Kişilər qalstuku hansı səbəbdən geyinirdilər və onun tarixcəsi. Məktəb şagirdləri ona səhərlər bağlayıb dərsə getməli olduqlarından nifrət edərlər. Kişilər isə bütün günü havasıs otaqlarda keçirdikləri gərgin ofis günlərindən sonra axşamlar onu boşaldıb boyunlarından çıxarmağı sevərlər. Bəli, bu gün söhbət məhz klassik kişi qalstuklarından gedəcəkdir.

Siz ümumiyyətlə nə zamansa kişilərin niyə qalstuk geyindikləri haqqında düşünmüsünüz? Bu dəb tendensiyası necə inkişaf etmişdir və niyə qalstuklar papaqlardan fərqli olaraq hələ də dəbdən düşməmişdir?

Tarixə kiçik bir səyahət
Kişilər qalstuku hansı səbəbdən geyinirdilər və onun tarixcəsi
Çin imperatoru Sin Şuxuandinin terrakt sərkərdələri

Min illiklər boyu insanlar fərqli formada qalstuk növləri düşünmüşlər. Müxtəlif xalqlarda məqsəd tami ilə fərqli idi.

Bizim eranın II əsrində roma legionerləri müasir dəb tendensiyasının təməlini qoyacaqlarını anlamadan parça kəsimlərini boğazlarına dolamağa başlamışlar. Onların məqsədləri daha çox havanın soyuğundan özlərini qorumaq və dəmir geyimlərin boyunun sürtməsinin qarşısını alması ilə bağlı olmuşdur. Bəzi tarixçilər açıq şəkildə bildirirlər ki, ilk qalstukların və ya şərflərin ilk yaradıcıları məhz roma legionerləri olmuşlar.

Lakin, digər tarixçilərin fikrincə bu tarix bizim eradan əvvəl III əsrdə “Terrakt sərkərdələrindən” başlamışdır. Sərkərdə dəstəsi birinci çin imperatoru Sin Şuxuyın göstərişi ilə yaradılmış və onunla birgə qəbrə qoyulmuşdur. Araşdırmalar nəticəsində bəzi sərkərdələrin boyunlarında parçadan dəsmallar aşkar edilmişdir. Çox gümanki bu fərqlilik o zamanlar hərbi rütbə və sərkərdələr arasında nüfus mənasını verməkdə idi.

Bu faktlar qədim zamanlardan etibarən kişilərin müxtəlif səbəblər və bəhanələrlə boğazlarının bağlamağa çalışdıqlarını izah edir.

Lakin, bütün təqdim edilən qədim dəsmallar, şərflər və əskilər müasir qalstuklardan olduqca fərqli formada olub, indiki formanı xatırlatmırdı. Bu səbəbdən də, gəlin birlikdə mövzuya daha yaxından nəzər salaq.

İlk müasir qalstuklar nə zaman və hansı səbəbdən yaranmışdır?
Kişilər qalstuku hansı səbəbdən geyinirdilər və onun tarixcəsi 2
Original “La Cravate”, müasir qalstukların ilk mərhələsi və onların bağlanma üsulları. Zamanla bu formalar daha çox bağlama formasını almaqdadır

Bir çox ekspertlər müasir qalstukların öz başlanğıclarını 1646-1650-ci illərdən götürdülərini israrla bildirirlər. Məhz bu tarixi zaman kəsiyində XIV Lyudovik əyri kəsimlərlə (xəncərə bənzər) parçaları taxmağa üstünlük verən xarvatiyadan olan muzluları saray işlərinə cəlb etmişdir. Bu yolla onlar gördükləri işləri vizual olaraq müəyyən etmiş olurdular. Müasir dərzilərin bir çoxları müasir qalstukların 17-ci əsrdə, Fransada baş tutmuş 30 illik müharibə dövründə yarandığını iddia edirlər. Bir sözlə onlar tarixçilərlə razılaşırlar.

Lyudovikin fikrincə bu cür uzun olmayan qalstuklar olduqca dekorativ görünür. Onu mütləq geyim forması kimi bütün saray toplantıları zamanı istifadəsini əmr edir. Bir müddət sonra isə sarayda qalstuk mütəxəsisləri yaranmağa başlayır. Təxmini olaraq həmin dövürdə bütün Avropaboyunca rəsmi olaraq qalstuk erası start götürür. Lyudovik xarvatiyalı əsgərlərin şərəfinə geyim əlavəsinə hətda “La Cravate” adını verir. Bu ad fransız dilində hələ də dəyişdirilməmişdir.

Lakin, müasir dövürdə bizim bildiyimiz qalstuk tərzi 1920-ci illərdə formalaşmışdır. İlk olaraq Nyu-Yorkda istehsal edilmişdir. Jessi Lanqsdrof adlı dərzi parçaları bucaq altında kəsərək onu üç seqmentdə tikməyə başlamış və patentləşdirmişdir. Nəticədə müasir sonluğu üçkünc formada yekunlaşan bildiyimiz qalstuk meydana gəlmişdir.

Kişilər qalstuku hansı səbəbdən geyinirdilər və onun tarixcəsi 3
Şəkildən göründüyü kimi Lanqsdorfdan öncə qalstuklar qısa və enli formada idi. İnqilab 1923-cü ildə baş tutdu. Məhs bu tarixdə “müasir qalstuklar” meydana gəldi

1930-cu ildə müasir Lanqsdorf qalstukları olduqca məşhurlaşır və uzunluqları uzanır. Bu kəşfin ən məşhur nüyansı 1936-cı ildə Vindzor düyünü olmuşdur. Qersok öz qalstukunu özünə uyğun tərzdə bağlamağı qərarlaşdırır və beləliklə az zaman müddətində bütün yüksək sosial dairələrdə məşhurlaşır.

İllər keçdikcə qalstukun forma və ölçüləri müxtəlif formalarda dəyişilməsinə baxmayaraq, onu əsas məqsədi hələdə kişi qarderobunun dekorativ elementi formasını qoruyub saxlamasıdır.

Onlar niyə hələdə dəbdən düşməyib? Nə zamansa dəbdən düşəcəkmi?

Sualımızı: “müəyyən qədər artıq dəbdən düşməyə başlamışdır” kimi cavablandırmaq mümkündür. Lakin, bir çox dəb mütəxəsislərinin fikrincə o kişi qardirobunun yeganə formal aksesuarı olduğundan, çətinki tamami ilə dəbdən düşə. O kişinin individuallığını, daxili aləmini və xarakterini ifadə edir. Kişi – qalstukunun arqamentləri, rəng seçimləri və naxışları ilə bir növ özünü ətrafa tanıda bilir.

Jon T. Moll öz “Uğur üçün geyim” kitabında müxtəlif təcrübələr vasitəsi ilə bahalı qalstuk geyinən kişilərin iş görüşmələrində və biznes mühitində daha çox uğur qazana bildiklərini israrala bildirmişdir. “Onlar restoranlarda ən yaxşı yerlərdə əyləşmək təklifləri alır, daha çox pul qazanır və qarşı tərəfə inam, güvən bəxş edirlər.” deyə qeyd etmişdir.

18 məşhur qalstuk bağlama formasıQadınlar hansını bəyənir ? saqqallı ya saqqalsız?

Fikirlərinizi bildirin.