Kişilər haqqında statuslar

808
Kişilər haqqında statuslar

Kişilər haqqında statuslar. Məşhur və dahi şəxslər tərəfindən vaxtı ilə kişilər haqqında deyilmiş fikirləri diqqətinizə çatdırmaq istərdik. İfadələr özündə dərin məna ifadə edərək illər keçsə də öz hökmünü qoruyub saxlaya bilmişdir.

Subay kişilər bir mənalı olaraq qadınlar haqqında evli kişilərdən çox şey bilirlər. Əks halda onlar da evlənərdilər.

Henry Louis Mencken

Qadının gücü kişinin zəifliyindədir.

 Voltaire

Kişilər yorğunluq səbəbindən evlənirlər, qadınlar isə maraqlarından. Nəticədə hər ikisinə ailə həyatı narazılıqlar yaşadır.

Oscar Wilde

Kişi sevdiyi qadından başqa istənilən qadınla xöşbəxt ola bilər.

Oscar Wilde

Əsl kişi hər zaman qadının istədiklərinə nail ola bilər.

Kathleen Norris

Elə kişilər varkı, mən onunla sonsuzluğa qədər birlikdə olmağa hazıram. Ancaq, bütün həyatım boyu yox.

Kathleen Norris

Kişi yalnız kiminsə onun haqqında düşündüyünə əmin olduqda özü haqqında düşünmür.

Louise LeBlanc

Kişinin evi onun qalasadır – ancaq yalnız çöl tərəfdən. Adətən içəridən uşaq otağına bənzəyir.

Clare Luce

Uzun müddət qadında yaratdığım hislərin təsiri altında oluram.

Karl Kraus

Kişilər adətən onlara deyilənləri eşitmirlər – onlar özləri demək istədikləri sözləri eşidərlər.

Wanda Błońska

Kişi güclü olduqca daha sexualdır – fikrinə şübhə etməyə dəyməz.

Angie Dickinson

Qadınlar kişilərin əhatəsində olmayanda solurlar, kişilər isə axmaqlaşırlar.

Anton Çexov

Xöşbəxt ailə həyatı – qadının bütün demədiyi sözləri kişinin anlaması halında baş tutur.

Jonathan Swift

Əksər kişilər özləri haqqında təvazökar fikirlərinə görə yaltaqlığı sevirlər, əksər qadınlarda isə əksinədir.

Jonathan Swift

Cazibədar qadını və gözəl kişini çox vaxt xırda bir şey ayırır: bir-birləri ilə evli olmaları.

Robert de Flers

Kişi kimyaçı kimi öz laboratoriyasında qadınla məşğul olur: sonradan qadında özünün istehsal etdiyi anlaşılmaz prosesləri müşahidə edir.

Vasili Klyuçevski

On səkkiz yaşında kişi pərəstiş edir, iyirmidə sevir, otuzda sahib olmaq istəyir, qırxda düşünür.

Vasili Klyuçevski

Kişilər belədir! Onlar günahlarından çox göz yaşlarından utanırlar! Niyə sıxılmış yumruq göstərmirsiniz? Ağlayan gözləri göstərmiyin!

Friedrich Hebbel

Bir kişi üçün bədbəxt sevgi – sonradan heç bir sevgi olmadan həzz alaraq yaşamaq üçün bir bəhanədir.

Carmen Sylva

Kişi – cinsiyyət baxımından qadına əks olan bir varlıqdır.

S.İ. Ozhegova

Böyük ləyaqətə və zəkaya malik olan kişi heç vaxt çirkin ola bilməz.

Jean de La Bruyère

Kişilər arvadbazlıq edərkən aprel ayında, artıq evli olarkən isə dekabr ayına bənzəyirlər.

William Shakespeare

Kişilər qadınların zəifliyindən əmindirlər. Ancaq özləri hər zaman onların quludurlar.

Faina Ranevskaya

Kişilər sabun köpüyü kimidir: birincisi həmişə uğursuz olur, ikincisi nisbətən yaxşıdır, ancaq üçüncüsü həqiqətən gözəl və həyatsevərdir.

Faina Ranevskaya

Əsl kişi qadının doğum gününü dəqiq xatırlayan və onun neçə yaşında olduğunu heç vaxt bilməyən kişidir. Bir qadının ad gününü heç xatırlamayan, ancaq onun neçə yaşında olduğunu dəqiq bilən kişi isə onun əridir.

Faina Ranevskaya

Qadınlardan qorxmayan kişilər həqiqətən qorxaqdırlar.

John Locke

Ehtirasla aşiq olan kişiyə de ki, sevgilisi onu aldadır, ona sevgilisinin xəyanətini təsdiq edən iyirmi şahid təqdim et. Birə qarşı on nisbəti ilə mərc edə bilərsən ki, qadının bir neçə xoş sözü kişinin ağlında ittihamçıların bütün dəlillərini təkzib etdirəcək.

John Locke

Kişilərin peşman olması ilə bağlı ümumi inanc, kişilərin ümumiyyətlə vicdanının olması ilə bağlı cəsarətli fərziyyəyə əsaslanır.

Janusz Leon Wiśniewski

Centelmenlər söhbət zamanı çox sual verməyi qəbul etməzlər.

Johnson

Evli kişinin son sözünü deməyi üçün yalnız bir şansı var: yoldaşına “Sən düz deyirsən” demək.

Vittorio Sica

İstənilən kişiyə həyat yoldaşı lazımdır. Dünyada baş verən hər şeyi hökümətin üzərinə yıxmaq olmaz.

Leonard Louis Levinson

Qadınlar haqqında pis danışan kişilər adətən yalnız bir qadını nəzərdə tuturlar.

Remy de Gourmont

Bütün kişilər eynidir, yalnız qazancları fərqlidir.

Arşevski

Digər yaş dönəminə baxanda 50 yaşlı kişi daha təhlükəlidir. Ya çox dəyərli təcrübəyə sahibdir, ya da yaxşı pula.

Honoré de Balzac

Əsil kişinin daxilində hər zaman oynamaq istəyində olan uşaq gizlənir.

Friedrich Nietzsche

Kişi axmaq olub, axmaqlığının fərqinə varmaya bilər – ancaq bu yalnız evlənənə qədər belədir.

Henry Mencken

Kişilərin çoxu qadınlarından ləyaqət tələb edirlər. Ancaq, özləri buna sahib deyillər.

L.N. Tolstoy

Gənc kişidə ilk sevgi simptomu qorxaqlıqdır, gənc qadında isə cəsarət.

Victor Hugo

Kişinin ilk eşqi ilə yalnız son eşqi müayisə edilə bilər.

Honoré de Balzac

Kişilər qadınlar haqqında istədiklərini deyərlər, qadınlar kişilərə istədiklərini edərlər.

Sophie Ségur

Ən ağıllı kişi belə aşiq olarkən ağlını itirir. Ən axmaq qadın aşiq olarkən ağıllanır.

Moritz Saphir

Qızılı odla, qadını qızılla, kişini isə qadınla yoxlayarlar.

Sĕnĕca

Vacib işdən və görüşdən öncə kişi necə danışmalı olduğunu, qadın isə necə geyinməli olduğunu düşünər.

M.Pussier

Kişilər üçün onlar haqqında kimin nə düşündüyü, qadınlar üçün isə kimin nə danışdığı maraqlıdır.

Theodor Hippel

Kişinin və qadının tərbiyəsinin dərəcəsi onların davaları zamanı məlum olur.

Bernard Shaw

İnsanlar bir-birilərini sevəndə, onlar dalaşmırlar. Sakit şəkildə münasibətləri müzakirə edirlər.

A.P. Çexov

Ən axmaq qadın belə ağıllı kişi ilə yola gedə bilər. Ancaq axmaq kişi ilə yalnız ağıllı qadın bacarır.

Joseph Kipling 

Bir məsələdə kişi və qadın bir mənalı razılığa gəlirlər: hər ikisi qadınlara güvənmirlər.

Henry Mencken

Kişi qadınların nə düşündüyünü anlasaydı belə buna inana bilməzdi.

Dorothy Parker

Kişilərin qadın sinəsini sevməsinin səbəbləriQadınların heç cür anlaya bilməyəcəkləri 10 kişi hərəkəti

Əvvəlki məqaləÇətin olsa da, həyat davam edir – Rövşən Abdullaoğlu
Növbəti məqaləSon 150 ildə kişi bədən quruluşunda ideallıq anlayışı necə dəyişib?

Fikirlərinizi bildirin.