Kişi kejual tərzində necə geyinməli. Kişi və dəb. Fərqli düşüncələrdir? Bir çox hallarda güclü cinsin nümayəndələri Fashion terminalogiyasından, tərzlərin incəliyindən xəbərsizdirlər. Lakin, yaxşı geyinməyi hamı istəyir. Sonucda bayıra çıxanda yənədə həmin kejual alınır. Gündəlik istifadəyə bundan rahatı hələki kəşf edilməyib. Biz sizə vaxtınıza qənaət edərək kejual tərzinin dərinliklərinə varıb nələri seçə biləcəyiniz haqda danışacayıq.

Kişi kejualı: baza seçimləri

Qarderobun modernizə edilməsi cox vaxt tələb edərək yüksək maliyyə dəstəyi tələb etmir. Adi “güclü” kejual bir neçə baza seçimlərindən ibarətdir.

İlk olaraq, cinsləri və ya istənilən kəsimdə olan köynəkləri, misal olaraq çinosları nəzərə almaq olar. Sadəcə ciddi cırıq cinslər və ya həcimli işarələrlə bəzədilmiş köynəkləri ciddiyə almayın. Digər istənilən geyimləri kejual dəstəkləyir.

İkinci polo köynək. Demək olar ki, bu köynəklərdən bağlı “hara geyinim?” sualı yaranmır. Seçim zamanı uzunluğuna diqqət yetirin. Adətən kəmərdən bir balaca aşağı ölçüdə olmalıdır. Və ya, polo köynəklərin əvəzinə qalstuklu, qalstuksuz köynəklər, futbolkalar da uyğun gələ bilər. Lakin, nəzərə alın: ağ rəngdən savayı istənilən rənglər uyğundur. Futbolkaların üzərində yazılar, fikirlər olmamalıdır.

Üçüncü istənilən şalvara və ya cinsə uyğun gələ biləcək bleyzersiz və ya pencəksiz keçinmək olmaz. Əgər bir neçə rəng üst geyimi alsanız, özünüzü uzun müddətlik seçim əziyyətindən qurtarmış olarsınız. Pencəklər üç düyməli olmalı və sonuncu düymə heç vaxt bağlanmamalıdır. Unutmayaq, “kejual” sərbəst tərcümədə “ehtiyatsızlıq” mənasını verir.

Dördüncü, Harrinqton və park tərzli gödəkcələrə diqqət yetirin. Unversal tərzdə olan gödəkcələr həm klassik şalvar və köynəklərlə geyinməyə, həmdə sərbəst jins və ya polo ilə geyinməyə imkan yaradacaq. Lakin, burda çoxluğa qarışa qorxusu yarana bilər. Bu səbəbdən də, ən yaxşısı tünd-göy, yaşıl və ya bej rənglərindən istifadə etmək məsləhətlidir.

Eyni zamanda sizin qarderobunuzda tam qanunu olaraq V kəsimli poluverlər və kardiqanlar da ola bilər. Bunlar toxunma və ya trikotaj materialından, tünd rənglərdən (yuxarda qeyd etdiyimiz kimi tünd göy, tünd yaşıl, tünd şabalıdı) ibarət ola bilər. Qara rəng adəti üzrə klassika və ciddiliklə ilə asosyasya olunur. Ancaq bu kejual tərzinə uyğunlaşan zaman sizə uyğun olmaya bilər. Siz eyni zamanda tərzinizini tamamlamaq üçün şərflərdən də istifadə edə bilərsiniz. Bu zaman eynirəngli şərflərə, maraqlı formalı bağlanma üsullarına diqqət yetirin. Unutmayın, laklı ayaqqabılar, parlaq rəngli köynəklər, qalstuk əvəzi kəpənəklər və s. kimi şeylərə bir mənalı olaraq “yox” demək lazımdır.

Kişi kejual tərzində necə geyinməli.

Kişi kejual tərzində necə geyinməli.

Kişi kejual tərzində necə geyinməli.

Kişi kejual tərzində necə geyinməli.

Kişi kejual tərzində necə geyinməli.

Kişi kejual tərzində necə geyinməli.

Kişi kejualında ayaqqabı

Kejual tərzində ayaqqabı seçim imkanlarına sadəcə mətəl qalmaq olar: tufli, lofer, broqlar, mokasinlər, tenis ayaqqabları, kedlər, krasovkalar. Yeri gəlmişkən, sonuncu variantda söhbət idman zalına geyinilən krasovkalarından deyil, gündəlik həyatda geyinə biləcəyiniz krasovkalardan gedir.

Aksesuarlar

Aksesuarların rolu barədə danışmaq çətindir. Onlar yalnız görünüşdə final akordları vurmaq üçün deyil, eyni zamanda gərəksiz ciddi iş görkəmi görünüşünü yayındırır. Bunun üçün boğaz üçün dəsmallar, baş örtükləri, saatlar, çantalar, qalstuklar, kəmərlər və s. uyğun gələ bilər.

Ayaqqabılarda və aksesuarlarda simiclik etməyi ağlınıza belə gətirməyin. Bəli geyim təkrarlana bilər bilər, aksesuarlarla bu hal baş vermir. Eyni zamanda ilk görüşdə onlar sizin üstünlükləriniz barədə kifayət qədər məlumat verə bilər.

Evdən çıxmamışdan qabaq

İlk baxışdan hər şey aydındır. düzgün geyimi aldınız və onları bir-birinin arasında kombinə tdiniz. Lakin məhs bu zaman problemlərlə rastlaşa bilərsiniz. geyinməzdən əvvəl baxdıqda, köynəklə şalvar ideal ahənglik təşkil edir. Ancaq əgər yuxarı idman tərzində, aşağı isə klassik tərzdə olsa, bu ətrafdakılarda yalnız gülüş yarada bilər.

Eyni mənzərəni ciddi görkəmli şalvarlarla havay köynəkləri də yarada bilər. Lakin, adi cinslərlə pafoslu ayaqqabılarında birgə geynilməsi dövrü artıq keçib. Rəngbərənglik də sinə ziyan vura bilər. Bu səbəbdən də, sakit rəng tonlarına üstünlük verin.

Kişilər – yüksək dəbin mərkəzində, 

Fikirlərinizi bildirin.