Kişi sonsuzluğu: haradan gəlir və onunla necə mübarizə aparmaq olar

491
Kişi sonsuzluğu haradan gəlir və onunla necə mübarizə aparmaq olar1

Kişi sonsuzluğu: haradan gəlir və onunla necə mübarizə aparmaq olar. Formal olaraq sonsuzluq, heteroseksual cütlükdə hər iki partnyorun heç bir şəkildə qorunmamasına baxmayaraq, hamiləliyin bir il ərzində baş verməməsidir. Müasir dünyada bu problem sürət qazanır: təxminən altı cütlükdən biri uşaq sahibi ola bilmir. Halların üçdə birində bu, kişinin sağlamlığı ilə bağlı olur.

Son tədqiqatlar böyük narahatlıq doğurur – kişilərin məhsuldarlığı son illərdə enməyə doğru yönəlir: həm sperma sayı, həm də sperma hərəkətliliyi azalır.

Alimlər hələ də sonsuzluğun yayılmasını təxmin edən metodların düzgünlüyü barədə mübahisə edirlər. Bununla belə, Queens Universitetinin (Belfast, Şimali İrlandiya) İctimai Sağlamlıq Mərkəzinin professoru, PhD, tədqiqatçı Sheena Lewisin fikrincə, məhsuldarlığın ümumi azalmasının səbəbi spermaların hərəkətlilik və aktivlik dərəcəsinin aşağı düşməsidir.

Bu, təkcə uşaq sahibi olmaq istəyən cütlüklərə aid deyil: Lewis deyir: “Aktivliyin azalması saatlı bombadır”. Sadə dillə desək, sperma problemləri ümumi sağlamlıq problemlərindən qaynaqlanır. “Sonsuzluq ürək-damar xəstəlikləri, şəkərli diabet, gözlənilən ömür uzunluğunun azalması və şəxsi qiymətləndirmə ilə bağlı psixi sağlamlığın zəif olması ilə əlaqələndirilir” deyə Lewis izah edir. Əvvəllər kişi sonsuzluğuna daha az diqqət yetirilirdi: reproduktiv tədqiqatın obyekti həmişə qadınlar olmuşdur. Bəlkə də buna görə kişi məhsuldarlığının azalmasının səbəbləri arasında hələ də təsdiqlənmiş məlumatlardan daha çox nəzəriyyə mövcutdur.

Niyə sonsuzluq inkişaf edir

Sperma spermatozoidlərdən və plazmadan ibarətdir. Plazma zülallar, lipidlər və digər maddələrdən ibarətdir – bunların hamısı ümumi mənafe üçün işləyir: sperma hərəkətliliyini və spermanın düzgün konsistensiyasını təmin edir.

Böyük Britaniyanın ən böyük IVF mərkəzlərindən biri olan Oksford Doğuş Mərkəzinin Professoru və Tibb Direktoru Dr. Tim Child deyir: “Sperma istehsalı lüks avtomobil fabrikindəki montaj xəttinə bənzəyir – Yalnız bir komponentin pozulması, məsələn, fermentlərdən birinin olmaması bütövlükdə spermanın keyfiyyətini aşağı salır”.

Bir çox amillər məhsuldarlığı risk altına qoyur: xayaların iltihabi xəstəlikləri, sperma üçün plazma formalaşmasında iştirak etməli olan toxuma xəstəlikləri, hormonal pozğunluqlar və s. Bəzi dərmanlar sperma fəaliyyətini azaldır (məsələn, anabolik steroidlərin uzun müddətli istifadəsi) – bu, həkiminizlə müzakirə edilməlidir. Bəzi alimlərin fikrincə, hətta ətraf mühitin çirklənməsi, pestisidlər, herbisidlər, boya komponentləri və digər kimyəvi maddələrlə təmas da sperma sayına mənfi təsir göstərə bilər.

Kişi sonsuzluğunun ən çox görülən səbəblərindən biri varikosel və ya testislərdən qan axdığı spermatik kordun varikoz damar genişlənməsidir. Klinik embrioloq Ph.D. Sheryl Homa deyir ki, “bu xəstəlik səbəbiylə qan testislərdə toplanır və spermanı qızdırır. Xayalarda çox yüksək temperatur sperma istehsalını tamamilə dayandıra bilər”.

Spermanın keyfiyyətinə təsir edən amillər arasında dəyişdirilməsi o qədər də qəliz olmayan nüyanslar var: qidalanma və həyat tərzi. “Məsələn, tədqiqatlar göstərdi ki, Hindistanda Qərb dünyasının klassik vərdişlərini – siqaret çəkmə, oturaq həyat tərzi, qarın nahiyyəsinin piylənməsi, spirtli içkilərdən istifadə edən kişilərdə sperma sayı azalıb və sperma DNT-si əhəmiyyətli dərəcədə zədələnib”, – deyə, Lewis bildirir.

Bütün bunlarla nə etmək lazımdır

Həyat tərzini dəyişdirin. Bu günə qədər sonsuzluğun müalicəsi yoxdur, buna görə özünüzə kömək etmək üçün edə biləcəyiniz yeganə şey onun qarşısının alınmasına diqqət yetirməkdir. “Sperma orta hesabla hər 70 gündən bir dəyişdirilir, buna görə də bir neçə ay sağlam həyat tərzinə keçirdikdən sonra onun keyfiyyətini yaxşılığa doğru dəyişə bilərsiniz”. Bu halda darıxdırıcı məsləhətlərə əməl etmək lazımdır: az spirtli içki içmək, mütləq siqareti buraxmaq (sianid ehtiva edən siqaret qatranı sperma üçün zəhərlidir) və düzgün qidalanma, müntəzəm məşq vasitəsilə normal çəki saxlamaq.

Sərinliyə diqqət yetirin. Xayalarda temperaturun bir dərəcə yüksəldilməsi belə, spermanın keyfiyyətini dəyişə bilər. Düzdür, bu hal uzun müddət davam etməyəcək: bir neçə aydan sonra sperma bazası yenilənəcək – və hər şey normala dönəcək. Ancaq yenə də bəzi vərdişləri nəzərdən keçirmək və onları dəyişmək daha yaxşıdır:

  • isti vannada uzanmağı sevirsiz;
  • avtomobil oturacağını istidirsiniz;
  • tez-tez dizüstü kompüteri qucağınızda saxlayırsınız;
  • şortda velosiped sürürsünüz;
  • dar, isti alt paltarı geyinirsiniz.
Sonsuzluqdan qurtula bilmirsinizsə

Əsas səbəbini anlamaqdır. Bunu müəyyən etmək üçün mütəxəssislər bir sıra diaqnostik testlər aparırlar: xayanın ultrasəsi, sperma aktivliyi testləri, hormonal panellər, genetik tədqiqatlar, öz spermatozoalarına antitellərin axtarışı və s. Testlər sonsuzluğun səbəbini müəyyən etməyə kömək edir (məsələn, varikosel, infeksiya, hormonal balanssızlıq, sperma daşıyan kanalların tıxanması, anormal boşalma).

Bundan sonra həkiminiz terapiyanın mümkün variantları haqqında fikirlərini sizinlə bölüşəcəkdir: varikoselin aradan qalxması üçün cərrahiyyə, infeksiyalara qarşı antibakterial preparatlar, hormonal terapiya və s.

Təbii ki, kişiləri bir növ spermanın vəziyyətindən daha çox ereksiyanın keyfiyyəti və hərəkətin müddəti maraqlandırır. Weill Cornell Xəstəxanasının Cinsi Sağlamlıq və Tibb Direktoru Dr. Darius Paduç bu mövzuda fikirlərini bildirmişdir: “Əvvəllər spermanın keyfiyyətinin və məhsuldarlığının illər ərzində dəyişmədiyi düşünülürdü, lakin indi başa düşürük ki, 35 yaşdan sonra DNT keyfiyyəti tədricən dəyişir, ona görə də gözləmə taktikası müsbət həll yolu deyil. Bundan əlavə, spermanın keyfiyyətsiz olması gələcək uşağın sağlamlığına yaxşı təsir göstərə bilməz”. Bu məsələdə gənclərin belə, düşünməli olduğu məqamlar var.

Varikosel nedir? – Sonsuzluğa təsiriKişi reproduktiv sağlamlığı barədə yayılmış yanlışlıqlar

Əvvəlki məqaləBuğa ♥ Tərəzi
Növbəti məqaləBuğa ♥ Oxatan

Fikirlərinizi bildirin.