Kişi şalvarlarının düzgün seçimi. Kişilər və şalvar ayrılmaz anlayışlardır. Düzgün seçilmiş şalvarlar dəbli görünüşün əsas elementlərindən hesab edilir. Lakin, zövqsüz seçim ən bahalı obrazı belə korlaya bilər. Belədirsə, seçim zamanı nələrə diqqət yetirmək lazımdır? Alış və seçim zamanı mütləq parçanın keyfiyyətinə, şalvarın modelinə, ciblərin formasına, modelin enliliyinə ciddi yanaşın. İndi isə, bu haqda daha geniş.

Kişi şalvarlarının düzgün seçimi

Tarixə qısa səyahət

Tarixçilər qeyd edirlər ki, ilk şalvarlar 20 min il əvvəl hazırlanmağa başlanmışdır. Müasir şalvar öz əvvəllərini “celos”-dan götürmüşdür. Bu mdel dizdən bir balaca aşağı olmaqla adətən ingiltərədə uzun corablarla geyinilirdi. Ümumi istehsala isə 20-ci əsrlərdən etibarən başlanılmışdır.

Bəs şalvarlarda qatın necə yarandığını bilirsinizmi? Bu çox maraqlı faktdır. Bir dəfə ən son dəbə uyğunlaşan şahzadə Uels yağışa düşür. Tərslikdən o həmin gün sarayda keçirilən tədbirdə iştirak etməli idi.

Aydındır ki, şahzədə tədbirdə yaş şalvarla iştirak edə bilməzdi. Bu səbəbdən xadimələrin biri şalvarı yarı qatlayaraq ütüləmək qərarına gəlir.

Şalvar ütüləndikdən sonra iz qaldı. Şahzadə əlacsızlıqda geyinərək qonaqların qarşısına çıxmalı oldu. Təəcüblənən qonaqlar bunu yenilik sayaraq dəbin trendi hesab etdilər. Bir müddət sonra tərz sürətlə yayılmağa başladı.

Şalvarın parçasını necə seçməli?

Hal-hazırda bazarda şalvar tikilişinə yarayan kifayət qədər sintetik, natural, xətli parçalar mövcutdur. Aydındır ki, natural parçalar nisbətən bahalı hesab edilir.

Əgər soyuq havalarda geyinmək üçün şalvar seçməli olsanız, o zaman parçanın qalınlığına diqqət yetirməli olacaqsınız. Bu cür parçalar həm isti saxlayır, həm də nisbətən su keçirməz olur.

Kişi şalvarlarının düzgün seçimi

Yaz və yay üçün flaneldən modellərə üstünlük verin. Flanel dözümlü və su keçirməz olduğundan dəyişkən havalara daha uyğundur. Yayın istisində isə, pambıq materiallar daha rahatlıq verir. Sadəcə mənfi cəhət pambıq parçadan olan şalvarların tez qırışmasıdır. Ütülənməyə tez-tez ehtiyac olur.

Pambıqdan olan modellər bədənə gözəl oturur. Əgər tərkibində bir bala sintetika olan parçadan şalvar əldə etsəniz qırışmaq və əzilmək kimi problemlərdən də yan qaşmış olarsınız. Tam olaraq sintetikadan ibarət şalvarlar ən ucuz variant hesab edilir. Lakin, bu halda çatışmamazlıqlar kifayət qədərdir. Sintetikadan olan şalvar hava almır, elektrikləşə və alergiya yarada bilir.

Kişi şalvarlarının düzgün seçimi

Düzgün formanı necə tapmalı?

Model seçimi zamanı ilk növbədə öz bədən formanızı və geyinib gedəcəyiniz yeri nəzərə alın.

Klassik şalvarlar – bu model hər bir kişinin qarderobunda olmalıdır. Klassik modellərin bir neçə müxtəlif formaları mövcutdur. Bu müxtəliflik əsasən özünü kəmər hissədə olan büzmələrlə bağlı olur.

Büzmələr – bu şalvarın ön hissəsində aşağıya doğru uzanan tikişdir. 60-cı illərdə bu tərz çox məşhur idi. Lakin, müasir dövrdə büzmələrə üstünlük verilmir. Əgər kişinin hündür boyu, əzələli bədəni varsa büzmələrdən imtina etsə daha yaxşı olar. Vizual olaraq sizin bədən quruluşunuz uzun və sıxılmış göstərəcək. Əksinə, kişi ayaq və baldır hissələrdən daha kökdürsə bu zaman daha qamətli görünüş verəcək. Klassik şalvarları ya pencəklə, ya kəmərlə, iş tərzində isə uzun qol köynəklə geyinirlər.

Kişi şalvarlarının düzgün seçimi

Slacks – bu pambıqdan olan şalvarlardır. Adətən düz tikişə sahib olurlar. Bədən quruluşundan aslı olaraq modelin balağı uzun və ya qısa ola bilir. Bu cür şalvarlar əzələli bədən quruluşuna sahib kişilərə ideal yaraşır. Arıq və ya artıq çəkili kişilərə isə əksinə, məsləhət görülmür.

Chinos – pambıqda sərbəst formalı şalvarlardır. Chinoslar bir növ cinslərin alternativi hesab edilir. Həm köhnəklərlə, həm də maykalarla geyinilə bilər. Sərbəst tikiliş forması bədənin qüsurlarını gizlətməyə imkan yaradır. Vizual olaraq daha qamətli göstərir. Stilistlər chinosları klassik ayaqqabılarla geyinməyi məsləhət görmürlər. Ən yaxşı seçim idman ayaqqabıları, ketlər və ya oksfordlar ola bilər.

Kişi şalvarlarının düzgün seçimi

Karqo – əvvəllər bu şalvar formaları hərbidə istifadə edilirdi. Onlar əsasən boş, sərbəst tikilişdə, xeyli ciblərlə tikilir. Karqo şalvarlar unversal tip olduğundan, istənilən bədən quruluşuna uyğundur. Sadəcə bu şalvarları ofis tərzi ilə eyniləşdirmək mümkün deyil.

Kişi şalvarlarının düzgün seçimi

Şalvarların uzunluğunu necə seçməli?

İlk növbədə uzunluqdan danışaq. İdeal halda istənilən şalvarı özünüzə uyğun düzəltməslisiniz. İdeal klassik şalvar əyində durarkən arxadan bir-iki santımetr ayaqqabının dabanına düşməli, ön hissədə isə yüngül qırış formalaşdıraraq ayaqqabının yuxarı hissəsini örtməlidir. Əgər aşağı nahiyyədə qırışma çox olarsa, deməli ölçü düz götürülməyib.

Lakin, son dövrdə qısa şalvarlar dəbdə olmağa başladı. Onları ən yaxşısı botnkalarla, yarım boğaz çəkmələrlə geyinmək daha uyğun olar. Şalvar alarkən monjet hissəsinə diqqət yetirin. Monjet şalvarın uzunluğunu azaldıb-qısaltmaq üçün ehtiyyat parça imkanını verir.

Şalvarların eni – məsələsi daha çox öz seçiminizlə bağlıdır. Son zamanlar dar formatda şalvarlar daha çox dəbdədir. Hündür və qamətli kişilərə daha uyğun hesab eilir.

Rəng seçimi

Klassik model üçün tünd rənglərə (qara, boz, şabalıdı, tünd yaşıl, tünd göy və s.) üstünlük verilir. Yay şalvarı seçimi zamanı isə ağ rəngin çalarlarına və ya açıq tonlara fikir verin. Rəngləri sevənlər yay fəslində rəngli şalvarlara da üstünlük verə bilərlər.

Kişi şalvarlarının düzgün seçimi

Bu il üçün dizaynerlərin ən sevdikləri rəng xaki rəngi hesab edilir. Şalvarlar üçün unversal rəng göy rəngdir. Göy rəng bir çox rənglərlə gözəl uyğunluq təşkil edir.

Əgər siz dəbin pikində olmaq istəyirsinizsə, damalı şalvarlar seçin. Eyni zamanda şalvar üzərində yazılar, qrafik işarələr gündəmdədir. Eyni zamanda müasir dövrdə pencəklə şalvarın rənginin eyni olması artıq önəmli deyil.

Kişi şalvarlarının düzgün seçimi

Kişi geyimində buraxılan 25 səhv40+ yaşda stilin 20 qaydası

Fikirlərinizi bildirin.