Kişi tərzi 50 yaşında. 50 yaşdan sonra insanın zahiri görünüşü çox ciddi dəyişməyə başlayır. Məhs buna görə də, bu yaşa qədər öz qarderobunu yenidən format etmək zəruridir. Əgər siz düşünürsünüzsə dəb qaydaları yaşla əlaqəlidir və ya yalnız qadınlarla bağlı məsələdir, o zaman qeyd edəkki, yanılırsınız. 50 yaşlarında olan eyni bir kişi həm müasirliklə əyaqlaşa bilən centelmen kimi həm də həyatda çətinliklərlə mübarizədən yorulmuş yaşlı kimi də görünə bilər.

Tərz seçimi

Konkret tərz forması müəyyənləşdirmək düzgün olmazdı. Tərz individual xarakter daşımalıdır. Buna baxmayaraq, tərz seçimləri və onun növləri nəzərə alınmalıdır. Əks halda qarderobunuzdakı geyimlər bir-biri ilə əlaqəli görünməz və bir-birini tamamlamaz. Beləliklə, gəlin birlikdə artıq kifayət qədər böyümüş kişi üçün önəmli tərz formalarına nəzər salaq.

Kişi tərzi 50 yaşında

  • Bu yaş kateqoriyası üçün ən uğurlu seçim hesab edilir. Səliqəli kəsimə malik köynəklər, şalvarlar, soyuq havalarda isə paltolar. Eyni zamanda nəzərə alın ki, iş geyim formasını uyğunlaşdırmaq da çox asan olur. Bu halda autfitin uğursuz kombinasiya edilməsi riski minimuma enmiş olur. Ancaq, bir çatışmamazlıq da varki, bu da klassikaya bəzən istirahət tələb olunmasındadır.
  • Gündəlik. Bu tərz 45-50 yaş arası kişilərdə hədlər nəzərə alınmaqla istifadə edilməlidir. Balağı qısa cins şalvarlarla pencək geyinmək, fransız şərflərindən istifadə, lofer ayaqqabılar geyinmək casual tərzin ana xətti hesab edilir. Nəticədə 50 yaş aralığında olan kişi daha sexual və cəlbedici görünməyi bacarar.
  • Küçə tərzi. Bu halda qarderobun baza hissəsi unversallığı ilə seçilir və elektikliyi ilə fərqlənir. Tərzə uyğun olaraq obraz nisbətən qaydalardan kənar şəkildə formalaşdığından kişiyə özünə əminlik bəxş etmiş olur. Strit stayl özünü ifadə üçün sərhədsiz imkanlar yaradır və demək olar ki, heç bir qaydalara riayət etmir.
  • İdman. Hərəkət rahatlığı və komfort bəxş edir. Özündə nisbətən boş geyimləri, təbii materialları və nisbətən bozumtul rəngləri cəmləyir. Boş şalvarlar, az yazılı futbolkalar, gödəkcələr qarderobun baza hissəsini təşkil edir. Lakin, nəzərə almaq lazımdır ki, bu halda 50 yaşlı kişi üçün süni materiallar, yalançı leybellər, brend olmayan markalar heç bir yaraşıq gətirə bilməz.
50-nin rəng çalarları

Yaş keçdikcə dəri rəngi ağarır və solğunlaşır. Əgər siz çox isti ölkələrdə yaşamırsınızsa və ya anadangəlmə qara dəriyə sahib deyisinizsə, bu təbii prosesdir.

Kişi tərzi 50 yaşında

Bu səbəbdən də tünd rənglərin nisbətən açıq versiyalarından, tonlarından istifadə etmək daha uğurlu seçim olardı. Əksa halda tam açıq rəngli geyimlər sizin üz dərinizi daha ağarmış formada əks etdirmiş olar.  Qarderobunuzda pastel rənglərinə, bozun çalarlarına, haki rənglərinə, yay aylarında isə mavi və səhra çalarlarına üstünlük verin. Eyni zamanda bildirək ki, tam ağ rəngdən uğurlu istifadə zamanı da görüntü pis görsənmir. Düzgün istifdə etdiyiniz halda ağ rəng istənilən fəsilə uyğun ola bilər.

Kişi tərzi 50 yaşında

Qarderobun baza elementləri

50 yaşlı kişi artıq öz qarderobunu özü müəyyənləşdirməlidir. Özünə nəyin yaraşıb yaraşmadığını dəqiq bilməlidir.

Kişi tərzi 50 yaşında

Təcrübəli kişinin qarderobundakı baza geyimlərinin çek-listi ilə tanış ola bilərsiniz.

  • Boz və ya mavi rəngdə olmalıdır. Yalnız təbii materiallara üstünlük verilməlidir. Geyim həddindən artıq boş olmamalıdır. Çox dar şalvarlar olmamaq şərti ilə yanlardan tarım olan pencəklərə üstünlük verilməlidir.
  • Köynəklər. Bu ya eynirəngli modellər olmalıdır ya da minimal geometrik print şəkilli olması ilə seçilməlidir. Misal olaraq ya damalı ya da xətli. Ağ, mavi, açıq göy, boz, süd rəngli çalarlar uyğun hesab edilir.
  • Orta yaşlı bir kişinin qarderobunu “milyonçu futbolkası” olmadan təsəvvür etmək mümkün deyil. Polo geyinən zaman o imkanlı və cazibəli görünür. Bu halda ayaqqabı seçiminə xüsusi diqqət yetirilməlidir.
  • Kişi tərzi 50 yaşında
  • Pencək və ya bleyzer. Bahalı keyfiyyətli modellərə üstünlük verilməlidir. Bir mənalı olaraq yaxşı parça materiallarından, bir rəngli və ya klassik ornamnetli olmalıdır.
  • Şalvarlar və cins. Heç bir halda darlığa yol vermək olmaz. Boş, rahat, komfort bəxş edərək xətlərin düzgünlüyü qorunmalıdır.
  • Trikotaj sviterlər, puloverlər və kardiqanlar. Onlar mütləq qaydada formaya sahib olmalıdırlar. Boş qalmamalıdırlar. Süni sapla hazırlanmış modellərdən çəkinin. Kardiqanlar mütləq eyni rəng tonajına malik olmalıdırlar.
  • Keyfiyyətli palto. 50 yaşdan yuxarı kişini paltosuz təsəvvür etmək mümkün deyil. İdeal formada əyinə oturulan palto seçilməlidir.
  • Bomber-kurtka. Tərzinizdə olan ciddiliyi müəyyən qədər yumşaltmaq istəyirsinizsə gözəl variant hesab edilə bilər.

Kişi tərzi 50 yaşında

Aksesuar seçimi

Aksesuarlar bu yaşda insanlara daha fərqli şarm bəxş edə bilər. Aksesuarlar gözə çox çarpmamalı, lakin keyfiyyətli və bahalı olmalıdırlar. Misal olaraq, dəri kəmər, əlcəklər. təbii yundan eynirəngli və ya damalı şərflər, qızıl və ya gümüş köynək düymələri, brend saatlar və s.

Üzüklərdən və boyunbağlardan imtina ediməlidir. Onlar istənilən görüntünü kölgə altına sala bilər. 50 yaş üçün bu kateqoriyadan yeganə icazə verilər aksesuar nişan üzüyü ola bilər.

50 yaşından sonra sex kişini daha ağıllı edir35 yaşda qazanılmalı 35 təcrübə

Fikirlərinizi bildirin.