Kişilər ətirdən necə istifadə etməlidirlər?

275
Kişilər ətirdən necə istifadə etməlidirlər 7

Kişilər ətirdən necə istifadə etməlidirlər? Bir çox kişilər  ətirlərdən kifayət qədər istifadə edir. Artıq bəzilərinin geniş çeşidli sevdikləri kolleksiyaları da mövcutdur. Ad günləri və xüsusi bayram günləri, əlamətdar tanışlıq tarixçələrində çeşidlər daha da artmaqdadır.

Buna baxmayaraq, sən demə ətirdən istifadənin də öz nüyansları və qaydaları mövcutudr. Bir çoxları bu günki yazını oxuduqdan sonra bu günə qədər düzgün ətirlənmədiklərini anlayacaqlar. Əlbətdə, istifadə həddinin artıq olması və düzgün yerlərə vurulmaması “kalaşnikov” avtomatından atıcılıq qabiliyyətinin örgənilməsi kimi vacib buyurulmasa da, yenə də bilməkdə fayda çoxdur.

Ətir necə istifadə edilməlidir?
  • Ətir duşdan sonra təmiz dəriyə vurulmalıdır. Mütlək köynəyi geyinməmişdən öncə ətirlənməlisiniz;
  • Ətir qabı bədəndən 7-15 santımetr uzaqlıqda saxlanaraq istifadə edilməlidir;
  • Ətir bədəninizin digərlərinə nisbətən daha isti nahiyyələrinə vurulmalıdır. Bu hissələr dedikdə boyun, bilək, dirsəyin iç tərəfi nəzərdə tutulur. Sadalanan hissələrdən ikisinə olmaqla cəmi bir dəfə istifadə yetərlidir.
Ətirdən istifadə edilən zaman yanlışlıqlar

Ətirin geyimə vurulması. Ətir dəriyə toxunmalı və dəridə yayılmalıdır. Yəni bədənin təbii qoxusu ilə birləşməlidir. Bu zaman qoxu daha da xoşagəlimli və individual olur.

Kişilər ətirdən necə istifadə etməlidirlər 3

Ətiri kənara vuraraq içindən keçmək. Bu ətirin əbəs yerə istifadəsi deməkdir. Onun çox hissəsi döşəməyə tökülür.

Quru dəriyə vurulması. Quru dəridən ətir daha tez dağılır. Bu səbəbdən də mütəxəsislər duşdan sonra nəmləndirici kremlərdən istifadəni məsləhət bilirlər.

Kişilər ətirdən necə istifadə etməlidirlər 5

İl boyu eyni ətirdən istifadə etmək. Yay aylarında daha yüngül ətirlərdən (aktiv, meyvə ətirli, gül ətirli), qış aylarında isə nisbətən ağır ətirlərdən istifadə etmək gərəklidir. Nəzərə alın ki, istənilən ətir tərlə daha da tündləşir.

Çox miqdarda istifadə. Bəzi yevanların dərisində özünümüdafiyə qoxusu ifraz olunur. İnsanlar bu canlılar siyahısına aid deyil. Yəni, işlətdiyiniz ətir sizin ətrafınızla qoxu sərhəddi yaratmamalıdır.

Ətiri hamam otağında saxlamaq. Ətir kənar təsirlərə məruz qalmayacağı yerdə, ekstrimal tempraturun dəyişmədiyi yerdə saxlanılmalıdır.

Eyni zamanda nəzər alın ki, ətirin saxlanılma yeri qaranlıq ortam olmalıdır. Qablaşdırmanın üzərinə düşən işıq ətirin tərkibində müxtəlif kimyəvi prosesləri aktivləşdirə bilər.

Özgüvəni olan şəxsin simiclik etməyəcəyi 10 məsələKişiləri ehtiraslandıran ətirlər (afrodiziaklar)

Fikirlərinizi bildirin.