Kişi və qadın erogen zonalarının yeni xəritəsi

1354
Kişi və qadın erogen zonalarının yeni xəritəsi

Kişi və qadın erogen zonalarının yeni xəritəsi. Hər mənada ən təsirli araşdırma!

Ənənəvi olaraq, qadının bədənindəki erogen zonaları bir metropolun metro xəritəsi ilə müqayisə edə biləcək səviyyədədirsə, kişilərdə bu daha çox xəzinə adasının xəritəsidir və ən vacib yer heç kimə sirr deyil.Lakin, alimlər yenidən bir yerə toplaşaraq sexlə məşğul olmaq anlayışını və onun keyfiyyət meyarlarını dəyişmək qərarına gəlirlər. Yeni nəticələrə əsasən qadın və kişi bədənində oxşarlıq və eynilik daha çoxdur.

Uels, London və Surrey universitetlərindən olan psixoloqlar Archives of Sexual Behavior dərgisində yeni araşdırma nəticələrini dərc etmişlər. Məqaləyə əsasən partnyorların bədənlərindəki erogen nöqtələr adətən güzgü effekti formasında olur. Sadə dillə desək, qadının hissiyyata həssas olan nöqtələri eyni ilə kişidə də həssas ola bilir.

Beləliklə, psixoloqlar erogen zonalar mövzusunu daha geniş araşdırmağı qərara alırlar. İndiyə qədər sözü gedən məsələni heç vaxt cütlük üzərində öyrənməmişlər.Əsas məsələ yalnız öz erogen nöqtələrinizə toxumaq deyil, partnyorda da eyni nöqtələrə toxunaraq həzz yaşada bilmək bacarığıdır.

Banqor Universitetinin psixologiya doktoru Lar Masterin başçılığı ilə aparılan eksperimentdə 407 qadın və 206 kişi iştirak etmişdir. Onlar xüsusi ballı suallara 11 bal qiymətləndirilməsi ilə cavab verməli olurlar. Bədənlərində olan 41 nöqtə üzrə ən ehtiraslandıqları nöqtələri qeyd etməlidirlər. Qarşı tərəfin zonaları isə toxunuşla yanaşı baxışla da müəyyən edilməlidir.

Sonradan mütəxəsislər bütün bədən quruluşunu üç böyük qrupa ayırmışlar – sexual hissələr – sexual toxunuşlar zamanı ən tez ehtiras yarada bilən hissələr və erogen hesab edilə biləcək nöqtələr (birmənalı olaraq cinsi orqan, sinə), hissiyyatı hissələr – daha çox sığallar zamanı həvəs yaradan hissələr (baş, çiyin, bel, üz), həvəsləndirməyən hissələr – adi insanlarda adi hallarda toxunuş zamanı ehtiras yaratmayan bədən hissələri (diz, buxaq və s.).

Nəticələrə görə kişilər ümumi bədənlərinin sexual hisssələrini daha az qiymətləndirirlər. Onlar daha çox partnyorun bədən quruluşuna maraq göstərirlər. Bu isə o deməkdir ki, kişilər qadının bədəninə toxunmağı və ona baxmağı daha çox bəyənirlər. Lakin, qadınlarda bu məsələlər əks qanuna uyğunluqla baş verir.

Kişi və qadın erogen zonalarının yeni xəritəsi 2

Hər iki cins nümayəndələri üçün toxunuş baxışddan daha çox ehtiraslanma səbəbi hesab edilmişdir.

Bundan sonra, alimlər eksperimentin ikinci hissəsinə keçid almağı qərarlaşdırmışlar. İnsanın öz bədəni ilə portnyorun bədəninin üst-üstə düşmə drəcəsini və ehtimalını orta çıxarmağa çalışmışlar. Sadə dillə desək, əgər qadının sizin kürəyinizə incə toxunuşu xoşunuza gəlirsə, siz onun kürəyinə eyni incəliklə toxunsanız bu sizə ehtiras bəxş edəcəkmi? Yenidən 41 nöqtə müəyyənləşdirilmiş və həm kişilərdən, həm də qadınlardan qiymətləndirmə xahiş edilmişdir.

Nəticələrə görə hər iki cins nümayəndəsi öz bədənində hiss etdiyi toxunuşlardan qarşı tərəfin eyni nahiyyəsinə toxunması ilə də aşağı-yuxarı oxşar həzzi ala bilir.

Ancaq, cinslər aasında fərqə gəldikdə, kişilərin həzz dərəcələri nisbətən daha artıq olmuşdur. Yəni, kişiləri ehtiraslandıran qadın bədən hissələri elə qadın erogen nöqtələri ilə üst-üstə düşmüş olur.

Kişi və qadın erogen zonalarının yeni xəritəsi 3

Şəkildə qeyd edilən qırmızı hissələr toxunan insanın daha çox həzz aldığı nöqtələr, göy nöqtələr isə əksinə, toxunulan insanın həzz aldığı nöqtələr mənasını verir. Ağ hissələr isə, hər iki cins nümayəndəsini eyni dərəcədə ehtiraslandırır.

Penisin 7 önəmli erogen nöqtəsiBürclərə görə kişilərin erogen nöqtələri

Əvvəlki məqaləKoronavirus sexual fantaziyalarımızı necə dəyişdi
Növbəti məqaləFərqli tip insanlar sexual fantaziyalarda özlərini necə təsəvvür edirlər

Fikirlərinizi bildirin.