Kişilərin hansı əzələləri qadınların daha çox xoşuna gəlir

666
Kişilərin hansı əzələləri qadınların daha çox xoşuna gəlir

Kişilərin hansı əzələləri qadınların daha çox xoşuna gəlir. Siz özünüzü idman salonlarında həlak edənə qədər, delta və kürək əzələlərini inkişaf etdirib qadınları valeh etməyə çalışana qədər, sən demə onlar tamami ilə başqa hissələrə diqqət yetirirlər.

Səmimi desək bir çox qadınlar heç sizin delta əzələlərinizin harda olduğunu bilmirlər. Ən yaxşı halda isə bir qadın hansısa fitnes məşqçisini yaxından tanıyırsa, deməli siz onunla armrestlinqdə müayisə olunacaq səviyyədə də ola bilməyəcəksiniz. Bu sizə lazımdır?

Qadınlar əslində sizin düşünmədiyiniz yerlərə baxırlar. Məhs bu əzələ qruplarına məşqlər zamanı məşq proqramı hazırlanarkən xüsusi diqqətə alınmalıdır. Beləliklə bu gün sizə 750 qadın arasında keçirilmiş rəy sorğusunun nəticələrini diqqətinizə çatdırmaq istərdik.

Kürək

Bəli, rəy sorğusunda ən çox üstünlük verilən kişi bədən hissəsi kürək olmuşdur. Qadınların gözündə bu hissə gücün və dözümlülüyün nümunəsidir. Ancaq, səmimi olsaq ən çox diqqət mərkəzində hər zaman V şəkilli siluet durur. Bu cür quruluşun xöşbəxt sahibi zərif cinsin nümayəndələrinin daha çox diqqətini cəlb etmiş olar. Qadınlar hər zaman ona bacarıqlı, güclü ovçu kimi yanaşarlar.

Baldırlar və arxa əzələlər

Əgər təbiətdən gələn utanğaclıq olmasaydı bəlkədə səs vermədə bu hissə birinci yeri tutardı. Bədənin bu hissəsinə ssatlarla baxmağı qadınlar da ən azından kişilər kimi xoşlayırlar. Bundan başqa ilk olaraq “bu gözəl görünür”, həm də əzələli baldırlar praktik baxımdan xeyirli olur. Əgər siz istədiyiniz və birlikdə olduğunuz qadınla “qadın üstə” pozasını sevirsinizsə, o zaman ona orqazma çatmaq daha rahat olacaqdır. Ən azından siz ona ritmi hiss etməyə yardımçı ola biləcəksiniz.

Kişilərin hansı əzələləri qadınların daha çox xoşuna gəlir 2

Çiyinlər

Kürək əzələlərinin inkişafı kimi çiyin əzələlərinin inkişafı da sizin ümumi görünüşünüzü mükəmməl edə bilər. Enli və böyük çiyinlər sankı qadınlarda şüuraltı olaraq onları çiyininizə alaraq harasa aparmağınız fantaziyaları oyada bilir.

Ayaqlar

Düşünməyinki ayaqlarınızı etibarlı şəkildə şalvarla gizlətmisiniz. İti qadın nəzərlərindən əzələli ayaqlarla adi, nazik və ya yağlı böyük ayaqlar qaçmır. İdeal halda onlar sizin dəfələrlə oturub –qalxa biləcəyinizi, sonra isə tənginəfəs olamdan  kilometr qaça bilmənizi hiss etdirməlidir.

Sinə əzələləri

Köhnə filimlərdə də qadınlar kövrəlib sakitlik tapmaq istəyərkən ilk öncə kişi sinəsinə can atırlar. Sizə elə gəlirki, qadın başını sizin sinənizə qoyarkən nə qədər toyuq zülalı yediyiniz haqqında düşünəcək? Onlar sadəcə qucaqlanan zaman sizin bədəninizdə itməyi sevərlər.

Press

Əslində qarın nahiyyədə altı ədəd kubun olması biraz şişirdilmiş bir inancdır. Ancaq, əminliklə deyə bilərikki, onla V hərfinə bənzər bədən quruluşunu sevərlər. Bu səbəbdən də, belinizin incə olması arzulanan bir göstərici hesab edilə bilər. Ona görəə də, ən azından pressin yan əzələlərinin inkişafına diqqət yönəltməlisiniz.

Hansı əzələ qrupları daha tez bərpa olunur?Sənin istəyindən aslı olmayaraq bədəninin edə biləcəyi 5 qəribəlik

Əvvəlki məqaləAvtombil (Kuzov) – Zədələnmiş kuzovun analizi
Növbəti məqaləİntim tatoolar nədir və nəyə lazımdır

Fikirlərinizi bildirin.