Kişilərin dilə gətirməyə utandıqları sex haqqında 9 fikir. Bir çox kişilərin gizlin həvəsləri və fantaziyaları mövcutdur. Bir çox hallarda onlar fikirlərini açıq şəkildə dilə gətirməyə çəkinirlər. Bu gün ən çox yarana biləcək variantları diqqətinizə çatdırmaq istərdik. Oxucularımız arasında qadınlar varsa, özləri üçün gələcəyə qeydlər götürə bilərlər.

Örgənmək

Əgər qadın gecə saat üç radələrində hələ də orqazmdan uzaqdırsa və bu hal təkrarlanırsa, deməli xanım bütün gedişatı öz əlinə almalıdır. Sözün hərifi mənasında. O öz kişisinə nəyi və necə bəyəndiyini nümayiş etdirməlidir. İstənilən kişi bu halda olduqca diqqətli olur və ciddi cəhdlə örgənməyə çalışır. Qadın üçün isə bu gələcək orqazmlara bir növ investisiyadır.

Qarşılıqlı əlaqəyə nail olmaq

Bu maddə əvvəlki maddə ilə sıx əlaqədardır. Qadın kişiyə nələri sevdiyini və nələrqi qəbul etmədiyini danışmalıdır. Bu halda bədənin ehtiraslanmaya səbəb olacaq nöqtələri biliər. Eyni zamanda yaşanmış şeylərin tərifi hər zaman həvəs yaradar. Yataqda istəkləri sözlə etməyə çəkinmək lazım deyil.

Kişi gözləri ilə sevir

Biz heçdə qadının hər gecə qırmızı və ya qara alt geyimində olmasını nəzərdə tutmuruq. Ancaq, olmasında da qəbahətli heçnə yoxdur əksinə sevindirici haldır. Bununla yanaşı yataq otağında yatağın qarşısında böyük güzgüdə quraşdırıla bilər. Unutmayın, kişilər sex gedışatını hər tərəfli görməyi sevirlər. İstəklər və həvəs qarşılıqlıdırsa, bu haqda ciddi düşünmək lazımdır.

Gözlənilməzlik

Sexi planlaşdırmaq rahatdır. Ancaq, gözlənilməz sex tam fərqli həvəs yarada bilir. Bu halda yeni oyuncaqlar və pozalar düşünə bilərsiniz.

Gözlənilməz hərəkətlər

İstənilən sexi yüngül dəyişikliklər daha da rəngarəng edə bilər. Fərqli hərəkətlər etmək, əllərdən istifadə etmək, bu günə qədər etmədiyiniz fırlanmalar yaratmaq mümkündür. Eksperimentlərdən qorxmuyun.

Kobudluq

Möhkəm qışqırıqlar, əyində geyimi cırmaq-parçalamaq kimi variantların hamsı gözəldir. Təki qadın kişidə vəhşiliyi oyada bilsin. Ancaq, ən əsası əmin olun ki, hər ikiniz sərhədləri müəyyən edə bilirsiniz. Ciddi fəsadlar və ağrı halları baş verməməlidir.

Heçnə etməmək

Əgər qadın hər zaman vecsiz şəkildə davranarsa, yataqda heçnə etmək istəməzsə zamanla olduqca maraqsız mənzərə yaranmış olur. Buna görə də, ən passiv qadınlar belə “tərsinə çapar” pozasından vaxt aşırı istifadə etməlidirlər.

Sado-mazo

“Bozun əlli çaları” filminin ilk hissəsinin nümayişindən sonra bu kimi fantaziyaara düşündüyünüzdən artıq kişilər qapılmağa başlamışlar. Qadın yataqda bu mövzuları müzakirə etməyi bacarmalıdır. Nəyi, necə sevdiyini deməli və kişisndən fikirlərini soruşmalıdır.

Fantaziyaların müzakirəsi

Bir qayda olaraq kişilər gizli istəklərini müzakirə etməyə meyilli deyillər. Onlar üçün bu hal zəif tərəflərini biruzə verdirmək kimi mənaya gəlir. Lakin, doğru zamanda və doğru ortamda aparılan söhbətlər mütləq öz faydasını verəcəkdir. Bu halda qadın da söz gəlişi öz fantaziyalarını dilə gətirə bilər.

Hansı ölkələrdə və xalqlarda kişi kimi doğulmağa dəyməz?Böyük kişi cinsi orqanın 6 mənfi cəhəti

Fikirlərinizi bildirin.