Kişi qarderobunda səhvlər. Ümumiyyətlə dəbin qadın işi olduğu düşünülür. Kişilər üçün bu önəmli deyil. Bu səbəbdən də, kişilər bir çox hallarda özləri belə bilmədən qadınlardan çox dəb səhvlərinə yol verirlər. Son yenilikdə olan trendə köklənməyi kişidən heç kim tələb etmir. Lakin, bu cür səhvlərə yol verməməklərini heç kim istəmir. Bu günki materialda bəzi səhvləri diqqətinizə çatdırmaq istərdik.

Kişi qarderobunda səhvlər

1. Qolu uzun və qolu qısa köynəklər

Kişilər ümumiyyətlə havay tərzdə olan köynəklərdən imtina etsələr yaxşı olar. Müasir dövrdə bu o qədər də aktual görünmür. Açıq, sakit, pastel renglərindən istifadə edin.

Kişi qarderobunda səhvlər

Nəzərə alın ki, köynəklərin boyunları şux durmalıdır. Bu ümumi görünüşə ciddilik və səliqəlik əlavə edər.

Qolu qısa kpynəklər geyinirsiniz? Heç vaxt qalstukla geyinməyə cəht etməyin. Əsasəndə əgər geyim tərziniz klassikdirsə.

2. İş kostyumları

İş kastyumları sözsüz ki, kişiləri fərqli göstərir. Lakin, bu zaman ölçüləri geyinən insana düzgün gəlməlidir. Kişi əzələli bədənə sahib olsada, böyük ölçülərdə, sallaq geyimlər məsləhət görülmür. Bu onu lazımsız yerə kök göstərəcəkdir. Kostyum kişini daha xarizmatik və daha cəlbedici göstərir.

Kişi qarderobunda səhvlər
3. Pencəklər

İlk olaraq ən yaxşısı dəbdə olan pencəklərə üstünlük verin.

İkinci – pencəkdə üç düymədən artıq düymə sayı olmamalıdır.

Üçüncü – Pencək paltonun və ya gödəkcənin altından görünəcək şəkildə uzun olmamalıdır. Yeri gəlmişkən, pencəklə gödəkcəni eyni vaxta geyinmək ümumiyyətlə məsləhət görülmür.

Dördüncü – unutmayın, əgər sizin pencəkdə cəmi iki düymə varsa, siz yalnız yuxarı düyməni bağlamalısınız. Əgər üç düymə varsa, o zaman orta düymə bağlanmalıdır. Yuxarı düyməni isə istəyə uyğun olaraq bağlamaq olar. Lakin, aşağı düymə istənilən halda açıq qalmalıdır. Bu çox vacib qayadadır və jiletlər üçündə keçərlidir.

4. Qalstuk

Qalstukla cib dəsmalı fərqli rəngdə və fərqli parçadan olmalıdır.

Qalstukda olan şəkil böyük və gözəgəlimli olmamalıdır. Daha sakit tonlu bir şeylər seçin.

Qalstukun uzunluğu vacib məsələlərdəndir. Bir çox hallarda səfə yol verilir. O kəmər çatacaq dərəcədə olmalı, nə ondan aşağı durmalı, nə də yuxarda durmalıdır.

Kişi qarderobunda səhvlər
5. Yüngül geyim

İsti havalarda kişilər ümumiyyətlə qarderobdakı elementlər uyğunsuz şəkildə geyinməyə çalışırlar.

İlk olaraq, heç vaxt corabı açıq ayaqqabılarla geyinməyin. Bu ən çox yol verilən yanlışlıqlardandır. Kişi zövqsüzlüyündən xəbər verir. Corab ya idman ayaqqqabları ilə, yada klassik ayaqqabılarla geyinilir.

Setkalı koftalarınızı kənara gizlədin, ən yaxşısı isə ümumiyyətlə atın. İsti havalarda bu kimi şeylərlə sərinləmək çox pis fikirdir. Dıniz kənarında dincələrkən və ya dəniz kənarında qaçış edərkən bu haqda hardasa düşünmək olar.

Kişi qarderobunda səhvlər

Dəniz şortikləri – bəli məhs dəniz şortikləri adlanır. Yəni insanların çox olduğu yerlərdə və şəhərdə geyinib gəzmək olmaz. Şəhərə havay şəkilləri ilə qısa şortiklər geyinib çıxmaq düzgün deyil.

Baş geyimini seçərkən ehtiyyatlı olun. Yaraşanı götürün. Panamadakı oğlan rolunda görünə bilərsiniz.

Şəp-şəp – Dəniz və ya baseyn üçün nəzərdə tutulub. Gündəlik, əsasəndə insanların çox olduğu yerdə geyinmək düzgün deyil.

Kişi qarderobunda səhvlər

6. Aksessuarlar

Böyük ölçülü, rəngarəng, digər aksesuarlarla uyğun olmayan aksesuarlar gözəllik vermir. Gözəgəlimli, diqqət cəlb edici yalnız bir aksesuar ola bilər. Digərləri obrazı tamamlamağa xidmət etməlidir. Eyni zamanda qalın qızıl seplərdən yaxa qutarın. Xeyli sayda olan qızıl daha çox bahalı yox, şit və zövqsüz görünür.

Xırda detallar barədə danışdıqda isə, Kişilərin ətirlərə normadan artıq sevgisi heçdə cazibəli görünmür. Gözəl qoxunu əldə etmək üçün ölçülərə diqqət yetirin.

7. İdman kostyumları

Adətən idman kostyumları “harda gərəksizdir ordada geyinirəm” anlayışını aşılıyır. Gündəlik həyatda idman kostyumları geyinməyin. Bayırda 90-cı illər deyil. Digər idman geyimləri kimi onlar yalnız idmanla məşğul olmak üçün nəzərdə tutulub.

Kişi qarderobunda səhvlər

8. Ölçüsüz geyimlər

Bu kimi qaydalar yalnız iş geyimlərinə şamil deyil. Bu əlbətdəki zövq məsələsidir, ancaq böyük ölçüdə geyimlər yalnız tək-tük adamlara yaraşa bilər. Əgər siz torba kimi görünmək istəmirsinizsə, böyük ölçülü köynəklərdən, şalvarlardan uzaq durun.

Kişi dəbində fərqli kənarlaşmalarKişilər – yüksək dəbin mərkəzində

Fikirlərinizi bildirin.