Kişi gəncliyinin bitdiyi yaş. Qadın gəncliyi hansı yaşda sona çatır? Xanımlar bu sual barəsində başsındıran zaman bizdə kişilərlə bağlı eyni məsələləri incələmək qərarına gəldik. Əminikki, bir çox kişilər üçün bu mövzu çoxda önəmli deyil. Buna baxmayaraq, güclü cinsin nümayəndələrinin müxtəlif yaş aralığını müzakirə etmək istərdik.

Kişilər üçün yaraşıqlı olmaq əladır. Ancaq, bir çox hallarda onun həyat uğurları onun ağlı və düşüncələri ilə bağlı olur. Həyatı anlamaq, çətinliklərdən tez zamanda çıxış yolu tapmaq üstün bir bacarıqdır.

18 yaşa qədər:

Demək olar ki, bu yaşa qədər hələki oğlan uşağı hesab edilir. Kişi yaraşıqlığı bu yaşda tam müəyyən olunmur. Bəs ümumiyyətlə yaraşıqlı kişi nə deməkdir? Kişiyə görə bu hədd dəyişir: xarizmatik görünüş, əzələli bədən quruluşu, güc və ya sadəcə qorxunc görünməmək. Bir sözlə demək olar ki, heç bir oğlan öz görünüşü ilə bağlı çox baş sındırmır. Səliqəli geyim, xoş ətir bütün görünüşü tamamıaya bilər.

18-25 yaş arası:

Məhs bu yaş arasında kişinin cazibəliyi formalaşır. Eyni zamanda bu yaşda kişilər ya yeni, xoşolmayan adətlər qazanır, yada köhnə vərdişləri dahada möhkəmləndirirlər. Bir sözlə, xarakter formalaşır. Yaş aralığı həm gəncliyi, həmdə tam müəyyən olunmuş intervalı əhatə edir. Psixoloji baxımdan dayanıqlı olmağı, pis vərdişlərin ona nə dərəcədə gərəkli olduğunu, özü üçün həyat qaydalarını müəyyənləşdirməyi örgənir. Dövr ərzində yaşanan spirtli içki qəbulu, siqaret, qeyri-sağlam qidalanma insanda daha çox özünü göstərməyə və izlər salmağa başlayır. Üzdə, simada, görünüşdə öz əksini tapır.

Kiçik, azyaşlı qızdan soruşurar: böyüyəndə necə biri olmaq istəyirsən?

Cavabında: Atam kimi. Səhər yuxudan duranda əl-üzünü yudu, vəssalam. O dəqiqə yaraşıqlı olur.

25-35 yaş arası:

Bu gənc yaşı anlaqlılıq müddəti adlandırmaq daha doğru olar. Sağlamlığı qorumasanız və sağlam həyat tərzinə riayət etməsəniz 35 yaşında artıq yaşlanmağın ilk izlərini görmüş olacaqsınız. Daxili orqanların fəaliyyəinin zəifləməsi simada mütləq öz əksini tapacaqdır. Minimum aktivliyin olmaması xarici görünüşü sürətlə pisləşdirir. Əgər yanaşma tərzində dəişiklik olmasa (təssüfki bir çox kişilərdə olmur) 40 yaşın astanasında vəziyyət dahada ağırlaşır.

Kişi gəncliyinin bitdiyi yaş

Gəncliyini və aktivliyini bəzi kişilər necə pozur?

  • Daimi göndəlik vərdişlərinə sadiq qalırlar: idmanla məşğul olmama, oturaq həyat tərzi, divan asıllılığı və s.
  • Uğursuz ailə həyatı, həyat yoldaşının psixoloji vəziyyətə təsiri: Bəzilərinin fikrincə xüsusi özünə diqqət yetirən kişilərin orientasiyası fərqlənir.
  • Tənbəllik və özüzərində işləmək həvəsinin olmaması.

İdmanla məşğul olmaq, ziyanlı vərdişlərdən imtina kişi xarici görünüşündə müsbət təsirin 50%-dir.

35-45 yaş arası:

Ətrafınızda müşahidə etdiyiniz kimi bir çox kişilər bu yaşa o qədərdə sağlam çıxmırlar. Yaş çoxaldıqca problemlər dahada dərinləşir. Bir çoxlarında bu sağlamlıqla bağlı olur, bəzilərində isə sadəcə öz üzərlərində əziyyət çəkmə həvəzsizliyi ilə. Sanki, psixoloji baxımdan ruhdan düşmüş olrular. Bu yaş arasındakı kişilər mənəvi və ruhi baxımdan özlərinə az zaman ayırırlar, daha az dincəlirlər. Müəyyənqədər qadınlarda da bu cür olduğunu deyə bilərsiniz. Ancaq, kişilərdə stress hallarının çoxalmağı qocalmanı dahada sürətləndirə bilir.

Əgər yaşınız 35-45 arasındadırsa və hələdə yaraşıqlı görünməyi bacarırsınızsa, deməli siz mütləq qaydada idmanla məşğulsunuz, aktiv həyat tərzi keçirirsiniz, pis vərdişlərdən uzaqsınız və özünüzə yetərincə zaman ayıra bilirsiniz. Əlbətdəki, sadalanan nüyanslar arasında genetikanı heç kim inkar etmir. Bir kişi həyatı boyunca aktiv və pozitiv biri olursa, demli qarşılaşdığı çətinlikləridə rahatlıqla geridə qoymağı bacarır. O zaman gənclik dövrü dahada uzun müddətli olar və əsl kişi xarakteri möhkəmlənər. Qadınlarıda hər zaman kişilərdə bu xüsusiyyət maraqlandırmışdır.

35-45 yaş arası hələdə kişilər üçün gənclik dövrü hüsab edilir. Səbəbi? Sadəcə kişinin gəncliyi yalnız onun xarici görünüşü ilə qiymətləndirilmir. O bu yaşda öz həyatını qurur, amalını və hədəflərini müəyyənləşdirir, nəaliyyətləri üçün planlar qurur və ona doğru inamla addımlayır. Onun üçün bu yaş arasında ağıl, sağlam düşüncə, bacarıq, uzaqgörənlik daha önəmlidir.

45-57 yaş arası:

Əgər kişinin genetikası pis deyilsə, öz formasını qoruya bilirsə, düzgün qidalanırsa, ağır işlərdə çalışmayıbsa, hələdə həblərsiz yataqda ideal portnyordursa o zaman bu yaşdada onu cavan hesab etmək olar. Bu yaşdada xarici görünüş qadınlara xoş gəlir. Kişi daha yetkin və ciddi görünüşə sahib olur.

Kişi gəncliyinin bitdiyi yaş

Düzdü – qadınlar nadir hallarda bu yaşda baxımlı kişilərə rast gəlirlər. Müəyyən qədər haqlıdırlar. Çünki yalnız min kişidən biri özünə bu yaşda diqqət yetirir. Ancaq, bu ümumiyyətlə yoxdur demək deyil. Seçilmək üçün cərrahi əməliyyatlara və ya xüsusi tibbi müdaxilələrə ehtiyac yoxdur. Sadəcə qabaqlayıcı tədbirləri daha gənc yaşlarda nəzərə almaq lazımdır.

Kişinin yaxşı tərəfə dəyişməsində, özünə diqqət ayrımasında, formada qalmağa cəht göstərməsində yanındakı qadının rolu danılmazdır.

57 və daha yuxarı yaş:

57 yaşdan etibarən gənclik unudulur, artıq yoxa çıxır. Bu əsl yetkinlikdir. Lakin, yenədə qocalıq hesab edilmir. Araşdırmalar və hesablamalara əsasən kişi yaşlanmağı 65-dən sonra başlayır. Ancaq, bu yaşdada kişilər qarınsız və sallanmayan bədənlə ətrafdakıları təəcübləndirə bilər. Reallıqda isə, təssüfki, xarici modelləri saymasaq bu cür kişilər demək olar ki, mövcud deyil.

30 yaşına qədər kişilərin münasibətdə anlamalı olduqları 14 məsələNiyə qadınlar yaşca böyük kişiləri bəyənir?

Fikirlərinizi bildirin.