Kişi ilə qadın beyni arasında fərq. Alimlər hələ də bu önəmli orqanın örgənilməsi cəhtlərini davam etdirirlər. Bu kimi məlumatlar tibb sahəsində olduqca önəmlidir. Nəticədə kişilərin və qadınların hansı xəstəliklərə meyilli olduqlarını müəyyən etmək mümkündür. İş prinsipini örgənə bilsək yarana biləcək xəstəliklərin və kənarlaşmaların aradan qaldırılması yönündə də işlərin görülməsi mümkündür. Hələlik isə təssüfki əlimizdə yalnız kişi və qadın beyni arasında olan fərqləri müəyyən etmək imkanları mövcutdur. Bunlar tam olaraq elmi cəhətdən sübut olunmuşdur.

Beyinin ölçüsü və intellekt

İlk öncə qeyd etmək istərdik ki, cinslər arasında beyin göstəriciləri ilə bağlı heç bir fərq koqnitiv göstəricilərə təsir göstərmir. Yəni, beyinin işləmə prinsipi və koqnotiv göstəricilər orqanın ölçüsünən və ağırlığından aslı deyil. Adətən kişi beyninin ölçüləri 8-13% daha böyük olur. Onun ortalama çəkisi 1 kiloqram 345 qram təşkil edir. Qadınlarda isə bu göstərici 1,222 kq civarında formalaşır. Ancaq, bədən çəkisinin formalaşması məsələlərinə nəzər salsaq bunda təəcüblü heçnə olmadığını anlamış olarıq. Kişilər bir çox halda həm boy, həm də çəki baxımdan qadınları üstələyirlər. Deməli, eyni bədən quruluşuna və çəkiyə sahib müxtəlif cinsli insanlar arasında beyinin çəkisində fərq olmur.

İntellekt baxımından da bu belədir. Misal olaraq, Albert Einsteinin beyninin çəkisi 1,23 kiloqramı keçmirdi. Ən ağır beyinə sahib fil isə (təxmini 4.6 kq) öz ağlı ilə digər heyvanlardan fərqlənmir.

Toxumaların quruluşu və produktivlik

Kişi beyninə daha çox həcimli və möhkəm toxumalar xasdır. Əsasən sol yarım kürədə çoxluq təşkil edir. Ancaq, alının sağ və sol yarımkürələri, aşağı və orta tərəflərindəki toxumalar qadınlara nisbətən daha az sərtliyi ilə seçilir.

İlk baxışdan sizə elə gələ billər ki, bu kimi fərqlər mütləq mənada nəyəsə təsir etmiş olur. Eyni zamanda bəzi düşüncələrə görə qadınların müxtəlif işləri eyni anda görmək bacarıqlarının olduğu bildirilir. Kşilər isə bu halda maksimum şəkildə fikirlərini toplayaraq nəzərdə tutduqları bir işin öhdəsindən daha yaxşı gəlirlər.

Bu cür fikirlərə əsas verən nəzəriyə qadınlarda beyin yarımkürələrində neyronların bir-birinə daha bağlı olması ilə bağlıdır. Kişilərdə isə yalnız bir yarımkürədə infarmasiyanın ötürülməsi imkanları daha aktiv görülməkdədir. Lakin, növbəti araşdırmalar bu kimi fikirləri təqzib etmişdir. Yəni, bəzi kişilərin müxtəlif işləri eyni anda görmək göstəriciləri qadınlardan daha yüksək, bəzilərinin ki isə daha aşağıdır.

Bir mənalı olaraq sübuta yetirilmiş fakt isə yalnız orta statistik kişinin ətraf aləmə daha rahat uyğunlaşması və fırlanan fiqurlarla bağlı məsələləri daha tez həll etdiyindən ibarətdir. Orta statistik qadın isə, obyektləri və onların yerləşmə yerilərini daha rahat yadda saxlayır. Eyni zamanda, məlum olmuşdur ki, birlikdə işləyən insanların əsəb fəaliyyətləri sinxironlaşdırılır. Eynicinsli münasibətlərdə yaşayan insanlar arasında bu sinxronlaşma göstəricisi daha yüksəkdir.

Beyinin daxili

İnsan beynində iki önəmli maddə mövcutdur. Onlardan biri informasiyanın emalına, digəri isə onlar arasında əlaqəyə cavabdehdir. Lakin, miqdar baxımından aralarında fərqlər mövcurdur. Belə ki, kişilərdə birci hal 6.5 dəfə daha çoxdur. Qadınlarda isə, ikinci hal 10 dəfə daha artıqdır. Çox güman ki, kişilərin riyaziyyata, qadınların isə söhbətə daha çox meyilli olması məhs bununla izah edilir.Alimlər bu faktı tam sübuta yetirə bilməsələrdə, müasir araşdırmalara görə balns eyni olduğu halda həm qzılar, həm də oğlanlarda dəqiq elimlərə maraq eyni səviyyədə olmuş olur.

Buna görə bir çox mütəxəsislərin fikrincə beyinin inkşafına daha çox individual xüsusiyyətlər təsir göstərmiş olur. Gender məsələləri isə bu halda sonuncu yerdə durmaqdadır.

Cinsi klassifikasiya və harmonlar

Hipotalamusda – beyinin müəyyən hissəsində cinsi dimorfizm harmonları ifraz olunur. Onlar sexsual həvəsi formalaşdırırlar. Güclü cinsin nümayəndələrində ifraz edən hissə 2,5 dəfə daha böyükdür. Lakin, bu fərq körpə vaxtlarda ümumiyyətlə hiss olunmur və yalnız 4-10 yaşdan sonra rast gəlinir. Buna səbəb nədir? İnkişaf və ya gender məsələləri? Alimlər hələ də cavabdan əmin deyillər.

Əgər beyinin inkişafına yalnız harmonlar təsir göstərmiş olsaydı, bu halda bir çox suallara cavab tapmaq asan olardı. Ancaq, kimyəvi təsirlər çox şeyi dəyişmirlər.

Beyin haqqında 7 maraqlı faktBöyük kişilərin kiçik sexual şıltaqlıqları

Fikirlərinizi bildirin.