Kişi olmaq qadın olmaqdan çətindir. 8 sübut (qadınların fikrincə). Bəzi qadınlar əsəbi olduqları zaman “Mən niyə kişi yox, qadın olmuşam? Kişi olsaydım problemlərin az olardı.” deyə düşünürlər. Əslində isə bu fikirlər düzgün deyil. Kişi olmaq həddindən artıq ağırdır. İlk öncə nəzərə alın ki, hər kişi cinsinin nümayəndəsinin də kişi olmağı qəliz məslədir. İkinci isə əks cinsin nümayəndələrinin manipulyasiyalarına dözmək, gözlənilməz fikirlərinə tab gətirmək olduqca çətin olur. Kişilər həm qadınların narazılıqlarından bezə, deyinməklərindən yorula, həmdə ayaqlarına, gözlərinə, bədən quruluşlarına baxaraq özlərini itirə bilərlər. Qadınlarda çox vaxt kişilərin cüzdanın qalınlığı eyforiya hissi yaşadırsa, biz kişilər qarşımızdakı qadını bütünlüklə analiz etmiş oluruq.

Kişi olmağın çətinliyini tarix boyu bir çox qadınlar da qəbul etmiş, əsəbi olmadıqları dövürlərdə bunu tamamilə etiraf etmişlər. Beləliklə, qadınların fikirlərinə görə kişilərin çətinlikləri ilə bağlı 8 nüyans.

  • “Etməlidir” ifadəsi. Kişilər bu sözdən beziblər. Kişi yaxşı işləməlidir, qazanmalıdır, ailəsini təmin etməlidir, güclü, cəsarətli olmalıdır, hər şeyi kontrolda saxlamalıdır, həvəsdən düşməməlidir, yanındakı qadının problemlərini həll etməlidir və s. Kişi hər zaman hər şeyi edəbilməli, bacarmalıdır. Əks halda güclü cinsin nümayəndəsi kimi qəbul olunmaz, ona olan maraq azalar, təriflər olmaz, qeyri-ciddi qəbul olunar. Bəli, streotip tamami ilə bu cürdür. Kişi rosional düşüncə bacarığına malik biridir, olduqca dəqiqdir. Bu səbəbdən də bütün yük onun çiyinlərinə düşür.
  • Nadir hallarda bahalı hədiyyələr alırlar. Kişilərə son model telefon, istirahətə bilet, avtomobil kimi hədiyyələr nadir hallarda verilir. Verilərsə belə onlara alfons ləqəbi verilərək gülünc obyektinə çevirirlər. Qadınların bəxti bu mənada gətirib.
  • Heç bir güzəşt olmur. Ağrıyırsan, sənə çətindir, qorxursan, incimisən? Döz! Sən kişisən. Yada, özün günahkarsan, bu qədər axmaq olmaq lazım deyildi. Kişilər göz yaşlarını göstərməməlidirlər, emosyalarını biruzə verməməlidirlər. Əgər bir kişi həyatda qarşılaşdığı əziyyətlərlə bacarmırsa, çox zaman spirtli içki aludəçisinə və ya ciddi xəstəliklərə düçar olurlar. Sonra isə deyillər ki, kişilər daha tez həyatdan köçürlər.
  • Əhvalın aşağı olması üçün səbəb ola bilməz. Qadınlarda isə kifayət qədər səbəb var – baş ağrısı, kritik günlər, təzyiqin oynaması və s. Qadın kaprizləri, narazılıqları, deyinmələri adi haldır. Kişilər sadəcə dözməli, dinləmli və buna görə narazı sifət göstərməməlidirlər.
  • Hesabı kişi verir. Kişi restoranda yeməyin hesabını verməli, kino, istirahət, şopingin haqqını ödəməli, bəziləri isə hətda üstəgəl alimenti, krediti, komunal ödənişləri unutmamalıdırlar. Başqa variantda yoxdur. Ətrafda bu tamamilə normal qəbul olunur.
  • Sevgidə ayrılığı ağır qəbul edirlər. Kişilər daxilən çox incə varlıqlardır. Sadəcə üzdə bunu biruzə verdirməmək, güclü görünməyə çalışırlar. Qadın xəyanəti ağır zərbədir, dərin izlər qoyur.
  • Böyük pulların arxasında xeyli əziyyət dayanır. Ancaq hər qadın bunu anlamır. Qadınların iş yerində az əziyyət çəkərək yüksək gəlir əldə etmə şansları daha çox olur.
  • Ağıl yoxdursa, həyat öz yolunda olmur. Əgər kişi gözəl analiz qabiliyyətinə sahib deyilsə, təhsili aşağıdırsa və ya daha pis, axmaqdırsa o zaman qadınlar qısa ətəkləri, mokiyajları ilə daha çox uğura yaxındırlar. Çox gümanki bu kimi kişiləri uğursuz hesab edəcəklər.
Göründüyü kimi kişi olmaq asan məsələ deyil. Qadınlar mütlək yanlarındakı kişilərin qədirlərini bilməlidirlər.

Kişi həyatında baş verən 28 ilkKişilər və qadınlar üçün sexsuallıq nə deməkdir?

Fikirlərinizi bildirin.