləşməsi həyatın qanunudu.

Amma sənin situasiyan təbii hal deyil. Ona görə də o sənə sevinc gətirə bilməz.

Sevgi başlanğıcda fiziki, bioloji meyildən başqa bir şey deyil. Buna əvvəldə daha artıq bir anlam verməyə ehtiyac yoxdu, çünki əvvəldə sevgi, sadəcə, bədənin başqa bədənə can atmasıdı.

Zamanla sevgi daha başqa forma alır. Zamanla sevgi bioloji faktor olmaqdan çıxır, böyüyür, artır, yeni şəklə keçir. Hər şey kimi sevgi də zamanla böyüyür, dəyişir. Daha kamil olur. Arada böyük bağ yaranır. Yeni dəyərlər formalaşır. İnsanlar bir-biri üçün daha qiymətli olurlar.

Bütün bunları üç qadın və ya üç kişi ilə necə yaşamaq olar? Hara kimi yaşamaq olar?

Bunu düşünmüsən heç? Çoxu ilə münasibət saxlayan adam əslində içində boşluq hiss edir. Çünki sadaladığım şeyləri çox adamla yaşamaq mümkün deyil. İçin həmişə bir boşluq içində olacaq. Çünki onların heç biri, əslində, sənə lazım olan adam deyil. Hansısa sənin adamın olsaydı, o birilərə ehtiyac qalmazdı. Bunun özünü aldatmaqdan başqa adı yoxdu. Belə münasibət insanı böyüdə bilməz, onu yetkinləşdirməz. Sən həmişə bir narahatlıq, bir gərginlik, natamamlıq içindəsən. Bu səni sərbəst olmağa qoymur. Sərbəst olmayan adam böyüyə bilməz.

Bir partnyorla uzunmüddətli münasibətin insana inanılmaz faydası var. Zaman onlara bir-birini dərindən tanımağa imkan verir. Niyə belə olur? Məsələ ondadı ki, hər qadının kişi başlanğıcı, hər kişinin qadın başlanğıcı var. Özündə bu başlanğıcı tapmağın, dərk etməyin, duymağın və anlamağın, qəbul etməyin ən asan və ən gözəl yolu əks cinslə ciddi və uzunmüddətli münasibətdə olmaqdı. Zaman-zaman siz bir-birinizdə əriyəcəksiz. Sən qadını, o kişini daha yaxşı tanıyacaq.

Sənin çox qadının olsa, yalan danışmağa məcbur qalacaqsan. Düşüncən qarışacaq. Fikrini deyə bilməyəcəksən. Hər an nəsə uydurmalı olacaqsan. Səmimi olmayacaqsan və qadınlar bunu hiss edəcəklər. Şübhələr yaranacaq. Qadının inamını qazanmaq çox çətindi – əgər o, sənin həyatında tək deyilsə. Kişini aldatmaq çətin deyil, çünki o ancaq ağlıyla yaşayır. Qadını aldatmaq demək olar ki, mümkün deyil. Çünki o, intuisiyayla, duyumla yaşayır. Sən onun gözlərinə baxmağa cürət etməyəcəksən. Qorxacaqsan ki, nəsə hiss edər, bütün yalanlarını anlayar.

Sənin çox qadının varsa, heç vaxt qadını anlamayacaqsan. Qadını anlayan adam heç vaxt bir neçəsi ilə bir vaxtda görüşməz. Bunu edirsənsə, deməli, sənin qadın haqda heç bir təsəvvürün yoxdu. Bu da o deməkdi ki, sən öz qadın başlanğıcını heç vaxt tanıya bilməyəcəksən. Qadın-kişi münasibətləri güzgüdəki əksin kimidi. Qadın kişiyə baxanda öz kişi başlanğıcını, kişi qadına baxanda öz qadın başlanğıcını görür. Kişi nə qədər yaxşı tanıyırsa öz içindəki qadını bir o qədər bütöv olur.

Karl Qustav Yunq bu prosesi individualizasiya adlandırır. Özündə əks cinsi tapa bilən adam individual olur. Tam, bütöv olur. Çox adamla oynayaraq sən havada qalırsan, üzdə qalırsan, dərinliyin olmur, boşluqda yaşayırsan.

Kişi qadına vurulur. Bu onun üçün yenilikdi. Qadında hər şey onun üçün yenidi. Öyrənməyə, tanımağa çalışır. Hər detalına fikir verir. Gözləri, bədəni, gülüşü, saçları və s.

Qadın səni cəlb edir. Sən hipnoz altındasan. Ancaq yaxına getdiksə o, səndən qaçacaq.

Qadın nə qədər uzaq qaçırsa, kişi bir o qədər arxasınca gedir. Əgər qadın, sadəcə, “hə, razıyam” desəydi intuziazmın yarısı həmin an itərdi. Maraq qat-qat azalardı. Kişi aradan çıxmaq üçün yollar axtarardı. Qadın “yox” dedikcə kişi maraqda qalır. Çağırış hissləri öldürür. Qadın gərək əlçatmaz olsun. Kişi gərək onu əldə etmək üçün dəridən-qabıqdan çıxsın. Bu gün o, qadın üçün ölməyə razıdı, hər şeyə hazırdı. Sabah hər şey dəyişə bilər. Çıxıb gedə bilər, heç nə olmamış kimi… evlilik hər şeyi məhv edir.
Ətraf qadınla doludu. Zəbt olunmayan nə qədər sahə var. Onlar maraq kəsb edir, diqqət çəkir, ehtiras yaradır. Yeni ərazi tapmaq marağı kişini rahat buraxmır.

Eyni şey qadının düşüncəsi ilə də bağlıdı. Kişiyə qadının düşüncəsi maraqlıdı. Amma zirvə fəth olunandan sonra maraq ölür. Yeni axtarışlar başlayır. Bal ayı bitir, sevgi ötüb-keçir.Yeni hisslər, yeni həyəcan, yeni heyrət lazım olur. Kişi yeni qadın arzulayır. Ancaq bütün bunlar dərin, möhkəm münasibətlərin yaranmasına imkan vermir. Bu şəkildə güvən və inam içində sevgiylə yaşamaq mümkün deyil.

SEVGİLİ

Sevdiyim qız deyir ki, mən cansızam, maraqsızam, bədbinəm. Deyir ki, özünü məhv edirsən. Özümdə dağıdıcı enerji hiss edirəm. Nədənsə, bu mənə zövq verir. Bilmək istəyirəm ki, bu enerjini yaradıcı enerjiyə çevirmək mümkündü?

Sənin sevgilin çox rəhmlidi. Bütün kişilər sonunda cansıxıcı yox, hətta çox cansıxıcı olurlar. Fikir vermirsən ki, sənin, belə demək mümkünsə, sevgin bitməz-tükənməz təkrarçılıqdan, sarsaq gimnastikadan başqa bir şey deyil? Və bu səfeh oyunda həmişə uduzan kişi olur. Kişi tər tökür, özünə əl qatır, fısıldayır, ləhləyir, qadın da gözlərini yumub düşünür: “İki-üç dəqiqəyə bu kabus bitəcək”.

İnsanlar o qədər primitivdilər ki, eyni işlə məşğul olub yaxşı bir şey elədiklərini düşünürlər. Onlara elə gəlir ki, eyni işlə məşğul olanda cazibədar və maraqlı olurlar. Buna görə deyirəm ki, sevgilin sənə qarşı çox rəhmlidi. O, sadəcə, sənə “maraqsız” deyib. Mən deyərdim ki, sən dözülməz dərəcədə darıxdırıcısan.

Xristian missionerləri Hindistana gələndən sonra məlum oldu ki, bunlar ancaq bir intim poza tanıyırlar. Qadın altda, bu kobud alçaqlar da üstdə. Hindistanda bu pozaya “missioner pozası” deyirlər. Hindistan qədim ölkədi. Bir çox elmlərin vətənidi, o cümlədən seksologiyanın. Vatsiyananın kitabı beş min ildi aktuallığını saxlayır. Bu kitab “Kamasutra – Eşq kitabı” adlanır. Vatsiyana meditasiya sənətini dərindən bilən adam olub. O, seksin səksən dörd pozasını verib kitabda. Bunlardan mütləq istifadə etmək lazımdı. Yoxsa sevişməniz çox maraqsız, yorucu olar.

Vatsiyana əmindi ki, davamlı olaraq eyni pozada sevişmək hər şeyi məhv edər, darıxdırıcı edər. Hətta iyrəndirə bilər. Ona görə də münasibətlərə yeni nəfəs vermək üçün səksən dörd forma fikirləşib. Bütün dünyada bu kitabın bənzərini yaza bilən adam olmayıb. Bu cür kitabı ancaq meditasiya sənətini gözəl bilən, ayıq ağıla sahib olan bir adam yaza bilərdi.

Sənin seksin nə məna daşıyır? Öz seksual münasibətlərinə baxsan, görərsən ki, nə qədər dayazdı. Qadın bu dayazlığı daha çox hiss edir, çünki kişi üç-dörd dəqiqəyə boşalır, amma qadın bu vaxt ərzində hələ heç prosesə köklənə bilmir, hələ heç nə hiss eləmir.

Dünyanın bütün ölkələrində, hər yerdə qadının beyninə yeridiblər ki, o seksdə aktiv olmalı deyil. Guya seks çirkli bir işdi və bununla ancaq fahişələr məşğul olur. Ledilərin işi sakitcə uzanmaqdı. Lord isə onunla istədiyini edə bilər. Seksə bu cür yanaşma yenilik deyil. Burda yeni olan heç nə yoxdu.

Sən sevgilindən inciməli deyilsən. O sənə düşündüyünü açıq və dürüst şəkildə deyir. Orqazmın sevincini yaşatmısanmı ona? Yoxsa o, sənə ancaq boşalmaq üçün lazım olub?

Bəlkə sən ona məişət avadanlığı kimi baxırsan? O da bu cür tərbiyə olunub onsuz da.

Özünə qarşı bu cür münasibəti təbii qəbul edə bilər. Amma bu sizin münasibətinizə sevinc yaşada bilərmi?

Sən dalaşdığın yerdəcə sevişirsən. Əvvəlcə siz dalaşırsız, bir-birinizi ittiham edirsiz, bu onun o bunun başına balış atır. Sonra yorulub, söhbətləşməyə çalışırsız. Danışıqlar aparırsız.

Sizin seks danışıqlar aparmaqdı, barışmaqdı. Əgər sən böyük estetik zövqü olan adam olsaydın sənin yataq odan dava, sözləşmə yerinə çevrilməzdi. Yatağın sənin üçün müqəddəs yer olardı. Axı orda yeni həyat doğulur. Yataq otağından gözəl qoxular gəlməlidi. Gül-çiçək ətri gəlməlidi. Yataq otağına ibadət yeri kimi, müqəddəs ocaq kimi girmək lazımdı.

Seks tələsik olmamalıdı. Qadını tutdun, vəssalam. Yox, belə olmaz. Bunun heç bir mənəvi tərəfi yoxdu. Bu zövqlü deyil, ilahi deyil. Tələskənlikdə həqiqi hisslər olmur.

Sevişmə öncəsi gərək əzizləmələr olsun. Gözəl musiqi, rəqs, bir yerdə meditasiya olsun. Seks bütünlüklə ağlını zəbt eləməli deyil. “Bircə tez bu işi görsəydim” yanaşması çox dayazdı.

Sən seksi özün üçün geniş, sonsuz, miqyassız bir ləzzətə, ayinə çevirə bilərsən. Özünü bütünlüklə duyğularına ver. Hər şey gözlənilməz, spontan baş versin. Ağlın iştirakı olmadan.

Həzin musiqi, zərif qoxu, siz uşağa çevrilirsiz, bir-birinizdə əriyib itirsiz, rəqs edirsiz. Siz çiçəklərlə oynayan çocuqlar kimisiz. Bu cür atmosferdə seks tamam başqa keyfiyyətdə olur.

Nəzərə almaq lazımdı ki, qadın müxtəlif növlü orqazm yaşayır, kişi isə bir növ. Bir dəfədən sonra süstləşir. Hətta səhər seksin “paxmeli” hiss olunur. Yaş ötdükcə bu daha çox nəzərə çarpır. Anlamaq lazımdı ki, qadın seksdən mümkün qədər çox enerji almaq istəyir. Axı o, ana olmağa hazırlaşır. Kişi ehtirası bircə yerlə bağlıdı, yerli anesteziya kimidi. Qadının isə orqazm hiss eləməsi üçün bütün bədəni titrəməlidi, bütün bədəni ehtiraslanmalıdı, tələsməlidi. Sənin vəziyyətin unikal deyil. Bu qadınların doxsan doqquz faizinin problemidi. Qadın ancaq aşağıda olmalı deyil. Bu iyrəncdi.

Yekə, ağır bir bədəni daim incə, zəif bir bədənin üstündə təsəvvür eləmək dəhşətlidi. İkinci tərəfdən kişi daha passiv, daha sakit olmalıdı ki, iki dəqiqədən sonra orqazma çatmasın. Bunu yoxla öz münasibətlərində. Sən passiv tərəf ol, o aktiv. Ona çəkingən olmaması üçün şərait yarat. O, həmişə ledi, xanım olmalıdı. Bu sənin düşüncəndi. Bunu kişi fikirləşib. Tanrı isə, sadəcə, qadın yaradıb. Passiv ol, imkan ver bütün enerjisini töksün, coşsun, ehtiraslansın. Sən isə onun dəlisovluğundan zövq almağa çalış. O orqazma çatanda gözlə. Oyun sənin orqazmınla bitməlidi, başlamalı deyil.

Bundan sonra qadın sənə “maraqsızsan” deməyəcək. Sən onun üçün şahzadəyə çevriləcəksən. O səndən ötrü dəli-divanə olacaq. Gözlərini yum. Qoy o utanmasın, çəkinməsin. Qoy nə istəyir, necə istəyir eləsin. Qoy gülsün, ağlasın, hoppansın, qızışsın. Sən passiv ol. Onun hərəkətlərindən, ehtirasından zövq al. O “Xari OM TAT SAT” deyənə qədər gözlə. “Xari Om Tat Sat” orqazm püskürməsi deməkdi. Yalnız bu halda o səndən ötrü öləcək. İndi isə sən özünü axmaq kimi aparırsan. Əksər kişilər də sənin kimi.

Doğru qidalan. Meyvə ye, şirə iç, xeyirli qidalan. Özünə qulluq elə, enerjili ol. Həyatla dolub daş. O sənə bunun üçün şərait yaradır. Sən isə səfeh-səfeh suallar verirsən.

Bekki Qoldberq ərinə deyir:

– Sən çox gözəl sevgilisən.

– Doğrudan? Mən həmişə gözləmişəm ki, kimsə bunu desin. Amma heç kim deməyib. Ona görə də həvəsdən düşmüşəm.

– Nə danışırsan? Sən əla sevgilisən. Mən bunu sənə hər dəfə demək istəyirəm, amma sən həmişə uzaqlarda olursan.

Bekkiylə sevişərkən Qoldberqin fikri həmişə başqa yerlərdə olub. O pul sayıb, hesabat aparıb, işləri həll edib.

Adətən yataqda iki adamla yanaşı daha iki adam olur. Bekki əri ilə sevişir, amma xəyalında Məhəmməd Əli var. Qoldberq Bekkiylə sevişir, amma fikri aktrisaların, başqa qadınların yanındadı.

İki dost görüşür. Biri o birinə deyir:

– Dünən qəribə yuxu görmüşəm. Bayaqdan sənə danışmaq üçün tələsirəm.

– Nə görmüsən?

– Böyük bir balıq tutmuşdum. Zorla dartıb çıxardım. Sonra baxdım ki, tutduğum bütün balıqlar yoxa çıxıb. Məəttəl qaldım.

– Bu nə yuxudu? Mənasızdı. Mən bu gecə bilirsən nə gör­mü­şəm? Görürəm bir tərəfimdə gözəl bir qadın lümlüt uzanıb. Çevrilib baxıram ki, o biri tərəfimdə də gözəl bir qadın uzanıb. Bilmirdim hansı daha gözəldi. Bu dərəcədə.

O biri dost əsəbiləşir:

– Bəs mənə niyə zəng eləmədin?

– Elədim. Mən sizə zəng vurdum, arvadın dedi ki, sən balıq tutmağa getmisən.

Sənə elə gəlir ki, adamla söhbət edirsən, amma onun fikri ayrı yerdədi. O heç səni dinləmir. Seks bu cür ola bilməz. İkiniz də eyni yerdə, bir-birinizdə olmalısız.

Sənin sarsaq dinlərin iddia edir ki, sevişmək ali məsələ deyil, ruhani deyil. Guya ruhanilik, ilahi duyğulara çatmaq üçün sən qadından imtina etməlisən.

Səfeh söhbətdi!

Ən gözəl duyğuları, ən ali və ruhani hissləri insan sevişərkən yaşayır.

Deyirsən “özümdə dağıdıcı enerji hiss edirəm və bu mənə ləzzət verir”. Hamının destruktiv enerjisi var. Enerjidən yararlanmasan, ondan doğru istifadə etməsən, sxemin pozulacaq, dağıdıcı olacaq. Səni də, münasibətlərini də alt-üst edəcək.

Əgər bunun dağıdıcı olduğunu hiss edirsənsə, o sənin necə xoşuna gəlir? Deməli, sən intiharın, ölümün tərəfindəsən. Əgər sən bu vəziyyətdən çıxış yolu axtarırsansa, mütləq transformasiya olunmalısan. Quruculuğa başlamalısan. Enerjini yaxşı işlərə, özünə və sevdiklərinə xeyir verən şeylərə xərcləməlisən. Bunun üçün əvvəlcə özün yaxşı və yaradıcı tərəfə istiqamət götürməlisən.

O zaman darıxdırıcılığın azalacaq, bədbinliyin keçəcək, canlanacaqsan. Ən əsası, sən özünü pis hiss etməyəcəksən, günahkar saymayacaqsan, əzgin olmayacaqsan. Yaradıcı insan bütün bunlarla uğraşmır. O, kainatdan güc alır. Bütün aləm onun üçün maraqlıdı. O, enerjisini dünyaya ötürür və geri alır. Bu, ona rahatlıq gətirir, qürur verir. Bu, bütün insanların haqqıdı. Heyif ki, hər kəs bu haqdan istifadə edib həyatını yaradıcı şəklə salmır.

Enerjini yaradıcı istiqamətə kökləmək çətin bir iş deyil. Şəkil çək, rəqsə yazıl, bağda əlləş, əkin ək, şeir yaz. Səni yaradıcılıqla məşğul edə biləcək hər işə baş qoş. Yaradıcı insan həyata qarşı çıxa bilməz. Ancaq istedadsız, yaratmaqdan uzaq olan adamlar dünyadan küsə bilər. Sevdiyin qız əslində sənin həyatın üçün çox önəmli olan bir məsələni qaldırıb. Əlbəttə, ən asanı sevgilini dəyişməkdi.

Amma sənə bir söz deyim: o sənə əsl dostdu, səninlə dürüstdü, səmimidi. O sənə “maraqlısan” dediyi gün sənin həyatında dönüş nöqtəsi olacaq. Bu həyatının ən önəmli hadisəsi olacaq. Yoxsul və darqəlbli olma. Sevgili dəyişmək yerinə özünü dəyiş. Bəxtin gətirib ki, belə həlim və anlayışlı tapmısan. Başqası ilə sən sıxılacaqdın.

Sən bu həyatda nə eləmisən? Cansıxıcı, yorucu, maraqsız olmamaq üçün nə iş görmüsən?

Ölü kimi yaşamamaq üçün hansı tədbirlər görmüsən? Dəyişiklik zamanıdı. Sən ömrünün sonuna kimi o qıza minnətdar olacaqsan. Mən ona belə deyərdim: “Bu adamı yerindən tərpətməyə davam et. Onu tənqid elə, ona imkan vermə bir nöqtədə oturub qalsın. Bir gün yollarınız ayrılsa belə, sən bir insanı xilas etmiş olacaqsan. Yoxsa o özünü də, qarşısına çıxacaq qadınları da incitməyə davam edəcək. Onu dümsükləsən, ayrılsaz belə, səndən sonra onun həyatına gələcək qadın daha rahat olacaq. Bu yaxşılığı əsirgəmə. Sən əsl dostsan”.

ƏR

Mənim arvadım və üç uşağım var. Ailəmdə natamamlıq hökm sürür. Arvadım bütün günü məni danlayır. Biz ancaq uşaqların xətrinə bir yerdə yaşayırıq. Həyatımız cəhənnəmdi. Bu əzablardan necə çıxım?

Mən bir əhvalat danışım. Arkanzas ştatında dələduzluqla bağlı məhkəmə qurulur. Hakim müttəhimə baxıb soruşur:

– Sizin adınız Cim Murdu?

– Bəli, ser.

– Sizi uzunmüddətli həbs cəzası kəsiləcək bir cinayətdə müqəssir bilirlər?

– Bəli, ser.

– Cinayətinizi boynunuza alırsız?

– Bəli, – deyərək müttəhim çiyinlərini düzəltdi.

– Siz əfv istəyirsiz?

– Yox, ser.

– İki il ərzində sizin həyatınızda çoxlu xoşagəlməz hadisə olub?

– Bəli.

– Siz, hətta yaşamaq istəməmisiz?

– Bəli, möhtərəm hakim.

– Siz külli miqdarda pul oğurlayıb burdan qaçmaq istəmisiz.

– Bəli.

– Sizi bir adam öldürmək istəsəydi ona “çox sağ ol” deyərdiz?

– Bəli. Siz mənim barəmdə bu qədər məlumatı hardan bilirsiz?

– Mən arvadımdan ayrılandan sonra siz onunla evlənmisiz. Gəlin mən sizə əlli min verim, çıxın gedin. Siz kifayət qədər əziyyət çəkmisiz.

Cəhənnəmdən qorxmaq lazım deyil. Sən onsuz da cəhənnəmdəsən.

Əslində, nə cəhənnəm var, nə cənnət. Cənnət və cəhənnəm burda və indi olanlardı. Sənin həyat tərzin, yaşadıqlarındı. Elə yaşamaq olar ki, həyat cənnətə dönsün. Ya da əksinə.

Bütün məsuliyyəti arvadın üstünə atmaq olmaz. Onu sən seçmisən. Niyə belə deyingən arvad seçmisən? Sən əminsən ki, ondan boşanıb yenidən ona oxşarını tapmayacaqsan? Psixoloqla söhbət elə, o da sənə deyəcək ki, sən eyni cür qadın seçəcəksən yenə. Bu sənin seçimindi. Sən bu cür qadınları seçirsən. Bu sənin zövqündü. Sən əvvəlki düşüncə tərzindən qurtulmayınca elə bu cür də olacaq. Həmişə eyni tipli qadınları seçəcəksən.

Öz ağlından başqa nəyisə dəyişmək mümkün deyil. Düşünürsən ki, boşanmadan sonra hər şey qaydasında olacaq. Bu səhvdi, böyük səhv. Sən heç insan psixologiyasını bilmirsən. Yenə tələyə düşəcəksən. Yenə eyni cür qadın axtaracaqsan. Bundan sonra sən həmin qadını qınaya bilməzsən. Çünki sən onu seçmisən. Onun günahı yoxdu. Bir də axı mən ancaq sənin onun barədə fikrini eşitmişəm. Onun sənin barəndə nə düşündüyünü bilmirəm.

Yəqin sən də oda yağ atmısan. Əgər qadın səni incidirsə, üç uşaq dünyaya gətirmək nəyə lazım idi? Sən niyə üç məsum körpəni bu murdar dünyaya gətirmisən? Sən bu qədər sevmirsən öz uşaqlarını?

Arvadın belə dözülməzdisə, niyə sən üç uşağı bu psixoloji zədədən qorumadın? İndi bu uşaqları sizin kimi adamlar tərbiyə edir, böyüdür. Sən bunu üç məsum cana necə qıymısan? İnsanların əksəriyyəti belə məsuliyyətsiz yanaşırlar uşaqlara. Probleminiz varsa, niyə doğub-törəyirsiz bu yazıq körpələri?

Onlar sizin baxışlarınızı təkrarlayacaqlar, sizin dünyagörüşünüz, bir-birinizə olan münasibətiniz onları zədələyəcək; onlar həyatı sizdən öyrənirlər. Gör onlar sizdən nə sarsaq şeylər öyrənməli olurlar. Və sabah dünya bu cür böyüyən uşaqların əlində girinc-giriftar qalacaq. Bu davamlı proses bitmir. İnsanlar dünyaya uşaq gətirməyin nə qədər ciddi bir iş olduğunu dərk etməyənə qədər də bitməyəcək.

Oğlun özünə həyat yoldaşı seçəndə sənin arvadın kimisini seçəcək. Başqa necə ola bilər? Onu bu cür qadın böyüdüb. O beləsini tanıyır. Oğlun anasını sevir və onun sevdiyi qız da anasını xatırladacaq. Tarix təkrarlanacaq. Çox güman ki, sənin valideynlərin də bu cür oyun oynayıblar. Arvadın nədəsə sənin ananı xatırladır. Bütün üzüntülərin, əzabların səbəbi budu.

Sən üç körpəni, üç insanı xilas edə bilərdin. Çünki bu proses sən öləndən sonra da davam edəcək. Sən yox olacaqsan, ancaq okeanda qaldırdığın dalğalar qalacaq. Sakit bir su hövzəsinə daş at. Daş dibə enəcək, ondan sonra qabarcıqlar yaranacaq, su hərəkətə gələcək. Həyat okeanısa sahil tanımır. Onda yaranan hər qabarcıq, hər dalğa, hər hərəkət sonsuzluğa qədər yayılır. Gərək uşaqlara qədər bütün bunları düşünəydin. Amma nəyisə düzəltmək hələ mümkündü.

Arvadını dəyişmək, ya boşanmaq – bu məsələnin həlli deyil. Sən özün dəyişməlisən. Radikal şəkildə dəyişməlisən. Bəsdi əvvəl elədiyin səfehlikləri təkrarladın. Tamamən dəyiş. Bu günə qədər elədiklərini kənara qoy, eləmədiklərinə baş vur. Yeni insan ol. Sən dəyiş ki, yoldaşın da adekvat olmağa məcbur qalsın. Başqa cür olmur. O, yepyeni insan görəndə özü də dəyişməli olacaq.

Amma dəyişiklik özündən başlamalıdı. Əvvəlcə sən dəyiş­məlisən.

Həyat cənnətə dönə bilər. Bunu eləmək çətin və gec deyil. Cəsarət topla, baş verənləri dərindən analiz elə. Bu günə kimi necə yaşamısan – bunu anlamağa çalış. Situasiyanı dərk edəndən sonra yeni addım atmaq olar. Mexaniki hərəkətlər eləmə. Düşünülmüş addımlar at.

Münasibətlər də halqaya çevrilib. Çevir tatı, vur tatı olub. Ərinə və ya arvadına fikir ver. Hər şey zənn ediləndi. Hətta o, səhər durub nə edəcək, nə deyəcək, hansı sözə necə reaksiya verəcək, bunları bilirsən. Bu yaşamaq deyil. Bu proqramlaşmadı. Məsələn, bu dəfə bazar günü yuxudan oyanan kimi əlini qəzetə atma, televizoru yandırma, kompüterin qarşısına qaçma. Başqa bir şey düşün. Heç vaxt eləmədiyin bir işi gör. Evdəki münasibətə fikir ver, gözlər bərələcək. Həyat yoldaşın sənə heyrətlə baxacaq.

Onun gözlərinə bax. İllərdi onun gözlərinə diqqətlə baxmamısan. Bu dəfə bax. Əvvəlcə, ona elə gələcək ki, sən dəli olmusan. Osho sənin başını xarab edib, məsələn. Fikir vermə. İşində ol. Onun əlindən tut, buraxma. Hətta heç nə hiss eləməsən belə, özünü elə apar guya hiss edirsən. Mülayim ol, ekstatik davran. Hərdən hiylə işlətmək lazımdı ki, ölmüş vəziyyəti hərəkətə gətirəsən. Bu həm də həyəcanlı və maraqlı ola bilər. Həyat yoldaşının şokdan tutması ola bilər.

Yadına sal, gör axırıncı dəfə nə vaxt onun əlindən tutmusan. Nə vaxt onunla səhər gəzintisinə çıxmısan? Bəs axşamlar? Onunla ulduzları seyr etmisən? Ərlər qadınlarından qul kimi istifadə edirlər. Xüsusilə Hindistanda bu belədi. Sən yoldaşının insanlıq ləyaqətinə hörmət edirsən? Onun qəzəbini niyə qınayırsan? İnsan deyil? Onun qəzəbi ola bilməz? Səbəbi ola bilməz?

Ola bilər və əslində var da. Həyat ötüb-keçir. Qadın isə heç bir sevinc yaşamır. Onu həyəcana gətirəcək heç nə baş vermir. Həyatında maraqlı heç nə olmur. O niyə qəzəblənməsin?

Ər və arvad arasında bircə ünsiyyət vasitəsi var. Dava! Sən bircə dəfə onun yanında oturub əlindən tutub ona sevgiylə, isti və xoşbəxt baxışlarla baxmısan? Onu hiss eləmisən? Əminəm ki, yox. Baş verənlərin tək səbəbkarı qarşı tərəf ola bilməz. Bəlkə də o nədəsə günahkardı, səhvi var, amma indi söhbət bundan getmir. Çünki sualı o verməyib. Sən vermisən. Həyatını dəyiş, qoy yazıq qadın özünü önəmli hesab etsin. Qoy nəyəsə lazım olduğunu yox, kiməsə lazım olduğunu hiss eləsin. İnsan kiməsə lazım olduğunu hiss etməyənə qədər boşluqda qalır.

Bir yerdə əylənin, kinoya gedin, səfərə çıxın. Onu tumarla. Əks halda, onun bədəni tez kökdən düşəcək, qırışlar yaranacaq. Qadın bədəni cavan və tər qalmaq üçün tumarlanmalıdı.

Bədən kiminsə xoşuna gəlməyəndə, kimsə bədəndən zövq almayanda təravətini itirir.

Sən də fikirləşirsən ki, niyə arvadım gözəl deyil. Ona görə ki, onun gözəlləşməsi, açılması, çiçəkləməsi üçün heç bir şərait yoxdu. O, yabanı bitki kimi öz-özünə boy verə, böyüyə, şaxələnə bilməz. Ona qulluq lazımdı. Gözəlliyin əl-qol açması üçün ona meydan vermək lazımdı. Qulluq isə ona xoş sözün, nəvazişin, ondan həzz almağın ola bilər.

İnsana sevgi dolu gözlərlə baxanda o, işıq saçır, çiçəyi çırtlayır. Üzündə həyat işığı yanır, qan işləyir. Bu əsl möcüzədi.

Sevgi möcüzədi. Sevgi sehrdi. Vaxtsız sevgi olmur. Sevgi hər yaşda həyat mənbəyidi.

Xanımı necə xoşbəxt edə bilərəm?

Əslində mən bunun dəqiq cavabını bilmirəm. Çünki evli deyiləm. Amma bildiyim, eşitdiyim, gördüyüm kənar təcrübələrdən sənə örnək verə bilərəm.

Xanımını xoşbəxt etmək üçün iki şey lazımdı. Bir: qoy düşünsün ki, istədiyini eləmək haqqı var. İki: bu haqqı ona ver.

Yuni evə gözəl bir kürkdə qayıdır. Əri soruşur:

– Bu hardandı?

– Əzizim, lotereya biletim uduşlu çıxıb.

Səhəri gün Yuni evə qolunda bahalı bilərzik qayıdır. Əri soruşur:

– Bu hardandı?

– Əzizim, lotereyam udub.

Üçüncü gün Yuni ərinə deyir:

– Əzizim, mən növbəti lotereya oyununa gecikirəm. Sən vannanı mənim üçün doldura bilərsənmi?

Əri heç nə demədən vanna otağına keçir. Yuni hamama girəndə görür ki, vanna ancaq iki santimetr dolub.

– Əzizim, bu nədi?

– Əzizim, mən istəmədim ki, sənin lotereya biletin islansın.

ATA

Ata institutu, sadəcə, insanın icadıdı. Tamamilə sünidi və uydurmadı. Bir gün yox olacaq… nə vaxtsa heç olmayıb, axı min illərlə insan onsuz yaşayıb.

“Dayı” sözünün “ata” sözündən qədim olduğunu biləndə yəqin təəccüb qalacaqsan. Bəli, bu belədi. Çünki matriarxat patriarxatdan əvvəl olub. Ana var idi, ata isə yox. Çünki qadın çox adamla münasibətdə olurdu və bunların arasında atanın kimliyini müəyyən etmək mümkün deyildi.

Ona görə hamı dayı idi. Bütün potensial atalar “dayı” adlanırdı. Atalıq institutu mülkiyyətçilik mərhələsindən sonra yarandı. Hər kəs istəyirdi ki, ondan sonra ərazisi, sahəsi, sahib olduqları övladına qalsın. Əvvəlcə xüsusi mülkiyyət yaranıb, sonra atalıq. Mülkiyyəti qoyub getmək asan iş deyil. Buna görə də belə bir çıxış yolu tapılıb: “Mən olmayanda mülkiyyətimə övladım sahib olsun”.

Demək belə: həqiqətən uşağın atası olduğunu müəyyən etmək üçün cəmiyyətlər belə bir üsul seçiblər. Qadın ərə gedənə qədər bakirə olmalıdı. Əks halda, qadın başqasından hamilə qalıb ayrı adama ərə gedə bilər. Bu halda varis başqa adamın övladı olacaq. Buna görə də qadını ərə gedənə qədər kiminləsə münasibətdə olmağa qoymayıblar.

Məhz özəl mülkiyyət məsələsi ata institutu, ailə institutu əmələ gətirdi və qadını kişinin köləsinə çevirdi. Əgər əvvəldən atalıq, mülkiyyət, sahibkarlıq kimi anlayışlar olmayıbsa, yenidən eyni vəziyyətin yaranması qaçılmazdı. Xüsusi mülkiyyət məsələsi məhv olanda, atalıq da məhv olacaq.

İnduistlər iddia edirlər ki, ana olmadan qadın bütünləşə bilməz. Heç kim demir ki, ata olmadan kişi realizə oluna bilməz. Atalıq təsadüfi xarakter daşıyır. Bu kişinin həyatında xüsusi əhəmiyyət daşımır. Ona görə də ata olmayan kişi natamam qalmır, heç nə itirmir.

Qadın isə çox şey itirə bilər. Çünki onun təbii borcu, təbii ehtiyacı, təbii funksiyası həyat verməkdi, dünyaya insan gətirmək, insanlığın kökünün kəsilməməsi üçün doğmaqdı.

Döşləri onun həyatında mərkəzə çevriləndə qadın bütünləşir, harmonik olur. Bunun üçünsə mütləq uşaq olmalıdı. Təbiət bu döşləri məhz uşaq üçün nəzərdə tutub. Qadın ona görə ailə qurur ki, ana olsun. Əri olsun deyə yox. Burda kişi ön planda deyil. Qadın ana olmalıdı, vəssalam. Kişilər bunu bildikləri üçün əvvəldən narahatdılar. Çünki uşaq olar-olmaz qadının həyatının mənasına çevrilir. Qadın hər şeyini övladına verir; bütün diqqətini, sevgisini.

Uşaq doğulan andan kişidə gizli bir qısqanclıq oyanır. Kişiyə diqqət azalır, o, kənarda qalır. O ancaq ailəyə baxmaq üçün lazım olur.

Mənim xristian dostlarım deyirlər ki, xristianlıq ailəyə əsas­lanır. Ailə xristianlığın təməl daşı sayılır. Eyni zamanda vurğulamaq lazımdı ki, ailə həm də əsəbin, stresin, sinir pozuqluğunun, nevrozun, sosial problemlərin təməl daşıdı. Digər tərəfdən ailə insanlar arasında irqi və milli cəhətdən ayrı-seçkilik yaradır. Müharibələrə səbəb olur.

Ailə institutunun gələcəyi yoxdu. Bu institut çoxdan özü-özünü sıradan çıxarıb. Ona daha ehtiyac qalmayıb.Təkcə xristianlıq yox, biz hamımız ailə haqda səhv düşüncədəyik. Guya ailə insanlığın çatdığı ən yüksək mərhələdi. Əslində, hər şey tamamilə başqa cürdü. Mən bu məsələni bütün incəlikləri ilə addım-addım, diqqətlə çözməyə çalışacam. Çünki ailə probleminin həlli, mənə görə, ən çətin məsələdi. Hər şeydən öncə ailə – məhbəsdi, uşaqları və ananı gözləyən məhbəs. Ailə üzvlərinin yaxınlığı, doğmalığı bu məhbəsi müqəddəs edir. Amma bu dustaqlığın nəticəsi acınacaqlı olur.

Necə düşünürsən, niyə Budda dünyadan təcrid olundu? Niyə Maxavira da eyni şeyi elədi? Yox, onlar dünyadan qaçmırdılar, onlar ailədən uzaqlaşırdılar. Din bunu demir. Din deyir ki, onlar tərki-dünya idilər. Din etiraf etməz ki, onlar ailədə sıxılırdılar. Əslində, onlar azadlıq, daxili yüksəliş, əl-qol açmaq, rahat nəfəs almaq üçün ailədən uzaq qaçıblar. Ailə insanı gərginlikdə saxlayır. Böyüməyə, kamilləşməyə qoymur. Sən indi bu sözlərə heyrət edə bilərsən. Razılaşmaya bilərsən.

Amma bir an səmimi ol, dediklərimi düşün görəcəksən ki, burda pis heç nə yoxdu. Söhbət insanın daxili azadlığından, ruhsal durumundan gedir. Mənəvi, ruhi böyüməsindən, yüksəlişindən gedir. Hər bir ailə uşağını proqram əsasında böyüdür. Uşaq doğulandan ona proqram yeridilir. O bu proqramdan kənara çıxa bilmir. Onun üçün dəqiq hədlər cızılıb. Burdan kənara çıxmaq olmaz. Belə halda insan necə geniş ola bilər, necə miqyassız düşünə bilər. Onun düşüncələrinə hədd çəkilib.

Onun hərəkətlərinə sərhəd qoyulub. O, adətlərlə, ənənələrlə çərçivəyə sığdırılır. Bu təbii hal deyil. İnsan beynini, ruhunu çərçivəyə salmaq olmaz. Qoy o azad olsun. Düşüncəsində, yaşamında geniş, sonsuz olsun, quş kimi hiss eləsin özünü. Sən onu niyə qəfəsdə saxlayırsan? Bax budu məsələ. Budda buna görə dağlara çəkilmişdi. O hara getsə beynini də aparacağını bilirdi. Bundan gözəl nə ola bilər? Beynin harda, həyat tərzin də orda.

İnsanı zəncirləmək olmaz.

Dinlər inanc və savad arasında fərq qoymurlar. Kor adam işığın olduğuna inana bilər. Bu ona nə verəcək ki? İşığı görmək, ondan ləzzət almaq üçün gərək görə biləsən. Görəndən sonra işığın olduğuna inanmaq lazımdımı? Sən bunu görürsən, vəssalam. Sanki bir gözəl qadın sənə deyir: “Mən gözələm”. Sən bu gözəlliyi görə-görə ona “inanıram” deməyəcəksən ki. Deyəcəksən ki, “görürəm”. Bu qədər sadə. Sən işığa inanırsan? Sən Aya, Günəşə, ulduzlara inanırsan? Bu sual yersizdi. Sən bunları görürsən. Sən bilirsən ki, bunlar var. Onların varlığından xəbərdarsan. İnanc və bilik arasında fərq budu.

Həqiqətə inam gərək deyil. İnam yalana, süniliyə, uydurmaya lazımdı. Həqiqət göz önündədi.

Həqiqəti bilmək bəs edir. Ölümdən danışmaq yasaqdı. Həyatı yaşamaq yasaqdı. Həyat fanidi, ölümdən danışmaq yaxşı şey deyil. Bu necə olur? İnsana heç bir seçim verilmir. Ölüm haqdı, həyat cəzadı. Amma ölümdən danışmaq olmaz, bədbəxtlik gətirər. Həyatı istədiyin kimi yaşamaq olmaz. Niyəsə buna haqqın yoxdu. Həyat pisdi, amma doğum günlərində bayram edirik.Ölüm haqdı, amma yas veririk. Bir tərəfdə qınaqlar, basqılar, ittihamlar, digər tərəfdə bir-birinə uyğun gəlməyən inanclar, adətlər… buna görə də insan nə ölüdü, nə diri. Başını itirmiş vəziyyətdədi.

Bu şizofreniya əlamətləridi. Heç nəyə bütünlüklə özünü verə bilməzsən. Nə həyata, nə ölümə, nə sevgiyə, nə dostluğa. Bu nə deməkdi? Özünü hissə-hissə bağışlamalısan. Niyə? Bir az buna, bir az ona. Sən bu qədər azsan? Ürəyin bu qədər dardı, kiçikdi? Özünü tamamən həyatın qoynuna at. Dibinə kimi get.

Ölümü də, həyatı da, sevgini də, dostluğu da, işini də hər şeyi bütünlüklə yaşa. Sevərək, doya-doya atıl oyuna. Çim həyatda. Bütün mövzuların dərininə getmək haqqın var. Ölüm haqda da dərindən düşünə bilərsən, həyat haqda da. Kişi haqda, qadın haqda, hər şey haqda düşünmək imkanın var. Əldən vermə. Kimsələrə, nələrəsə qurban vermə bu cür əvəzsiz bir haqqı.

Sevdiyin məşğuliyyətinlə iç-içə ol, rəsm çəkmək istəyirsən çək, çilingər olmaq istəyirsən ol, maşın ustalığına marağın var qapdır özünü o işə. Özünü bütünlüklə verməsən, heç nəyin həqiqi dadını, ilahiliyini, ləzzətini yaşaya bilməzsən. Qorxma! Həqiqət də ancaq bu zaman üzə çıxır. Həyatı ancaq bu zaman dərk edirsən. Büsbütün özünü meydana atmağı bacar.

İnsanlar daim gözləmə mövqeyindədilər. Elə hey gözləyirlər ki, nəsə olacaq. Nə olmalıdı? Heç nə də olmur. Amma ayılan yoxdu. Özünü toparlayıb həyatı öz əlinə alan yoxdu. Hamı gözləyir. Nə gözləyirlər? Sən gözləmə. Sən al əlinə üzəngini. Yaşa özünçün. Çalış, çaba, səy göstər, ora-bura soxul, gir həyatın içinə. Kənarda qalma, izləyici olma. Baş qəhrəman ol, maraqlı obraz ol. Qorxa-qorxa həyatın kandarında əsmə. Bu cür həyatın ölümü də möhtəşəm olur. Ölüm bu cür həyatın kulminasiya nöqtəsidi.

Tam və bütün olaraq yaşayanlar üçün ölüm son deyil. Keçiddi, epizoddu. Əbədi həyatın bir epizodu. İnsan dəfələrlə ölüb. Bir bütün olaraq yaşamayıb deyə ölüm məqamında yaddaşını və ağlını itirib. Ona görə də onun keçmiş həyatla bağlı heç nə yadında deyil.

İnsanlar bitki həyatı sürürlər. Sadəcə, nəfəs almaq üçün yaşayırlar. Koma vəziyyətində yaddaş sönür. Keçmiş haqda heç nə bilmədən əbədi həyata inanmaq mümkün deyil. Hər kəs yüz dəfə ölüb, doğulub. Amma din imkan vermir ki, insan sağlam həyat sürsün.

Birinci sinfə gedən uşaqdan müəllim soruşur:

– Sənin adın nədi?

– Olmaz.

Uşaq o qədər “olmaz” sözünü eşidir ki, elə bilir adı olmazdı.

Mən tamamilə əminəm ki, ailə institutu dağılmayana qədər dinlər, millətlər, müharibələr yox olmayacaq. Çünki bütün bunların bünövrəsi ailədi.

Ailən induistdi. Sənə deyir ki, dünyada induizmdən başqa yaxşı din yoxdu. Hər şeyin əsasını bizim din qoyub. Ailən xristiandı, deyir ki, səni İsa xilas edəcək. O, Tanrının yeganə oğludu-filan. Ailən müsəlmandı, sənə deyir ki, ən sonuncu din islamdı, ən son peyğəmbər Məhəmməddi. Hamı öz dinini nədəsə “ən” sayır, tərif edir.

Uşaq təsir altına düşür. Çünki o ağ kağız kimi doğulur. Nə yazsan, nə desən onun üçün yeni və maraqlı olacaq. Hər ailə cinayət törədir. Yepyeni insanı bildiyi kimi yönləndirir. Onu sərbəst böyüməyə qoymur. Ona öz həqiqətlərini yeridir. İmkan vermir uşaq özü tanısın, anlasın, dərk eləsin həqiqətləri. Uşağa nəyisə yeritmək onu şikəst eləməkdi, zordu, cinayətdi. Məsələn, bizim ölkəmiz dünyanın ən gözəl ölkəsidi. Bizim vətənimiz hər yerdən yaxşıdı, müqəddəsdi deməklə uşağı dünyadan təcrid edirsən.

O, dar çərçivədə qalır. Elə bilir doğrudan da dünyada yaxşı ölkə yoxdu. Bu həqiqətdimi? Belə etmək olmaz. Qoy uşaq dünyanı tanımağa, görməyə can atsın. Bütün ölkələrdə bu cür deyilir uşaqlara. İstisnasız bütün ölkələrdə uşaqlar bu cür tərbiyə olunur.

Bütün orduları ailə saxlayır. Hər ailədən orduya oğul veril­məlidi. Ailənin bütün oğlanları əsgər getməlidi. Tibetdə hər ailədən bir uşaq mütləq monastıra verilir. Elə bil uşaq əşyadı, lazımsız bir şeydi, puldu, hədiyyədi. Guya uşaq sədəqədi, qurbanlıq qoyundu. Min illər boyunca bu cür olub. Əslində isə heç kimin sənin uşağını əlindən alıb məhv eləməyə ixtiyarı yoxdu.

Min bir problemin kökündə ailə durur. Ailə uşağı gic-gic fikirlərlə doldurur. Belə eləməlisən, belə olmalısan. Yazıq uşağın beyni rahat olmur. Ailəsini qane etməyə çalışır. Məşhur olmaq istəyir, uğur qazanmaq istəyir, varlı olmaq istəyir, ağıllı olmaq istəyir. Hamısı da ailəsinə hesablanmış addımlar, arzular. Ancaq bir adam prezident ola bilər. Qalanları necə olsun?

Demək qalanları girinc-giriftar qalmalıdı. Bütün bu patologiyaların səbəbkarı ailədi. Hamı hüquqşünas, hamı biznesmen olmalıdı deyə bir qanun yoxdu. Bütün sahələrdə, hər işdə uğur qazanmaq olar. Uşaq gərək qəlbinə yatan, ürəyi istəyən işlə məşğul olsun. Bunun üçün onu maraqlandığı sahəyə yönləndirmək kifayətdi. Onun beyninə “Sən həkim olmalısan” kimi fikirlər yeritmək cinayətdi.

Mən istəyirəm ki, uşaqlar valideynlərinə yapışıq böyüməsinlər. Ailə bağı həyatın ən önəmli məsələsi deyil. Mən bunu bilməyinizi istəyirəm. Mən insan cəmiyyətini kommuna şəklində görürəm. Kommunada uşaq ataya-anaya bağlanıb qalmır. Onun çoxlu yaxınları, əzizləri olur. Hamıyla ünsiyyətdə olur. İnsanların içində böyüyür. Dörd divara yapışıq böyümür. Türmə həyatı sürmür. Bu halda ailə bağına da ehtiyac olmur.

DOST

Mənim sevgi-həyat dramım Hamfri Boqartinin məşhur deyimini xatırladır: “Qadınlarsız da cəhən­nəmdi, qadınlarla da cəhənnəm”. Mən nə edim?

Bu cəhənnəmdən keçmək lazımdı. Bunu yaşamaq lazımdı. Qadınla da, onsuz da istənilən cəhənnəmdən keç­mək lazımdı. Bu təkcə kişiyə aid deyil. Qadınlar da eyni cəhənnəmi yaşayırlar. Şovinistik donuz olma!

Bu ikitərəfli xəncərdi. Qadınlar da bezara gəliblər kişilərin əlindən. Onlar da tək qalanda əziyyət çəkirlər. Bu çox ciddi dilemmadı. Bunu anlamaq lazımdı.

Kişi qadınsız yaşaya bilmir. Çünki öz-özünə nə edəcəyini anlamır. Onun həyatında meditasiya çatmır.

Meditasiya – özünlə rahat olmaq sənətidi. Başqa bir şey deyil. Meditasiya – xoşbəxt tənhalıqdı. Meditasiya edən adam tənhalıqdan günlərlə, aylarla bezməyə bilər, özü ilə darıxmaz, öz təkliyindən zövq alar. Meditasiya edən adam məclislərə can atmır, təklikdən qorxmur. Ona öz dünyası bəs edir, ekstaz içində, daxili rahatlıqda yaşayır. Belə adamın kompaniya nəyinə lazımdı?

Onun həyatında kimsə varsa, ehtiyacdan deyil, bu onun üçün dəbdəbədi. Onun üçün tənhalıq faciə deyil. Ona özüylə maraqlıdı. Meditativ adam özündən bezmir, sıxılmır. Tənhalıq onun üçün çörək kimidi. Kompaniya onun üçün bağçada güllər kimidi. Gözəl, dəbdəbəli, estetikdi, amma bunsuz yaşamaq mümkündü. Çörəksiz yaşamaq isə mümkün deyil.

Tək qala bilməyən adamın həmişə mütləq kiməsə ehtiyacı olur. Həmişə yanında adam istəyir. Bu insanı asılı edir. Bu əzablıdı, yorucudu. İnsan bundan əziyyət çəkir. Çünki heç kim asılı vəziyyətdə yaşamaq istəmir. Asılı olmaq köləlik əlamətidi.

Heç kim kölə olmaq istəmir…

Kişi qadınla görüşür. O tək ola bilmir. Qadın kişi ilə görüşür. O da tək ola bilmir. Hər kəs təklikdən bezib. Hamı darıxır. Hər kəs ümid edir ki, kimsə onu bu təklikdən xilas edəcək, darıxmağa qoymayacaq. Əvvəldə belə də olur. Bir yerdə yaşayandan sonra məlum olur ki, darıxmaq hissi keçməyib.

Əksinə, ikiqat artıb, çoxalıb. İnsanlar bir yerdə yaşadıqca bir-birini yaxşı tanıyırlar, heç bir maraq qalmır, hər şey aşkar olur, gözlənilən olur. Buna görə də küçədə cansız yeriyən cütlük görəndə bilirsən ki, ər-arvaddı. Ancaq qucaqlaşan, şənlənən, sevinclə gəzişən cütlük görəndə fikirləşirsən ki, evli deyillər. Ya kişi kiminsə əridi, ya qadın kiminsə arvadıdı. Ya da hələ evlənməyiblər.

Kimləsə görüşürsən, əgər o səni, sən onu həmişəlik bir yerdə olacağınıza əmin etməyibsə, siz xoşbəxtliyi, sadəcə, oynayırsız. İnsanlar ancaq o zaman xoşbəxt olurlar ki, görüşdükləri adamla həmişəlik bir yerdə olacaqlarına inanırlar. Əks halda ayrılıq qorxusu onları sevinməyə, sevgini içdən yaşamağa qoymur.

Bir müddət belə olur. Kişi ümid edir ki, bu qadın onun həyatındakı boşluğu dolduracaq, qadın inanır ki, bu onun axtardığı kişidi və ikisi də sevinir. Zamanla münasibətlər adiləşir, soyuqlaşır, hətta evlilik olsa belə darıxma hissi keçmir, boşluq dolmur və adamlar böyük bir məyusluq yaşayırlar.

Başqası ilə ünsiyyət ona görə zamanla cəhənnəmə çevrilə bilir ki, insana özüylə maraqsızdı. Onun içi boşluqdadı. Özü ilə darıxan, özü maraqsız olan adam istənilən halda başqası ilə də bir müddətdən sonra darıxacaq. Çünki o, darıxmamağın yolunu bilmir. O, başqasını çıxış yolu kimi seçir. Amma bu çıxış yolu ola bilməz. Hər şey özündən başlayır, özündə də bitməlidi.

Maraq səndən çıxıb kənara yayılır, ətrafa dağılır, həyatında olan adamlara ötürülür və onlardan keçib özünə qayıdır. Özündə olmayan bir şeyi başqasından gözləmə.

Gözləmə kimsə sənin təkliyini paylaşacaq. Özün özünü yorursansa, başqasını da yoracaqsan. Münasibətlər buna görə sonradan cəhənnəmə dönür. Jan Pol Sartr bu mənada (Jan Pol Şarl Emar Sartr 1905-1980; Fransız filosofu, ateistik ekzistensializmin nümayəndəsi, yazıçı, dramaturq, esseist, Nobel mükafatçısı) “başqası – cəhənnəmdi” deməkdə haqlı idi. Əslində başqası cəhənnəm deyil.

Cəhənnəm sənin öz içindədi. Özünlə rahat ola bilmirsən, sakitlik yaşamırsan. Meditasiyasız özünlə baş-başa qala bilməzsən. Təkliyiniz bir şey deyil deyə ikilikdə də əzab çəkirsiz. İndi bir-birinizin boğazından yapışıb sıxırsız ki, bir az xoşbəxtlik çıxarıb gözünüzə təpəsiz. İkiniz də sümsüksüz.

İki nəfər yolda rastlaşır. Biri o birinə deyir:

– Sən çox yaxşı görsənirsən. Bəs mən?

Heç kim özünü tanımır. Özü haqda heç nə bilmir. Biz başqalarının ancaq üzünü görürük. Bir cütlük özünü çox xoşbəxt aparır. Gülüşlər, qəhqəhələr, söhbətlər… biz həqiqəti görmürük. Bəlkə bu gülüşlər dərin kədəri gizləmək üçün pərdədi. Bəlkə acı göz yaşlarını maskalayır.

Sən adamların içini görmürsən. Hamı kədərini gizləmək üçün yalandan gülümsəyir. Qorxur ki, gülməsə qəfildən özünü saxlaya bilməz, ağlayar. Sən də kiminləsə beləcə tanış olursan. Yaxınlaşdıqca onun içindəki əzablar üzə çıxır. Məlum olur ki, o da sənin kimi sədəqəyə, himayəyə ehtiyacı olan bir adamdı.

“Qadınlarsız həyat cəhənnəmdi, amma onlarla da cəhənnəmdi”.

Məsələ qadınlarda deyil. Sevgi və meditasiya çatışmır. Meditasiya – insanın içinə sevinc gətirir və bu sevinc getdikcə dolub-daşır. İnsanın bölüşməyə sevinci varsa, sevgi xoşbəxt edə bilər. Əks halda sevgidən zövq almaq mümkünsüzdü. Paylaşacağın sevincin yoxdusa, nə gözləmək olar?

Hansı xoşbəxtlikdən və səadətdən danışmaq olar? Hər dəfə sənə onunla maraqsız olanda başqasını axtarmağa başlayırsan. Beləcə, bütün ömrün boyu çarx fırladacaqsan. Bu əxlaqsız çarxdı. Bu şəkildə adam başını itirər, qarışıq bir vəziyyətdə olar. Kəfkir kimi ora-bura yellənməkdən başqa bir şey deyil bu.

Meditasiya et. Özünlə tək qalmağı öyrən. Özün özünə maraqlı olmağa çalış, içini zənginləşdir. Görəcəksən ki, həyat yüngülləşir, münasibətlər yoluna düşür. Artıq özündən – təklikdən qorxduğun üçün kiminləsə ünsiyyət saxlamırsan. Sən sevincini paylaşmaq istəyirsən. Həyatdan aldığın zövqü paylaşmaq istəyirsən.

Evlilik – tək qalmaq qorxusudu.

Ünsiyyət – sevgidi.

Sevgili olanda siz bütün gözəl şeyləri bir-birinizə ötürmüsüz. Bir yerdə əylənmisiz, sevinmisiz, gəzib-dolanmısız. Bir-birinizə ancaq xoş enerji ötürmüsüz. Belə münasibətlərin sonu ayrılıq olsa belə insanlar bir-birini incidərək, təhqir edərək sağollaşmırlar. Belə münasibətin ayrılığı da sayğı, sevgi ilə baş verir. Əzab yoxdu, ağrı yoxdu, sadəcə, ayrılıq var – yollarınız ayrılır.

Heç kim zəmin verə bilməz ki, ilişki sonadək sürəcək. Həmişəlik xoşbəxt və məsud bərabərliyi kimsə kiməsə söz verə bilməz. Bu imkansızdı. Sənin bu gün tanıdığın adam 10 ildən sonra da eyni adam olmur. İnsanlar dəyişirlər. Münasibətlər də dəyişir. Buna qarant yoxdu. Ona görə də ağıllı, düşünə bilən adam heç vaxt “həmişəlik” sözü verə bilməz. O belə deyə bilər: “hal-hazırda, indiki məqamda”.

Dürüst insan isə heç vaxt heç nəyi söz vermir. Necə nəyisə söz vermək olar? Bunu edə biləcəyini, bunun gerçəkdən belə olacağını kim deyər, kim bilər?

Sabah nə olacağını heç kim bilmir. Sabah olmaya da bilər. Sabah mücərrəd anlayışdı. Özü-özlüyündə dəqiq deyil. Sabah üçün necə nəyisə söz vermək olar? Dünya genişdi. Niyə insanlar sabahlarla özlərini incitsinlər? Niyə bu günün yaşantısını sabaha hesablasınlar? Önəmli olan bu gündü. Çünki onu yaşayırsan, o var, məlumdu. Sabah üçün söz verən adamlar ağıllı adamlar deyil.

Mən nikaha qarşıyam. Bütün bəlaların səbəbkarı nikahdı. O məndə ikrah doğurur. Dünyanın ən iyrənc adəti nikahdı – ailə institutudu. O, insanları saxtakar edir, yalan danışdırır. İnsan dəyişir, amma yalandan özünü elə göstərir guya dəyişməyib, həminki adamdı.

Səksənyaşlı qocayla onun yetmiş beş yaşlı arvadı evliliklərinin əlli illiyini qeyd etmək qərarına gəlirlər. Onlar əlli il əvvəl bal ayını keçirdikləri mehmanxanaya gedirlər. Eyni otağı götürürlər. Gecə yatmağa hazırlaşanda yerlərinə uzanan kimi arvad deyir:

– Sənin yadından çıxıb ki, həmin gecə məni necə öpmüşdün? İndi məni həminki kimi öpmək istəmirsən?

– Yaxşı, – deyib kişi yataqdan qalxıb hamam tərəfə gedir.

– Hara gedirsən?

– Dişlərimi taxmağa.

Hər şey dəyişib. Dişli-dişsiz istənilən halda hər şey əvvəlki kimi olmayacaq. Səksənyaşlı kişi həmin cavan adam kimi ola bilməz. Amma “yaxşı” deməyə məcburdu. İnsanlar dəyişirlər, amma özlərini elə aparırlar guya əvvəlki kimidilər.

İnsanlar qocalırlar, lakin böyümürlər. Yaşlanmaq və böyümək eyni anlam daşımır. Böyümək üçün mütləq meditasiya eləmək lazımdı. Ağlını sakitləşdirməyi öyrənməlisən. Səbirli və təmkinli olmağı bacarmalısan. Başqa cür yetkinləşmək mümkün deyil.

Meditasiya öncəsi heç bir iş görmək lazım deyil. İçində sonsuz sakitlik varsa, üçüncü dünya savaşı olsa belə, lap bütün dünya qəfildən yoxa çıxsa belə, sənə heç nə mane olmayacaq. Özünü xoşbəxt hiss edirsənsə, dünya eyninə olmur. Nə baş versə də ağacın altında uzanıb vipassana (və ya vipaşyana) ilə məşğul olmağa davam edəcəksən.

Həyatında bu gün gəlib çıxanda sevincini bölüş. İndi sən sevməyi bacarırsan. Əvvəl bütün həyat kədər, iztirab, ümidlər, uğursuzluqlardan ibarət idi… birdən-birə hər şey dağıldı. Artıq elə deyil. Ehtiyatlı ol, sən öz ağlını nə qədər tez neytrallaşdırsan, bir o qədər tez sakitlik tapacaqsan. O zaman hər şey həyatında sevincək şəkil alacaq, çiçəklənəcək: sevgi, yaradıcılıq, sevinc, dua, minnətdarlıq, Yaradan…

ÜÇÜNCÜ HİSSƏ

Mən faydasızam,

bircə mahnı oxuya bilirəm,

amma mahnılarım da faydasızdı.

Rabindranat Taqor

SİYASƏTÇİ

Mən radikallığa köklənmiş, inqilabçı siyasətçiyəm. Bu barədə nəsə deyə bilərsənmi?

Sən artıq kifayət qədər dərinə getmisən. Onsuz da məni dinləməyəcəksən. Siyasətçi olmağın azmış kimi, hələ bir radikal və inqilabçı olduğunu deyirsən. Bədxassəli şiş artıq iki dəfə böyüyüb. Hətta üç dəfə böyüyüb. Niyə biz mütləq inqilabçı və ya radikal olmalıyıq? Əlbəttə, buna sən çox bəzəkli cavablar verə bilərsən. Biz həmişə öz alçaq niyyətlərimizi bəzəkli cümlələrin altında gizlədirik.

Siyasətçi eyni zamanda inqilabçı ola bilməz. Çünki ən böyük inqilab mənəvi inqilabdı. Siyasətçi radikal da ola bilməz. Çünki radikallıq kökə, təmələ qaynağa olan münasibətdi. Dolayısıyla radikallıq köklü münasibətdi. Vəziyyətə, problemə, konfliktə köklü – kökündən yanaşmadı.

Siyasətçi isə ancaq budaq kəsməklə məşğuldu. Onun kökə heç bir aidiyyəti yoxdu.

Yalnız durulma, təmizlənmə insanı kökə aparıb çıxarır. Yalnız meditasiya problemin kökünü tapmağa kömək edir.

Siyasət həmişə olub. Siyasətçilər həmişə olub. Nə dəyişib? Dünya düzəlibmi? Əksinə, yoxsulluq gündən-günə artır, dünyanı bürüyən bəlaların ardı-arası kəsilmir. Müharibə bitmir, ölümlər bitmir. Bütün bu inqilabçı və radikal siyasətçilər ancaq zərərli olduqlarını sübut elədilər. Əlbəttə, onların xoş niyyətləri də olub. Amma burda xoş niyyət hesaba alınmır. Burda yalnız şüurlu yanaşma nəzərə alınır.

Siyasətçi hadisələrə şüurlu şəkildə yanaşmır. Əksinə, hər addımda içindəki problemlərdən qaçmağa çalışır, unutmağa çalışır. Özündən qaçmağın ən asan yolu dünyaya baş qoşmaqdı, dünyanı saran problemlərlə əlləşməkdi, tarixə, siyasi, iqtisadi məsələlərə girişməkdi. Yoxsullara xidmət etməkdi, cəmiyyəti dəyişməyə çalışmaqdı, reformatorluqdu.

Bütün bunlar özündən yayınmaqdı. İnsan düşünür ki, böyük işlərlə məşğuldu. Əslində isə bunun adı qorxaqlıqdı.

Hər şeydən əvvəl öz problemlərinlə üz-üzə dayanmağı bacarmaq lazımdı. Əvvəlcə öz içində dəyişiklik etməlisən. Özündə dəyişiklik edə bilməyən adam cəmiyyəti dəyişə bilməz, başqalarına xeyir verə bilməz.

Soruşursan: “Mənə bununla bağlı nəsə deyə bilərsən?” Yadında saxla. Üç şey insana ziyandı: birinci, seks, ikinci, azartlı oyunlar, üçüncü, siyasət. Seks yüksək həzz yaşadır, oyun yüksək həvəs – meyil yaradır, siyasət isə təhlükəsizlik yaradır.

Bütün inqilabların əsasını dəyişiklik təşkil edir. İnqilab baş verəndə daha yaxşı olmur, sadəcə, dəyişiklik olur.

İllərdi siyasətçilər insanlığı harasa aparıb çıxarmaq istəyirlər. Amma hara, nə məqsədlə? Bütün bu anlamsızlığa son qoymağın vaxtı çatmayıb? Bu oyunun mənasız olduğunu qəbul etmək zamanı deyil? Biz ən azı beş min il hökm sürən siyasətin təsirini dərk edirik. Beş min il əvvəl necəydisə, indi də elədi. İnsan yenə qaranlıq, yenə ehtiyac, yenə əzab içindədi. Heç nə dəyişmir, amma siyasətçilər insanlığa boş-boş ümidlər yedirməyə davam edirlər. Guya sabah hər şey yaxşı olacaq, guya sabah vəziyyət düzələcək. Heç nə yaxşı olmayacaq. Sabah heç vaxt gəlməyəcək.

Siyasət tiryəkdi – opiumdu. Karl Marks deyirdi ki, din xalqa yeridilən tiryəkdi. Bu həqiqətdi, doxsan doqquz tam onda doqquz faiz həqiqətdi. Qalan bir faizə İsalar, Buddalar, Zərdüştlər, Lao-Tsxılar aiddi. Din insanları min illərlə elə uydurub ki, onlar yuxulu kimi yaşayıblar. Bütün əzablara, yalançı vədlərə, xoşbəxt gələcəyə, sabaha, ölümdən sonra yaxşı olacağına, sabah yaxşı olacağına, köləliyə, köləlikdən sonrakı qurtuluşlar haqda nağıllara ancaq bunun sayəsində dözüblər. Narkoz altında olublar. Başqa cür bu ağrılara tab gətirmək olmazdı.

Dinlər də ölümdən sonrakı həyatın daha gözəl olacağını vəd edir. Çünki indi insanlığa verə biləcəyi heç nə yoxdu. iyasət də sabahın, gələcəyin çiçəkli olacağını söz verir. Çünki indi heç nə etmir. Mahiyyət eynidi.

İnsanlar gəlib mənə sual verirlər: “Ölümdən sonra nə olacaq?” Mən susuram. Onlardan soruşuram: “Ölümə qədər nə olub?” Ölümə qədər nə olubsa, ölümdən sonra da o olacaq. Bu kontiuumdu: Şüurun eyni qalacaq. Ölümdən əvvəl, ya sonra fərqi yoxdu, şüur eyni qalır. Forma dəyişir, amma şüur dəyişmir. Nə baş verirsə, görüntüdə baş verir, tərkib dəyişmir.

Kommunizm də eyni işi gördü. Bu gün inqilab baş verəcək, sabah hər şey yaxşı olacaq. Bu günü sabah üçün məhv etmək lazımdı. İşıqlı gələcəyə doğru olmayan işıqlı gələcəyə.

Rusiya inqilabından səksən il keçib. “İşıqlı gələcək” hələ də gəlməyib. Hindistan inqilabından, Qandi inqilabından əlli il keçir Hindistanda “İşıqlı gələcək” işartıları belə görünmür. Özünə qıyanlar, özünü fəda edənlər əbəs yerə həyatlarını havaya sovurublar. Kaş ki, onlar sağ qalaydılar və görəydilər ki, boş yerə özlərini oda atdılar, həyatlarını məhv elədilər.

Ancaq dünyadakı dəliliyin sonu gəlmir. Yeni fədailər, yeni qurbanlar, şəhidlər, qəhrəmanlar davamlı olaraq ortaya çıxır.

Bir tanışım dəlixanada işləyir. O hər dəfə xəstələrə eyni sualı verir: “Niyə burdasız?” Cavab xəstələrin əqli səviyyəsini, müalicənin nəticələrini müəyyən edir.

Bir gün pasiyentlərdən birinin cavabı onu heyrətə salıb. Yenə “Niyə burdasız?” soruşanda biri cavab verib: “Siz niyə burdasızsa mən də ona görə burdayam, doktor. Mən də sizin kimi burdan kənarda özümü realizə edə bilməmişəm, tapa bilməmişəm”.

Siyasətçilə-xalq, pasientlərlə-həkimlər hamısı eyni qayıqdadı. Hamısı Ayətulla Xomeynini xatırladır. Nə qədər manyak azadlıqdadı. Sən də öz inqilabçı, radikal siyasətindən əl çəksən, ən azı bir Xomeyni azalar. Bu çox böyük yüksəlişdi.

KEŞİŞ

Bir cavan şeytan qaça-qaça başçılarının yanına gəlib deyir:

– Nəsə eləmək lazımdı. Yer üzündə bir insan həqiqəti anlayıb.

Qoca şeytan təmkinini pozmadan cavab verir:

– Sən narahat olma. Heç nə eləyəsi deyil.

– Necə heç nə eləyəsi deyil? Onu tez aradan götürmək lazımdı. Yoxsa hər şeyin üstü açılacaq.

– Bizimkilər ordadı, narahat olma. Yoluna qoyacaqlar.

– Mən orda bir dənə şeytan görmədim axı. Bizimkilərdən heç kim yoxdu orda.

– Var. Keşişlər elə bizimkilərdi. Onlar tez tədbir görəcəklər. Tələsik tədbirlər keçirəcəklər, kitablar buraxacaqlar, proqramlar hazırlayacaqlar. İnsanları qızışdırıb o adamın canına salacaqlar. Özləri məhv edəcəklər onu.

Din xadimlərinin əslində dinə heç bir aidiyyəti yoxdu. Çünki səninlə Tanrı arasında vasitəçi olmalı deyil. Sən Tanrıyla birbaşa ünsiyyətdə olmalısan. Sən, sadəcə, Tanrının dilini başa düşməlisən. Sən öz dilini bilirsən, insan dilini anlayırsan, amma Tanrının dilini bilmirsən.

Tanrı bircə dildən istifadə edir: sükutdan…

Sükuta dal, səssizliyi seç, təmkinli ol və həqiqət özü içinə dolacaq. Həqiqəti səs-küydə axtarmaq və tapmaq mümkünsüzdü. Düşüncə olmadan, oturub sakitcə fikirləşmədən həqiqəti hiss eləmək olmaz. Sən Tanrını hiss etməlisən. Bunun üçün səssizliyə dalmalısan, düşünməlisən, anlamalısan. Ondan-bundan eşitdiklərinə yox, özün tapdığın həqiqətə inanmalısan. Dinçilər səninlə Tanrı arasında Çin Səddi kimi dayanıblar. İmkan vermirlər özün nələrisə anlayasan.
Sən onlara inanırsan. Niyə? Onlar da sənin kimi adam deyillər? Niyə sən onlara inanırsan və özün öz beynini işlədib içində cavab axtarmırsan? Niyə düşünürsən ki, sənə deyilənlər həqiqətdi. Sənin həqiqətin kimdəsə ola bilməz axı, sənin həqiqətin kənardan gələ bilməz. Həqiqət sənin özündədi. Axtar, tap, çöz, təhlil et özünçün.

Bir neçə vaxt əvvəl Vatikan, Papa belə bir bəyanat verdi:

“Qulağıma çatır ki, katoliklər birbaşa Tanrıya üz tuturlar. Bu günahdı. Birbaşa Tanrıya üz tutmaq olmaz. Tanrıyla keşişlər vasitəsilə danışmaq lazımdı. Onlar tövbə üçün keşişlərin yanına getməlidilər. Özləri Tanrıya üz tutmalı deyillər”.

Səbəbi izah etmədi. Sadəcə, “Tanrıyla birbaşa ünsiyyət günahdı”, – dedi. Çünki heç bir səbəb yoxdu. O, sadəcə, öz peşəsini təbliğ edir, çünki baş keşiş özüdü.

İnsanlar həqiqətləri kənarda yox, özlərində axtarsalar, nəyə inanmağı, nəyə inanmamağı özləri düşünüb tapsalar, harda doğru, harda yanlış olduğunu özləri müəyyən etsələr, onların heç bir din xadiminə ehtiyacı qalmaz. Yaxşını-pisi başqasının göstərişi ilə yox, insan özü ayırd etməlidi. Bu zaman milyonlarla insan yatdığı yuxudan oyanar. Bu həqiqəti anlayar: “Bizim ürək döyüntümüz kainatın ürək döyüntüsüdü, bizim həyatımız kainat həyatının bir parçasıdı”.

Biz hardansa gəlmə deyilik. Biz kainatın sakinləriyik, içindəyik. Biz kainatın özəyində mövcuduq. Onun hissəsiyik – önəmli hissəsi. Biz gərək sükuta dalaq ki, sözlə ifadə olunmayan duyğuları hiss edək. Bizi əhatə edən, içində olduğumuz kainatın səsini, musiqisini, sevincini duyaq. Bu duyğu qəlbimizə yol tapan kimi transformasiya baş verəcək.

Yalnız bu yolla insan ruhani olur. Adamların tikdiyi kilsələrə getməklə, yazdıqları kitabları oxumaqla yox. Keşiş iddia edir ki, onun yazdığı kitab Yaradanın dedikləridi. Kitaba diqqət edin, orda Yaradanın imzası var? İdeya özü anlamsızdı. Tanrının adından nəsə yazmaq… bu nə deməkdi?

İnduistlər Vedlərə inanırlar. Vedlər çox qədim müqəddəs kitablar sayılır. Guya bu kitabı Yaradan özü yazıb. İnduistlər bu kitabı təhlil etməyə qorxurlar. Halbuki baxanda görürsən ki, doxsan doqquz faiz sayıqlamalardan ibarətdi. Başa düşürsən ki, bunun Tanrıyla heç bir əlaqəsi yoxdu.

Məsələn, keşişlərin elədikləri dualar. Tanrı niyə dua yazsın ki? “Elə et ki, inəyim çoxlu süd versin”. “Dostlarıma kömək et, düşmənlərimi cəzalandır”. Düşünürsən ki, Tanrı belə işlərlə məşğuldu? Belə şeylər yazır? “Yağış yağdır ki, məhsulum zay olmasın”. Səncə, bu Tanrının duasıdı? Bu müqəddəs sayılan yazılara baxanda görürsən ki, insanların əl işidi. Hətta çox sadə və primitiv insanların. Bu kitabları heç yaxşı ədəbiyyat nümunəsi də saymaq olmaz. Çünki çox bəsit, sadəlövh, kobud yazılardı.

Ancaq bu kitablar sadə dildə yazılmayıb. İnsanların danışdıqları, işlətdikləri dillərdə deyil. Çünki onları yazan keşişlər, braminlər, alimlər elə bir dil tapıblar ki, onu heç kim anlamasın. Və buna görə də müqəddəs yazılar hesab etsin.

Tərcümə etmək də çətin olsun. Çünki tərcümə olunanda yazılar sadələşir və görürsən ki, adi şeylərdi, müqəddəslikdən əsər-əlamət yoxdu. Bizim müqəddəs kitablarda o qədər ədəbsizlik tapmaq olar ki…

Ancaq onlar heç kimin bilmədiyi sanskritdə, sadə adamların anlamadığı ərəbcədə, qədim yəhudi dilində, latında, pal, prakrit və başqa ölü dillərdə. Din bu yazıların tərcümə olunmaması üçün əlindən gələni edib. Bütün qarşıdurmalara baxmayaraq tərcümələr olub.

Din xadimləri çox yaxşı bilirdilər ki, bu kitablar tərcümə olunsa, dünyaya yayılacaq və onu istənilən adam alıb oxuya biləcək. Hər şey aydın olacaq. Həqiqət ortaya çıxacaq. Məlum olacaq ki, bu Allahın sözləri deyil. Məlum olacaq ki, onlarda ilahi heç nə yoxdu.

İnsanları hamıdan çox keşişlər aldadıb. Keşiş olmaq fahişə olmaqdan pisdi. Fahişə yenə əvəzində nəsə verir. Keşiş heç nə vermir. O ancaq alır, qoparır. Onun verəcək heç nəyi yoxdu.

Keşişin bir cəhəti də var. Həqiqəti anlayan adama qarşı silahlanır. Çünki insanlar həqiqəti anlayıb onları ifşa etsələr, dindarlar işsiz qalar. Məşğul olduqları iş isə çox zərərlidi. Onlar doğulandan ölənə kimi insanın qanını içirlər. İnsanı istismar etmək üçün hər yola əl atırlar. Dini keşişlərin əlindən qurtarmayana qədər dünyada din deyilən şey olmayacaq. Yalançı din olacaq – psevdodin. Din aləmi bu qədər bədbəxt gündə ola bilməz. Din aləmi əsl bayramı xatırlatmalıdı.

Din insanı təmiz bir mühitə salmalıdı. Din sevinc gətirməlidi. Sanki hər an özünü rəqsə, musiqiyə bağışlaya bilərsən. Sanki hər an quş kimi qanadlana bilərsən. Keşiş isə insanı yolundan eləyib. Onu inandırıb ki, bütün həqiqətlər tapılıb. Axtarmağa ehtiyac yoxdu, sadəcə, inanmaq lazımdı.

Keşiş insanları bədbəxt edib. O həyatla bağlı, dünya zövqləri ilə bağlı hər şeyi pisləyir, inkar edir. Bu dünyanı lənətləyir, o biri dünyanı tərifləyir. Ancaq o biri dünya uydurmadı. O istəyir ki, insanlar uydurma, yalançı ideyaya görə yaşadıqları real həyatı qurban versinlər. Və insanlar da bunu edirlər.

ALİM

Bir dəfə sən dedin ki, elm ağılla bağlıdı, din ürəklə. Mən başa düşürəm ki, bu iki anlayış bir-birinə ziddi və eyni zamanda bir-birilə bağlıdı. Biri mövcud olmadan digəri də olmaz. Necə ki ürək işləməsə, beyin də işləməz. Bu halda dünya elm cəmiyyəti, zəruri hal kimi, dünya din cəmiyyətinin yaradılmasına təşəbbüs göstərə bilməzmi? Bu hər iki anlayışı yeni insanda cəmləmək cəhdi kimi uğurlu addım olmazmı səncə?

İnsan təkcə ağıldan və ürəkdən ibarət deyil. Ürəkdən və ağıldan daha önəmli olan bir nəsnə var. Bu insanın ruhudu. Bu üç komponent insan üçün vacibdi. Ağıl, ürək və ruh.

Mən demişəm ki, din ürəklə bağlıdı. Çünki ürək ağılla ruh arasında körpüdü. Ürək olmadan ağıl ruha baş vura bilməz. Ürək duyğularla, emosiyalarla, həssaslıqla məhdudlaşır. Ruh isə ağılın və ürəyin sərhədlərini aşır. Bu tamamilə sakitlikdi. Ürəksiz, ağılsız bir sakitlikdi. Ruhunu dərk edən adamı ruhani hesab etmək olar. Ürək, sadəcə, dayanacaqdı, yükboşaltma məntəqəsidi.

Burda mən bir az çətinlik çəkirəm. Xahiş edirəm məni anlayasan. Mən ruhdan danışa bilməyəcəm. Çünki sən hər şeyi ağlınla qəbul edirsən. Mən ruhdan danışa bilmirəm, çünki ağılın ruhla heç bir kontaktı yoxdu. Ağıl ruhu qəbul etmir. Buna görə də alimlər ruhun mövcudluğunu inkar edirlər. Bu səbəbdən də mən ürəkdən danışmalı olacam. Ona görə ki, ürək orta mövqedədi.

Ağıl az da olsa, ürəyi anlaya bilir. Hətta ən böyük alim də sevə bilir. Onun da ağlı baş verənlərə izah tapa bilmir. Sevmək nə deməkdi? O bunu elmi əsaslarla izah etmək gücündə deyil. Niyə insan konkret birinə vurulur, bir qadını, ya bir kişini sevir. Nə baş verir insan orqanizmində? Hansı kimyəvi reaksiyalar olur? Fizika bunu necə izah edir? Hissləri inkar edə bilmir. Çünki hiss var və onun bütün həyatını alt-üst edir. Buna görə də mən deyirəm ki, din ürək hadisəsidi. Amma bu da müvəqqəti zaman kəsiyi ilə bağlıdı.

Mən səni düşüncədən duyğuya keçirə bilsəm, dinin ruh halı olduğunu sübut edə bilərəm. Onda deyə bilərəm ki, din ruhdan yön alır. Din nə duyğu, nə düşüncə, nə məntiq, nə də emosiyadı.

Din sakitlikdi, tamamilə sakitlik, tərtəmiz sükut. Bir tərəfdən o tamamilə boşdu, bomboş, çünki heç bir düşüncə və hiss yoxdu onda, digər tərəfdən o, inanılmaz zövqdü, təmizlənmədi, işıqlanmadı, xeyir-duadı.

Meditasiya – ağıldan ürəyə, ürəkdən ruha gedən yoldu.

Mən çox istəyərdim ki, alimlər ürəklərini dinləsinlər. O zaman ölümə gedən yollar çoxalmazdı. Elm ölümcül xarakter daşımazdı, ölümə xidmət eləməzdi, silahlar hazırlamazdı.

O zaman elm həyata xidmət edərdi. Gözəl şeylərin yaranmasına xidmət edərdi. Yeni insanın doğulmasına, yeni güllərin, heyvanların yaranmasına, yeni estetikanın olmasına xidmət edərdi. Ancaq əsas məqsəd ürəkdən ruha keçməkdi. Əgər alim ağlını insanlığın obyektiv problemlərinin həllinə, ürəyini insani münasibətlərin qaydasına düşməsinə, ruhunu ruhani, mənəvi yüksəlişə, inkişafa yönəltsə, mükəmməl insan olar.

Mən yeni insanı kamil insan kimi görürəm. O mənada kamil ki, hər üç tərkib onda birləşsin, nəinki birləşsin, bir-birini tamamlasın. Kamil insan kamil dünya quracaq. Kamil insan şairlər, alimlər, meditativ insanlar dünyası yaradacaq.

Əminəm ki, bu üç mərkəz hər bir insanda olmalıdı. Hər bir insan özündə dünyanı əks elətdirir.

Və bu üç mərkəz cəmiyyətə yox, insana aiddi. Mənim diq­qətimi ilk növbədə cəmiyyətdən ayrıca insan özü çəkir. Biz insanı dəyişə bilsək, gec ya tez dünya da dəyişəcək. Dünya yeni insanla ayaqlaşmağa məcbur olacaq.

Yeni insan təkcə mükəmməl riyaziyyatçı deyil. O musiqi yazır, gitara çalır, axı bu beyni sakitləşdirir, rahatlandırır. Yeni insan təkcə ürəyi ilə yaşamır. O, ruhun dərinliklərinə qədər gedir. Özünü, varlığını, mahiyyətini hiss edir. İnsanın mahiyyətinin mərkəzi ruhdu. Ona toxunmaq, onda olmaq dirçəlməkdi. Ağlın və ürəyin enerjisi dəfələrlə artacaq. Yeni insan hər dəqiqə, hər an enerji saçacaq.

Əgər dahi alim Albert Eynşteyn öz əqli potensialının ancaq on beş faizini istifadə edibsə, yerdə qalan ölülərdən nə gözləmək olar? İnsanlar bu potensialın 5-7%-ni güclə hərəkətə gətirirlər.

Əgər bu üç mexanizm insanda işlək vəziyyətə düşsə, insan öz imkanlarından yüz faiz istifadə edə bilər. Biz, doğrudan da, Yer üzündə cənnət yarada bilərik. Bu öz əlimizdədi. Bir az cəsarət lazımdı, başqa heç nə.

Elm bizim həyatımıza daxil olmalıdı. Bütün məişət, texnologiya elmə əsaslanmalıdı. Poeziya həyatımızda olmalıdı. Əks halda insan tamamilə robotlaşacaq.

Baş – kompüterdi. İnsan poeziyasız, musiqisiz, rəqssiz, mahnısız yaşaya bilməz. Bütün məsələləri kompüterlə həll etmək daha asandı. Papalar həmişə iddia ediblər ki, onlar səhvsizdilər. Bu mümkün deyil. Əgər onların başı kompüterlə əvəz olunsa, doğrudan da, səhv eləməzlər.

Ürəyin missiyası isə başqadı. O sevmək, duyğulanmaq, gözəlləşmək üçündü. Ürək sevgini, gözəlliyi, duyğuları ifadə edir. Amma bu da bəs eləmir. İnsan tam rahatlığı mərkəzə, əsasa yol tapmadan yaşaya bilməz. İnsan özü öz ruhuna toxunmadan bütünləşə bilməz, məmnunluq hiss eləməz. Məmnun olmayan insan isə təhlükəlidi. Çünki o bu narazılıqdan qurtulmaq üçün mümkün olan, olmayan hər şeyə əl ata bilər.

Öz mahiyyətini anlayan kəs yer üzünün ən zəngin adamıdı. Allahın səltənəti məhz burda yerləşir. Bu sənin səltənətindi. Sən bu səltənətdə Tanrısan. Dərinə, ruhunun tam mərkəzinə varmaqla sən imperatora çevrilirsən.

BİZNESMEN

Mən biznesmenəm. Maraqlıdı, mən də meditasiya edə bilərəm?

Hər kəs həyatda bir işlə məşğul olur. Kimsə biznesmendi, kimsə kraldı, kimsə dülgərdi, kimsə hərbiçidi. Bu yolla insanlar qazanc əldə edirlər. Ancaq daxili rahatlığı bu yolla qazanmaq mümkün deyil. Nə işlə məşğul olmağının bura dəxli yoxdu. Hər kəs bir yolla qazanc əldə edir. Bu yaşamaq üçün vasitədi.

Meditasiya isə “yaşam” deməkdi, yaşamaq üçün vasitə deyil. Nə işlə məşğul olmağın önəmli deyil. Önəmli olan kimliyindi. İş sənin mahiyyətinə nüfuz etməli deyil. Əgər sən bütün varlığın və kimliyinlə biznesmensənsə o zaman vəziyyət bir az qəlizləşir. Bu meditasiya prosesini çətinləşdirir.

Hesabçı, daim mənfəət güdən biri, həqiqət axtara bilməz. Onun ağlı həddindən artıq mənfəətcildi. Mənfəətcil adam cəsarətsiz adamdı. O, olduqca çox düşündüyü üçün sıçrayış etmək iqtidarında deyil.

Meditasiya – ağıldan ürəyə, ürəkdən dərhal ruhun dərin­liklərinə edilən sıçrayışdı.

Sən elə bir yerə nüfuz edirsən ki, orda bütün hesab-kitab məsələləri unudulur, orda məntiq yersizdi. Orda hiyləyə ehtiyac yoxdu. Məzmunca hiylə ağıl deyil, ağlın əvəzedicisidi.

Ağıllı adamların hiyləyə ehtiyacı olmur. Onlar təmizdilər. Onlar bilməzdən edirlər nəyisə.

Sənin biznesmen olmağında pis heç nə yoxdu. İsa meditasiyanı öyrənəndən sonra həqiqət axtarışına çıxdı. Nəticədə İsa Məsih oldu. İsa dülgər oğlu idi. Atasına odun yarmaqda, daşımaqda kömək edirdi. Əgər dülgər oğlu içinə boylana bildisə, sən niyə etməyəsən?

Biznes varlığına, daxilinə nüfuz etməli deyil, çölündə qalmalıdı. Bu, sadəcə, qazanc mənbəyidi. İş bitəndən sonra onu tamam unut. Dükanı bağlayan kimi iş mövzusunu da bağla. Özünlə evə işin problemlərini aparma. Ailənlə bərabər olanda iş haqqında düşünmə. Uşaqlarınla, arvadınla əylən, de, gül, zaman keçir. Ailə çevrəsində biznesmen olaraq qalmaq çirkin hərəkətdi. İş – periferiyadı (ərazidi, mühitdi). O sənin kimliyini təşkil etməli deyil. Meditasiya üçün sən işindən ayrı düşünməyi bacarmalısan. İşi kənara qoyub öz içinə boylanmağı öyrənməlisən.

Demirəm ki, gündəlik həyatını unut. Sənə kimyadakı kimi adi şeylərin qeyri-adiyə çevrilmə üsulunu təklif edirəm. İşdə biznesmen ol, amma evdə yox. Hətta bəzən bir neçə saatlığa ailəni də unut. Özünlə tək qal. Özünün dərin-dərin qatlarına var. Özünü lap içəridə axtar. Sevin, özünü sev və zamanla görəcəksən ki, sənə qəribə bir yüngüllük gəlib. Üstəlik bu yüngüllük xarici aləmlə bağlı deyil, sənin öz içinlə bağlıdı. Sənin özəlliyinlə, kimliyinlə bağlıdı. Bu meditasiyadı.

Sakitcə otur, heç nə eləmə. Yaz gələcək və ot öz-özünə göyərəcək. Sakitcə otur, heç nə eləmə, yazı gözlə. Böyük bir sevinc hissi dolacaq içinə. Paylaş bu sevinci, insanlara bağışla, bölüş. Sənin bu səxavətin çox səmimi olacaq. Bu sadə bir səxavət olmayacaq. Bu məqsədli səxavət deyil, kimisə sevindirmək üçün deyil, bu səxavətin daxili dəyəri var.

Sannyasa – adi həyatdı. O heç kimi məhkum etmir. O transsendentaldı, bu dünyaya məxsusdu, eyni zamanda dünyadan kənara çıxır. Sannyasa əslində budu.

Əvvəllər sannyasaçı evini, ailəsini qoyub dağlara çəkilirdi. Himalaya cumurdu. Bu heç nəyi dəyişmədi. Çünki onlar Himalaya öz cılız ağıllarını da aparırdılar. Yaxşı heç nə baş vermirdi. Əksinə, Himalayı zibilləyib pis günə qoyur, gözəlliyinə ziyan vururdular. Bütün dünyadan qaça bilərsən. Özündən hara qaçacaqsan? Hara getsən, ağlın da səninlə gedəcək. O hər yerdə səninlədi. Ağıl imkan verməyəcək ki, həyatında dəyişiklik edəsən.

Hər kəsdən gizlənmək olar, amma özündən heç vaxt. Ağlın dəyişməyincə dünya da dəyişməyəcək, həyat da dəyişməyəcək, heç nə dəyişməyəcək. Məsələ tərki-dünyalıqda deyil. Məsələ ağıldadı. Nə qədər ki stereotiplərlə, ümumi qaydalarla, kor-koranə yaşayacaqsan hara getsən də xeyri yoxdu. Ağıla tabe olmamaq – meditasiya budu.

AMERİKALI

Baulların ezoterik sekta üzvləri həyatda hər şeyi ilahiləşdirirlər, o cümlədən bədəni də. Biz amerikalılar da bədənimizə təbii üsullarla qulluq etməyi sevirik. Aerobika, təbii qida, masaj-filan… İlk baxışda bunlar arasında bənzərlik çoxdu. Mənsə düşünürəm ki, əksinə, aralarında prinsipial fərqlər var.

Fərq böyükdü və bu təkcə kəmiyyət yox, həm də keyfiyyət fərqidi. Müasir insan ancaq məbədi tanıyır. İçində olanlarla maraqlanmır. O, boş məbədə gedir, ibadət edib çıxır. O, həyatın mərkəzi haqda düşünmür. Beləcə Tanrı bizim yadımızdan çıxır və biz boş məbədə baş əyib qayıdırıq. Biz məkana can atırıq, mənasını anlamadan.

Amerikalı bədəninə, sadəcə, bədən kimi qulluq edir. Baul isə məbəd kimi baxır. Bədən öz-özlüyündə heç bir anlam daşımır. Bədən işığı kənardan alır. Bədənin ilahiliyi özü ilə bağlı deyil. O ev sahibidi. Bədənin ilahiliyi qonaqla bağlıdı. Qonaq haqda tamamilə unutsan, bədən kultu mənasını itirər. Qonaq haqda düşündükcə bədənə olan münasibətin, ehtiramın onu gözəlləşdirər.

Amerikalı bədənə qulluq edir. Yaxşı qidalanır, masaja gedir, amma onun gözlərində böyük bir boşluq var. Görürsən ki, o, əsas məsələni anlamayıb: ruhun ətri gəlmir, çiçək açmayıb. Onların iç dünyası səhranı xatırladır. Özlərini itiriblər, nə edəcəklərini bilmirlər. Amerikalılar bədən üçün çox şey edirlər, amma güllə yan keçir.

Bir lətifə eşitmişəm:

Rozelferd, üzündə özündənrazı ifadə, evə girən kimi arvadına deyir:

– Bir təkərlər almışam ki, gəl görəsən. Əla təkərlərdi, davamlıdı. İllərlə sür heç nə olası deyil.

Arvadı təəccüb edir:

– Təkəri neynirsən? Sənin maşının yoxdu axı?

– Nə olsun yoxdu. Sən özünə çoxlu büstqalter almırsan?

Mərkəz olmadan bəzək-düzək, dizayn verməklə nəticə əldə etmək olmur.

Bu şəkildə insan başqalarını aldada bilər. Amma özü rahat olmayacaq. Hətta bəzən insan özü öz yalanına o qədər inana bilər ki, yalan həqiqət kimi görünə bilər.

Ancaq bütün hallarda bu insanı xoşbəxt edə bilməz. Amerikalı da xoşbəxt olmaq üçün müxtəlif üsullara əl atır. Amma alınmır. Baul tamam ayrı cür edir. O özünə əl qatmır. Xoşbəxtliyə can atmır. O, sadəcə, həyatdan zövq alır. Düzdü, onun heç zövq almağa nəyisə yoxdu. Yoxsuldu, yol kənarında yaşayır. Amma nəsə bir işıq var daxilində, içində bir parıltı var. Onun mahnıları təkcə mahnı deyil, onlarda kosmik nəsə var. Onun rəqsi təkcə rəqs deyil, bu nəsə daha dərin bir şeydi. Baul ləzzətə can atmır.

İnsan bütün gücünü həyatdan zövq almağa həsr edəndə o hər şeyini itirir. Nə qədər çalışsan da, xoşbəxt ola bilməzsən. Xoşbəxtliyə can atmaq özü yanlışdı, absurddu. Xoşbəxtlik hardasa deyil ki, o burdadı. Dünya belə qurulub. Xoşbəxtlik burdadı, hər yerdədi, içdədi, çöldədi.

Özünü boş burax, rahat ol xoşbəxtlik özü dolacaq içinə. Rahat ol, xoşbəxtliyi hiss edəcəksən. Özünü burax, xoşbəxtlik sənə özü sarılacaq.

Baul rahatdı; amerikalı gərgindi. O vaxt gərgin olursan ki, nəyisə əldə etmək istəyirsən. Hər şeyi olduğu kimi qəbul edəndə isə rahatlanırsan.

Buna görə deyirəm ki, fərq böyükdü. Baul amerikalı kimi gərgin, əsəbi deyil. Amerikalı Baul kimi rahat deyil. Bu artıq keyfiyyət fərqidi. Önəmli olan amerikalının Bauldan xoşbəxt, ya bədbəxt olması və ya əksinə deyil. Önəmli odu ki, baul rahatdı. Önəmli olan rahatlıqdı.

Baul üçün hər şey indi və burdadı. Amerikalı “nə vaxtsa”, “hardasa” ilə yaşayır. Amerikalı həmişə axtarışdadı. Və bu, sadəcə, axtarış deyil. Bu dəli kimi axtarmaqdı, özünü həlak eləməkdi. O həyatın suyunu sıxıb çıxarmaq istəyir. Həyatın suyunu sıxanda həyat bütün gözəlliyini, sağlamlığını itirir. Həyatı fəth eləmək olmaz! Həyata qarışmaq lazımdı. Onunla birləşmək lazımdı.

Həyatı fəth etməyə çalışmaq qalibiyyətə aparıb çıxarmır. Böyük bir iflasa uğrayırsan. Digər tərəfdən həyat bütündü. İnsan onun bir hissəsidi. Hissə bütünü fəth edə bilməz. Bu damlanın okeana qalib gəlməsinə oxşayır. Qalib olmaq üçün okeana qarışmalısan.

Qarış həyata.

Amerikalı ağlı rəqabətə həssasdı. Buna görə də o öz bədəninə qulluq etmək haqda beyin yorur. O, rəqabətdə geri qalmaq istəmir. Amerikalı ağlı ən cılız, ən ambisiyalı ağıldı. Amerikalı ağlı həddindən artıq yerlə bağlıdı. Buna görə də biznesmen olmaq Amerikada ən yüksək reallıqdı. Qalan hər şey ikinci plana keçib. Biznesmen – pulları idarə edən adam hamıdan üstündü. Ən yüksək reallıqdı.

Pul orda hər şey deməkdi. Qəlbinin zənginliyi önəmli deyil, əsas odu maddi imkanların geniş olsun – pullu olasan. Musiqi, ədəbiyyat haqda heç nə bilməmək ayıb deyil, əsas varlı olmaqdı. Elmdən, fəlsəfədən, tarixdən başın çıxmaya bilər. Amma bank hesabın mütləq olmalıdı. Bank hesabın varsa, hörmətli adamsan. Hətta amerikalı Van Qoqun, ya da Pikassonun rəsmini alıbsa, bu rəssama olan sevgidən deyil, ona görədi ki, qonşunun evində onların rəsmləri var.

Geri qalmaq olmaz. Daim rəqabət, rəqabət. Rəsmi necə asacağını, hardan asacağını bilməsən də, pulun varsa, ala bilərsən. Pikassonun əl işlərini anlamaq mümkün deyil. Hansı tərəfin yuxarı, hansının aşağı olduğunu bilmək də çox çətindi. Amerikalı ola bilər ki, bu rəsmi baş-ayaq asar. Amma bu önəmli deyil. Evə qonaqlar gələndə o şəstlə göstərib: “Pikasso”, – deyəcək. Bu önəmlidi. Var-dövlətini nümayiş etdirməlisən. Qonşular görməlidilər. Qonşular, ətraf, pul, var-dövlət, maşınlar, villalar hər şeydən önəmlidi.

Adamların evində sauna var və bu ona görə deyil ki, onlar bədənlərinə qulluq edirlər. Bu ona görədi ki, sauna evin vacib detalıdı. Başqalarında varsa, onda da olmalıdı. Bu prestijdi. Hamı böyük evlər tikdirirsə, sən də tikdirməlisən. Başqalarından geri qalmaq olmaz. Bəlkə də heç bu evlər adamların xoşuna gəlmir, orda rahat deyillər. Amma bu rahatlıq haqda heç kim düşünmür.

Əsas göstərişdi, görüntüdü. Məsələn, çox sayda maşın ala bilərsən. Bəlkə bu maşınların hamısı sənə lazım deyil, amma göstərmək lazımdı axı, adamlar görməlidi ki, sənin çoxlu maşının var. Bu amerikalı tərzidi.

Baul isə bu oyundan çıxmış adamdı. O deyir: “Məni heç kimin fikri maraqlandırmır”.

Düşünsən ki, həyatda bütün bu malın-mülkün heç bir əhəmiyyəti yoxdu, gərginliyə ehtiyac qalacaqmı?

Lyuk ölür. Üstündən bir az vaxt keçir və onun arvadı da ölüm ayağına düşür. O, qonşu qadını çağırıb deyir:

– Rut, məni qara ipək paltarımda basdır. Amma paltarın arxasını kəsib ondan nəsə tikdir. Çox bahalı parçadı, istəmirəm heyif olsun.

– Mən bunu edə bilmərəm. Siz qızıl pilləkənlərlə göylərə qalxanda mələklər sənin arxadan çılpaq olduğunu görsələr yaxşı olmaz axı.

– Mələklər mənə baxmayacaqlar. Mən Lyuku lüt basdırmışam.

Əsas məsələ budu. Kim nə deyəcək. Amerikalını başqalarının fikri narahat edir. Baulun isə bu vecinə deyil. Onu heç kimin fikri maraqlandırmır.

Baul çox eqoistdi. Sən onun eyninə də deyilsən. O sənin həyatınla, işlərinlə, nə etdiyinlə maraqlanmır. Sən onun üçün maraqsızsan. Ona elə gəlir ki, dünyada özündən başqa heç kim yoxdu. O, uşaq kimi xoşbəxtdi. Onun xoşbəxtliyi həqiqidi.

Uşağın necə tullanıb-düşdüyünü, sevinib güldüyünü görmüsən yəqin. Ondan niyə sevindiyini soruşsan, səni dəli hesab edər. Çünki uşaq sevinmək üçün səbəb axtarmır. O sevinir, vəssalam. Hər şeyə sevinir. Uşağın heç nəyi yoxdu. Nə baş nazirdi, nə vəkildi, nə biznesmendi. Onun var-dövləti sahildən topladığı balıqqulağından, daşlardan ibarətdi, vəssalam.

Baul üçün ölüm həyatın sonu deyil. Amerikalı isə həyatı uzatmaq üçün özünü oda-közə vurur. Bütün üsullara əl atır ki, həyatı uzatsın. Amerikalı üçün ölüm hər şeyin sonudu. Baul üçün davamdı. Amerikalı ölməkdən qorxur. Bu qorxu onun bütün həyatını zəhərləyir.

Bu gün kifayət qədər amerikalı həkim, müayinə, dərman sayəsində yaşayır. Bu həyat deyil. Onlar çoxdan ölmüş sayılır.

Amerikalı ancaq bədən haqda düşünür. Onu ancaq görüntü maraqlandırır. O, bütün ömrünü buna həsr edir. Amerikalı bütün ömrünü ölümlə mübarizə aparmağa xərcləyir. Bu halda həyatı necə sevmək olar? Sən onu hiss eləmirsən. Bütün işin onunla döyüşməkdi.

Amerikalı sağ qalmaq üçün döyüşür. Ölümdən o qədər qorxur ki, aləmi bir-birinə qatıb xaos yaradır. Gücdən düşür, əsəbləri korlanır. Canlı ölüyə çevrilir.

Onun heç bir duyğusu qalmır. Ömrünü qaç-qovda keçirir. O, hər an ölüm təhlükəsi gözləyir. Belə yaşamın yaratdığı gərginliyi necə atmaq olar?

O, ölüm qabağı hər şeyi çatdırmağa çalışır. Ona elə gəlir ki, nəyisə yarımçıq qoya bilər. Nəsə natamam qalar. Bu sonsuz əzablar, sinir pozuntusu, boşluq və anlamsızlıq əmələ gətirir.

Əgər bədənin ölümü ilə həyat sona çatırsa, heç nəyin mənası yoxdu. Deməli, bizim yaşadığımız həyat, əslində yuxudu, hansısa axmağın danışdığı nağıldı.

Bir tərəfdən amerikalı burdan ora, ordan bura qaçaraq hər işi çatdırmağa çalışır. Şansını əldən verməmək üçün çaba göstərir. O şəhərdən bu şəhərə, bu ölkədən o ölkəyə, o oteldən, bu otelə cumur. Axtarır, elə hey axtarır. Digər tərəfdən böyük bir boşluq hiss edir.

Belə çıxır ki, fərqi yoxdu səfehsən, ağıllısan, alimsən, avarasan, yaxşısan, pissən, ölüm gəlir və hamını bərabərləşdirir. O zaman həyatın mənası nədi? İsa və ya İuda olmağın mənası nədi? İsa çarmıxa çəkildi, İuda səhərisi intihar etdi. Onlar bərabərləşdilər?

Başqa tərəfdən də qorxu var; kimdənsə nədəsə geri qalmaq qorxusu. Nəyisə əldə etməmək qorxusu. Bu mənada, nədənsə, əldə etdiyini özünlə ölümə apara bilməyəcəksən reallığı nəzərə alınmır.

Baul isə başqa cür düşünür. Heç yerə tələsmək lazım deyil. Bir ağacın altında da oturmaq olar. Budda heç yerə tələsmirdi. Ağacın altında oturmuşdu. Allah özü onun yanına gəldi. Hər şey özü gələcək. Sadəcə, əlverişli şərait yaratmaq lazımdı. Hər şey gələcək, sadəcə, qarşılamaq lazımdı.

Həyat üzünüzə güləcək. İnsanlar özləri öz başlarına əngəl açırlar. Qaç-qov isə ən böyük əngəldi. Sən həmişə qaçaqaçdasan. Həyat gəlib qapını döyür, sən evdə yoxsan.

Sən Katmandudasan, həyat Katmanduya sənin dalınca gəlir, sən ordan Qaoya gedirsən. Beləcə, həyat sənin dalınca gəzə-gəzə qalır. Və siz heç vaxt rastlaşmırsız, qovuşmursuz.

Otur, gözlə, tələsmə.

Yeni ağıl növü peyda olub. Bu amerikalı ağlıdı. Bütün insanlıq tarixində belə şey olmayıb. İndi var. Amerika cəmiyyəti insanlıq tarixində bizneslə idarə olunan ilk cəmiyyətdi. Onun uğuru budu. Hindistanda hələ heç vaxt cəmiyyəti biznes idarə etməyib. Cəmiyyət heç vaxt biznesə köklənməyib. Həmişə alimə, professora, aydına köklənib.

İngiltərədə aristokratlar olub, başqa Avropa ölkələrində olduğu kimi.

Yaponiyada samuraylar, döyüşçülər dominantlıq edib.

Heç vaxt heç yerdə biznes başda olmayıb.

Amerika cəmiyyəti mədəniyyətə sahibkar münasibəti göstərir.

Deyilənə görə, alman biznesmen olduğunu utana-utana deyirmiş, ancaq professor olduğunu qürurla açıqlayırmış. Varlı olmasa da böyük bir universitetin professoru olmaq şərəfli imiş.

Bəs biznesmen nə deməkdi? Heç nə demək deyil. Bu gün Amerika üçün professor sözü heç bir dəyər daşımır. Professor? – Yazıq! Amerikada professor heç nə əldə etməyən bir adama çevrilib. Biznesmen isə hər şey deməkdi.

Professor uğursuzluğa məhkum olub. Hakimiyyətə intellektuallar gələndə cəmiyyət şikəst olur. Hamı mübahisə edir, müzakirələr aparır və heç kim hərəkətə keçmir. İntellektuallar böyük və real olmayan şeylərdən danışacaqlar. Yüksək materiyadan dəm vuracaqlar. Həyat isə xırda-para nəsnələrdən ibarətdi. Biznesmen həmin o xırda-para işlərin öhdəsindən yaxşı gəlir. O yer adamıdı.

Mən demirəm ki, amerikalı beynini tamamilə məhv etmək lazımdı. Bu beyni bazar məsələlərində istifadə etmək olar. Orda mənim nəzəriyyəm də keçərli deyil. Amma dəyişmək də mümkündü. Amerikalının uğuru onun iç dünyasını darmadağın edir. Çevik olmaq lazımdı. Məbədə girəndə biznesini qapıda qoy. Burda sənə başqa ağıl lazım olacaq. O hamıda var, sadəcə, istifadə olunmalıdı. İlk amerikalı Aya uçanda onun beynində dəyişiklik – metamorfoz baş verdi; O, birdən-birə ölkələri, kontinentləri, materikləri, sərhədləri unutdu.

O, birdən-birə amerikalı olduğunu unutdu. Milli, irqi ayrı-seçkilikləri unutdu. Onun beynində, birdən-birə, aralarında konfliktlər, savaşlar yaşanan bölgələr birləşdi, dostlaşdı. Düşmən düşərgələr barışdı. Bu Asiyadı, bu Afrikadı kimi fərqlər olmadı. O qəfildən dedi: “Yer kürəsi – mənim sevimli planetim”. Bu transtendensiyadı. Bir anlıq o, bütün şərtləri unutdu və dedi: “Mənim sevimli planetim”. Bax həmin an bütün Yer kürəsi ona məxsus idi…

Səssizlikdə bu baş verir. Bütün dünya sənin olur. Qarşıdurmalar unudulur. Hər şey bir-birini tamamlayır. Qucaqlaşır, qovuşur. Ağıl kənar hadisədi. Ağıl son hədd deyil. Ağılsızlığa qədər yüksəlmək həqiqətə çatmaqdı. Şüuru aşmaq, şüursuzluğu dərk etmək, ağıla tabe olmaq yox, ağılı özünə tabe etmək lazımdı. Ağıldan kənara çıxmalıdı yeni insan. Ağıldan asılı olmalı deyil. Bu zaman azadlığa çatacaq. Ağlın idarəsindən qurtulan kimi özü də qurtulacaq.

Amerikalı, alman, hindu bunlar məhbəs adlarıdı. Bu açıq səma ola bilməz. Bu həbsdi, türmədi. Azad insan bunlara tabe ola bilməz. Azad insan üçün milli kimlik, irq, forma, ad yoxdu. Milli kimlik zamanı bitdi. İndividum, fərd zamanıdı. Yeni dünyada amerikalı, alman yoxdu. Yeni dünyada individum var. Tamamilə azad insan var. O, heç kimə ixtiyar vermir həyatına qarışsın. O öz həyatının yeganə sahibidi.

Amerikalı bu gün bütün dünya insanlarından ən canlısıdı. Çünki Amerikada milliyyət yoxdu. Bir anlayış var – amerikalı. Bu görüş yeridi. Bütün ölkələrin qovuşduğu, bir araya gəldiyi məkandı. Amerika ən yaxşı ölkə oldu, ona görə ki, burda müxtəlif insanlar cütləşir. Cürbəcür irqlərin ən yaxşı keyfiyyətləri doğulan körpələrə ötürülür. Digər millətlər bir-birilə cütləşməklə məhdudlaşdıqları üçün çoxunda cırlaşma gedir. Amerika isə gündən-günə yeni insan yetişdirir.

Xalq sayca nə qədər azdısa, onun intellektual səviyyəsi bir o qədər aşağıdı. Buna görə də tibb yaxın qohumların cütləşməsinə icazə vermir. Çünki doğulan körpələr ağıldankəm olurlar, key olurlar. O hətta tam insan da olmayacaq. Şüursuz bir varlıq olacaq.

Qarışıq nikahlar sayəsində intellekt səviyyəsi yüksəlir. Bu mənada Amerika ən uğurlu ölkədi. Onun üç yüz il yaşı var, amma bütün dünyanı birləşdirir. Bütün başqa ölkələr Amerikanı örnək götürməlidi. Qarışıq nikah olmalıdı ki, xalq cırlaşmasın. İnsanlar əksini edirlər. Bir-birilə evlənirlər. Qohum-qonşuyla cütləşirlər. Bu dəhşətlidi. Bu insanlığın axırına çıxır.

Seleksionerlərdən soruşa bilərsiz: onlar heyvan cinslərini necə yaxşılaşdırırlar? Meyvə yetişdirənlərdən öyrənin: yeni meyvə növünü necə yaradırlar? Calaq elədikləri üçün. Calaqdan yeni meyvə növü, yeni heyvan növü yaranır. Yeni insanın yaranması üçün də qarışıq nikahlar olmalıdı.

Amerikalılar xurafatı kənara atdılar. Bu cür ölçü götürməyə məcbur idilər. Çünki ölkəyə hər yerdən, müxtəlif xalqların nümayəndələri axın edirdi. Ora dünyanın hər yerindən adamlar yığışdı: ispanlar, portuqallar, hollandlar, fransızlar, ingilislər, polyaklar və s.

Millətlər qarışığından tamamilə yeni, cəsarətli, sağlam, həyata davamlı və inanılmaz dərəcədə macəralara hazır bir insan yetişdi. Məhz bu səbəbdən ABŞ dünyanın ən zəngin ölkəsi oldu.

Hindli, amerikalı və ingilis söhbət edirlər. Amerikalı soruşur:

– Kimin yanında basdırılmaq istəyərdiz?

Hindli deyir:

– Maxatma Qandinin.

İngilis deyir:

– Çörçilin.

– Mənsə Rokuell Uelşin yanında basdırılmaq istəyərdim, – deyə amerikalı özü öz sualına cavab verir.

– Rokuell hələ sağdı axı?

– Nə olsun? Mən də hələ sağam.

Hətta amerikalı uşaqlar da başqa ölkələrin uşaqlarından daha intellektlidirlər.

Cimmi belə qərara gəlir ki, artıq öz yelbeyin oğlu ilə ciddi söhbət eləməlidi.

– Bob, mən öləndən sonra sən necə olacaqsan?

– Mən burda qalacam. Əsas məsələ odu ki, sən necə olacaqsan?

Qeyd eləməliyəm ki, “falş” sözü amerikadan gəlir və telefon sözündən qaynaqlanır. Fikir vermisən ki, telefonla danışanda səs tonu necə dəyişir? (ing. phony – saxta, falş. telephone)

Bir varlı adam psixoanalitik yanına gedir. Seans sadə adamların gücü çatmayacağı qədər bahalı olur. Hər dəfə bu milyarder gəlib saatlarla boş-boş şeylər danışıb gedir. Psixoanalitik onun səfeh söhbətlərindən təngə gəlsə də, yaxşı pul aldığına görə bu sərsəmliyə son qoya bilmir. Bir gün o, belə bir amerikan üsulu fikirləşir. Pasiyent gələndə ona deyir:

– Siz, saatlarla danışırsız və bu arada mənim pasiyentlərim çox gözləməli olurlar. Gəlin belə edək. Mən diktofonu qoyum siz danışın. Gecə hamı gedəndən sonra mən sizin səsinizi dinləyərəm.

– Olar, yaxşı fikirdi, – deyir milyarder.

Səhərisi doktor başqa pasiyentlə yan otaqda məşğul olduğu vaxt milyarder geyimli şəkildə diktofon olan otaqdan çıxır.

– Niyə belə tez çıxdız, – təəccüb edir həkim.

– Bilirsiz, doktor, mən də səsimi gecə öz diktofonuma yazdım. İndi onu sizin diktofonun yanına qoymuşam. Onlar öz aralarında danışa bilərsə, mən niyə vaxtımı boş yerə sərf edim?

Beləcə insan tədricən robota çevrilir. Danışır, yaşayır, amma hər şey mexaniki baş verir.

Deyl Korneqi Amerikada ən məşhur filosoflardan biri sayılır. Halbuki Amerikadan başqa heç yerdə onu möhtəşəm hesab etmirlər. Onun “Dostları necə qazanmalı və insanlara necə təsir etməli” adlı kitabı satışda ancaq Bibliyaya uduzur. İçi isə zibildi.

O, kişilərə gündə 3 dəfə xanımlarına “Əzizim, mən səni sevirəm. Həyatı sənsiz təsəvvür edə bilmirəm” deməyi məsləhət görür. Fərqi yoxdu, bu adam həmin sözləri ürəkdən deyir, yoxsa oynayır. Falşı hiss edirsən? Sevgi varsa, sözə ehtiyac qalmır. Sevirsənsə, hər şey aydındı. Gündə üç dəfə eyni şeyləri təkrar-təkrar deməklə nə olur? Qrammofona çevrilirsən.

Bütün günü yalandan “əzizim, əzizim” demək, əksinə, insanın içində qıcıq oyada bilər. Çünki hər iki tərəf məsələnin fərqindədi. Üzdə yalandan “əzizim” deyən içində qadını lənətləyə bilər. “Ömrümü yemisən” fikirləşə bilər. Bu danılmazdı.

Bütün Amerika tarixində ancaq bir adam mənim sayğıma layiqdi – Volt Vitmen.

Qalanlarının heç bir dəyəri yoxdu. Volt Vitmen dünya tarixinə aid adamdı.

Vitmen Amerika tarixində mənə görə mistisizmə aidiyyəti olan yeganə şəxsdi. Amerikalı beyni səthidi. O belə də olmalıdı. Çünki cəmi üç yüz il yaşı var. Bu, hər şeylə maraqlanan uşaq ağlıdı. O sual verir, cavaba qədər artıq başqa şey soruşur. Cavab onun üçün elə də önəmli deyil. Sadəcə, hər şeylə maraqlanır deyə suallar verir.

Psixoloqlar fikir veriblər ki, Amerikada moda kimi heç nə üç ildən artıq sürmür.

Hesablanıb ki, Amerikada hər kəs işini, arvadını, evini, şəhərini üç ildən bir dəyişir. Bu uzun zaman sayılır. Üç ildən sonra mütləq nəyisə dəyişmək istəyi yaranır.

Volt Vitmen Amerikada başa düşülməyən adamlardan biri idi. Hərçənd Amerika onunla qürur duymalıdı.

İnsanın sivilliyi, intellekti nə qədər aşağı səviyyədədisə, onun həyat qabiliyyəti bir o qədər yüksəkdi. Sivilləşdikcə insan süniləşir, ilkinliyini itirir, kökündən qopur. İnsan kobud aləmdən qorxur, kənarlaşır. Düşünür ki, dünya onu incidir, ona layiq deyil.

Tantra deyir: Xalis insan tapmaq üçün onun kökünə baxmaq lazımdı.

Deməli, Tantra deyir: Savadsız, geridəqalmış insanların həyata dözümlülüyü və həyat qabiliyyəti yüksək olur. Müasir psixoloqlar da eyni şeyi deyir. Avroamerikalı ağ amerikalıdan enerjilidi və bu ağı qorxudur. Sadə səbəbi var: ağ amerikalı çox dəymədüşər olur, zənci isə həyat eşqi ilə doludu, yer adamıdı. Ağlarla qaralar arasındakı konflikt dərinin rəngi ilə bağlı deyil.

Bu dözümlülüklə dəymədüşərlik arasında olan rəqabətdi. Ağdərili ilk növbədə qorxur ki, zənci qadını onun əlindən alar. Çünki zənci daha enerjilidi, daha seksualdı, daha möhkəmdi; bu vəhşi enerjidi. Sivil insan üçün qadını itirməkdən dəhşətli heç nə yoxdu. O başa düşür ki, qadın daha möhkəm kişini seçə bilər.

Tantra deyir: İlkinliyini itirməyən insanların həyatla bağlı imkanları daha genişdi. Onlar dəyişməyiblər, enerjilərini xərcləməyiblər. Onların yenilənmək, daxilən yüksəlmək şansları çoxdu. Çünki onlar özlərini israf etməyiblər. Vaxtından əvvəl özünü israf edən insanın həyat enerjisi qalmır. O halsız olur. Yabanılığını saxlayanların isə getdikcə böyümək şansı çoxdu. Onlar nəyisə dəyişməli olmurlar. Onlar birbaşa hərəkətə keçə bilirlər.

Bütün bunların nəsə bir ilahi mənası var, yoxsa həyat təsadüfdü? Deyə bilərikmi, həyat hansısa çox yüksək məqsədə doğru irəliləyir?

Çox çətindi… xüsusilə Qərb şüuru üçün həyatın heç bir mənası olmadığını qəbul etmək çox çətindi. Qərb aləmində həmişə hansısa məqsədlər hökm sürüb, Şərqdə isə məqsədsizlik.

Şərq deyir ki, həyat biznes deyil, oyundu. Oyunun isə heç bir məqsədi olmur. Sadəcə, oynayırsan. Oyunun məqsədi oyun özüdü. Həyatın məqsədi ola bilməz. Həyat özü məqsəddi. Əldə edəndən sonra acgöz beyin yeni şeylər arzulayacaq və məyus olacaq. Çünki hər şey artıq əldə olunub. Bütün Amerika indi bunun depressiyasını yaşayır. Tələsik hər şeyə nail olub və qazanacağı heç nə qalmayıb.

Fəth etmək məqsədi var, amma fəth olunacaq heç nə yoxdu. İnsanlığın tarixində ilk dəfə olaraq Amerikada bolluq cəmiyyəti qurulub. Orda yoxsul adam yoxdu. Oranın yoxsulu Hindistanda varlı sayılar. Hamının hər şeyi var: maşını var, avadanlığı var, texnikası var, işi var, əyləncəsi var, geyimi var – hər şeyi var. İndi nə etmək lazımdı? Bir maşın varsa, ikincini almaq lazımdı. Bir qaraj varsa, ikincisi də olmalıdı. Beləcə məqsəd eyni halqa üzrə hərəkət edib eyni yerə qayıdır.

Bütün Amerika biznesi insanları məqsədə səsləyir. Məqsəd olmalıdı. Reklamlar, plakatlar hamısı bununla bağlıdı. Məqsədli ol, nəyinsə arxasınca get, əldə et, qazan. İnsanların beyni bununla məşğuldu. Məqsəd, məqsəd və bu, kütləvi nevroza gətirib çıxarır.

Yalnız vurnuxmayan beyin rahatlana bilər. Bunun üçün var oluşun heç bir anlamı olmadığını dərk eləmək lazımdı. Kainatın heç bir məqsədi, məramı olmadığını başa düşəndə insanın da məqsədləri, həyatın sirrini öyrənmək axtarışları effektini itirir. Ağlın hardasa başqa yerlərdədisə, sən həyatdan zövq ala bilməzsən. Çünki həyat burdadı. Onu içdən yaşamaq, həm də zövqlə yaşamaq üçün burda olmalısan. Fikrin sabahda, gələcəkdə, keçmişdə, hardasa, kimdəsə, nədəsə olanda həyat kimin ümidinə qalır? Niyə yanına, içinə, özünə, indi baş verənlərə boylanmaqdansa, görmədiyin, yaşamadığın, hazırda yanında olmayan şeylərlə özünü yorursan?

Həyat biznes deyil, oyundu. Hindistanda biz onu lila adlandırırıq. Bu “kosmik oyun” deməkdi. Elə bil Allah özü oyun oynayır. Enerji ancaq ləzzət almaq üçün axın edir. Başqa bir məqsədi yoxdu. Bəyəm körpə əlləri ilə hansısa məqsədlə oynayır? Uşaqlar sahildə niyə qaçışırlar, niyə kəpənək tutmaq istəyirlər, niyə hər şeyə gülürlər? Həyat budu. Oyna, məqsəd-zad lazım deyil. Eləcə oyna.

Məktəb, universitet, cəmiyyət, ailə hər şey insanı korlayır. Beyninə yeridir ki, məqsədsiz yaşamaq çox pisdi. Guya böyük-böyük ambisiyalar uğruna savaşmalısan. İnsanı xəstə edirlər. Uşaq niyə oyun oynadığını, niyə tullanıb-düşdüyünü izah etməli olsa, maksimum belə ifadə edə bilər: “Xoşuma gəlir, oynamaq istəyirəm”. Vəssalam. Başqa heç bir səbəb yoxdu. İnsan həyatı əslində budu.

Çünki uşaq hələ cəmiyyətin saçmalıqları ilə doldurulmayıb. O, təbiətdən yenicə çıxıb. Hələ tərdi, yabanıdı, özüdü, təbiidi. Əvvəlcə özünü ağac kimi təsəvvür elə. Sən ağac da ola bilərdin, cücü də, həşərat da, quş da. İndi özünü kamil insan kimi yüksəklikdə, bütün imkanların fövqündə hiss et. İnsan bunu dərk edə bilmir. Ona mütləq məqsədlər lazımdı. O özünü məqsədsiz mənasız hiss edir.

Elmlər deyir ki, adam olmaq üçün mütləq məqsədin olmalıdı. Mənsə deyirəm: nə qədər məqsədsiz olacaqsızsa, bir o qədər xoşbəxt və rahat yaşayacaqsız.

Nəfəs almaq, yaşamaq, enerjili olmaq kifayət etmir? Gərək mütləq nəyəsə can atıb özünü həlak edəsən? Öz önəmini hiss etmək üçün mütləq özünü xərcləməlisən? Özün özün üçün önəmli ola bilmirsən? Cəmiyyət nə öyrədir uşaqlara? Çalış, vuruş, nəyəsə nail ol. Bunun mənası əslində birdi: “Öləndə bank hesabın olsun. Arxanda pulun olsun”.

Zəngin yaşamaqla zəngin ölmək arasında yerlə göy qədər fərq var.

Zəngin ölmək istəyən adam heç vaxt zəngin yaşaya bilməz. Onun bütün həyatı qaçaqaçdadı. Çox varlı adamlara bax. Onların həyatı necə cansıxıcıdı. Necə kasıbdı. Heç bir arzuları yoxdu. Burdan ora, ordan bura vurnuxurlar, nəsə axtarırlar, yarımçıqdılar. Heç nədən ləzzət ala bilmirlər. Çünki hər şeyləri var, üstəlik yorğundular.

Meditasiya edən adamın ağlı gərək tamamilə tox olsun. Heç bir məqsəd yoxdu. Məqsəd rahat olmaqdı. Kosmik oyunun bir parçasına çevril. Oyna, oyunbaz ol. Həmin an sənin hər şeyin olacaq. Həmin an zənginləşəcəksən, əbədilik hiss edəcəksən.

Əbədilik gələcəkdə deyil; İndi və burdadı. Məqsəd yoxdu. Olsaydı Allah da biznesmen, sahibkar olardı. Ciddi olma, oyunçu ol. Ekstazı güc sərf etməklə yaşamaq olmur. Ekstaz yaşamın özüdü. Yaşamda sevinmək üçün o qədər üstünlüklər və səbəblər var ki.

Məqsəd olmayanda sən bağçada çiçək görüb ona baxacaqsan, mahnı eşidib onu dinləyəcəksən, rəqs musiqisi eşidiləcək rəqs edəcəksən. Gözəl sima görəndə ilahiliyindən bayılacaqsan. Beynini məqsəd məşğul etməsə, həyatı yaşayacaqsan. Məqsəd insanı yaşamağa qoymur.

İngilis amerikalıya deyir:

– Sizin böyük şəhərləriniz var, gözəl evləriniz var, küçələriniz, parklarınız var. Ancaq sizdə bir şey çatmır. Sizdə aristokratlar yoxdu.

– Aristokratlar? – çaşıb qalır amerikalı.

– Bəli. Aristokratlar mm… yəni əcdadları nəsə işlər görən, ata-babası tanınan, nəsil-nəcabəti nə iləsə tanınan adamlar.

– Var, – deyə sevinir amerikalı. – Bizdə də belə adamlar var. Amma bizdə onlar avara adlanır.

Məlumdu ki, təhsilli adamların sayı artıqca əhali arasında dəliliyin də sayı artır. Bu gün Amerika belə xəstələrə görə birinci yerdədi. Bu qürurvericidi! Çünki elmə, təhsilə görə öndə olduğunun göstəricisi sayılır.

Amerika psixiatorları iddia edirlər ki, mövcud idarəçilik sistemi yüz il davam etsə, ölkədə bir nəfər normal adam qalmayacaq. İndidən hər dörd adamdan üçünün psixoloji durumu qaydasında deyil. Təkcə Amerikada gündəlik üç milyon adam psixiator yanına gedir. Başqa həkimlərin sayı getdikcə azalır, psixiatorların sayı artır.

Həkimlər onu da deyirlər ki, əhalinin səksən faizinin xəs­təlikləri psixolojidi. Bu isə əhalinin təhsil səviyyəsinin artması ilə bağlıdı. Əqli patologiyalar əvvəllər qırx faiz təşkil edirdisə, indi əlli faiz artıb. Əminəm ki, iyirmi ildən sonra vəziyyət bərbad olacaq. Amerika etiraf edəcək ki, əhalinin doxsan doqquz faizi psixi xəstədi. Bütün yük beyinə düşür. Buna görə də beyin tab gətirmir.

Tez əsəbiləşən, özündən çıxan adam təhlükəli deyil. Çünki o enerjisini atır. Ancaq hirsini, emosiyalarını içində saxlayan adam vulkan üstündə oturub. Vulkan birdən-birə püskürə bilər. Və bu zaman o ya kimisə öldürəcək, ya da intihar edəcək. Üçüncü yol yoxdu.

Pornoqrafiya ona görə mövcuddu ki, seksual azadlıq yoxdu. Ona görə mövcuddu ki, dinlər qadağalar qoyur. Pleyboy pornoqrafiyanı yaymır. Əksinə, pleyboy dini fəsaddı.

Pornoqrafiya seksuallığın repressiyaya uğraması sayəsində ortaya çıxıb. Seksuallıq boğulanda o əxlaqsız formada üzə çıxır. O, siyasətdə özünə çıxış tapa bilər.

Buna görə də dünyanın bütün ordularında seksi boğurlar. Amerika əsgərləri çətin vəziyyətlərə düşürlər. Çünki ordu tarixində ilk dəfə olaraq Amerikada əsgərlərin sekslə məşğul olmasına qoyulan qadağa götürülüb. Amerikan əsgərləri hər yerdə iflasa uğrayırlar. Onları hər yerdə məğlubiyyət gözləyir. Səbəb odu ki, Amerika əsgəri yeni fenomendi. O, seks düşgünü deyil. Amerika əsgəri ruslara qalib gələ bilmədi. Hətta məzlum vyetnamlılara da qalib gələ bilmədi.

Zavallı vyetnamlılar tarixin ən qüdrətli dövlətini yalnız bircə səbəbdən məğlub edə bildilər. Seksual basqı insanı vəhşiyə, dəliyə döndərə bilər. Onun daxili enerjisi çölə çıxmaq üçün özünü dağıdır. Amerikan əsgərinin bu cür problemi yoxdu, o, aqressiv deyil. Seks düşgünü olmayan adam öldürməyə meyilli deyil. Hesablamalara görə ordunun otuz faiz əsgəri heç döyüşməyib. Onlar, sadəcə, döyüş meydanına gedib qayıdıblar. Onların adam öldürmək arzusu yoxdu.

Buna görə də savaşda qalib gələ bilmirlər. Seks həddindən artıq basqıya məruz qalanda nəticə ağır olur. Müşahidələr var. İnkişaf etmiş, zəngin, seksual azadlığı olan cəmiyyəti basqıda yaşayan cəmiyyətin aqressiyası məhv edə bilər. Bu yunan mədəniyyətinə aiddi, Roma mədəniyyətinə aiddi. Bu Amerika mədəniyyətini də gözləyir.

Çox qəribədi. Ölkə nə qədər mədəni, azad, inkişafda olursa, geridəqalmışların, vəhşilərin, görməmişlərin onu məhv etmək təhlükəsi bir o qədər çox olur. Çünki axmaq, gerizəkalı, cahil toplum öz mənasız din başçısını dinləməyə davam edir.

BUDDA

İnsan inanılmaz potensialla doğulur. Onun budda olmaq şansı var. İnsan budda kimi doğulur – öz həyatının sahibi kimi, kölə kimi yox. Lakin çox az adam buna nail olub. Əksəriyyət elə düşünür ki, həyatın maksimumuna çatıb.

Həyat özünü realizə etmək imkanıdı, yüksəlmək, artmaq imkanıdı. Öz-özlüyündə həyat boşluqdu. Ancaq yaradıclıq onu mənalandıra, doldura bilər. Qəlbində musiqi səslənir, oxuyub-oynaya bilərsən. Bu musiqi qəlbinin lap dərinliklərində gizlədilib. Onu eşitmək üçün çox içəri qulaq verməlisən. Onun səsini artırmaq üçün gərək ruhuna baş vurasan.

Özünüaktualizasiya deyəndə mən bunu nəzərdə tuturam.

Çox nadir adam təbiətin onu necə və kim olaraq yaratdığını anlamaq üçün həyatını mənəvi böyüməyə, aktualizasiyaya sublimasiya edir.

Şərqdə biz belə adama – Budda deyirik. Qərb ona məsih deyir. Hər ikisi, əslində, eyni məzmun daşıyır. Hər ikisi “evə qayıdış” mənasındadı.

Biz hamımız yurdsuz adamlarıq. Biz hamımız evimizi axtarırıq. Hamımız nəyinsə peşindəyik. Nə axtardığımızı bilmədən elə hey özümüzü ora-bura vururuq. Qaranlıqda ora-bura fırlanırıq, amma nə üçün fırlandığımızı bilmirik. Bulud kimi özümüzü küləyin ağuşuna atmışıq. Hara aparır ora gedirik. Biz hesab edirik ki, milyonlarla insan bu cür yaşayırsa, demək, doğru olan budu. “Milyonlarla insan yanıla bilməz” – düşünürük. Elə ən düzü budu.

Sənin məntiqin bundan ibarətdi. Bu məntiq fundamental səhvdi. Milyonlarla insan yanıla bilər. Milyonlarla insan saxtakarlıq və yalan içində yaşayır. Onların həyatı çox səthidi. Onlar periferiyada yaşayırlar. Varlığın mərkəzi haqda heç bir şey bilmədən. Mərkəzdə isə bütün həyat var. Mərkəz Tanrının səltənətidi.

Budda həyatına başlamaq üçün, əvvəlcə, öz potensialının sonsuzluğunu dərk etmək gərəkdi.

Bu günə qədər şüursuz şəkildə yaşadığını, həyatını havaya sovurduğunu anlamaq gərəkdi.

Dərketmə zamanıdı. Bu asan məsələ deyil, əlbəttə. Olduğun kimi davam etmək daha asandı. Bunun üçün güc sərf etməli deyilsən. İstənilən axmaq bu yolu seçər. Bütün axmaqlar bu cür yaşayır. Hər şeyi təsadüfün üstünə atmaqdan rahat heç nə yoxdu. Bu zaman sən heç nəyə görə məsuliyyət daşımırsan. Səndən başqa istənilən şəxs günahkar olur: ana, ata, həyat, Allah, kilsə, şərait, ailə, iş, cəmiyyət, dostlar – hamı sənin həyatında baş verən hansısa çətinliyə, hadisəyə görə cavabdeh sayılır.

Özündən başqa hamını səbəbkar hesab edirsən. Bu ən rahatı, ən asanıdı. Canını bu yolla qurtarırsan. Dərketmə – həyatın bütün məsuliyyətini öz çiyninə götürməkdi. Dərketmə budda dünyasına ilk addımdı.

Məsuliyyət haqda danışanda mən onun adi mənasını, “vəzifə borcu” anlayışını nəzərdə tutmuram. Mən onun həqiqi mənasından – cavabdehlik bacarığından danışıram.

Bunun üçün sən yatdığın yuxudan oyanmalısan. Yatmış adam quşların səsini eşidə bilməz, çiçəkləri görə bilməz, sevgini yaşaya bilməz. Cavabdeh olmaq – məsuliyyətli olmaq deməkdi.

Cavabdeh olmaq – qayğıkeş olmaq deməkdi. Bunun üçün hərəkətlərini maksimal dərəcədə dərk etməlisən. Nə etdiyinin fərqində olmalısan. Hətta ən xırda məsələlərdə belə, məsələn, duş qəbul etdikdə, yeridikdə, çörək aldıqda, yemək yedikdə – bütün hallarda mexanikliyə, iradəsizliyə yol vermək olmaz. Sən elədiyin hər işi dərketməylə gerçəkləşdirməlisən.

Sən avtomatik yaşamalı deyilsən. Getdikcə hərəkətlərin aydınlanacaq, içinə işıq dolacaq, getdikcə beynində sahman yaranacaq və bu o vaxta kimi davam edəcək ki… partlayış baş versin. Toxum çırtladı, potensial açıldı, sən artıq toxum deyilsən. Artıq çiçəksən.

Bu yüksəliş anıdı, ilahi məqamdı. Budda bu anı nirvana adlandırıb. İşıqlı bir insan peyda olur. Artıq nəyisə axtarmaq, nəyinsə dalınca qaçmaq lazım gəlməyəcək. Artıq sən doğulmusan. Özünü tapmısan. Məsudluq, səadət hissi sonsuzdu. Artıq rahat nəfəs ala bilərsən. Səyahət sona çatdı. Sən mənzil başına yetişdin. Sən evindəsən.

Qərb dünyaya Aristotel, Nitşe, Haydegger, Kamyu, Berdyayev, Marsel, Sartr verib. Bəs buddalar yetişdirmək imkanı varmı? Yoxsa bunun üçün Şərq təfəkkürü ilə birləşməlidi?

Budda anlayışının coğrafiyaya və ya tarixə aidiyyəti yoxdu. Budda məkansızlıqdı, sonsuzluqdu. Göyün üzü kimidi. Hər yerdə ola bilər. O qərbli də ola bilər, şərqli də. Ancaq hindli budda ola bilər və ya ancaq çinli budda ola bilər deyə bir ölçü yoxdu. Buddalığı məkanla identifikasiya etmək doğru deyil.

Şərq və Qərb nə deməkdi? Bu mövhumatın başqa növüdü. Hindli kimdi, yəhudi kimdi? Bu asılılığın ayrı-ayrı növləridi. Xəstəlik adlarıdı. Sağlam adamlar nə Qərbə, nə də Şərqə məxsus olmurlar.

Buddalıq uşaqlığını bərpa etməkdi. Uşaq doğulur və biz onun beynini sərsəm şeylərlə doldururuq. Öz həqiqətlərimizi ona yeridirik. Biz onun təmiz dünyasını zibilləyirik. Buddalıq həmin dünyanı bərpa etməkdi. Buddalıq məsumluqdu, təmizlikdi. Sən şərqli də, qərbli də ola bilərsən. Yer kürəsi sənin vətənindi. Sən hər yerdə öz evindəsən: əgər için işıqlıdısa, əgər heç nədən asılı deyilsənsə, əgər psixoloji tutqun yoxdusa. Vətən, dil, millət anlayışları insanları bədbəxt edir. Onlar dünyadan qorxurlar. Onlar dünyanın ancaq bir yerində özlərini evdə hiss edirlər. Bu psixoloji asılılıqdı. Buddalıq bu asılılıqdan qurtulmaqdı.

Buddalıq transtendentaldı.

Uşaq ailədə doğulur. Bütün hallarda onu kimsə böyüdür. Bu mütləqdi, yoxsa uşaq sağ qalmaz. Uşağa qayğı lazımdı, diqqət lazımdı. Yedirmək, içirtmək, yatırmaq lazımdı. Və bunun bədəli olur. Sən uşağı böyüdürsən və əvəzində onun beynini doldurursan. Onu tərbiyə etməyə çalışırsan. Ata haqlıdı, ana haqlıdı, müəllimə haqlıdı. Böyüklər bilir, böyüklər düz deyir. Yazıq uşağın heç xəbəri də yoxdu ki, onu ideyalarla doldururlar. Bu hər yerdə belədi. Qərbdə də, Şərqdə də. Bununla xristianlıq da məşğuldu, induizm də. Su damcı-damcı daşın üstünə tökülür və nəticədə onu parçalayır.

Uşaq öyrəşməyə, mənimsəməyə məcburdu. Buna görə də o, zaman-zaman yalançı, saxtakar, ikiüzlü olur. Öz kimliyindən uzaq düşür. Psixoloqlar deyirlər ki, əgər uşaq kütbeyindisə bunun səbəbkarı ailədi. Heç bir uşaq kütbeyin doğulmur. Əgər ata çox ağıllıdısa uşaq onun qarşısında ağıllı söz deyə bilməz. Ürəyində ata narahatlıq hiss edir. O axı həyatın mərkəzidi. Uşaq necə ona ağıllı söz deyə bilər?

Kimsə ondan ağıllı ola bilməz. Ən ağıllı adam odu. O məcbur edir ki, uşaq özünü natamam hiss eləsin, yarımçıq olsun. Uşaq ağıllı söz deyə biləcəyinə inanmasın. Hesab eləsin ki, hər şeyi bilən atasıdı. Hətta uşaq içində atasının haqlı olmadığını bilsə də onun yanında rol oynamağa məcbur qalır. Beləliklə də uşaq özünü axmaq göstərməyi öyrənir. Və axmaqlığa adət edir. O, axmaqların içində özünü yaxşı hiss edir. Səfehlərin çevrəsində olmağı xoşlayır. Çünki burda o, axmaq hesab olunmur.

Bunu əsrlərdi qadınlara da tətbiq edirlər. Heç vaxt ərindən ağıllı görünmə. Bu onun xoşuna gəlməyəcək. Bu, doğrudan da, kişinin xoşuna gəlmir. Ancaq ağıllı kişinin bu eqosuna qurban verməyə dəyərmi? Nəyin naminə? Sual budu. Heç bir kişi özündən üstün qadınla evlənməyə can atmır. Heç bir kişi özündən ağıllı qadına dözə bilmir. Heç bir kişi bunu həzm edə bilmir.

Yəqin qadının özü ilə ciddi məşğul olmamasına səbəb də budu. Onlar hiss edirlər ki, kişi qadının üstünlüyünə tab gətirmir. Yəqin qadının bioloji zəifliyinin də səbəbi həmin bu psixoloji faktorla bağlıdı. Qadın belə qənaətə gəlib ki, kişidən nədəsə geri qalmalıdı ki, ərə gedə bilsin. Qadın məsum və axmaq görünməyə məcbur qalır. Yalnız bu zaman ər məmnun qalır.

Uşaq artıq düzəni olan bir evə, məkana düşür. Buranın artıq ona qədər öz nizamı var. Uşaq bu mühitə, bu standartlara uyğunlaşmaq zorundadı. Əks halda, onun həmişə problemləri olacaq. Həmişə özünü nədəsə günahkar sayacaq, həmişə səhv etmiş hesab olunacaq.

Demək belə: uşaq doğulur və artıq hər şey hazırdı. Tərbiyə, qaydalar, ənənə, din, dil, vətən, sevgi, həyat proqramı, həqiqətlər, doğrular, yanlışlar bütün qaydalar hazırlanıb vəhşicəsinə uşağı gözləyir. Və uşaq doğulan kimi hamısı onun üstünə tökülüşür. Bir gün böyüyüb hansısa kənar həqiqət anlasa, qurtulmaq onun üçün əzablı və çox çətin olacaq. Artıq hiss edəcək ki, tabeçilikdədi, asılıdı, basqı altındadı. Qurtuluş mümkünsüz görünür. O başqa cür ola bilmir, buna imkan vermirlər.

Cəmiyyət dişlərini qıcayıb ona baxır. Sıradan kənara bircə addım və onu məhv edə bilərlər. Bu, sadəcə, qorxudu. Çünki bu qorxunu yıxmağı heç kim öyrətməyib. Ona hamı kimi olmağı öyrədiblər. Onun özü kimi olmaqla bağlı heç bir təcrübəsi, bilgisi yoxdu. İnsanı qorxudan yeganə şey nə edəcəyini bilməməsidi.

Buddalıq nədi? Buddalıq sənə özün olmağı öyrədir. Buddalıq səni bütöv olmağa çağırır. Buddalıq sənə özünə inanmaqda kömək edir. Buddalıq cəsarətdi. Tam və bütöv olursan. Heç nədən və heç kimdən asılı deyilsən. Özünü dərk edirsən. Ruhunu anlayırsan.

Aydınlanmış (təmizlənmiş, işıqlı) insan kimdi? İşıqlı insan artıq həyatla bağlı heç bir sualı olmayan insandı. Onun üçün heç bir sual mövcud deyil. Hər şey aydındı. Aydınlanmış insan aydınlığa çıxan insandı.

Nə baş verməsindən asılı olmadan o, daxili rahatlığını pozmur. İşıqlı insan həmişə sülh, sakitlik içindədi.

İşıqlı insanın içində günün iyirmi dörd saatı işıq var. O sərxoş kimidi. Onu sərxoş edən ilahilik duyğusudu. Onun həyatı rəqsdi, musiqidi, sevincdi. Onu hiss etmək üçün yanında olmaq lazımdı. Onu uzaqdan hiss eləmək mümkün deyil. Bunu hiss etmək üçün onun mühitinə düşmək, karvanına qoşulmaq, əlindən tutmaq, ona hopmaq lazımdı. Onu kənardan öyrənməyə cəhd göstərməyin. Biz daxili dünyadan danışırıq.

Bəzi işarətlər vermək olar. İşıqlı insanın yanında qəribə maqnetizm hiss edirsən, onun böyük bir cazibəsi var, ondan qopmaq olmur. Onun xarizması burulğan kimidi. Sən ona çox yaxın olmaqdan ehtiyat edirsən. Çünki ondan ayrılmaq mümkün deyil. Onunla yaxınlıq risklidi. Bu riskə ancaq oyunçu gedə bilər, biznesmen deyil.
Dördüncü hİssə
YENİ İNSAN

Bir müddət əvvəl biz Floridada Kennedi adına Kosmik mərkəzə getdik. Orda kosmik mühitlə, “Mükəmməl (mütləq) insan” mövzusuyla bağlı elmi tədqiqatlardan əldə olunan son nailiyyətlərin şahidi olduq. Sən “yeni insan”ın yaranmasından danışırsan. Mərkəz dünyanın ən nüfuzlu və zəngin ölkəsinin fəaliyyətinin göstəricisidi. Sən yeni varlığın yaranması üçün uçan boşqab təklif edirsən. Bu inandırıcı və doğru qəbul olunmur. Hətta Hindistan kimi yoxsul bir ölkədə belə, bu təklif tənqidlə qarşılanır. Mərkəz – maddidi, görünəndi. Sən isə abstraksiya, nəzəriyyə təklif edirsən. Buna necə izah verə bilərsən?

Mütləq insan ideyası çox köhnədi. Bu ideya hamının xoşuna gəlir. Çünki ideya radikal dəyişiklik tələb etmir.

Mükəmməllik varlıqdan mükəmməlləşmə tələb edir. Burda köklü dəyişiklik olmur. Olandan dahasını düzəldirsən. Daha varlı, daha savadlı olursan və ideya gerçəkləşir. Mütləq insan ideyası varlığı acgözləşdirir, ehtirasa gətirir. Ona görə də hamı bu ideyanı ikiəlli dəstəkləyir. Bütün Hindistan Mahatma Qandini dəstəkləyirdi. Çünki o da mükəmməl insan obrazı yaratmaq istəyirdi. Varlılar da, kasıblar da bu ideyanın tərəfdarlarıdı.

Yeni insan ideyası isə təhlükəlidi. Çünki cəsarət tələb edir. Onun başlıca tezisi budu: keçmişdə olan hər şeydə ölmək lazımdı – yenidən doğulmaq üçün. Ona görə də mən müxalif düşərgədə dayanmışam. Məni təkcə Hindistanda yox, dünyanın hər yerində pisləyirlər. Məni hər yerdə ləkələməyə çalışırlar və bu belə də davam edəcək. Varlı ölkədə müxalif olmaq daha rahatdı. Hindistan kimi ölkədə sənin dediklərin haqda düşünməyə insanların halı yoxdu. Onlar acından ölürlər sən isə yeni insanın doğulmasından danışırsan. Onlar heç nələr baş verdiyinin fərqində deyillər. Buna vaxtları da yoxdu.

Xalq ancaq sağ qalmaq, aclıqdan ölməmək üçün çapalayır. O ölüm həddindədi. Məhv olmaq üzrədi. Sənin ideyan onu doydurmur. Onların tamamilə ayrı problemləri var: xəstədilər, acdılar, uşaqları təhsil ala bilmir, işləri yox, evləri yox, çörəkləri yox, inəkləri yox. Sənin yeni insanın onlara lazım deyil. Onların öz dərdləri özlərinə bəs edir. Yeni insan məsələsi onların problemi deyil.

Amma mən yeni insan haqda ABŞ-da danışsam, məni dərhal həbs edərlər. Məni heç kim dinləməyəcək, çünki Amerika həyat tərzi üçün təhlükə yaradıram. Amerika həyat tərzi ambisiyalar üzərində qurulub. Yeni insanın isə ambisiyaları yoxdu. Amerikan yanaşması belədi: hər şeyi yaxşılaşdırmaq lazımdı. Sonuclar nəzərə alınmır. Yaxşı ola bilər, pis ola bilər – bu əsas deyil. Əsas inkişafdı. Nə varsa, yaxşılaşdırmaq, təkmilləşdirmək lazımdı.

Maşınları, texnologiyanı, adamları, geyimləri, şəhərləri, yolları – hər şeyi. Amerikalı üçün insan və heyvan arasında fərq yoxdu. O, inəyi də, pişiyi də, insanı da yaxşılaşdırmaq, təkmilləşdirmək istəyir. Amma insan predmet deyil axı, əşya deyil, ünsür deyil. İnsan insandı.

Yeni insan daha təkmil olmayacaq. Yeni insan daha sevincli, daha xoşbəxt olacaq, daha şüurlu olacaq. Yeni insan daha rahat olacaq. Siyasətçilər üçün yeni insan yaxşı sayılmayacaq. Çünki o əsgər olmaq istəməyəcək. O adam öldürmə arzusuna yaxın da düşməyəcək. O savaş tərəfdarı olmayacaq. O, sülh arzulayacaq, barış arzulayacaq, dostluq arzulayacaq.

Yeni insan cır-cındır həvəskarı deyil. Bu, iqtisadçıların xoşuna gələ bilməz, biznesmenlər onu sevməz. Çünki ona, lazım oldu-olmadı, nə gəldi sata bilməyəcəklər. Yeni insan var-dövlət üçün yaşamayacaq. Yeni insan sevgi üçün yaşayacaq. Biləcək ki, işləmək, pul qazanmaq, ancaq yaşamaq üçün lazım olan maddi təminatdı. Onun beyni, ruhu, ürəyi sevgiylə dolub-daşacaq.

Amerikanın bir prinsipi var: hər şeyi hamıdan yaxşı eləmək. Hamıdan yaxşı olmaq. Fərqi yoxdu nə işlə məşğulsan. Bu çox abdal bir şey də ola bilər. Əsas odu hamıdan yaxşı edəsən. Qatilsənsə hamıdan yaxşı öldürməlisən. “Aya uçmaq lazımdı”. Heç kim soruşmur: “Niyə?”

Rusiyanı qabaqlamaq lazımdı. Amerikalı Aya rusdan daha tez uçmalıdı. Heç kim soruşmur: “Səbəb nədi? Nə baş verir?” Səfeh görsənsən belə, hamıdan yaxşı səfeh olmalısan. Prinsip budu.

Mənim yeni insanım dünyanın sonu deməkdi. Niyə yeni insan həmişə lənətlənir? Onu həmişə pisləyirlər, ləkələyirlər. Niyə? İsa niyə öldü? Ona görə ki, yeni haqda danışırdı, mükəmməl haqda yox. İsa Nikodimə deyirdi: “Sən ölməsən, Tanrı evində dirilə bilməzsən”. İsa təkidlə deyirdi ki, keçmiş üçün ölmək lazımdı ki, yenidən doğulasan. Sokrat da eyni şeyi deyirdi. O da yeni insandan danışırdı. Niyə o qədər savadlı insan birdən-birə heyvan sürüsünə çevrilib Sokrata qarşı çıxdı?

Sokrat mükəmməl insandan danışsaydı, ona baş əyərdilər. O, tamamilə ayrı insandan danışırdı. Kim mükəmməl insan ideyası ilə çıxış edir, onu hamı dəstəkləyir. Çünki o, keçmişi inkar etmir, ənənələrə qarşı çıxmır. O heç nəyi dəyişməyi təklif eləmir. O daha yaxşı olması haqda məruzələr oxuyur. Guya hər şey yaxşıdı və bunu daha yaxşı eləmək olar. Hamı həmən alqışlayır. Ənənəni pozmaq olmaz.

Keçmiş dəyərlidi, keçmiş tarixdi-filandı. Bir adam çıxıb keçmişi pisləsə, hər şeyə təzədən başlamağı təklif eləsə, onu daşa basarlar. Yeni insandan danışmaq təhlükəlidi. Yeni insan sənin bütün adətlərinin üstündən xətt çəkir. Sənin bu günə kimi nə işlə məşğul olman yeni insanın vecinə deyil. O yenidi. Onun üçün əsas olan indidi.

Sən dünən kim olmusan, harda olmusan, hansı ənənəyə söykənirsən, bu önəmli deyil. Sən bu gün kimsən?

“Yeni” sözü həmişə həyəcan, təşviş yaradıb. Həmişə yenini lənətləyiblər. Əgər bir yeni söz hamının diqqətini çəkirsə, yeni insan necə qarşılanar? Bax, məsələ budu. Sən onların düzənlərini pozursan. Özlərindən çıxırlar. Çünki qorxaqdılar. Yeni heç nə yaratmaq istəmirlər.

Yadında saxla: köhnə adətlər döyüşsüz təslim olmur. Bizim din, fəlsəfə çox köhnə adətlərdi. Çox qədimdi. Onu yenmək asan məsələ deyil. O heç vaxt meydanı kiməsə ötürməz. Deyirlər ki, keçmiş qızıldan qiymətlidi. Mənsə deyirəm, keçmiş nimdaşdı – cır-cındırdı! Mən Henri Fordla razıyam. O deyir ki, keçmiş zibilxanadı. Bütün bunlar pislikdi, tullantıdı. İnsanı keçmişdən azad eləmək lazımdı. Birmənalı şəkildə və biryolluq!

– Ana, sən niyə atama ərə getmisən?

– Aa, bunu sən də anlamırsan?

– Biz sizinlə, deyəsən, Texasda görüşmüşük.

– Yox, mən orda heç vaxt olmamışam.

– Mən də. Yəqin orda görüşən başqalarıdı.

Bu şüursuzlar, əyyaşlar illər boyu insanlığı idarə ediblər. Axmaqlar və əyyaşlar bizim keçmişimizi müəyyən ediblər. Biz heç vaxt işıqlı insanları, aydınları dinləməmişik. Aydınlar insanın daha yaxşı olması üçün çalışmayıblar. Bu, xəstəyə “Mən sənə xəstəliyin yaxşılaşsın deyə dərman verirəm” deməkdi. Xəstəliyi yaxşılaşdırmaq yox, ondan qurtulmaq lazımdı.

Meditasiya edən

Mən eşitmişəm ki, meditasiya elmdi, amma onu sənət də adlandırırlar. Sən deyirsən, meditasiya Tanrı vergisidi. Bunu izah elə, lütfən.

Meditasiya elə bir sirdi ki, onu elm də, sənət də, Tanrı vergisi də adlandırmaq olar. Heç bir halda təzad yaranmayacaq.

Bir tərəfdən bu elmdi, çünki müəyyən olunan dəqiq icra texnikası var. Bu, demək olar ki, elmi qanunlardı. Digər tərəfdən, meditasiya sənətdi. Elm ağılla birbaşa bağlı sahədi. Elm birbaşa beyin məhsuludu. Meditasiya isə ürəklə bağlıdı. Sevgiylə qohumdu. Meditasiya başqa elmlərə bənzəmir. Onda musiqi, rəqs, poeziya, rəssamlıq var. Dolayısıyla, ona sənət demək daha doğrudu.

Amma meditasiya elə bir dərin sirdi ki, nə elm, nə sənət onu tam ifadə edə bilmir. Bu vergidi, istedaddı. İstedad elə bir nəsnədi ki, elm onu yaratmaq qüdrətində deyil. İstedad sənət də deyil. İstedad insan üçün böyük və çətin bir tapmacadı.

Sən təsadüfən hardasa bir insana rast gələ bilərsən. Bir neçə dəqiqəlik ünsiyyətiniz yaranar. Sən bu ünsiyyətin təsirinə düşə bilərsən. Elə bir hiss baş qaldırar, sanki onu çoxdan tanıyırsan. Bunun izahı yoxdu. İstedad izahsızdı. Və çox az adama verilib.

Mən adam tanıyıram ki, qulağının mərcəklərini tərpədə bilir. Bunu hansı elmlə izah etmək olar? Bunu hansı sənətə aid etmək olar? Həkimlərdən belə soruşanda onların cavabı bir olur: “Bu mümkün deyil”. Amma mümkündü, belə adam tanıyıram. Qulağı tərpətmək imkansızdı. Onlar tabe olmurlar. Bunun üçün xüsusi əzələ olmalıdı. Mərcəklərin əzələsi yoxdu. Mən ondan bunu necə bacardığını soruşanda, o belə dedi: “Bilmirəm, mən həmişə belə eləmişəm”.

Nəhayət, meditasiya vergidi!

Minlərlə insan bununla məşğul olmağa çalışıb. Ancaq bu hər adamda alınmır. Bu toxumu xatırladır. Əgər sənin toxumunda bu yoxdusa, heç cür alınmayacaq.

Meditasiya edənlərin hamısının bir problemi var. Onlar yaxınlarına nə işlə məşğul olduqlarını izah etməkdə çətinlik çəkirlər. Əksəriyyət üçün bu heç maraqlı da deyil. Qalanları isə heç nə başa düşə bilmir. Meditasiya edənlərə dəli kimi baxanlar da olur. Onlar başqalarına kənardan havalı, qəribə görünürlər.

“Otur bir nöqtədə, heç nə düşünmə, gözləmə və yaz özü gələcək. Otlar göyərəcək”.

Bu nə saçmalıqdı? Meditasiya edənlər haqda belə düşünürlər. Gözəl Xayku Basyo belə adamlara cəfəng gəlir. Sən oturdun-oturmadın, susdun-susmadın yaz da gələcək, otlar da göyərəcək. “Boş-boş şeylərlə uğraşmaqdansa, ciddi bir işin qulpundan yapış” – deyəcəklər.

İnsanın qəlbində bu balaca toxum yoxdusa, onda heç nə alınmayacaq. Texnikasını öyrənə bilər, sənəti bilər, amma gerçəkdə meditasiya edə bilməz. Meditasiya səni aydınlatmayıbsa, işıqlı etməyibsə, təmizləməyibsə, etdiyin cəhdlər boşunadı.

Meditasiyanın qəlbə toxunduğunu necə anlamaq olar?

Təəssüf ki, dəqiq əlamətlər yoxdu. Hər kəsdə bir cür olur. Konkret işarə söyləmək çətindi. Bunu özün hiss etməlisən. Meditasiyada ümumi yol yoxdu. Hər kəsin öz yolu var. Hər kəs öz cığırını açır. Burda heç kimin təcrübəsi ölçü ola bilməz. Kimsə öz yolunda hansısa işarələr görə bilər, sənə danışar. Ancaq yenə bu o demək deyil ki, sən də həmin işarələri gözləməlisən.

Səndə tamam ayrı şeylər baş verə bilər. Ayrı cür olar. Qiymətli olan sənin hiss etdiklərindi. Öz içində baş verənlərdi. Meditasiya elə bir məmnunluq hissi oyada bilər ki, bəzən, hətta meditasiya etdiyini unudarsan. Çünki meditasiya məmnunluq duyğusunu, rahatlığı yaşamaq üçün lazımdı.

Əgər bir gün sən meditasiya etməyi yaddan çıxarsan, demək, buna daxili ehtiyac duymamısan, demək, boşluq və gərginlik hiss etməmisən. Bu çox yaxşı əlamətdi. Çox adam meditasiyaya o qədər aludə olur ki, bir gün belə boş buraxmır. Bu adətə çevrilir. Meditasiya etməyəndə vaxtını boş yerə xərclədiyini düşünür. Meditasiya adətə çevrilməli deyil. Canlı olmalıdı. Sən ona ehtiyac duymalısan, onu yaşamalısan. Əgər unudursansa, bunda pis heç nə yoxdu. Əksinə, bu yaxşıdı. Demək, sən yaxşısan.

Meditasiya zamanı heç nə baş verməsə, narahat olma. Və əksinə, əgər xüsusi hisslər yaşayırsansa, ilahi duyğularla dolursansa, buna da çox aludə olma. Bu duyğu qəlbinə toxuna bilibsə, bütün günün beləcə rahat keçəcək. Sən inanılmaz ilahi sakitlik içində olacaqsan.

Hər yer gözəlləşəcək, hər nə varsa sənə zövq verəcək. Meyxoş, amma həm də ayıq, ağlı başında bir adam olacaqsan. Heç kimə qəzəblənməyəcəksən. İnsan niyə başqalarına qəzəbli olur? Çünki özüylə harmoniyada deyil. Əslində, özünə qəzəblidi. Və bu qəzəbi başqalarına yönəldir. İçində qəzəb olmayan insan heç kimə aqressiya ötürməz.

Fikir vermisən ki, daha çox ən yaxın adamlara əsəbiləşirsən? İnsan sənə nə qədər yaxındısa, bir o qədər əsəbiləşdirir. Niyə? Çünki sən özünə hirslisən. Və adam sənə yaxın olduqca bu hirs bölünüb onun da payına düşür. Çünki sənə – əsəb obyektinə ən yaxın odu. Yad adamlara niyə hirslənmirik? Onlar bizdən uzaqdılar. Onların bizim içimizlə heç bir əlaqəsi yoxdu.

İnsan sənə nə qədər yaxındısa, bir o qədər özünlə assosiasiya olunur. Bu atan, övladın, həyat yoldaşın, dostun, anan ola bilər.

Meditasiya səni bu gərginlikdən xilas edir. Sən yaxınlarına işıq saçırsan.

Biz insanlar ya kimisə sevirik, ya kiməsə əsəbiləşirik. Meditasiya sənə özünü sevdirir. Özünü sevərkən kiməsə əsəbiləşmək absurd gəlir adama, alınmır. Sevgiyə yer verirsən. Bax, meditasiyanın ümumi əlaməti budu.

İşıq, gül-çiçək görən kimi fikirləşmə ki, nəticə əldə etmisən. Nifrət mümkün qədər az, sevgi mümkün qədər çox, əlamət budu, nəticə budu. Bəzi adamlar gəlib deyirlər ki, bəs, mən mavi işıq görürəm. Hansısa nəticə əldə etmiş sayılıram? Boş-boş şeylərlə əlləşmə. Mavi işıq-zad səfeh işlərdi. Hərəkətlərinə fikir ver, davranışlarını izlə. Ailənə münasibətdə dəyişiklik hiss edirsənmi? İşində, tabeçiliyində olan adamlarla ünsiyyətdə, dostlar arasında, uşaqlarınla, sevgilinlə necəsən? Dəyişiklik yoxdusa, mavi işıq saçmalığını rədd elə. Özünü aldatma, çaşdırma.

Belə görüntülər xüsusi zəhmət istəmir. Ona görə də dindar adam eyni yerdə addımlayır. Kənara boylana bilmir. Çünki belə daha asandı. Onun qəbul etdiyi konkret doqmalar var və başqa həqiqətlər, nəticələr əldə etmək üçün özünü yormur. Nə varsa onunla qane olur.

Proqressi ancaq ətrafa münasibətinlə müəyyən edə bilərsən. Dəyişiklik varsa, nəticə var.

Unutma ki, münasibətin sənin daxilini əks etdirir. Meditasiya daxilinə nüfuz edə bilibsə, münasibətin mütləq mənada dəyişir. Bu dəyişiklik sevgini ifadə edir, ancaq sevgini.

Mənə görə meditasiya uşaq oyunu deyil, dərin transformasiyadı. Bunu bilmək çox asandı. Kimisə özündən asılı etmək istəyirsən? Deməli, aqressivsən. Kimisə necə özündən asılı etmək olar? Kiməsə dominantlıq etmək istəyirsən? Aqressivsən. Niyə kiməsə dominantlıq edəsən? Kiməsə sahib olmaq istəyirsən? Aqressivsən, aqressivsən.

Burda sevgidən əsər-əlamət yoxdu. Sevgi sahib ola bilməz. Nə edirsən et, öz davranışlarını izlə, müşahidə elə. Ancaq bu zaman sən meditasiyanı hiss edəcəksən. Şüursuz addımlar atma. Hər addımını anla. Zamanla, münasibətlərdə sahib olmaq hissi yoxa çıxmalıdı. Bu baş verəndə sən sakitliyə çatacaqsan.

Münasibətlər gözəlləşəcək. Sahib olmaq hissi insanı eybəcərləşdirir. Sahib olmaq hissi çirkin məqsəddi. Münasibətlərin ən doğru adını sən öz içində tapa bilərsən. Sevgi olub-olmadığını içində hiss edə bilərsən. İçinə var, ruhuna en, ürəyinə toxun. Orda nə görürsənsə, gerçək odu. Sənin öz daxilinlə əlaqən olsa, tam bir rahatlıq qazanacaqsan. Susmaq istəyəndə susacaqsan, danışmaq istəyəndə danışacaqsan.

İnsan, adətən, susmaq istəyəndə də danışır. Ona elə gəlir ki, araya sükutu buraxmaq olmaz. Çünki özünü tanımır. Sükut onun üçün boşluğa düşməkdi. Çünki özü ilə bağlı bildiyi heç nə yoxdu. Susduğu zaman hər şey bitir. Hadisələr onun həyatında danışıqda, səsdə baş verir. Susmaq onun üçün sondu. O yaşamır, danışır. Yaşamaq üçün həm də susmaq lazımdı. Susmağa ehtiyac hiss eləmək vacibdi.

İndi ola bilsin ki, sən daxili səssizliyini qoruya bilmirsən. Zamanla bu baş verəcək. Hətta mokşaya (azadlıq – qurtuluş) çatmaq ambisiyan belə olmayacaq.

Əgər hiss eləsən ki, ehtiraslı arzular peşində deyilsən, deməli, sakitliyə çatmısan. Arzu qandaldı. Hətta azad olmaq arzusu da qandaldı. Arzulardan qurtulan kimi meditasiya öz işini görmüş sayılır. Mokşa-sansaradı (ölüm və doğum haqda fikirlərdən azad olma). Sən yeniliyə, bilinməzliyə ayaq basırsan. Tamamilə yeni dünyanın qapıları taybatay üzünə açılır. Bütün dünya azad olub. Bu sahil artıq başqa sahildi…

DÖYÜŞÇÜ

Mən eyni zamanda həm biznesmen, həm professional, həm də döyüşçü ola bilərəm?

Məndə nə vaxtsa aydınlanma baş verə bilər?

Əsgər olmaqla döyüşçü olmaq eyni şey deyil. Bu təfəkkür məsələsidi. İstəyirsən biznesmen hərbiçi ol, istə­yirsən hərbiçi biznesmen.

“Biznesmen” təfəkkür növüdü. O həmişə az verib çox almaq istəyir. Biznesmen alverçi təfəkkürüdü. Həmişə alış-veriş haqqında düşünür.

Hərbiçi də təfəkkür formasıdı. Ancaq bu, fərqli təfəkkürdü. Bu, hər şeyini oyuna qoymağa hazır olan oyunçu təfəkkürüdü.

Biznesmen aydınlanma haqda edəcəyi işlərdən biri kimi düşünür. Siyahıda ev almaq, mağaza açmaq var. Bir də aydınlanma var. Bu siyahıda sonuncu yerdə dayanır. O, aydınlanmanı da almaq fikrindədi. Biznesmenə görə hər şeyi almaq mümkündü. Onun təfəkkürü belədi.

Bir gün çox zəngin bir adam Maxaviranın yanına gəlib deyir:

– Mən meditasiya haqda çox eşitmişəm. O mənim diqqətimi çəkir. Mən onu almaq istəyirəm. Nə qədər desən, ödəməyə hazıram.

Maxavira susur. Bu adama nə deyəcəyini bilmir. Nə deyəsən? Adam meditasiyanı pulla almaq fikrindədi. Zəngin adam görür ki, Maxavira tərəddüd içindədi, onu ürəkləndirməyə çalışır:

– Qiymət problem deyil. İstənilən bir məbləğ de.

Maxavira deyir:

– Sənin şəhərində bir kasıb adam var. Çox, olduqca kasıb bir adamdı. Onda meditasiya var. Sən onu tap və bu təklifi et. Bəlkə kasıblığından təngə gəldiyi üçün meditasiyanı sənə satmağa razı olar.

Zəngin adam sevincək sağollaşıb gedir. Həmin kasıbı tapıb ondan meditasiya almaq istədiyini deyir. Kasıb adam dillənir:

– Bunun üçün sən gərək məni alasan. Meditasiya ayrıca bir əşya deyil ki, mən onu sənə satım. O mənim həyat tərzimdi.

Biznesmen təfəkkürü budu. O hər şeyin satıldığına əmindi.

“Döyüşçü olmaq lazımdı” deyəndə oyuna bütün gücünü qoymağın vacib olduğunu nəzərdə tuturam. O zaman aydınlanma mala, əmtəəyə yox, həyat-ölüm məsələsinə çevrilir.

Adamlar yanıma gəlirlər və soruşurlar: “Meditasiya mənə nə verəcək? Günün bir saatını meditasiyaya həsr eləsəm nə qazanacam? Bunun nə xeyri var?” Adamlar hər şeydən nəsə əldə etmək istəyirlər. Şüur altında mənfəət var. Ancaq bu mənfəətin mənəvi dünya ilə heç bir əlaqəsi yoxdu. Döyüşçü qazanc arxasınca qaçmır. O, zirvə fəth etmək istəyir – həyatın zirvəsini. Hərbiçi müharibədən nə qazanır? Əsgərlər döyüşçüdən çox qula çevriliblər.

Bütün döyüş tapşırıqları texnikayla gerçəkləşir. Pilot Xerosimaya bomba atıb. Bu pilot artıq döyüşçü sayılmır. Bunu istənilən dəli edə bilər. Xirosimaya bomba atmaq döyüşçülük deyil. Müharibələr artıq əvvəlki kimi deyil. Bombanı uşaq da ata bilər. Bunun üçün döyüşçüyə ehtiyac yoxdu. Müharibənin özünün mahiyyəti itib.

Döyüşçü düşmənlə əlbəyaxa olmaq üçün onunla üz-üzə gəlir. İki döyüşçünü üz-üzə təsəvvür elə. Onların düşünməyə vaxtları yoxdu. Düşüncəyə yer verilən kimi döyüşçünü məğlu­biyyət gözləyə bilər. Hərbiçinin döyüş meydanında plan qurmaq imkanı yoxdu. O fikirləşdiyi vaxt düşmən zərbə endirə bilər. Döyüşçü spontan davranır. Ölüm o qədər yaxındı ki, düşünməyə vaxt yoxdu. Ağıla isə zaman lazımdı. Kresloda oturub düşüncələrə dala bilərsən, amma vuruşmağa gedəndə buna imkanın olmur.

İnsan yolla getdiyi zaman qarşısına zəhərli ilan çıxanda nə edir? Düşüncələrə dalır? Yox. Yolunu dəyişir, ilandan uzaqlaşır, kənara çəkilir. Bu ona görə baş vermir ki, insan nə etməli olduğunu düşündü və qərar verdi, xeyr. Düşüncə zaman istəyir. Bu instinktiv addımdı. İlan görən kimi insan avtomatik olaraq kənara atılır. Burda əvvəlcə addım gəlir sonra düşüncə. Sonradan insan hadisə haqda düşünə bilər. Amma təhlükə anında yox.

Döyüşün məzmunundan danışanda mən bunu nəzərdə tuturdum. Döyüşdə xüsusi ağıla ehtiyac yoxdu. Bu spontan fəaliyyətdi. Savaşda iştirak etmədən də döyüşçü olmaq mümkündü.

Bütün həyat risklərdən, düşmənlərdən, ilanlardan ibarətdi. Hər yerdə səni parçalamağa hazır vəhşilər var. Bütün həyat savaş meydanıdı. Fərqinə varsan anlayarsan ki, bütün həyat savaşdı. Hər dəqiqə özünü qorumaq zorundasan. Hər an məhv ola bilərsən, buna görə də hazırlıqlı olmalısan, müdafiə mövqeyində durmalısan. Hər an hardansa sənə zərbə endirə bilərlər. Oyunçu ol. Hər an sıçrayışa hazır ol. Gəlir haqqında düşünən adam qəfləti addım ata bilməz. Onun buna mənəvi gücü çatmaz. Bu riskdi, o isə riskdən qorxur. Hər şeyi itirmək təhlükəsi onu radikal addım atmağa qoymur.

İsa deyib: “Kim ki, həyatdan bərk-bərk yapışıb, həyatı itirəcək. Kim ki, həyatını itirməyə hazırdı, onu saxlayacaq”. Bu söhbət oyunçuya aiddi və ona aydındı. Həyatınla risk etmək onu qoruyub saxlamaq deməkdi.

Ölmək əbədi həyata qovuşmaqdı fikrinin məzmunu budu.

Biznesmen təfəkkürü hesabdar təfəkkürdü. O hər şeyi ölçüb-biçir. Biznesmen hiyləgərdi. O öz xeyrini götür-qoy edir. Belə olma. Heç bir uşaq biznesmen deyil. Eyni zamanda bütün qocalar biznesmendilər. Uşaq – döyüşçüdü. Qoca – biznesmendi. Uşaq hiyləsizdi. Necə olur ki, döyüşçü biznesmenə çevrilir mövzusu uzun söhbətdi. Bu təhsil, cəmiyyət, mədəniyyət, xurafat kimi məfhumların təsirinin nəticəsidi. İnsan risk etmək qabiliyyətini itirib. Həyatda isə riskli olan hər şey gözəldi.

Sevgi – riskdi. Həyat – riskdi. Tanrı – riskdi. Tanrı ən böyük riskdi. Onu riyazi hesablamalarla qəbul etməmək böyük riskdi. Oyuna hər şeyini qoymalısan bunun üçün.

İşgüzar təfəkkür sənə deyə bilər: “Neynirsən? Sən hər şeyini hansısa uydurmaya qurban verirsən? Əlində olanları qoru. Qeyri-müəyyən şeylərin arxasınca qaçma”.

Hərbiçi ağlı deyir: “Sən artıq bütün məlum həqiqətləri bilirsən. Yaşadıqların sənə yük olub. İndi növbə yeniliyindi. Məlum olmayanları öyrənmək zamanıdı. Meydana atıl, axtarışlar arxasınca get, risk etmək lazımdı”.

İnsan heç nəyi qorumaq, saxlamaq haqda düşünmədən riskə gedə bilirsə gözlənilmədən məlum olmayanlar, tanımadıqları ilə qarşılaşır. Yeni həyəcan, yeni dünya, yeni hisslərlə üz-üzə qalır. Gözləmədiyin halda gözlənilməzlik gəlir. Onu görəndə anlayırsan ki, bu təkcə gözlənilməzlik deyil, həm də bu günə kimi dərk etmədiklərindi. Bilinməzlik, məchulluq məlumluğa, müəyyənliyə zidd anlayış deyil. Qeyri-müəyyənlik müəyyənliyin sərhədlərindən kənara çıxan anlayışdı. Bu cür qaranlıqda irəliləmək, qabağa getmək üçün döyüşçü keyfiyyətlərinə sahib olmalısan.

Bizim hər birimizdə döyüşçüdən nəsə var. Çünki hamımız uşaq olmuşuq. Hamımız tanımadığımız, bilmədiyimiz, sınaqdan keçirmədiyimiz nəsnələrə maraq göstərmişik. Uşaqlıq insanın daxilində gizlədilib. Onu tamamilə məhv etmək olmur. Uşaqlıq hələ də bizim mahiyyətimizin bir hissəciyidi. İmkan verin o üzə çıxsın, ifadə olunsun. Döyüşçü olmaq üçün uşaqlığa qayıtmaq vacibdi. Mən bunu nəzərdə tuturam.

Biznesmen olduğun üçün depressiyaya düşmə. Hər zaman təhlükəsizlikdən kənara çıxmaq mümkündü. Hər zaman məlu­mluqdan məchulluğa adlamaq olur. Sadəcə, risk et.

Böyük döyüşçünün müharibəyə heç bir aidiyyəti yoxdu. Onun başqaları ilə döyüşmək kimi ehtiyacı yoxdu. O, daxili dəyişikliklə məşğuldu. Və bu daxili münaqişə deyil, müharibə deyil, konflikt deyil. Sadəcə, döyüşçü kimi ayıq olmaq lazımdı.

Hədsiz diqqətli və meditativ olmalıyıq. Biz axı Kainatın zülmət qitəsində addımlayırıq. İrəlidə bizi işıq gözləyir, bizi aydınlıq gözləyir. Ona çatmaq üçün əvvəlcə mütləq ruhun qaranlıq gecəsindən keçməliyik. Orda çoxlu əngəllər var, daxili düşmənlər var, orda azıb qalmaq olar. Bu düşmənləri məhv etmək olmaz, onları transformasiya eləmək lazımdı, dosta çevirmək lazımdı. Nifrəti mərhəmətə, şəhvəti sevgiyə döndərmək gərəkdi. Bu savaş olmasa belə sən savaşçı ol.

Yaponiya samuraylığı, savaşçılığı meditasiyadan qaynaqlanır. Hər növ savaşçılıq, döyüş mədəniyyətinin hər forması daxili aləmə aparan cığıra çevrilib orda. Qılınc oynatma ən önəmli meditasiya növlərindən biridi. Olduqca şüurlu davranmalısan, əks halda samuray ölər. Əsl savaşçı o qədər ayıqdı ki, düşmənin nə vaxt zərbə endirəcəyini bilir. Zərbə haqda fikir hələ rəqibin ağlına gəlməmişdən döyüşçü onu qaytarmağa hazırdı. Onun şüuru elə cəmlənib ki, rəqibinin fikrini oxuya bilir.

Deyirlər ki, iki samuray döyüşürsə qalib olmur. Döyüş baş tutur, amma heç bir tərəf udan, qazanan sayılmır. Çünki hər iki tərəf hücumun hardan gələcəyini, necə olacağını hiss edir. Qılınca yiyələnmək bacarığı böyük aydınlanma mənbəyidi.

Qəribə görsənə bilər, amma Yaponiyada çay içmə mərasimindən qılınc oynatmağa qədər hər şey meditativ forma alıb. Meditasiya böyük mənada şüurlu davranış deməkdi.

Beləliklə, şüurlu ol, elədiklərini anlamağa çalış, hərəkətlərinə diqqət et, gördüyün hər işi hiss eləməyə çalış. Bir gün qələbə mütləq səninlə olacaq! Mən buna əminəm. Bircə şüurlu ol, vəssalam. Mexaniki yaşama.

Samuray döyüşdən qayıdanda görür ki, arvadı nökəri ilə sevişir. Çölə çıxıb qılıncını sıyırır, nökəri çağırır:

– Mən səni döyüşə çağırıram. Səni gəbərdəcəm. Qılıncını götür gəl.

Ömründə əlinə qılınc almayan nökər vəlvələyə düşür. Tələsik samurayın ustadının yanına qaçıb yalvarır:

– O məni öldürəcək. Başıma belə bir hadisə gəlib. İndi onunla duelə çıxmalıyam, amma mən heç vaxt qılınc oynatmamışam. Mənə bir yol göstər.

Ustad deyir:

– O, böyük döyüşçüdü. Bu səni qorxutmasın. O, döyüşün bütün qaydalarını bilir. Texnikasını özü kimi tanıyır. Amma onunla döyüşmək üçün sən qılıncı ürəklə əlində saxlamalısan hər şeydən əvvəl. O əmindi ki, səni bir zərbəyə yerə sərəcək. Sən qılıncı əminliklə əlində saxlasan ona qalib gələ bilərsən. Al bu qılıncı.

Nökər qorxa-qorxa qılıncı alır. Ustad deyir:

– Qorxma. Döyüşün birinci qaydası budu. Silahdan gərək qorx­mayasan. Ona sahib olmalısan, ona yiyələnməlisən. Götür və get.

Nökər qılıncı götürüb gedir. Samuraya döyüşə hazır olduğunu deyəndə, o məəttəl qalır. O, belə gözləmirdi. Nökərin belə ürəkli olacağını düşünmürdü. Döyüş başlayır. Nökər əlində əminliklə tutduğu qılıncı necə gəldi samuraya endirir. Samuray texnika işlətdiyi yerdə nökər dəli kimi onun üstünə cumur. Və sonunda onu küncə sıxır.

Nökər samurayı buraxır. Samuray ustadın yanına gəlib soruşur:

– Sən ona nə öyrətdin ki, mənim kimi qüdrətli bir döyüşçüyə qalib gəldi?

– Qoy bu sənə dərs olsun, – deyir ustad. Sən həmişə mövcud qaydalarla döyüşürsən. Sənin döyüşün artıq mexaniki şəkil alıb. O isə meydana şüurlu şəkildə atıldı. Əsas o deyil qazanacaqsan, ya yox. Əsas situasiyanı hiss eləməkdi. Bütün şərtiliklərdən imtina etmək və döyüşmək, riskə getmək – əsas budu. Mən qazanacam yox, mən döyüşürəm, döyüşəcəm anlayışı önəmlidi. Əsas insanın baş verənlərə şüurlu şəkildə yanaşmasıdı. Olanları dərk eləməsidi. Kortəbii yox, anlayaraq hərəkətə keçməsidi. Belə insana qalib gəlmək mümkün deyil.

OYUNÇU

Riskli yaşamaq nə deməkdi?

Riskli yaşamaq – yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir. Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.

Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o, narahat yaşayır. Heç kim başına nələr gələcəyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur. Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır insanı. Çünki həyat hadisələr toplusudu.

Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətdə olmasının göstəricisidi. Bu halda niyə yaşayırsan? Mənası nədi? Həyatdan qorxmaq olmaz. Qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil. Risksiz olmur.

İki tip insan var. Bir təhlükəsiz həyat yaşamaq istəyənlər, bir də yaşamaq istəyənlər. Təhlükəsizliyi seçənlərin həyatı ölümə bərabərdi. Heç nə yoxdu, boşluqdu. Yaşamaq istəyənlərin həyatı hadisəylə doludu. Hər an nəsə baş verir. Həyat o qədər maraqlıdı ki, insan onun necə keçdiyini hiss eləmir. Nə vaxtsa dağın başına qalxmısan? Qalxdıqca hava durulur, təmizlənir. Nəfəs almaq daha xoş olur, daha rahat olur. Nə qədər yüksəkdəsənsə həyat eşqi bir o qədər çoxdu. Nə qədər risk edirsənsə həyata bir o qədər bağlanırsan. Həyatı, yaşamı bir o qədər hiss edirsən.

Çünki yüksəyə qalxdıqca düşmək təhlükəsi daha çox olur. Və bu sənə həyatın, sağ qalmağın nə qədər önəmli olduğunu daha yaxından hiss elətdirir. Yaşamaq istəyin artır. Ölümlə həyat arasında balans yaradanda özləm hissi keçir. Keçmişin tozu da qalmır. Gələcək üçün yaşamırsan. “İndi” vacib olur sənin üçün. İndi yaşamaq, sağ qalmaq, indi mübarizə aparmaq və qalib çıxmaq istəyirsən.

Bu necə gözəl duyğudu. Necə həyat dolu hissdi.

Kimsə Hillaridən soruşub:

– Siz niyə Everestə qalxırsız?

– Çünki mən ölümə meydan oxumağı sevirəm.

Altmış, yetmiş il ərzində yüzlərlə adam, yüzlərlə cəsur ora yollanıb. Geri qayıdan çox az olub. Ancaq bu yeni ekspedisiyaları qorxutmayıb. Onlar durmadan zirvəyə can atırlar. İnsanları cəlb edən nədi?

Zirvəni fəth edərək insan təkrarçı həyatdan qurtulur. İnsan sivil dünyadan ayrılıb yenidən təbiətə, vəhşi dünyaya qovuşur. Bu ona inanılmaz həyəcan yaşadır. Bu onu yeniləyir. Özünü pələng kimi hiss edir. Quş kimi qanad açır. Dəqiqə-dəqiqə bütün sivil aləm – ailə, ev, bank hesabı, din, xurafat ondan uzaqlaşır. Tək qalır. İdman məhz buna görə populyardı.

İdmanda insan yüksək peşəkarlıq əldə edə bilər. Ancaq idmanda risk hesablanmış məsələdi. Bu ifadəmə görə məni bağışlayın, amma belədi. Avtomobil yarışında saatda yüz mil sürə bilərsən. Amma peşəkarlaşandan sonra bu sənin üçün azarta çevrilmir, daha çox publika üçün maraqlı olur. Həm də bu fiziki riskdi. Mən riskdən danışanda fiziki riski nəzərdə tutmuram.

Mən psixoloji, mənəvi riskdən danışıram. Yüksəklik deyəndə də cəmiyyətdə tutduğun hansısa vəzifəni demirəm. Nazir də ola bilərsən, söhbət ondan getmir. Mənəvi olmaq bu cür xırdalıqların əsiri olmamaqdı. Ölüb gedəcəksən və sənin nə vaxtsa nazir olman heç kimi maraqlandırmayacaq. Buna görə də yaşadığın müddətdə həyatını özün üçün maraqlı və riskli etməlisən. Pul da lazımdı, iş də, karyera da. Bunun heç nəyə dəxli yoxdu. Əgər sənin bütün mahiyyətin puldan ibarətdisə bu faciəndi.

Ürək bu qədər maddiyyatla yüklənə bilməz. Çünki ürəyin təbii funksiyası bu deyil. Ürək mühasib deyil. Ev də lazımdı, sözsüz ki, maşın da lazımdı, hər şey lazımdı. Mən asket deyiləm və evlərinizi dağıdıb dağlara çəkilməyinizin tərəfdarı olmamışam heç vaxt. Ev ancaq sənə lazımdı, məni düzgün anla. Dünyaya bax, belə təəssürat yaranır ki, ev insan üçün yox, insan ev üçündü. İnsanlar illərlə pul yığıb sonra da ölürlər. Bunun izahı yoxdu. Bütün ömrünü bircə dəfə duyğusal, təbii, həyəcanlı bir məqam yaşamayan insanlarla doludu dünya. Və bu insanlar darıxdıqlarından gəbərirlər.

Sev, amma güman eləmə ki, qadın ayaqlarına düşməlidi. Sabah o sənin olmalıdı. Qadın ancaq sənin arvadın olmaq üçün yaranmayıb. Bu sevgi də deyil. Mən risk deyəndə bundan danışıram. Sevgi – özünə tabe etmək kimi bir hissdən tamamilə uzaq anlayışdı. Qoy qadın qadın olaraq qalsın, kişi kişi olaraq. Qoy sabah səni təəccübləndirsin, sənin üçün sürpriz olsun, sirr olsun. Heyrətlənmək üçün özünə şans ver, həyatında bilinməz bir yer qoy.

Birini sevən kimi dərhal nikaha getmək, yaşanacaq bütün həyəcanların, duyğuların, maraqların sonu deməkdi. İmkan ver, münasibətlərdə yeniliyə şərait yarat və yer qoy. Demirəm ki, evlənmək lazım deyil. Evlən, adətlər və cəmiyyət xətrinə evlənə bilərsən. Ancaq qadına heç vaxt arvadın kimi yanaşma. Qoy həmişə sevgili və qadın olaraq qalsın. Heç vaxt sən mənimsən, mənə məxsussan düşüncəsi ilə yanaşma ona. Ona sahib olduğun bir avadanlıq kimi baxma. Sən ona sahib olan kimi o da sənə sahib olmağa başlayacaq. Sevgi məhv olacaq, yox olacaq. Yaşanacaq gözəl duyğuları basdıracaqsız.

Sev, amma sevgini nikahla aşağılama. İşlə, amma bütün həyatını işə çevirmə.

Həyat oyun olaraq qalmalıdı. Oynamaq – oyunçu olmaq prosesin özü üçün nəsə eləmək deməkdi.

Yanıma adamlar gəlir və onlar elə düşünürlər ki, meditasiya üçün nəsə iş görmək lazımdı. Onlara elə gəlir ki, Tanrını hiss etmək üçün nəsə eləmək lazımdı. Bu nonsensdi (cəfəngiyat). Oynamaq lazımdı. Meditasiyaya iş kimi baxmaq olmaz. Bu oyundu. Onu oyun kimi qəbul etməlisən. Ondan zövq almalısan. Necə ki, hansısa oyuna həvəslə girişirsən, eləcə. Meditasiyanı “eləməlisən, olmalıdı” kimi qəbul etsən heç nə alınmayacaq. Məcburiyyət zövq verə bilməz, rahatlandırmaz. Sadəcə, zövq al, vəssalam.

Meditasiya “Lila”dı.

Sən həyatdan ancaq zövq alsan həyat hissin itilənəcək. Həyat özü itilənəcək. Sən onu daha çox duyacaqsan, daha içdən yaşayacaqsan. Risk – həyatın parçasıdı. Risk – həyatın dəyərli parçasıdı.

Risk ən gözəl, ən yaxşı tərəfidi həyatın. Hər məqam riskdi. Risk hər nəfəsdə var. Hətta nəfəs çəkəndə belə bilmirsən, nəfəsini buraxa biləcəksənmi, ya yox. Buna zəmanət yoxdu.

Bəzi insanlar üçün din təminatdı, təhlükəsizliklərini qoruyurlar öz aləmlərində. Hətta Allahdan danışanda belə güvən yeri kimi, ən yüksək təhlükəsizlik kimi danışırlar. Allah haqqında ona görə düşünürlər ki, qorxurlar. Onların bütün duaları, ibadətləri xal qazanmaq üçündü. Onlar Allahın yanında özlərini yaxşı göstərmək istəyirlər. İbadət belə onlar üçün mənfəət məsələsidi. Özləri də hiss eləmədən Allahı aldadırlar. Yaxşı görünməyə çalışırlar. Yaxşı görünməyə ehtiyac yoxdu.

Yaxşılıq belə bir məziyyət deyil. Allaha özünü göstərməyə ehtiyac yoxdu əslində. İbadət Allaha xoş getsin deyə olmalı deyil. Özünü məcbur etməklə Allahın xoşuna gəlmək mümkün deyil. Meditasiya da belədi. Sən bunu o qədər hiss eləməlisən ki, Allah yadına düşməsin. Yaxşı adam yaxşı olmağa çalışan adam deyil. Yaxşı adam – yaxşı adamdı.

Həyatın hər dəqiqəsini sonuncu dəqiqə kimi yaşamaq lazımdı. Hər an təkrarsızdı. Qorxmaq lazım deyil. Bilirsən ki, hər an ölüm gələ bilər. Buna görə də ondan qaçmağa çalışmırsan. Onun qarşısında cəsarətlə dayanırsan. Əksinə, onun görüşünə hər an hazırsan. Hər anı yaşayırsan və ölüm qorxulu deyil. Daxili rahatlığın var, çünki həyatınla səmimisən. Ölüm də nə vaxt gələrsə, gələr. Sən ölüm üçün yaşamırsan, özün üçün yaşayırsan.

Ölüm ehtimalı ilə üz-üzə olmaqdan qorxmamaq, bundan zövq almaq… risk buna deyirəm.

Sevgi səni ölümlə qarşı-qarşıya qoyur. Meditasiya səni ölümlə qarşı-qarşıya qoyur. Ustadla görüşdə sən dibə düşə bilərsən. Çıxılmazlığa düşə bilərsən. Risk budu.

Cəsarətli insan geri çəkilmir. Çıxış yolu axtarır. Ekstrimal situasiyada yol axtarır. Özünü sığorta şirkətinin işçisi hesab etmir. O özünü alpinist, slalomçu, serfinqist kimi hiss edir. Təkcə okeanların, dənizlərin dibinə enmir. Öz şüurunun dərinliklərinə enir. Təkcə Himalayı fəth etmir, öz daxili yüksəkliyini fəth edir.

Bir qaydanı yadında saxla: heç vaxt riskdən imtina etmə. Hər an həyatın çağırışına hazır ol. Risk etmək məqamı gələndə qaçma. Bu halda heç vaxt uduzmayacaqsan.

Risk həyatın yeganə dəyəridi.

YARADICI

Məlumdu ki, əvvəllər bütün yaradıcı adamlar bohem həyatı sürüblər. Sən yaradıcılıq və distiplin haqda nəsə deyə bilərsənmi?

Yalnız bohem həyatı həyat adlana bilər. Başqa həyatlar çürüməyə bənzəyir; bu ehtiras, həvəs dolu həyat deyil, yavaş-yavaş intihar etməkdi.

Keçmişdə sənətkar bunt edə bilməzdi. Çünki sənət özü, həyatda ən möhtəşəm etirazdı, ən böyük üsyandı. Yaradıcılıqla yalnız bütün şərtlərdən imtina edərək məşğul olmaq mümkündü. Əks halda yaradıcılıq kopirovkaya, yamsılamaya, özü də kor-koranə yamsılamaya çevrilir. Sən yaradıcılığın surətini çıxarırsan, sadəcə. Yaradıcılıqla məşğul deyilsən. Kütlə psixologiyasının daşıyıcısı yaradıcıya çevrilə bilməz. Birmənalı şəkildə çevrilə bilməz.

Həqiqi yaradıcılığa ancaq individualistlərin gücü çatar. Kütlə psixologiyası yaradıcı başlanğıcdan məhrumdu, bacarıqsızdı. Rəqs, musiqi, əsər ona yad anlayışdı. Kütlə mexanikidi.

Sözsüz ki, cəmiyyət qaydalarından asılı insan hansısa mövqe tuta bilər, hörmət qazana bilər, şöhrətlənər. Universitet onu əlaçı təqaüdünə layiq görər, dövlət onu qızıl medalla şərəfləndirər, nəhayət, Nobel mükafatı da ala bilər. Ancaq bu iyrəncdi.

Həqiqi talant bütün bunlardan imtina edə bilir. Çünki bu ələ almadı.

Nobel mükafatına layiq görülmək o deməkdi ki, isteblişment adamı təqdir edir, onun xidmətlərini və sadiqliyini qiymətləndirir, onun itaətkarlığını, köləliyini, individuallıqdan imtina etməsini və salınmış hazır cığırla getməsini dəstəkləyir.

Yaradıcı hazır cığırla gedə bilməz. O, cığırı özü açır. Öz yolunu tapmağa çalışır. O, həyatın cəngəlliklərində avara-avara gəzib özünə münbit yer axtarır. Özünü cəmiyyətdən kənar bir yerdə görmək istəyir. Kollektiv təfəkkürdən uzaq olmaq istəyir. Kollektiv təfəkkür – dünyanın ən primitiv təfəkkürüdü. Hətta dəlilər də müəyyən mənada kollektiv səfehlikdən üstündülər.

Kollektivin insanı satın almaq üçün öz üsulları var. Kollektiv şan-şöhrətlə, hörmətlə, ad-sanla ələ alır. Keçmişdə yaradıcılar – rəssamlar, bəstəkarlar, yazıçılar, heykəltəraşlar, şairlər ad-sandan imtina edirdilər. Onlar bohem, sərgərdan həyatı yaşamağa məcbur idilər. Yalnız bu halda yaradıcılıqla məşğul olmaq mümkün idi. Gələcəkdə buna ehtiyac qalmayacaq. Əminəm ki, gələcəkdə hər kəs individualist olacaq. Bohem həyatı – üfunətin, ortodoksallığın, mövhumatın, şərtiliklərin, mötəbərliyin məhsuludu. Bohem həyatı bütün bunlardan qaçmaq metodudu.

Mənim görəvim kollektiv təfəkkürü dağıtmaq, individuallığa yol açmaqdı. O zaman problem olmayacaq. Sən istədiyin kimi yaşaya biləcəksən. Həqiqi insanlıq o zaman doğulacaq ki, hər kəsin üsyankar ruhu öz haqqını alacaq. İnsanlıq hələ doğulmayıb. O hələ bətndədi.

İnsanlıq kimi qəbul olunan şey böyük bir yalandı. Hər bir individuum öz haqqını almayana qədər belə də davam edəcək. Hər kəs öz unikallığını, özlüyünü, azadlığını ifadə edə bilməyənə qədər insanlıq bətndən çıxmayacaq, doğulmayacaq. Azadlıq nədi?

Azadlıq odu ki, heç kim heç kimin həyatına burun soxmasın. İnsan həyatı toxunulmazdı.

Əvvəllər hamı başını başqasının işinə dürtürdü. Hətta ən intim məsələlərə belə qarışırdılar.

Cəmiyyətə, özlərinə heç bir dəxli olmayan işlərə baş qoşurdu adamlar. Məsələn, bir oğlan bir qızı sevir. Bunun cəmiyyətə nə dəxli var? Bu şəxsi məsələdi. İki nəfər bir-birini sevirsə cəmiyyət qarışmalı deyil. Amma cəmiyyət birbaşa, ya dolayısıyla mütləq qarışır.

Polis qarışır, hakim qarışır, qonşu qarışır. Bunlar olmasa belə, cəmiyyət superpolis tapıb – Allah.

Allah obrazını elə şəkildə təqdim edirlər ki, sanki hamamda çiməndə də O, adamı güdür.

Guya Allah hər yerdə səni görür. Belə təqibçi Allah olar? Bütün dinlər iddia edirlər ki, Allah hər yerdən baxır, izləyir. Bu necə Allah? Onun başqa işi-gücü yoxdu? Bu superdetektivdi ki… Yoxsa niyə bizi güdsün?

İnsanlığın yeni ideyaya ehtiyacı var: azadlıq ideyasına. Yaradıcılıq – azadlığın ətridi, qoxusudu.

Mənim öncəgörməm doğru çıxsa, gələcəkdə bohem həyatına lüzum qalmayacaq.

İnsanlar öz həyatlarını yaşayacaqlar. Kimsə kimsənin işinə qarışmayacaq.

Bu azadlıq mərhələsi olacaq.

Soruşursan ki, bohem həyatı və distiplin haqda nə deyə bilərsən?

Distiplin – gözəl sözdü. Ancaq bütün gözəl sözlər kimi onu da düzgün istifadə etmirlər.

Distiplin də şagird sözü kimi eyni mənbədən alınıb. Şagird sözü “təhsil prosesi” təsəvvürü yaradır. Öyrənməyə hazır olan, təhsilə hazır olan deməkdi.

(İng. Disciple – şagird)

Hər şeyi bildiyini düşünən adam heç vaxt öyrənməyə çalışmır. Düşünür ki, hər şeyi bilir. O adam öyrənir ki, heç vaxt bildiyini düşünmür.

Sokrat deyirdi: “Mən onu bilirəm ki, heç nə bilmirəm”. Dərketmənin başlanğıcı budu.

Bu cür düşüncədə olan insan həmişə yeni bilik axtarışındadı. O elə hey öyrənir. Onun üçün öyrənmə prosesinin özü maraqlıdı. Sonra öyrəndiklərini unudub yeni axtarışlara atılır. Oxuyur, öyrənir. Keçmiş bilikləri unutmaq lazımdı ki, bildiyini düşünməyəsən. Bilmədiyini düşünüb öyrənəsən.

Həqiqi şagird bildiklərini akkumlyasiya etmir, toplamır. Oxuduqlarını unudur. Bu köntöylükdə nə qədər işıq var. İşıq saçan bilgisizlik vəziyyətində olmaq çox böyük bir hissdi.

Bilgisizlik vəziyyətində olanda insan açılır. Onun üçün sərhəd yoxdu. Tədqiqatlara hazırdı.

Distiplin sözünü doğru interpretasiya etməyiblər. Bu olar, bu olmaz deyib distiplin yaratmaq yanlışdı. Min cür qadağalarla insanı hürküdürlər. Məhkum kimi hər tərəfdən dəmir barmaqlıqlarla əhatə olunur.

Yaradıcı insan bütün qadağalardan imtina edib. Ona genişlik lazımdı. Ona göy üzü lazımdı, sonsuzluq lazımdı. İlham üçün ona sərhədsizlik lazımdı.

Yadında saxla: mənim distiplin anlayışımın “on nəsihət”lə heç bir əlaqəsi yoxdu.

Mən heç bir distiplinə-zada çağırmıram. Mən, sadəcə, öyrənməyə çağırıram. Biliyin, savadın necə təhlükə olduğunu izah etməyə çalışıram.

Distiplin ürəkdən gəlməlidi, kənardan yox. O həddindən artıq sənin olmalıdı. Varlıq kənardan distiplin qəbul etmir. Bu özgə paltarı geyinmək kimidi. Ya çox yekə olacaq, ya çox balaca. Əyninə oturmayacaq və hər an naqolay hiss edəcəksən özünü.

Məhəmməd hamını distiplinə dəvət edirdi. Bəlkə bu onun üçün yaxşıydı, amma başqaları üçün deyildi. Budda milyon adamı distiplinə çağırırdı. Bu onun üçün rahat ola bilərdi, amma hamı üçün rahat ola bilməzdi. Distiplin individual məsələdi. Başqasının qaydaları ilə yaşayan insan heç vaxt rahat olmaz. Başqalarının qaydaları insanı ölü cana çevirir. Həyat isə ölüvay ola bilməz. Həyat canlıdı, həddindən artıq canlı.

Həyat – daimi axındı.

Heraklit haqlıydı: “Eyni çaya iki dəfə girmək mümkün deyil”. Heç bir dəfə də mümkün deyil. Çay axır, bir yerdə qalmır ki, sən girən kimi dayansın. Ayağın toxunan su axıb gedir, yerinə başqası axıb gəlir və o da gedir. Bu qəribə prosesdi, maraqlıdı. İnsan vəziyyətə uyğun olaraq reaksiya verməlidi. Kiminsə ağlıyla yox.

İnsanın axmaqlığı göz önündə deyil? Beş min il əvvəl Manu induistlərə təlim verib, beş min ildi onlar eyni təlimi öyrənirlər. Üç min il əvvəl Musa təlim verib, üç min ildi yəhudilər onu əzbərləyirlər. Adinata caynistlərə təlim verib, beş min ildi həmin təlimdən kənara çıxa bilmirlər. Bu təlimlər insanların ağlını başından alır. Bu təlimlər köhnəlib, onları atmaq lazımdı. Bunlar hamısı cəsəddi. Həyat cəsəddən ibarət ola bilməz axı.

Mən sizə indini yaşamağı öyrədirəm. Həqiqət bildiyin yalana çevrilər və əksinə.

Nəyəsə inanıb özünü dəli eləmə. Həyatını yaşa, indi yaşa, bu dəqiqə. Tərslik eləməyə çalışma. Canlı ol, diri ol. Həyatı bütün çətinliklərilə birgə sevə-sevə qəbul et. Bütün ziddiyyətlərilə canında hiss elə. Keçmişdən əl çək, düşünmə. Keçmiş yoxdu, heç vaxt da olmayacaq.

Sən də heç vaxt keçmişə qayıda bilməyəcəksən. Axmaq olma. Bu günlə, bu anla, indiki məqamla yaşasan həyatın bütünləşəcək. Bu bütünləşmədə yaradıcılıq və gözəllik var.

Bütünlük içində insanın gördüyü hər iş gözəldi…

QOCA

Qocalıqdan danış zəhmət olmasa…

İnsan ya qocalır, ya da böyüyür. Kim ki, ancaq qocalır, deməli, o heç yaşamayıb. Özünü boğmaqla məşğul olub. Mən sizə qocalmağı öyrətmirəm. Bu o demək deyil ki, siz yaşa dolmayacaqsız. Mən, sadəcə, sizə böyüməyi öyrədirəm. Siz yaşlanacaqsız, amma bu bədənlə bağlı olacaq. Sizin şüurunuz yaşlanmayacaq, böyüyəcək, yüksələcək.

Dinlər elə böyük cinayət işlədiblər ki, onları bağışlamaq olmaz. Onlar yaşamağın yollarını öyrətməyiblər. Onlar yaşamamağın yollarını öyrədiblər. Dünyanın dinlə barışıqda yaşaması insanlıq üçün cəzadı. Bircə yol qalır: həbsdən qaçmaq. Ancaq belə olmalı deyil axı.

Həyat cəza deyil. Həyat bəxşişdi. Həyata çox sağ ol deməlisən ki, səni seçib. Sənin üçün rəqs edir, sənin üçün oxuyur.

Yaşlanma mərhələlərini anlayaraq keçdikcə insan qocala bilməz. Həmişə öyrənən insan əbədi cavanlığa qovuşur. Bilik – cavanlığın qoyduğu girovdu. Özünü yükləməyən insan həmişə cavandı.

O özünü çəkisizlikdə, uşaq kimi hiss edir. Bu gözəl dünyada o həmişə naşıdı.

Bir əhvalat eşitmişəm. Üç keşiş Pittsburqa gedir, bilet almaq üçün kassaya yaxınlaşırlar. Kassir qadının gözəlliyi, çox açıq dekoltesinin zorla örtdüyü çəkici sinəsi keşişləri dəli edir. Kassaya keşişlərin ən cavanı yaxınlaşır. Qadının cəlbedici məmələri ona bütün dünyanı unutdurur. Qadın soruşur:

– Sizə necə yardım edə bilərəm?

– Məməburqa üç bilet zəhmət olmasa.

– Utanmırsız? Özünüz də keşişsiz!

Arxadan tələsik o biri keşiş dürtülüb deyir:

– Buna fikir verməyin, ağlını itirib. Zəhmət olmasa, bizə Məməburqa üç bilet verin.

Qadın bu həyasızlıqdan dəhşətə gəlir:

– Ağ eləyirsiz a lap!

Üçüncü keşiş aranı sakitləşdirməyə çalışır.

– Övladım, sən onlara fikir vermə. Monastırda qapalı bir mühitdə yaşayırlar. Dünyadan xəbərləri yoxdu, görməmişdilər. Sən zəhmət olmasa, bizə üç bilet ver, Məməburqa olsun. Özün də çalış daha belə geyinmə. Yoxsa Qiyamət günü “Müqəddəs barmaq” öz Pyotrunu sənə tərəf yollayacaq.

Bu vəziyyət ancaq qapalı insanın başına gələ bilər. İnsan nə qədər qapalı mühitdə yaşayırsa bir o qədər görməmiş olur. İnsan həyatı nə qədər inkar edirsə bir o qədər ondan sallanıb qalır. Bu günə qədər insan zəhlətökən ideyalarla yaşayıb.

Bütün dinlər və hakimiyyətlər məni ona görə sevmir ki, sizin tərəfinizdəyəm. Sizə səs verirəm; azadlığınıza və rahatlığınıza.

Mən istəyirəm siz axmaq ideyalardan qurtulasız. Həyatınız cənnətə dönsün. Qaramat fikirlər və təbliğatlar sizi qorxutmasın.

Biz cənnəti göylərdə aramırıq. Əgər göylərdə cənnət varsa biz onsuz da bunu görəcəyik.

Ancaq əvvəlcə yer üzündə cənnət yaratmaq gərəkdi. Qoy həyat bizim hazırlıq mərhələmiz olsun. Biz yer cənnətində yaşaya bilsək bütün cənnətlərə hazır olacağıq. Heç bir keşiş, molla, dindar cənnətə iddia edə bilməyəcək. Ora bizə məxsus olacaq. Biz burda da, hər yerdə də onun sahibi olacağıq. Onlarsa cəhənnəmə layiqdilər. Təbii olmaq üçün hər şeyindən keç. Görəcəksən ki, həyat necə gözəldi…

“Qoca kaftar” fikri hardan yaranıb? Yaşa dolduqca elə bilirəm insanlar mənim haqqımda da belə düşünürlər…

Bu ifadə ona görə mövcuddu ki, insanları əsrlərdi basqıda saxlayırlar. Müqəddəslər, kilsə xadimləri, protestantlar mövcud olduqları üçün bu fikir var.

İnsanın seksual azadlığı olsa qırx iki yaşına qədər, təkrar edirəm – qırx iki yaşına qədər, seks artıq onun beynini çox məşğul etməyəcək. On dörd yaşında seks istəyi bütünlüklə insanı zəbt edir. Əgər bu enerji sərf olunubsa qırx iki yaşında istək soyuyur. Bu tamamilə təbii haldı. Ehtiras sönəndən sonra insan sevgiyə yer verir. Onun sevgisində artıq ehtiras yox, qayğıkeşlik, məsumluq, təmizlik olur.

Seks o zaman məmnunluq, zövq gətirir ki, sən bütünlüklə ona hopursan. Bu zövq son mərhələdi. Bundan sonra sən sevgiyə aidsən. Seksual istəyin boğulmayıbsa sən sevgi mərhələsinə keçə bilirsən. Boğulubsa sən həmişə aqressiv və mühafizəkar olaraq qalacaqsan. Sən seksi tanıdın, duydun, dərk etdin. Sən seksin nə olduğunu bildin. Bilgi ancaq azadlıq verə bilər. Sən bütün sirləri bilirsən və artıq nəsə öyrənməyə, nəyinsə arxasınca qaçmağa ehtiyac duymursan. İçin sevgiyə hazırdı. Qəlbin sevgi vermək üçün çırpınır. Sevgini bütün varlığınla hiss edirsən və onu paylaşmağın gəlir. Bu halda qoca – dünyanın ən yaxşı, ən xeyirxah adamına çevrilir. Təmizlənir…

“Saf qoca” ifadəsinə dünyanın heç bir sözlüyündə rast gəl­mək olmur. Hər halda mən heç vaxt görməmişəm. Amma “qoca kaftar” bütün dillərdə var. Məsələ ondadı ki, bədən qocalır, seksdən, ehtirasdan azad olmaq istəyir, amma beyin əl çəkmir. Çünki enerjini tükətməyib.

Bu qoca üçün çox naqolay vəziyyətdi. Onun gözləri acdı, ehtiraslıdı, azğındı. Çirkin baxır, iyrənc görünür. Buna görə də “qoca kaftar” ifadəsi yaranıb.

Mən bir hadisə eşitmişəm. Kişi həmişə ezamiyyətdə olur. Bacısı gəlinə deyir:

– Sən gərək ehtiyatlı olasan. O bütün günü səyahətlərdə, görüşlərdədi. Orda nə qədər maraqlı, işgüzar qadınlara rast gəlir.

– Ehtiyatlı olum? Niyə? O çox vəfalıdı, sadiqdi. O çox… qocadı.

Hisslərini boğmusansa qocalıqda belə sənin gözün doymayacaq. Gözün həmişə ətrafda, orda-burda qalacaq. Tox adam yaşlaşanda dünyanın ən mehriban, ən təmiz adamı olur. Uşaq kimi saf görünür. Əks halda sən həm özün üçün, həm də ətraf üçün təhlükəli adamsan.

Qocalıq – həyatın kulminasiya nöqtəsidi. Gözəl də ola bilər. Uşaq böyüməyi arzulayır həmişə. Bütün uşaqlar özlərini gələcəkdə önəmli şəxs kimi təsəvvür edirlər. Makedoniyalı İsgəndərdən tutmuş İosif Stalinə, Mao Tszeduna qədər ən önəmli adları öz gələcək obrazları olaraq xəyal edirlər.

Gənclər ehtiraslı, instinktiv meyillərlə dolu olurlar. Enerji püskürürlər.

Yaşlı adam bilir ki, bütün uşaqlıq arzuları elə uşaqlıq imiş. Gənclik geridə qalıb. Güclü qasırğadan sonra sakitlik başlayıb.

Bu sakitlik ifadə olunmaz gözəllikdə, rahatlıqda ola bilər. Problem ondadı ki, insan qocalır, amma böyümür.

Qocalıq – sonuncu şansındı. Daha çox seyr et, daha çox izlə, tamaşaçı ol.

Daha çox meditasiyayla məşğul ol. Bədən gizli arzularını həyata keçirə bilmir deyə üzüntülərə, əzablara düşmə. Bütün arzulardan qurtul. Sənin çox az zamanın var.

Mən bütün obyektiv arzuları nəzərdə tuturam. Bu zaman arzu özü xalis halında səni tamamlayacaq. Sadəcə, arzu özü olacaq, nəyinsə peşində yox, nəyinsə içində olacaqsan. İlahilik hissi saracaq səni, özünü ali varlıq kimi hiss edəcəksən. Həyat sənin üçün bütün sirlərilə aydındı. Sən onu tanıyırsan, müdriklik mərhələsindəsən. Ünvansız arzular içində bir yaradıcıya çevrilirsən. İçində sakit bir enerji var. Artıq daima axan çay deyilsən. Sakit, sonsuz, dumduru bir gölsən. Buddalıq elə budu.

USTAD

Qərbdə “ustad” və “ azadlıq” sözü bir-birini qarşılıqlı şəkildə inkar edir. Sizinlə görüşənlər bunu kökündən yanlış hesab edir. Bunu açıqlaya bilərsiz?

İngiliscədə ustad – yiyə, sahib, eyni zamanda, müəllim, hoca anlamını verir.

Qərb hələ o gözəl məqamın dadını bilmir. Ustadla şagirdin görüşünü deyirəm. Bu heç gözə girəcək duyğu da deyil. Sevgi kimidi, onu gərək yaşayasan. Qərb uzaqdı bu duyğudan.

Qərb ancaq müqəddəsləri və onların davamçılarını tanıyır. Müqəddəslər təzim tələb edirlər, onlara tapınmaq şərtdi. Ustadlar belə deyil. Onlar öyrədirlər, bildiklərini verirlər, yetişdirirlər. Onlar sevirlər. Müqəddəs səndən nə istəsən düzəldə bilər. Özündən başqa hər kəs ola bilərsən. Ustad fenomeni isə başqadı. O sənə özünü tapmaqda kömək edir. O səni kəşf edir.

Ustad anlayışı qızıl dövrdə yaranıb. Lao Tszı, Zərdüşt, Qautama Budda olan dövrlərdə. Onlar tamamilə başqa münasibətlər müstəvisi yaratdılar.

Hər kəs Pikasso ola bilməz, hər adamdan Mikelancelo alın­maz. Qərb çox şey itirdi. İsa ayrı mövzudu. İsa inanclı idi, həddindən artıq inanclı. Budda üsyankar idi. Kimsənin davamçısı deyildi. Lao Tszı da eyni cür, heç kimin ardı deyildi. Onlar özlərindən sonra yazı-pozu qoymayıblar. Onlar axtarışlara tək çıxmışdılar. Onlar həqiqəti özləri tapmaq istəyirdilər. Onlar özlərindən əvvəlkinə tapınmırdılar. Yenilikçi idilər. Onlar kütlədən aralana bilmişdilər. Kütləni ələ almaq kimi bir məqsədləri yox idi. Onlar səmimi idilər. Öz qəlblərinə güvənirdilər.

Onlar axtardıqca tapırdılar və dəqiq bilirdilər ki, doğru yoldadılar.

Onlara yol göstərən yox idi. Bələdçiyə ehtiyac duymurdular. Bu tənhalıqdan tənhalığa uçuşdu. Təklikdən təkliyə hoppanmaqdı.

İnsan həqiqəti özü tapanda anlayır ki, heç bir dini qurum, dini təriqət, yön, cərəyan ona lazım deyil. Qruplar, siniflər, cəbhələr içində olmaq istəmir.

Axtarıcı həqiqəti dərk edən kimi ustada çevrilir. Davamçı ilə tələbə arasında incə bir fərq var.

Buna aydınlıq gətirmək lazımdı. Tələbə davamçı deyil. Tələbə aşiqdi. Heç kim aşiqə davamçı demir.

Kiminləsə görüş onun içində nəyisə tərpədir. Məsələ onda deyil ki, mütləq ona hansısa ideyaları sırımaq lazımdı. Mütləq onu inandırmaq lazımdı. Yox! Bu inandırmaq deyil, bu söhbət də deyil. Bu transformasiyadı. Həqiqəti axtaranla onu dərk edən qarşılaşdığı an hansısa bir duyğu onları birləşdirir. Axtaran adam Tapan adamda özünə doğma olan nəsə hiss edir.

Onların gözləri toqquşur. Tam bir sakitlik hiss edirlər. İndiyə qədər yaşamadıqları bir duyğudu. Bu inanc deyil. Bu inamdı, güvəndi. Güvən sevginin ən gözəl rəngidi. Sevgi köləyə çevirə bilərmi? Sevgi asılı edə bilərmi? Sevgi tabe edərmi? Əsla!

Ustad və şagird sevgisi azad sevgidi. Daha doğrusu, sevginin azadlığını ifadə edir. Ustad şagirdi özündən asılı vəziyyətə salmamaq üçün əlindən gələni edir. Əks halda o, sevgiyə xəyanət etmiş olur. Gerçək ustad sevgiyə xəyanət edə bilməz.

Sevgi – ən yüksək reallıqdı. Ustad bu sevgini sözləri, davranışları, təmkini ilə ötürür. Hər hərəkətindən sevgi yağır. Ustad heç bir halda təmkinini pozmur.

Keşiş istismar edir, siyasətçi istifadə edir. Onlara davamçı lazımdı. Ancaq bu halda onlar mövcud ola bilər. Onlar arasında gizli saziş var. Keşiş ruhsal dünyanı, siyasətçi maddi dünyanı öz öhdəsinə götürüb.

Ustad həm özü azaddı, həm də başqalarına azadlıq verir. Mən səni sevirəmsə səni necə qula çevirə bilərəm? Bu imkansızdı. Buna inanmayın, burda sevgi axtarmayın. Burda sevgi yoxdu!

Mən ancaq sənin qanad açıb uçmağına sevinə bilərəm. Sənin öz olmana, mənlik, kimlik olmana sevinə bilərəm. Mən sənin hökmdarın olmaq istəyirəmsə sevgidən söhbət gedə bilməz. Heç bir halda!

Mən səni sevirəmsə hansısa təriqətin, doqmanın, ideyanın təsiri altına düşmənə üzülərəm. Nədənsə asılı olsan kədərlənərəm.

Qərbin ustad fenomenindən xəbəri yoxdu. Peyğəmbərlər, papalar, xilaskarlar, sərkərdələr tanıyır, amma ustad anlayışı yoxdu. Qərb ustad məsələsində axsayıb həmişə. Bu boşluq var deyə Qərbdə çox anlaşılmazlıqlar baş verib.

Ezopun təmsilləri hamıya məlumdu.

Tülkü gizlincə üzümlüyə girib bir salxım dərmək istəyir. Nə qədər atılır dərə bilmir. Arada yan-yörəyə boylanır görsün kimsə var, ya yox. Baxır ki, yanda bir dovşan ona tamaşa edir. Tələsik özünü düzəldib heç nə olmamış kimi üzümlükdən çıxır. Dovşan tez onun arxasınca qaçıb soruşur:

– Niyə dərmədin? Bayaqdan gözləyirəm görüm dərə biləcəksən, ya yox.

– Bilirsən nə var? Üzüm çox turşdu. Əgər mənim üzüm dər­mək istəyim haqda xəbər hamıya yayılsa özünü ölmüş bil. Bunu səndən başqa görən olmayıb.

İnsanın mahiyyətini açan bu balaca pritça çox şey deyir. İnsanın əli nəyəsə çatmayanda “turşdu, dadsızdı, iylənib” deyə bilər.

Qərb təfəkkürü insanı öz ağası olmağa qoymur. Onu lider kimi yetişdirir, tabe olan kimi yetişdirir. Mütləq kiməsə liderlik etməlisən, ya da mütləq kimdənsə asılı olmalısan.

Şərqdə isə ustad fərdlər yetişdirir. Özü öz ağası olan adamlar yetişdirir. Qərb “ustad” sözünü “başqan” sözü ilə eyniləşdirir. Şərqdə isə “ustad” “hoca, müəllim” sözü ilə səsləşir.

Kvant fizikasını Şərq dillərinə çevirmək də çox çətindi.

Uyğun sözlər tapmaq çətindi. Çünki əvvəlcə predmetlər yaranır sonra onlara ad verirsən. Varlığı dil ifadə edir. Tərcümə zamanı dolaşıqlıq yaranır. “Ustad” sözü Şərqdə açariya mənasını verir. Bu harmonik, şüurlu yaşayan adam deməkdi. Özünü dərk etmənin, həqiqətin, biliyin açarı əlində olan adamdı. Şagird (tələbə) sözünün bəxti daha çox gətirib. Qərbdəki mənanı verir. Öyrənmək istəyən, öyrənməyə hazırlaşan deməkdi.

Bizdə buna “şişia” deyirlər. Bu sözün kökü “distiplin” sözünün kökü ilə üst-üstə düşür.

Bu çox uyğun sözdü. Onu istifadə etmək olar. Amma “ustad” sözü… bu ayrı məsələdi.

Şagird ustadına vurulur. Asılı olmur, zəncirlənmir, hətta inancdan belə söz ola bilməz. Ustadının yanında şagird yeni ölçülərlə tanış olur, potensialı açılır. İndiyə qədər özünün də xəbərsiz olduğu keyfiyyətləri üzə çıxır. Ustad sevgi ifadə edir. Hərçənd, sevgi verir demək doğru olmazdı. Ustad daha çox sevgi saçır, sevgi yayır. Günəş işıq saçdığı kimi. Ustada yaxın olan hər kəs onun sevgisində üzür.

Əgər sən öyrənmək istəyirsənsə, əgər hələ beynin lazımsız bilgilərlə dolmayıbsa, əgər hələ özünü hansısa teologiyaya, ideyaya, inanca qapdırmayıbsansa, əgər qəlbini dinlər, nəzəriyyələr, təriflər, qaydalarla zibilləməyibsənsə ustad sənə kömək edə bilər. Onunla ünsiyyət səni yüksəldər, rahatladar, ayıldar. Özündə fövqəladə dəyişiklik hiss edərsən. Ruhunda genişlənmə, böyümə hiss edərsən. İşıq ötürülməsi baş verəcək. Sən bunu bütün varlığınla anlayacaqsan.

Qərbdə belə deyirlər: işıq ötürülməsi bir ürəkdən başqa ürəyə keçən nurdu. Mənbədən mənsəbə ötürülən nur. Bir tərəf artıq nura yetişib, digər tərəf hələ qaranlıqda avaralanır. Bu ötürülmə o birini xilas edir. Sadəcə, yaxınlaşmaq lazımdı. İki şam təsəvvür elə. Biri yanır, biri yox. Qəfildən o biri də yanır. Bu səni necə heyrətləndirərsə, ustadla ünsiyyətdə qəlbinə köçən işıq da səni eləcə heyrətləndirəcək.

Alovun qığılcımı o biri şama düşür və o da yanır. Sevgi bu cür alışdırır. Bu cür yaxınlıq yaradır. Heç kim heç kimə tabe olmur. Azadlığın dostluğu, təntənəsidi sevgi.

Hətta Şərqdə də indi belə bir ustad tapmaq çətin işdi. Bütün Şərq qaramat içindədi. Budda zamanı çoxdan keçib. İndi bu, sadəcə, xoş xatirədi, gözəl günlərin anımıdı, xəyallar və arzular dünyasına səyahətdi.

Bir səhər Qautama Buddanın yanına böyük hökmdar Prosencita gəlir. Əslində o heç bura gəlmək istəmir, sadəcə, arvadı o qədər Buddadan danışır ki, hökmdar bu adamı tanımaq istəyir. Ancaq hökmdar əliboş gedə bilməzdi. O özü ilə xeyli brilyant götürür. Xanımı buna gülür. Deyir ki, brilyantdansa gül götürsən daha yaxşı olar. Prosencita hər ehtimala qarşı bağından gözəl qızılgüllər gətizdirir. Bir əlində qızılgüllər, digərində brilyantlar Buddayla görüşür. Əvvəlcə daş-qaşı ustada uzadır. Budda deyir:

– At onu!

Hökmdar fikirləşir ki, arvadı haqlı imiş. Bu adamın daş-qaşda gözü yoxdu. Qızılgülləri uzadır. Budda deyir:

– At onu!

Prosencita mat qalır. “Bu adamın başı xarabdı” – fikirləşir. “Amma on min tələbəsi olan adamın başı necə xarab ola bilər? Heç nə anlamıram”. Buddanın çoxdankı tələbəsi, bayaqdan baş verənləri izləyən qoca Sariputta dilə gəlir:

– Sən onu anlamadın. O sənin əlində olanları demir. O sənin içindəki hikkəni, şöhrətpərəstliyi, eqonu deyir. O deyir ki, içindəki şöhrətbazlığı at, azad ol bu yaramaz hissdən. Hökmdar fikrə gedir. Bu sözlər o qədər onun xoşuna gəlir ki, geri qayıtmır. Bütün krallığını atıb Buddanın karvanına qoşulur.

Gözəl zamanlar idi. Bu, qətiyyən inanc məsələsi deyil. Bu özünü tapmaqdı, rahatlıqdı. Bu, sevginin ən yüksək ifadəsidi.

Bu gün ətraf fırıldaqçılarla doludu. Hamı özünü ustad, ekstrasens, görücü, falçı, baxıcı adlandırır. Yerindən duran deyir ki, mənə vergi verilib. Belə adamların bir ümumi cəhəti var. Onları bununla həmən tanımaq olur. Elə ki kimsə səndən nəyəsə inanmağını istədi, nəyinsə aludəçisi, davamçısı, təbliğatçısı olmağı gözlədi, bil ki, fırıldaqçının təkidi. Sənə qaydalar tətbiq etmək istəyən adamdan uzaq dur. Səndən sonsuz və sualsız inam tələb edən adamlardan qaç.

Bu adamın tülüngünün biri olduğuna şübhə etmə. Sənin hər şeyin izahını istəmək haqqın var. Bu haqqı heç kim əlindən ala bilməz. Həqiqi ustad, hoca tapmaq çox çətinləşib. Sənə azadlıq, sevgi, ləyaqət hissi aşılayan adamlar çox azdı. Bütün dünya şarlatanlarla doludu. Qərb də, Şərq də. Hoca insanı manqurta çevirmək niyyətindən çox uzaq adamdı. Bunu edənlər dolandırıcılardı. Onlar bütün sahələrdə var. Həqiqi ustad tapdınsa özünü xoşbəxt bil. Bu uğurdu, böyük uğurdu. Ondan bərk yapış, o sənə çox şey verə bilər. O sənə kömək edəcək, əmin ol.

İndiki dünyada hər şey alt-üst olub. Bütün ölçülər itib. Özünü tamamilə realizə edən hocalar yoxdusa, yaxşı şagirdlər də yetişməyəcək. Natamam müəllimlərin şagirdləri də natamam olur. Küt, dumanlı beyinlərin sayı getdikcə artır.

Mənim işim tələbə yetişdirmək deyil. Bu, sadəcə, girişdi, başlanğıcdı. Mənim işim ustad yetişdirməkdi. Onların sayı maksimum olmalıdı. Dünyanın insana ehtiyacı var. Dərrakəli, şüurlu, beyni və ruhu oyaq, azad və sevgi dolu insana. Ən başlıcası – səmimi, dürüst insana.

Yalnız bu cür insanlar dünyada nizam, düzən, səliqə yarada bilər. Yalnız bu cür insanlar dünyanı bəladan, dağıdıcı qüvvədən xilas edə bilər. Bu qüvvədi, dağıdıcı olsa da gücdü. Ancaq sevgidən güclü deyil!

BUDDA ZORBA

Sizin üsyan və üsyankar haqda fikirlərinizi öyrənə bilərəm?

Üsyankar – mənə görə robot kimi yaşamayan, keçmişin təcrübəsinə tabe olmayan adamdı.

Din, mədəniyyət, tarix, cəmiyyət onun həyat tərzinə, düşüncəsinə təsir etmək gücündə deyil.

O öz ağlıyla yaşayır. Həyatını heç kim idarə etmir. Qərarları özü qəbul edir. Heç kim onu yönləndirmir. Onun həyatından azadlıq qoxusu gəlir. Bu azadlıq təkcə onun üçün qiymətli deyil. O, başqalarının da azadlığına sayğı duyur. Heç kim onun həyatına qarışa bilməz, o da heç kimin həyatına qarışmır. Həyat onun üçün o qədər müqəddəs anlayışdı ki, toxunulmazdı. Həyat uğruna hər şeyindən keçər. Onun üçün azadlıq Tanrı deməkdi. Onun Tanrısı azadlıqdı.

İnsan əsrlərcə qoyun kimi yaşayıb. Sürünün içində, hamı hara gedibsə o da gedib, hamı neyləyibsə, o da eyni şeyi edib. Hamı üçün eyni qaydalar, eyni adətlər mövcuddu. Bu, əlbəttə ki, fərdlər, individuallar üçün deyil. Onlar həmişə etiraz ediblər. Bütün tarix boyu belə individuallar olub və onlar üsyankar sayılıblar. Üsyankar – öz işığında yaşayan adamdı. Ona yad işıq lazım deyil. Ona yad fikir lazım deyil. Ona yad təcrübə lazım deyil. O hər şeyi özü yaşamaq istəyir, özü dadmaq, hiss eləmək istəyir.

Üsyankar – müasir adamdı.

Kütlə müasir ola bilməz. Kütlə min illərin yazılarına söykənib yaşayır. Öz ağlını heç nə üçün işlətmir. Başını aşağı sallayıb minillik qaydaları müti şəkildə icra edir. Kütlə təkrarçıdı. Özündən əvvəl olanları yamsılayır. Ölü qanunlar üsyankar üçün deyil. Üsyankar ölü qanunlara sığmır, onlara qarşı çıxır. Geriliyin, axmaqlığın düşmənidi üsyankar.

Hətta təklənsə belə təklik onu qorxutmur. Əksinə, təklik onun üçün qiymətlidi. Kütlə insana arxa durur, amma bu dayağı ruhunla satın almalı olursan. Kütləyə uyğunlaşmaq, kütləni nəzərə almaq, ona yarımaq ruhunu satmaqdı. Ruhunu kütlənin əlinə verdinsə bundan sonra səni o idarə edəcək. Şərtləri o qoyacaq. Başına elə bir oyun açacaq ki, boğulacaqsan, əsəblərin yerindən oynayacaq, gərgin, süst, ölüvay olacaqsan, heç nəyə həvəsin qalmayacaq, intihar haqda düşünəcəksən. Kütləyə qoşulmaq intihar etməkdi.

İnsana gələcək haqda uydurmalar danışırlar. Hazır plan verirlər. Bu uşağın əlifba bilmədən kitab yazmağına oxşayır. Sabahı yaşamadan onun necə olacağını hansı ölçülərlə müəyyən etmək olar? Bütün dünya bu üzdən kədər içindədi. İnsana həyatını yaşamaq üçün şans verilmir. İnsan əzablar içində qovrulur.

Üsyankar bilinməzlikdən qorxmur. Həyata baş vurur. Hər yerdə və hər zaman öz fikriylə addım atır. Onu nəyəsə məcbur etmək mümkünsüzdü. Üsyankar keçmişə söykənmir. Bu günlə yaşayır. Gələcəkdən qorxmur. Üsyankar – cəsarətlidi.

Hər an onun üçün təkrarolunmazdı. Hər an həyəcanlıdı, özəldi. O sevir, sevilir, dəlilik edir, düşünür, öyrənir, axtarır. O, sabahı qarşılamaq üçün yaşamır. Bütün fikrini bu günə verir. Bu gün onun üçün həyatdı, yaşamaqdı.

Keçmişi özünə yük eləmir. Sabaha özünü hazırlamır. Üsyankar olmaq hər anı yaşamaq deməkdi. Çünki hər an keçmişə dönür və yeni an gəlir. Hər an su axını kimidi. Dayanmır, donmur, təkrarlanmır. Üsyankar hər an bunt prosesindədi. Hər an bunt vəziyyətindədi. Onun inqilabçıdan fərqi də budu. İnqilabçı keçmişdən asılıdı. Keçmiş ona inanılmaz təsir göstərir. Hətta onu idarə edir. İsa da, Marks da, Hitler də ona təsir edir. İnqilabçının öz kitabı var – Kapital.

Bu onun Məkkəsidi, Sovetlər Birliyidi, Kremldi. O öz ağlıyla yaşamır. O, irs daşıyıcısıdı. Hansısa ideallar uğrunda savaşandı. Vətənpərvərdi, dindardı, kommunistdi, amma individualist deyil. Reaksionerdi. Bir mədəniyyətə qarşı çıxa bilər, bir hakimiyyətə qarşı çıxa bilər, bir ideyaya qarşı çıxa bilər. Etirazı bununla kifayətlənir. O, insanın ümumi halı haqda düşünmür. Onu bir məkan, bir situasiya narahat edir. Bu da heç öz düşüncəsi, öz münasibəti deyil. Özündən əvvəlkilərin qoyub getdiyi düşüncədi. Üsyankarın həyatı isə dalğalanan məşəli xatırladır.

Mənə görə üsyankarlıq həqiqi dinə aparan yeganə yoldu. Sizin tanıdığınız, özünü din adlandıran qüvvələrin həqiqi dinlə heç bir əlaqəsi yoxdu. Onlar insanlığı tamamilə məhv ediblər.

İnsanın ruhuna zəncir vurublar. Kənardan elə görünür ki, guya insan azaddı, amma lap dərində o dindən asılıdı, qorxu içindədi. Bu çox güclü təsirdi. İnsan bu zəncirdən azad olmayınca özünü tanımayacaq.

Üsyankar – keçmişi öldürə bilən adamdı. Ürəyinin səsini dinləyəndi. Hansısa Budda, İsa, ya da Musa belə deyib deyə, bu cür olmaq lazımdı fikri ona yaddı. O nə cür hiss edirsə, o cür yaşayır.

Üsyançı bütün dinləri, irqləri, millətləri aşıb keçir. Onun üçün bütün bunlar cəfəngiyatdı. Onun üçün insan və onun azadlığı var. Arzuları, ürəyi, böyüklüyü var.

İsa elə hey təkrar edirdi: “Mən sizin çobanınızam, siz mənim sürümsüz”. İsa çoban obrazı yaradıb. Qoyunları qabağına qatıb otaran bir insan obrazı. Mənə həmişə maraqlı olub. Niyə bir adam soruşmayıb ki, bu nə boş söhbətdi sən edirsən? Necə yəni mən çobanam siz də qoyun sürüsü? İki min il ərzində bir adam mənə görə insan üçün təhqir sayılan bu fikrə qarşı çıxmayıb. Ancaq qoyun etiraz etməyə bilər. Belə çıxır ki, İsa haqlıdı?

Bunt – həyatın gücüdü. Bu yeganə və həqiqi dindi. Bəli, hər sərbəst addım insanı yıxa da bilər, yaralaya da bilər, incidə də bilər. Ancaq hər dəfə yıxılandan sonra insan daha yetkin, daha anlayışlı, daha müdrik olur. Hər dəfə qarşılaşdığı problem, əngəl insanı güclü edir. Yaşamağı öyrədir. İnsan ancaq və ancaq öz səhvləri üzərində təcrübə keçə bilər. Şüurdan başqa Allah yoxdu. Şüur yoxdusa Allah da yoxdu. Özünüzü aldatmayın.

Allahla insan arasında heç bir vasitəçi yoxdu! Ola bilməz. Səninlə şüurun arasına molla, axund, ayətulla, keşiş, papa girə bilməz. Bu adamlar hamısı fırıldaqçı və cinayətkardı.

Üsyançı ilə başqa cür düşünəni eyni tərəziyə qoyurlar. Başqa cür düşünən reaksionerdi. Onu qəzəb, aqressiya, nifrət idarə edir. O, cəmiyyətə müxalifdi. Amma müxalif olması hələ onun haqlı olması demək deyil. O, həmişə bir fikirdən başqa fikrə hoppanır. Bir bucaqdan başqa bucağa qaçır. Bu isə onu göstərir ki, reaksioner yanlışdan yanlışa cumur. Həqiqəti tapa bilmir.

Üsyankar isə reaksiya vermir. O, hərəkətdədi. Onun varlığına reaksioner adını qoymaq səhv olar. Başqa fikirli adam keçmişə qarşı çıxır, adətləri bəyənmir, amma onun heç bir yaradıcı konsepsiyası yoxdu. Etiraz edir, bəzən heç niyə və nəyə etiraz etdiyini də bilmir. O, situasiyanı dərindən dərk eləmir. Onunku qaraqışqırıqdı.

Ona istədiyini ver, girinc qalacaq. Nə etməli olduğunu bilməyəcək. Çünki əslində istədiyi bu deyildi. Çünki nə istədiyini özü də bilmir.

Molla Nəsrəddin tərsin biri olur. Atası desə sağa get, sola gedir, sola get, sağa gedir. Atası çəmini tapır. Sağa getmək lazım olanda deyir, Nəsrəddin, sola get. Bir müddətdən sonra Nəsrəddin anlayır ki, nəsə qaydasında deyil. Əvvəllər atası deyəni etməyəndə qırğın qopurdu. İndi adam sakitcə öz işindədi. Bir gün Nəsrəddinlə atası ensiz körpü ilə çayı keçirlər.
Nəsrəddinin əlində yekə qənd torbası olur. O, torbanı elə tutur elə bil indicə suya salacaq. Atası fikirləşir ki, bu tərs oğluma desəm ki, torbanı bir az sola çək, çəkməyəcək. Sağa çəkəcək. Onda da torba düşəcək çaya. Atası həmişəki hiyləsindən istifadə edir:

– Nəsrəddin, torbanı bir az sağa çək.

Nəsrəddin artıq atasının hiyləsindən xəbərdar olduğu üçün – yaxşı, deyib, torbanı sağa çəkir.

Qəndlər çaya düşür. Atası təəccüblənir:

– Niyə sağa çəkdin?

– Demədin sağa çək?

Ata söz tapmır. Nəsrəddin deyir:

– Elə bilirsən sənin kələyindən xəbərim yoxdu? Bundan sonra mən özüm lazım biləndə etiraz edəcəm, lazım bilməyəndə yox. Sən məni aldadırdın. Daha aldada bilməyəcəksən. Bundan sonra sən mənim nə edəcəyimi əvvəldən bilməyəcəksən. Özüm qərar verəcəm, nə vaxt sözə baxmalıyam, nə vaxt yox.

Fərqli düşünən adamın beyni və açarı isteblişmentin əlindədi. İsteblişment qarşısındakını artıq əlinin içi kimi tanıyır. Onu necə idarə etməyi bilir.

Üsyançını isə idarə etmək qeyri-mümkündü.

Üsyankarı hakimiyyət ələ ala bilmir. Əgər o nəyəsə qarşı çıxırsa ancaq ona görə ki arzularını, xəyallarını gerçəkləşdirməyə imkan vermirlər. Həyatını rahat yaşamağa qoymurlar. Üsyankar yeni insanın tərəfindədi. Müasirliyin, yeniliyin, yüksəlişin dostudu.

Sizin üsyançının Budda Zorba ilə nə əlaqəsi var?

Mənim üsyançım yeni insan – Budda Zorbadı.

Keçmişdə iki cəbhə vardı: materialistlər və idealistlər.

Ancaq insan təkcə birindən ibarət deyil axı. İnsan hər ikisinin qovşağıdı. O təkcə şüur deyil. Təkcə bədən də deyil. O təkcə ruh deyil, təkcə materiya da deyil.

İnsan ruh və bədən – şüur və materiya harmoniyasıdı.

Materiya və ruh ayrı-ayrı anlayışlar deyil. Bir anlayışın iki aspektidi. Bir reallığın ikili tərkibidi.

Materiya şüurun qabığıdı. Şüur materiyanın içidi.

İndiyə kimi bütün filosoflar bu tamlığı doğru ifadə edə bilməyiblər. Heç biri deməyib ki, bu bütövlükdü və reallıq bunların harmoniyasıdı. Bəziləri bu tamlığın bir hissəsini, bəziləri o biri hissəsini reallıq hesab edib.

Bu da dünyada divanə bir atmosfer yaradıb.

Ancaq fiziki ehtiyacları ödəyərək yaşamaq mümkün olmadığı kimi, ancaq mənəvi ehtiyacları da ödəyərək yaşamaq mümkün deyil. İsa deyirdi: “Tək çörəklə yaşamır insan”. Bu yarımhəqiqətdi. Bədənin ehtiyaclarını boğaraq da yaşamaq olmaz. Təkcə çörəklə yaşamaq olmaz deyə həmişə çörək yeməkdən imtina etmək də olmaz.

Gah bədən önəmlidi, gah ruh önəmlidi, deyib fəlsəfə. Bu insanı dəli eləyir.

Bədəni dinləyəndə özündən zəhləsi gedir. Dinləməyəndə əzab çəkir.

Ancaq ağlını dinləyəndə insan biryönlü olur. Ancaq ağılla hərəkət etmək olmaz.

Bir tərəf işlək bir tərəf donuq vəziyyətdə olanda insan tarazlığını itirir.

Hər iki tərəf işlək, aktiv olmalıdı.

Şüur da, bədən də.

Qərb materializmi seçdi. Mənəvi dünyanın üzünə qapılarını bağladı. Nəticədə bizim elmimiz, təhsilimiz, texniki inkişafımız var, amma səadətimiz yoxdu.

Şərq idealizmi seçdi. Material dünyanın üzünə qapılarını bağladı.

Nəticədə ürək var, duyğular var, amma savad yoxdu. Xəyallar aləmində, mirajda yaşayır bütün Şərq. Yuxulu gəzir, amma acından ölür. Yoxsulluq baş alıb gedir.

Qərbdə istehsal artımından hər il külli miqdarda süd məh­sulları dənizdə batırılır. Şərqdə insanlar aclıq çəkirlər. Efiopiyada gündə min adam aclıqdan ölür. Qərbdə isə milyardlar batır.

Avropa İqtisadi Birliyində o qədər ərzaq məhv olunur ki, yalnız bu prosesə xərclənən pulları saymaq belə mümkün olmaz. Kim məsuliyyət daşıyır dünyada baş alıb gedən bu dəhşətə görə?

Təminatlı qərbli içində boşluq hiss edir. Sevgi onun üçün əzbərçilik şəklini alıb.

Naqasakidə, Xirosimada həmin olaylar heç vaxt baş verməzdi – əgər dünya anlasaydı, qəbul etsəydi, bilsəydi ki, hər insan mənəvi dünyadı, hər insanın içində Tanrı var.

Bu qədər nüvə silahı, nüvə arsenalı yaradılmazdı. Əgər dünya anlasaydı ki, insanın içində böyük bir ilahi qüvvə var, onu öldürmək yox, açmaq – yüksəltmək, gəbərtmək yox, aydınlatmaq – işıqlığa çıxarmaq lazımdı, bütün bu silahlar, insan ölümü üçün hazırlanan layihələr olmazdı. Əgər insan yalnızca cisimdən, qabıqdan, materiyadan ibarətdisə onu məhv eləmək heç nədi. Əgər insan yalnızca skeletdisə ölümlə hər şey başa çatır. Adolf Hitler məhz buna görə altı milyon insanı məhv edib. Onun üçün insan heç bir məzmun daşımırdı, canlı deyildi. İnsan canlı, ruhsal varlıq deyilsə, onu öldürmək su içimidi.

Qərb öz ruhunu itirib. Özləm, sıxıntı, duyğusuzluq içindədi. Onun bütün elmi nailiyyəti anlamsızdı. Evdə hər şey var, amma insan yoxdu, ev sahibi yoxdu, həyat yoxdu.

Şərqdə ev sahibi sağdı, var, amma ev yoxdu.

Qarın ac olanda sevinmək mümkün deyil. Hər yerdə ölüm, savaş, qırğın, insan əzabı varsa gülmək olmur. Tarixin bütün filosofları, dinləri, tarixçiləri, alimləri buna görə məsuliyyət daşıyırlar. Onlar insanı xilas edə bilmədilər.

Budda Zorba yeni insandı. Bu insanın şizofreniyadan qurtulmasıdı. O, materializmə qarşı çıxan idealizmə müxalifdi. O, idealizmə qarşı çıxan materializmə müxalifdi. O, ruh və bədən birliyinin manifestidi. Budda-Zorba həyatda nə varsa hamısının canlı olduğuna inanır. Ağacların da, dağların da hissləri var. Bizi əhatə edən aləm iki enerjinin cəmidi, vəhdətidi.

Təmizlənmiş, duru enerji ruhu mənəviliyi ifadə edir. Kobud, cilalanmamış, yabanı enerji materiyanı ifadə edir.

Bütün kainat enerji sahəsidi. Bu mənim fəlsəfəm deyil. Bunu elmi tədqiqatlar sübut edir. Bunu fizika sübut edir.

Həyat – enerjidi.

İnsan mütləq bir enerjini o birinə qurban verməyə məcbur deyil. İkisini də eyni cür yaşamaq mümkündü, lazımdı.

Budda-Zorba həyatın suyunu çıxarır. Nəyi varsa hamısından zövq alır. Budda-Zorba dünyanı öz evi bilir.

İki yoxsul meşədə yaşayır. Biri kor olur, biri axsaq. Onlar heç cür yola getmirlər. Bir gün meşədə yanğın baş verir. Kor hara qaçacağını bilmir, axsaq da yanğından çıxa bilməyəcəyini anlayır. Və birdən bu iki adam anlayır ki, bir-birinə lazımdı. Kor axsağı belinə alır, o da buna yolu deyir. Beləcə ikisi yanğından qaçıb canlarını qurtarır.

Mənəvi dünya ilə maddi dünya bir orqanizmdi.

Mən Buddaya möhkəm ayaqlar, Zorbaya isə görən gözlər verirəm ki, üfüqdə yeni, dəyişik, xoşbəxt həyat görünsün.

Siqareti tərgitməyin asan yolu – Carr AllenBəhanələrə yox! – Brayan Treysi

Fikirlərinizi bildirin.