Kişilər – yüksək dəbin mərkəzində. Bizim bir çoxlarımız “yüksək dəb” fikrini zərif cinsin nümayəndələrinə şamil etməyə örgənmişik. Dəbli moda evlərinin yenilikləri ardınca qaçan əsasən qadınlar olur. Lakin, bu heçdə belə deyil. Müasir kişilərin bir çoxu son tendensiyalar və yeniliklərlə maraqlanırlar. Eyni zamanda unutmayın ki, dünyaca tanınmış modelyerlərin çoxu kişilərdir.

Bir çox dəbdə olan internet – nəşirlərin bir çoxu bu il geyimlərlə bağlı fikirlərini bildirmişlər. Adətən bu fikirlər qadınlarla bağlı olur. Bəs kişilər nə etməli? Bu suallara bu məqaləmizdə cavab tapmaq istərdik.

Payız-qış kolleksiyasında “yüksək” dəb

Bu gün biz sizin diqqətinizi dünyaca məşhur podyumlarda sərgilənən kişi geyimlərini çatdırmaq istərdik.

Ən çox sevilən geyim tərzi ölçüsüz geyimlər, başqa sözlə desək Oversize hesab edilir. Bu heç də, ölçünüzdən üç ölçü böyük, sallanan, dizlərinizə qədər düşən sviterlər demək deyil. Bu tərz geyimin aşağısının sərbəst kəsimdə olması mənasını verir.

Bu əlavə genişlik verərək, yeriş zamanı çətinlik yaratmır. Siz özünüzə geniş və sərbəs plaş və ya sviter seçə bilərsiniz. Məhs bu tərzi Lanvin, Alexander McQueen, Astrid AndersenArmani-nin moddellərinin əynində görə bilərsiniz.

Kişilər - yüksək dəbin mərkəzində

Damalı geyim geyinməklə trenddə olmaq istəyirsiniz? Dünya podyumları payız-qış kolleksiyalarını diqqətinizə çatdırır. Köynəklər, şalvarlar, pencəklər və paltolar mütləq damalı olmalıdırlar. Lakin, əsas qaydanı unutmayın – bir komplektdə yalnız bir damalı geyim. Bu dəbi Valentino, Bottega Veneta, DiorFendi-nin kolleksiyalarında görə bilərsiniz.

Kişilər - yüksək dəbin mərkəzində

Müasir tərzin vacib məsələlərindən biri də, qarderobda bomberin olmasıdır. Əgər siz geyimdə idman tərzini sevənlərdən deyilsinizsədə, sizdə heç olmasa birdənə belə gödəkcənin olması mütləqdir. Bomber tamami ilə istənilən materialdan ibarət ola bilər – dəri, zamş, neylon, trikotaj. Eyni zamanda dekorun görünüşünü də zövqünüzə uyğun seçə bilərsiniz. Siz modelləri Moshino, Berluti və ya Ports 1961 brendlərindən seçə bilərsiniz.

Kişilər - yüksək dəbin mərkəzində

“Dəlisov Maks” tərzi bu il ərzində dəbdəbəli səhnələri fəht edə bilmişdir. Tom Hardinin başrolda oynadığı eyni adlı filmə baxmısınızsa, deməli söhbətin nədən getdiyini anlamısınız. Trenddə daha çox kişi sayağı şeylərdir – tünd yaşılı rəngli klassik sviterlər, klassik görkəmə malik cinslər, traktor altlıqla ağır çəkmələr, qısa gödəkcələr. Bunlar cəm halında dəbdə olan görüntünü təmin edir. Eyni zamanda aksesuarları da unutmaq olmaz – brasletlər, hərbi tərzdə boğaz üçün seplər, klonlar və s. Bütün sadlanan geyimləri Coach, Ralph Lauren, Calvin KleinPrada kolleksiyalarında tapmaq olar.

Kişilər - yüksək dəbin mərkəzində

Maliyariya sayağı

Kişilər - yüksək dəbin mərkəzində

“Militari” tərzi artıq iki ildir ki, öz pozisyasını əldən vermir. Bu dayanıqlıq özünü həm kişi, həm də qadın tərzində göstərir. Onun mütləq elementləri aşağıdakılardır:

  • “xaki” rəngi;
  • fermuarlar və perçinlər
  • şabalıdı tonlar
  • xeyli sayda ciblər

Lakin bu tərzlə etiyyatlı olmaq lazımdır. Kamflyajda çətinki işdə və ya yığıncaqda görünmək olar. Bu səbəbdən də, adı çəkilən görkəmdə rahatlıqla dostlarınızla görüşə gedə bilərsiniz. Hərbi tərzdə olan komplektlər sərgidə Jil Sander, James Long, Richard JamesMaharishi kimi moda evləri tərəfindən təqdim edilmişdir.

Üst geyimləri – hansılar trenddədirlər?

Meksika hamıya böyük salamlarını çatdıraraq cəsarətli şəkildə insanları panço geyinməyə çağırır. Bir çox məşhur dizaynerlər öz qarderoblarına bu elementi daxil etmilər. Düzdü, qış vaxtı pançoda soyuq ola bilər lakin, payız dövründə ən gözəl seçim hesab edilə bilər. Palto dizaynı zamanı dizaynerlər aşağıdakı materiallardan istifadə edirlər:

  • tvid;
  • kaşmir;
  • drap.

Böyük dəb həfdəsində Donatella Versaçe Tamaşaçıların diqqətinə gümüşü rəngli kişi paltosunu təqdim etmişdir. Onlardan bir çoxunu idman tərzinə şamil etmək olar. Bu səbəbdən, bu tərz paltolarla həm gündəlik işə, həmdə qeyri-ciddi yığıncaqlara getmək olar.

Kişilər - yüksək dəbin mərkəzində

Qonaqları ən çox Con Qalyanonun kolleksiyası təəcübləndirmişdir. Metr bunu məxsusi Maison Margiela brendi üçün yaratmışdır. O bütün modelləri geniş toxunuşlu siviter və qısa şortlarla geyindirmişdir. Bu onun müasir dəbə baxış tərzi idi. Qalyano hər zamankı kimi öz fəlsəfəsinə sadiq qaldığını sübut etmişdir.

Kişilər - yüksək dəbin mərkəzində

Müasir dizaynerlər hər bir kısi öz tərzlərini tapmağa və onlara rahat şəkildə geyinməyi məsləhət görürlər. bu məsləhətə qulaq asararaq siz mütlək öz individual tərzinizi tapa bilərsiniz. Nəticədə milyonların içindən hır zaman rahatlıqla seçilərsiniz. Nəzərə alın ki, dünyada cərayan edən son tendensiyalar buna 100%-li imkan yaradır.

Kişi geyimində buraxılan 25 səhvKişi tərzinin əlifbasıKişi kejual tərzində necə geyinməli

Fikirlərinizi bildirin.