Kişi qol saatlarının seçilməsində 5 nüyans. Lüks sinifindən olan yeni qol saatı alan zaman məsələyə olduqca ciddi yanaşmaq bəzən sizi bazarda satışda olan normal avtomobilin alışına bərabər xərclərə sala bilər. Ancaq, orta qiymətlər daxilində saat əldə etməyi düşünürsünüzsə bu halda bir çox nüyansları götür-qoy etmək zərurəti yaranmış olur. Yığdığımız pullari yeni modelə xərcləməmişdən öncə özünüzə bir neçə sual verməlisiniz.

Lüks və ya qeyri lüks?

Əgər yeni saat əldə edərək öz maliyyə durumunuzu, cəmiyyətdə tutduğunuz mövqeni, statusunuzu sərgiləmək istəyirsinizsə bu haıda düşünməyə dəyməz – yalnız lüks. Ortalama olaraq lüks saatların başlanğıc qiymətləri 5000 frankdan başlayır. Qiymət artımı sonsuzluğa qədər davam edə bilər. Məntiqlə yanaşsaq, saata xərclənə biləcək bir neçə 100 min dollar və ya avro tamami ilə normal yanaşmadır və real qiymətdir. Lakin, əgər ətrafa nümayiş etdirmək kimi tələbatınız yoxdursa, bu zaman rahat şəkildə keyfiyyətli və etibarlı seçimlərə nəzər yetirmək mümkündür. Bu meyar üzrə son zamanlar ən çox seçim və üstünlük İsveç, Yapon, bəzən isə Rus saat şirkətləri üzərində cəmlənir. Sözü gedən ölkə şirkətlərinin həm klassik, həm də idman tərz saat növləri üzrə olduqca fərli və maraqlı təklifləri olur. Formalar arasında maraqlı və qeyri-adi dizaynlara rast gəlmək mümkündür.

Mexanika, avtomat və ya kvans?

Lüks siqmentinin saatlarının çox hissəsi mexaniki (rotoranın dövrü zamanda enerji yığması ilə) iş prinsipinə sahibdir. Bu varyantın qiymətindən başqa mənfi cəhəti daimi olaraq saatın qurulmasındadır (daha çox sutkanın eyni vaxtında bunu etməli olursunuz). Və ya saatı xüsusi qablaşdırmaya yerləşdirməli olursunuz ki, nəticədə siz istədiyiniz dövr həyata keçsin  və gərəkli enerji yığılsın.

Uyğun qiymət siqmentinə aid saatlar isə adətən kvars mexanizmi ilə təchiz olunur. Onlar həm qiymətdə münasib olurlar, həm də daha dəqiq işləmə prinsipinə uyğundurlar. Misal olaraq: kvarsın xronoqrafı vaxtı 100-də bir saniyə dəqiqliklə, mexaniki saatlar isə beşdə bir saniyyə dəqiqliklə göstərirlər. Kvars saatları daimi enerji (batareya) yenilənməsi tələb edirlər.

Dəmir, titan yoxsa qızıl?

Qızıl korpus adətən lüks siqmentində rast gəlinir. Adətən bahalı metalla korpuslar klassik modellərdə təklif olunur. Lakin, məşhur saat markalarının idman modelləri sırasında qızıl, hətda platin korpuslu modellərə də rast gəlinir. Platin saat mexanizimlərində istifadə olunan ən bahalı ehtiyyat hissəsi materialı hesab edilir. Rodirovun, əqrəbin, korpusun kənarlarının ağ və ya sarı bahalı metallardan olması sırf sahibinin zövqündən və nümayiş istəyindən aslı olacaq bir məsələdir.

Adətən klassik saatların dəmir hissələri nişan üzüyünün və ya düymələrin rəngi ilə eyniləşdirilir. Gümüş də öz növbəsində bahalı metal hesab edilsədə qızıl qarşısında dəyəri aşağıdır. Lakin, gümüş saatlar praktik hesab olunmurlar. Onların cızılma və deformasiya uğrama ehtimalı daha çoxdur.

Bahalı olmayan metal korpuslar arasında – dəmir, titan, keramikada fərq o qədərdə hiss olunmur. Saat işində paslanmayan dəmir ənənəvi material hesab edilir. Bu zaman cızıqlara və ümumiyyətlə zədələnmələrə dayanıqlıq yuxarı olur. Titan bazara nisbətən gec daxil olsada, tez bir zamanda alıcılar arasında pərəstişkar komandası formalaşdıra bilmişdir. O antimaqnit keyfiyyətə sahibdir, dəmirə nisbətən yarba-yarı daha yüngüldür. 30% daha dayanıqlıdır. Lakin, titanı cızmaq olduqca rahatdır. Eyni zamanda, onun boz çaları da çxlarının zövqünə uyğun deyil. Keramika cızıqlara dayanıqlıdır. Ancaq klassik saat pərəstşkarları üçün bu material həddindən artıq innovativ görünüşə sahibdir.

Hansı qəlizliyi seçmək gərəklidir?

Qəlizlik və məlumat müxtəlifliyinə görə daha çox üstünlük grand complication-a verilir. Klassik qəlizlik adətən – daimi təqvim, repitor, ayın fazalarının indikatorunu və turbiyon hesab edilir. Bir qayda olaraq, bütün qəlizlik növlərinə (komplektasiyalara) sahib saatlar lüks siqmentinə aid saatlar hesab olunur.

Turbiyon Lui Breqe tərəfindən təxmini 200 il bundan əvvəl icad olunmuşdur. Bu cihaz anker vilkindən və anker təkərciklərinin balansından yaranmışdır. Fırlanan özəyə bərkidilir və 60 saniyəlik tam dövrü əhatə edir. Məqsədi yerin cazibə qüvvəsinin (qravitasiyanın) vaxtın ölçülməsinə (xronometraja) təsirini kompensasiya etmək üçündür. Turbiyon saatlar daha dəqiq saatlar hesab olunur. Ay fazalarının indikatoruna malik saatlar isə olduqca romantik qəlizləşmə hesab edilir və saatın siferblatını bəzəyir. Daimi kalendar olduqca praktik əlavədir. Bunların hər biri saatın satış dəyərinə təsir edən nüyanslardır. Bundan başqa praktik qəlizliklərdən ayın günlərinin göstərilməsini hesab etmək olar. Həm mexaniki, həm də kvars saatlarda rast gəlinir.

Eyni zamanda bir-birindən fərqli əlavələr mövcutdur. Misal olaraq hərəkət edən fiqurlar (jakemarlar), gecə-gündüz indikatorları, saat qurşaqlarını göstərən əlavələr və s. GMT indikatorlu saatlar səyhətçilər üçün gərəkli ola bilər. Onları şəhərdən-şəhərə uçuş zamanı tənzimləməyə ehtiyac olmur.

İdman və ya klassik tərz?

Klassik tərzlər bu və ya digər mənada iş və gündəlik tərzin ayrılmaz hissəsi hesab edilir. Lakin, ağıllı saatlar saatı göstərməklə yanaşı digər xüsusiyyətlərə də malikdirlər. Adətən idmanla, qaçışla məğul olanlar üçün gərəklidir. Ən ox istifadə edilən nüyans əlavə saniyəni ölçən xronoqrafın olmasıdır. Eyni zamanda yaxta yarışları üçün vaxtın təyini üçün xronoqrafa sahib saatlarda mövcutdur.

Dayverlər üçün sualtı təzyiqə davamlı saatlar yaradılmışdır. Onlar vasitəsilə rahatlıqla dərinliyə dalmanın vaxtını ölçmək olar. Su keçirməz saatlar metrlə və ya otmosferlə (borla) ölçülür. Misal olaraq 30 bar suya dayanıqlılıq – saatı çıxarmadan duş qəbulundan başqa su idmanı ilə də, üzgüçülükdə məşğul olmaq imkanı yaradır. Mexaniki saatlar arasında su keçirməzlik rekordu 2000 metr hesab edilir. Bu səbəbdən də bu saatlar drayverin saatından çox, status tərənnümü mənasına gəlir. Bir çox drayverlər suya dalma zamanı elektron saatlara üstünlük verirlər.

Zamanının yaraşıqlı kişiləri – qocalıq onlardan çox şey aldıKişi geyimində buraxılan 25 səhv

Fikirlərinizi bildirin.