Kişiləri ehtiraslandıran ətirlər (afrodiziaklar). Xoşlandıqları kişilərin diqqətini cəlb etmək üçün qadınlar çox şeylərə əl atmağa hazırdırlar. Qadın alt geyimləri, flirt kimi söhbətlər, gözlərlə fərqli baxışlar, rəngarən geyimlər, dərin dekolte, səliqəli tərz və saç düzümü kimi məslələrə xüsusi diqqətlə yanaşarlar. Lakin, araşdırmalara görə kişiləri yatağa aparmağın daha bir sınanılmış yolu da mövcutdur: cinsi həvəsi artıra bilən qoxular.

Ehtiraslı qoxuları duyan zaman beyin kişilərə aid olan siqnallar ötürməyə başlayır ki, şüuraltı olaraq maraq daha da artmış olur. Bu gün sizə topmister.org saytı olaraq sexsual həvəsi artıra bilən bəzi ətirlərin siyahısını təqdim edtmək istərdik.

Afrodiziaklar nələrdir?

Afrodiziak sözü yunan mənşəli sözdür. Sevgi ilahəsi Afroditaya aid edilir. Tərcümədə “Sevgi, ehtiras həzzi” kimi məna verir. Bu vasitələr həvəsi artırır, potensiyanı gücləndirir və kişilər üçün qadınları sankı daha maraqlı edir. Araşdırmalara əsasən afrodiziakların təsiri tərkibindəki müxtəlif mineralların və komponentlərin sayəsində hiss edilir. Yəni tərkibindəki A və E vitamin çeşidləri ehtirası təmin etmiş olur. Bununla yanaşı, ətirlər strukturuna görə hormon tərkibi xatırladır ki, buda hipofizə təsir edir və edorfin ifrazına səbəb olur. Nəticədə sexsual həvəslənmə yaranır. Afrodiziakları istənilən sex-şoplardan, apteklərin efir yağları bölmələrindən, hətda adi ərzaq mağazalarından da almaq mümkündür. Beləki, afrodiziaklar ətirlərlə yanaşı ərzaq məhsullarının tərkibində də mövcutdur.

Hansı ətirlər ehtiraslandıra bilir?

Darçın – olduqca xoş təsirə malik ədviyyat kimi istənilən kişidə həvəs yarada bilər. Onun ətri olduqca şirin və xoşagəlimlidir ki, ilk qoxulayan zaman baş gicəlləndirici effekt verə bilir. Darçın istilik, rahatlıq, təhlükəsizlik hisləri yaşadaraq əzələləri boşaldır və insanın özünü yaraşıqlı hiss etməyinə şərait yaradır. Nəticədə hissiyyatlılıq artır və fantaziyalar alovlanır. Darçın çubuqlarını hər hansısa qaba qoyaraq yataq otağında saxlasanız, müəyyən vaxtdan sonra həyatınızda baş verəcək dəyişkliyi hiss edərsiniz.

Paçuli – tam olaraq kişi ətridir. Güclü cinsin nümayəndələrini özünü sex-gigantı hiss etməyə imakan yaradır. Güclü və sexsuallıq effekt bəxş edir. Paçuli qoxusu potensianın səviyyəsini qaldırır və sığallara qarşı hissiyyatlılığı artırır. Qadın bədəninə sürtülən bir neçə damcı paçuli efir yağı kişiləri dəli edib, yataqdan ayrılmamağa vadar edər.

Kişiləri ehtiraslandıran ətirlər (afrodiziaklar) 2

Zəncəfil – bu qoxunu gecə boyunca bir neçə dəfə ard-arda cənnət həzzini yaşaq istəyənlər istifadə etməlidir. Qoxu olduqca yüksək səviyədə hissiyyatlılığı artıra bilər, gücün tez zamanda bərpa olunmasını təmin edər. Zəncəfil afrodiziak kimi hələ bizim eradan əvvəl V əsrdən məlum idi. Əvəz edilməz xüsusiyyətləri – libidonun səviyyəsinin artırmasını və kişi ilə qadının sexual münasibətlərinə təsiri Kamasutra kitabında da qeyd edilmişdir. Yemək qəbulu zamanı ədviyyat kimi zəncəfildən istifadə və ya yataq otağının küncünə bir balaca səpilməsi kişi aktivliyini olduqca artırır.

Ylang Ylang – Ehtiras yaradaraq kişini incə, əzələlərini isə yumşalda və isidə bilir. Ylang Ylangın təsiri altında kişi sankı pişiyə dönüşür və qadının istəklərinə tam cavab verir. İndaneziya adətlərinə əsasən bu bitkidən hazırlanan çay körpə uşaqların rahat yuxusunun təmin edilməsi üçün istifadə edilir.

Yasəmən – gözəl gülün ətri istənilən insana özgüvən hissi bəxş edir. Gizli sexsual fantaziyaları alovlandırır, cinsi əlaqə zamanı sevgililərin hislərini daha da gücləndirir. Ən maraqlısı ondadır ki, qadınlar hamiləlik zamanı belə bu qoxudan rahatlıqla istifadə edə və nəticəsini görə bilərlər.

Vanil – səsləndirilməsi belə qulağa olduqca sexual gəlir. İspan dilində tərcüməsi qadın cinsi orqanı mənasını verir. Onun qoxusu olduqca güclü afrodiziak hesab edilir. Havada uçan fermentlər mərkəzi sinir sisteminə təsir edir, eyfariya və erotik fantazyalar yaradır. Bu səbəbdən də, istifadə zamanı diqqətli olmalı və həddi keçməməyə diqqət etmək gərəklidir.

30 günlük sex eksperimentiİki vaginalı xanımlar barədə

Fikirlərinizi bildirin.