Kişi tərzinin əlifbası – kişi dəbini və tərzini tam əhatə edən ensiklopediya hesab edilə bilər. Bu yazıda siz kişi qarderobunda istifadə edilə bilən bir çox parça növlərindən tutmuş geyim formalarına kimi məlumatları örgənə, terminlərlə tanış ola bilərsiniz.

Alpaka-Cənibi Amerikanda yaşayan ev heyvanıdır. Yüksək keyfiyyətə malik yunundan bütün dünyada paltar tikmək üçün istifadə olunur.

Avanqard-“Avanqard” termini çox yeniliçi bir dizaynı, incə zövqü, yüksək sinfi özündə cəmləşdirən geyimləri ifadə etmək üçün istifadə edilir.

Kişi tərzinin əlifbası

Askot qalstuku-Askot qalstuku boğaz dəsmalına çox bənzəyir. Qalstukun və ya kəpənəyin olmadığı zaman dress-cod üçün istifadə olunur.

Atlas (parça)-İpəkdən və ya ipək əvəzləyicisindən hazırlanan parça növüdür. Parlaqlıq və yumuşaqlıq hiss etdirir.

Bambuk parça-Bambukdan geyim daxil olmaqla, parçalar və toxuculuqda istifadə olunur.
Büzmə (bandovka)-İkiqat qatlama hesab edilir və adətən köynəklərin, pencəklərin tikilişində, arxa hissəsində istifadə olunur.

Beret-Fransanın adı ilə bağlı olan baş geyimi hesab edilir. Lakin beret ilk olaraq Yunanıstanda yaranmışdır.

Bermud (şalvar-şortiklər)-Bermud spesefik görünüşə sahib dizdən yuxarı şortiklərə deyilir.

Bekeşa-Uzun palto hesab olunur. Yaxa və manşetlər bir mənalı xəzdən hazırlanır.

Bleyzer-Pencəyə oxşayır. Adətən qalın parçadan tikilir və daha çox bəzək aksesuarlarından istifadə edilir. Ənənəvi halı iki yanlı olmasıdır.

Bolo qalstuku– Boğazda gəzdirilən kişi aksesuarlarına aid edilir. Dəridən və ya ipdən olur, boğaz nahiyyəsində bəzəklə bərkidilir.

Bomber-Birinci dünya müharibəsi zamanı ABŞ-da BBC pilotları üçün nəzərdə tutulmuş gödəkcədir. O dövrdə hündürlükdə istiliyin yaxşı qorunması üçün istifadə edilirdi. İndi isə artıq ümumi istifadədədir.

Botfort-XVIII ərsdə Almanyanın hərbi qoşunlarının geyindiyi uzun boğaz çəkmə anlamına gəlir.

Voratnik sancağı– geyinilən qalstukun başlığının tərpənməməsi üçün köynəyin varatnikində keçirilər sancaq hesab edilir.

Butinor– kişi pencəklərindən asılan kiçik gül buketi hesab edilir.

Blyuxer-Oksford tərzinə bənzəyən ipli kişi ayaqqabısı.

Bridj-XVI-cı əsrdə yaranmış kişi şalvarları. Şalvar diz qapağını örtmək şərti ilə dizə qədər olur.

Brıl-Adətən Ukrayna və Belarusiyada istifadə edilən samandan kişi papağı.

Buşlat-Əyinə tam oturan uzun kişi və qadın paltosu nəzərdə tutulur. Buşlat deyərkən adətən hərbiçilərin paltoları nəzərdə tutulur.

Brioni-1945-ci ildə İtalyada təsis edilmiş geyim brendidir. Brioni ən çox high-end tərzində tikilmiş klassik kişi kostyumları ilə məşhurdur.

Black Tie-fomal dress-coddur. Smoking, ağ köynək, qara qalstuk və ya qara kəpənəkdən ibarətdir.

Burberry-1865-ci ildə Tomas Burberry tərəfindən təsis edilmiş high-end tərzində yaradılan moda otilyesidir.

Bogner-Daha çox qarlı təpiətdə xiəkdən istifadə zamanı üstünlük verilən alman brendidir.

Banana Republic-Yüksək səviyyəli geyim və aksesur təklif edən Amerika brendidir.

Kişi tərzinin əlifbası

Business Casual dress-cod-Həfdə sonları nəzarətdə saxlanılan geyim tərzidir. Ciddi dress-cod nəzarəti olunan məclislərdə çox önəmli hesab edilir.

Birkenstock-Almanyanın ticarət markasıdır. Şirkət özünün ortopedik ayaqqabıları ilə məşhurdur.

Beatle çəkmələri-Çelsi çəkmələrinə bənzəyən hündür daban çəkmələrdir.  Bu çəkmələr məxsusi olaraq məşhur pop qrupu The Beatles üçün hazırlanmışdır.

Cemper-Boğazı örtən və ya örtməyən trikotaj məhsuludur. Boynu uzun olmadığından sviterdən seçilir.

Cins-Cins parçalardan hazırlanan müxtəlif şalvar modelləri nəzərdə tutulur. Adətətən göy rəngdə olur.

Cut-Eyni adlı Cut bitkisindən hazırlanan tekstil parçadır. Pambıqdan sonra ikinci ən təbii material hesab edilir.

Canali-1934-cu ildə iki qardaş tərəfindən high-end tərzində təsis edilmiş italyan brendi.

Çisterfil-Kişi dəbi yanaşması ilə baxsaq palto və şinelin tərzi hesab edilir.

Çelsi-Yan və ya arxası rezin bağdan ibarət olan yüksək keyfiyyətə malik kişi çəkməsidir. Əlavə ayaqqabı bağı olmadığından çox rahat hesab edilir.

Çinos-casual şalvarlar hesab edilir. Adətən xaki rəngində olur.

Daflcod-XIX əsrdə Belçikada yaranmış kişi palto tərzidir.

Dolce and Gabbana-İtalya, Milanda yaranmış moda otilyesi.

Dəvə yunu-Adından göründüyü kimi bu tip parçalar dəvə yunundan hazırlanır, tekstildə geniş istifadə edilir.

Ermol-Ermol və ya kipa. Ənənəvi yəhudi papağı.

Kişi tərzinin əlifbası

Fedor-1920-ci illərdə məşhurlaşan yüngül fetrdən ibarət papaq.

Flanel-İncə pambıq-kağız effekti verən parça növü.

Fransızsayağı monjet-Kişi köynəklərinin qollarında olur. Adətən köynəklərin qollarına köynəyin öz düymələrinin rəngində sancaq düymələr taxılır.

Frak-Parad kostyumu anlamına gəlir. Ön hissədən qısa, arxa hissədən isə uzun olur.

Giorgio Armani-1974-cü ildə İtalyada təsis edilmiş, Luks geyim və aksesuarların istehsalı ilə məşğul brend.

GUCCI-Yenədə dünya dəb aləmində böyük nüfuza malik italyan brendi. Geyimləri ilə yanaşı aksesuarları, çantaları, ətirləri ilədə seçilir.

Hermès-1837-ci ildə təsis edilmiş Fransa moda otilyesi.

Henry Poole & Co-Sifarişə klassik kostyumlar tikən Böyük Britanya brendi.

Hugo Boss-1923-cü ildə Hugo Ferdinant Boss tərəfindən təsis edilən alman brendi.

İtalyansayağı monjet-Klassik düymə ilə düymələnə bilən köynək qollarını nəzərdə tutur.

JOOP!-1970-ci ildə Wolfgang Joop tərəfindən təsis edilən alman brendi.

Kişi tərzinin əlifbası

Kardiqan-Boğazı V şəkilli olan, qabağı zamoqla və ya döymə ilə bağlanan kişi sviter nəzərdə tutulur.

Kordovan-At dərisindən hazırlanan yüksək keyfiyyətli dəri.

Kenzo-1960-cı ildə Yapon modilyeri Takada Kenzo tərəfindən təsis edilmiş lyuks brend.

Kiton-1968-ci ildə təsis edilmiş italyan brendi. Şirkət sifarişə tikilən klassik kostyumları ilə məşhurdur.

Qabardin-Yun parçanın digər növü hesab edilir. Sıxlığına görə xüsusi naxışlara malikdir. Burberrynin yaradıcısı olan Tomas Burberry tərəfindən yaradılmışdır.

Qaloş-sudan və palçıqdan qorunmaq üçün geyinilən rezin ayaqqabı növüdür.

Laklı dəri-Parlaq dəri material nəzərdə tutulur. Adətən bu cür dəridən rəsmi dress-codlarda ayaqqabı üçün istifadə edilir.

Lofer– Ayaqqabı bağı olmayan yay ayaqqabıları.

Lanvin-XIX əsrdə Jeanne Lanvin tərəfindən təsis edilmiş fransız brendi.

Lacoste-1933-cu ildə tenis ulduzu René Lacoste tərəfindən təsis edilmiş fransız brendi.

Louis Vuitton-High-end tərzində geyim istehsalı ilə məşğul olan fransız brendi.

Marc Jacobs-Amerika dizayneriş Eyni adda marka altında öz geyim xəttini təqdim edir.

Kişi tərzinin əlifbası

Monki-Ayaqqabı tərzidir. Bu cür ayaqqabılarda ayaqqabı iplərini kiçik kəmərlər əvəz edir.

Moxer– Anqar yunundan hazırlanmış təbii parça.

Mokasin-Monkinin daha qədim formasıdır. Hind qəbilələrində bizim dövrə yadigar qaldığı deyilir.

Paul Smith-Böyük Britanyadan olan modilyer. Brend 1970-ci ildə Notirgemdə təsis edilmişdir.

Pierre Cardin-Əslən italyalı Petro Cardin tərəfindən 1950-ci ildə təsis edilən fransız brendi.

Ralph Lauren-Nyu Yorkdan olan bu şəxs ətirlər və ev aksesuarları istehsal edən eyni adlı şirkət təsis etmişdir.

Savile Row-Böyük Britanyada, Londonda yerləşən küçədir. Bu küçədə xeyli sayda yüksək klasa aid geyim tikən otilyelər yerləşir.

Semi Formal Attire-Formal dress-cod mənasını verir. Standart moking qara rəngli kəpənək qalstukla geyinilməlidir.

Turnbull & Asser-Londonda yerləşən məşhur otilyedir. Əsasən köynək istehsalı ilə məşğuldur. Markanın alıcıları arasında Prins Çarliz, Ser Çerçil, Corc Buş, Con Kerri kimi insanların adı çəkilir.

Vilvet-Parça növüdür. Üzrəində vertikal xətləri ilə seçilir.

Versace-1978-ci ildə Canni Versace tərəfindən təsis edilmiş geyim və aksesuarlar yaradan şirkətdir.

Vindzor sayağı düyün-Qalstuk bağlama üsuludur.

Voylok-Özündə dovşan, keçi tüklərini birləşdirən parça mənasını verir.

White Tie-Formal dress-cod mənasını verir. Standart smoking ağ gödəkcə və ağ rəngli qalstukla geyinilir.

Kişi dəbində fərqli kənarlaşmalarKişilər – yüksək dəbin mərkəzində

Fikirlərinizi bildirin.