Kişilər haqqında qadınların inandığı 9 mif. Kişi və qadın – iki fərqli dünyadır. Bir çox hallarda onların ətrafında digərlərinin rahat inanacağı miflər mövcutdur. Bəli, kişilər haqqında xeyli sayda miflər varki, bir çox qadınlar hələdə onları doğru sayır və var gücləri ilə inanırlar.

Məhs bu səbəbdən də məqaləmizdən ən çox yayılmış kişilər haqqında 9 mifi diqqətinizə çatdırmaq istərdik.

Kişi sevərsə çox tez dəyişər.

Bu qadınlar arasında ən çox yayılmış yanlış inancdır. Əlbətdə, bu cür variantların real olma hallarınada rast gəlinib. Lakin, olduqca nadir hallarda. Əslində isə böyük insanı dəyişmək qeyri-real məsələdir. Xanımların münasibət zamanı edə biləcəyi yeganə məsələ yalnız özləri haqqında fikirləri dəyişə bilmək bacarığıdır. Kişinin daxili adətləri dəyişməz olaraq qalır. Koryera həvəskarları hər zaman bu həvəsdə olacaqlar, ailəcanlılar isə ailəcanlılıqlarını artıracaqlar, gəzib-əylənməyi sevənlər əyləncələrindən qalmayacaqlar. Bu məsələləri sadəcə olduğu kimi qəbul etməli və həyatı bu cür kişi ilə yaşayıb-yaşamayacağı barədə qərara gəlməlidirlər.

Kişilər qadınlardan daha çox güclü və dözümlüdürlər.

Fiziki baxımdan kişi gücü ilə, onun daha üstün olması ilə razılaşmaq olar. Bizim əzələlərimiz daha gözəl inkişaf edə bildiyindən, bunu daha rahat nümayiş etdirə bilirik. Ancaq, məsələ dözümlülüyə gəldikdə burda vziyyət bir balaca dəyişir. Təbiət qadına əzələ gücü bəxş etməsədə, həddən artıq səbr və dözümlülüklə mükafatlandırmışdır. Xanımların həyatda ağrı çəkdikləri anlar kişilərdən daha çox və şiddətli olur.

Kişilər daha gec xəstələnirlər.

Xeyr. Tibbi statistik rəqəmlərə və hesablamalara əsaslansaq, qadınların daha gec xəstələndiklərini görərik. Bu göstərici bütün canlı aləmdə eyni şəkildədir. Həm insanlar arasında, həm də heyvanlar arasında.

Kişilərin dostluqları qadınların dostluqlarından daha möhkəm olur.

Demək olar ki, əksinədir. Kişilərin prinsip etibarilə dostlara çox ehtiyacı olmur. Güclü cinsin nümayəndələri öz problemlərini nadir hallarda kimləsə bölüşür, ağırlığı paylaşmağa ehtiyac duyurlar. Adətən kişilərin bir və ya iki yaxın dostu olur. Qəliz anlarda onlara müraciət edir və yardım alırlar.

Kişilrə qadınlardan yalnız bir şey lazımdır.

Əlbətdə, sex və cinsi münasibətlər vacib məsələdir. Ancaq, qadınlar düşündükləri qədərdə önəmli deyil. Kişilərin onlara inamın, güvənin olmasına ehtiyacları var. Sevgi, diqqət, narahatlıq onların da bəyəndikləri hislərdir.

Kişilər ilk addım atan qadınları sevmirlər.

Əksinə, bir çox kişilərə bu cür xarakterli qadınlar xoş gəlir. Heç bir kişi bu hərəkəti utancverici, axmaq və ya səhv hərəkət hesab etməz.

Kişilər sarışın xanımları daha çox bəyənirlər.

Ağıllı və təcrübəli kişilər müxtəlif görünüşlü xanımları bəyənə bilərlər. Adətən sarışın xanımları bəyəndiyini söyləyən kişilər sonradan qarayanız xanımlara vurulurlar. Və ya əksinə. Bir sözlə xanımın gözəlliyi onun saç və dəri rənginə dəlalət etmir.

Ailə həyatı kişini məhv edir, onun mənfi xarakterlərini üzə çıxarır.

Bir çox qadınların fikrincə, kişilər ailə həyatı qurana qədər özlərini fərqli göstərməyə çalışırlar. Evləndikdən sonra isə bütün pis cəhətlərini nümayış etdirməyə başlayırlar. Əslində isə, uğurlu ailə həyatı kişini daha möhkəm və xöşbəxt edir. Narazılıq yaşanmayan ailədə kişinin özünü inkişaf etdirməsinə stimul yaranır, özünü tərbiyə halları baş verir, xoşagəlməz adətlərdən uzaqlaşmağa başlayır.

Kişilərin heç bir kompleksləri olmur.

Kompleks məsələləri cinsdən asılı deyil, insandan aslı bir məsələdir. Kişilərdə insan olduqları üçün, nədənsə utana bilər, öz xarici görünüşləri və uğursuzluqları səbəbindən özlərinə qapana bilərlər.

Saqqal haqqında 15 maraqlı faktSperma haqqında 6 fakt

Fikirlərinizi bildirin.