Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür?

1101
Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür

Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür? Klassik pencəyin alışı zamanı kişilərin çoxu onun qabaqdan necə görünəcəyi haqqında düşünürlər. Arxasına ümumiyyətlə fikir vermirlər.

Pencəklərin qarşı tərəfdən öz fərqli çeşidləri ilə zəngin olması çoxlarına yaxşı məlumdur: düymələrin sayında olan fərqlilik, boyunluğun quruluşu, ciblərin duruşu və s. Lakin, geyimin arxa tərəfi də olduqca önəmlidir və kəsim formalarına görə fərqlənə bilirlər. Beləliklə, kəsim məhsulun qiymətinə, onun oturuşuna, kişinin xarakterinin nümayişinə təsir edən əsas nüyanslardan biridir.

Bəs ümumiyyətlə bu kəsimlər nəyə lazımdır? Və niyə fərqli pencəklərdə kəsimlər də fərqli forma və dizayna malik olurlar?

Kəsimlər haqqında

Bu kəsimlər – bəzən onları hava girişi belə adlandırırlar, pencəyin arxa və künc tərəfindən olan bir kəsimdir. Tarixi müəyyən qədər hərbi tarixə əsaslanır. Ümumiyyətlə isə bir çox kişi geyimlərinin tarixini araşdırsaq, orda hərbi ehtiyyacların ünsürlərini görmüş olarıq.

Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür

Bu cür kəsimlər müasir pencəklərin nisbətən qədim davamçılarında daha çox rast gəlinir və bir neçə yüz illiklərə dayanır. Yüksək cəmiyyətin nümayəndələri birlikdə asudə vaxtlarını keçirən zaman at belində gəzməyə üstünlük verərdilər. Bununla yanaşı, hərbiçilərində nəqliyyat vasitəsi kimi atdan istifadəsini nəzərə alaraq, kəsimlərin ilk növbədə sağ qalmaq və cəld hərəkət etmək məqsədi ilə üstünlüklər verməsi anlaşıılır.

At belində oturan zaman pencəyin və ya hərbi üst geyiminin kəsiyi yəhərdə xüsusi komfort təmin edirdi.  İki hissəyə ayrılması onun sağvə sol tərəfə rahat sallanmasını və eyni zamanda at belində olan insanın əynində gözəl görünməsini təmin edir.

Müasir dövürdə bizlər at belində gəzməsək belə, kəsimlərin məqsədləri hələ də hiss edilməkdədir. Onlar geyimin əyində rahat oturmasını və əzilməməsini təmin edər. Sizin oturarkan və ya əyilərkən pencəyin qırışmasının və eyni zamanda şalvarın cibinə əl atarkən arxadan pencəyin əyri görünməməsini təmin edər.

Bu cür kəsimlərin 3 növü mövcutdur. Hər birinin öz məqsədi vardır.
Mərkəzdən olmaqla bir, vahid kəsim

Mərkəzdən olmaqla bir kəsimli pencəklər ən çox yayılmış və yəqinki dünyada daha çox istifadə edilən pencəklərdir. Dərzi yanında tikilən geyimlərdə bu cür kəsimlərə xüsusi önəm verilir. Səbəbi hazırlanan pencəyin istənilən bədən quruluşuna gözəl oturmasıdır.

Yuxarıda qeyd etdiyimiz kimi mərkəzdən kəsimlər kəsimlər içində daha qədimdən tədbiq edilən variant hesab edilir. İlk başdan at üzərində olan çaparın hərəkətinin rahatlığı üçün nəzərdə tutulmuşdur. Bu zamandan etibarən dünyanın ən tanınmış markaları belə bu tərzə sadiq qalırlar və geyimlərini uyğunlaşdırırlar. Səbəblər içində bir kəsimli pencəklərin xüsusi dərzi yanında tikdirməkdən başqa açıq satışda da rahat satılmasıdır. Alıcılar bu üsluba daha çox üstünlük verdiklərindən istehlak və satış göstəricisi daha üstün olur.

Mərkəzdən kəsim pencək tərzi unversal üslub hesab edilir və bədən quruluşunuzdan, eyni zamanda gedəcəyiniz tədbirdən aslı olmayaraq əyninizə gözəl oturacaqdır.

Yan kəsimli, ikili kəsimli

Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür

İkili kəsimli pencəklərdə kəsimlər pencəyin yan tərəflərində yerləşdirilir.

Bu cür tərz adətən geyim tikilişinin britaniya sayağı formasından irəli gəlir. Nəticədə sahibinə daha incəlik və avropasayağı görkəm bəxş edir. Aydın məsələdir ki, geyimlərə yanlardan kəsim edildikdə buna daha çox zaman tələb olunur. Bu isə bir kəsimli pencəklərdən fərqli olaraq daha bahalı deməkdir.

Bu səbəbdən də, bu cür geyimlərə ya xüsusi ilə dərziyə sifariş edildikdə və ya premium-klass tədbirlərdə rast gəlinir. İstehsal zamanı əlavə parça, standart tiklişdən fərqli tikiliş, bəzən isə əl əməyi tələb olunur. Buna görə də yekun halda məhsulun dəyərində fərq yarandığından, kütləvi geyim istehsalçılarına bu çox da sərf etmir.

Yan kəsimlər daha incə və britaniyasayağı görkəm bəxş edir. Hər zaman yüksək tərzə köklənmiş centelmenlər üçün nəzərdə tutulmuşdur.

Kəsimsiz pencəklər

Pencəklərin üçüncü və sonuncu variantı isə bu sadə və kəsimsiz tərzdir.

Kəsimsiz pencəklər olduqca düz duruşlu bədən quruluşu, qamət tələb edir və adtən formal görüşlər zamanı geyinilir. Misal olaraq adətən bu dizayn bahalı smokinglərdə tədbiq edilir.

Bir çox kişilər üçün bu hal narahatlıq yaratmır. Əksinə onlar elə düşünürlər ki, gündəlik istifadə üçün bu olduqca rahatdır. Lakin, unutmayaq ki, bu halda “bəzi” deyilərkən yalnız müəyyən bədən quruluşuna sahib kişilər nəzərdə tutulur. Adətən çox hündür boylu olmayan oğlanlara və kişilərə məsləhət görülür. Bu halda pencək əyinə tam, dəqiq oturmuş olur və daha hündür boylu göstərir. Bu səbəbdən də, əgər siz hündür boylu və orta çəkili bir insansınızsa, əsasəndə əllərinizi şalvarı cibinə salmaqdan məmnunsunuzsa, o zaman bu pencəklər sizin üçün deyil.

Oxford köynəyi hansılardır?Kişi tərzinin əlifbası

Əvvəlki məqaləAvtombil (Elektrik) – Havalandırma sisteminin təmiri
Növbəti məqaləHər şey səninlə başlar – Mümin Sekman

Fikirlərinizi bildirin.