Kişilər üçün hədiyyəlik kitab seçərkənBizim tədricən çox oxumağa və internetdən daha çox məlumat almağımıza baxmayaraq kitab hələ də gözəl hədiyyə seçimi hesab edilə bilər. Bir çoxlarının fikrincə çoxsaylı səhiflərədən ibarət kitab almaq, onu vərəqləmək, tipoqrafiya rənglərinin iyini iyləyərək içinə çəkmək, barmaqlarını mətinlərin ardınca sürüşdürmək smartfon ekranlarından oxumaqdan daha çox xoş təsir bağışlayır. Bu həzzi heç cür planşet və kompüter ekranı ilə əvəzləmək mümkün deyil. Bundan başqa bu hədiyyə növünü imzalamaq, arzu-istəklərini və xoş sözlərini yazmaq, unudulmaz tarixi bir vərəyində qeyd etmək mümkündür. Yaşından, maraqlarından, təhsilindən aslı olaraq bir çox kişi aldığı hədiyyədən olduqca məmnun olacaq və düşünüldüyünü hiss edəcəkdir.Gəlin birlikdə məsləhət bilinən kitabların siyahısına nəzər salaq.

The catcher in the rye

Jerome Salingerin kitabı daha çox gənc kişilər üçün daha çox məsləhət görülür. Müəllifin yeganə əsərinin çapı ona böyük əziyyətlər hesabına başa gəlmişdir. Kitabda baş qəhərmanın daxili dünyası əks etdirilmişdir. Amerikalı yeniyetmə keçən əsrin 40-cı illərində yaşamış və o dövürlərə xas bütün xüsusiyyətləri güzgü kimi əks etdirmişdir. On yeddi yaşlı Holden Kolfild öz düşüncələrində gənclərin çoxunun fikirlərini və yanaşmalarını əks etdirmiş, o zamanın orta yaşlı insanlarını müəyyən qədər tanıtmağı bacarmışdır. Romanın qəhərmanının bəzi yaşantıları yazıçının bioqrafiyası ilə üst-üstə düşür. Kitab dünya ədəbiyyatının klassik əsəri hesab edilir. Müəllif isə öz növbəsində yazdığı əsəri ekranlaşdırmağa qadağa qoymuşdur.

Fight club

Kişilər üçün hədiyyəlik kitab seçərkən 2

Gənc oxucuların diqqətini cəlb edə biləcək daha bir əsər. Kitabla yaşlı nəslin nümayəndələri də maraqlana biləcəklər. Qəhərman öz həyat tərzinə müəyyən qədər nifrətlə yanaşır, ətarfında olan gücli cinsin nümayəndələrinin bir çoxunun kişiliyə dair müasir baxışlarını qınayır. Bütün bu mənəvi çəkişmələr nəticəsində “ikinci mən” formalaşır və inanılmaz qərarlar verib, addımlar ata bilir. Roman qəddar ironia ilə zəngindir. Süjet xəttinin sürətlə bir-birini əvəzləməsi ona qarşı xeyli insan marağı yaradır.

Donnie Brasco: My undercover life in the mafia

Hər bir insana real hadisələr və real personajlar haqqında kitab oxumaq maraqlı olar. Nəzər alın ki, bütün bu olanlar FBR-in xüsusi agentinin “gizlilik” şərti altında yaşanan hadisələrə aid edilir. Jozeph Pistone Nyu-Yorkda italiya-amerikan mafiasında keçirdiyi məşhur altı illik müddətində yaşadıqlarını nəql etməkdədir. Ancaq, ilk başdan oğru və qarətçi kimi rolun oynanılacaq müddəti altı ay nəzərdə tutulmuşdur. Əməliyyatın nəticəsində 200-ə yaxın iddiham irəli sürülmüş, 100-dən artıq höküm kəsilmiş və mafia klanı tərəfindən Pistonenin başına 500 min dollar mükafat təyin edilmişdir.

Lust for life

Kişilər üçün hədiyyəlik kitab seçərkən 4

Dünya incəsənətinin və mədəniyyətinin məşhur simalarının bioqrafiyalarından məlumatlı olan və bu insanların həyatlarında yaşanan faktları özünəməxsus şəkildə tərənnüm etməyi bacaran İrvinq Stoun dahi Van Qoq haqqında kitab yazmışır. Dahinin sevimli qardaşı Teo ilə məktublaşmaları əsasında hazırlanan roman rəssamın çətin və ağır həyatından bəs edir. Əsər istənilən yaş kateqoriyasında olan insan üçün olduqca maraqlı və həyəcan verici mütaliyəyə çevrilə bilər.

Steve Jobs

Biorqafik əsərləri sevənlər üçün daha bir maraqlı material. İki il ərzində toplanmış 40-a yaxın müsahibə və onun doğmalarının onun haqqında fikirləri, rəqiblərinin düşüncələri, dostlarının sevgisi və s. hamsı bir kitabda toplanmışdır. Güclü insanın həyatı haqqında yazılmış kitab bir hədiyyə kimi bir çox kişini maraqlndıra və biznes sahəsində ilk addımlarını atmaq istəyən insanlar üçün olduqca gərəkli ola bilər.

Dünya atlası

Coğrafi xəritələr toplusu hər bir evin kitabxanasında olmalı olan bir vəsaitdir. Bu kimi ədəbiyyat xüsusi mövzunu əhatə edir. İstənilən halda kitabda toplanmış informasiyalar hamı üçün gərəkli ola bilər.

Little life

Kişilər üçün hədiyyəlik kitab seçərkən 7

Amerikan yazıçısı Hanya Yanagiharanın bestselleri xeyli sayda ədəbiyyat sahəsi üzrə mükafatlara laiq görülmüşdür. Nyu-Yorkda yaşayan dörd dost haqqında roman olduqca fərqli və ziddiyyətli düşüncələr formalaşdırır. Hər bir kişi kitabda özünəuyğun, daxili aləminə daha yaxın nələrsə aşkarlaya və bəlkədə bir çox düşündüyü suallara cavab tapa bilər. Müəllif həyatda yalnızdır. Öz əsərində o fikirlərini məhs kişilərin dünyası üzərində cəmləmişdir. Kitabı oxuyan zaman emosialara qapılmamaq mümkün deyil.

Geniş fantaziyalı məsləhətli intim mövzulu kitablarBiznes haqqında ən maraqlı və gərəkli 9 kitab

1 rəy

Fikirlərinizi bildirin.