Kişi feminizmi haqqında 5 maraqlı sayt. Feminizim – qadın və kişi hüquqlarının bərabərliyi uğrunda mübarizədir. Ancaq, müzakirələr zamanı hər iki tərəfdə anlaşılmazlıqlar yarada bilir. Ən böyük anlaşılmazlıq isə – feminist qadınların kişilərə nifrət etməsi və qadınlığı daha üstün tutmasıdır. Kişi feminizmi isə bundan da qeyri müəyyən məvhim kimi görünməkdədir. Adı belə olduqca absurd görünür. Nə qədər qəribə görünsədə kişilər dəfələrlə qadınların qalib gəlmələrinə şərait yaratmış və onların tərəfində durmuşlar. Nəticədə isə qadınlar da öz növbəsində müxtəlif sahələrdə kişilərin həyatlarını rahatlaşdıra bilmişlər. Bu gün sizə kişi feministlərinin apardıqları maraqlı sayt və blogları diqqətinizə çatdırmaq istərdik. Qeyd edək ki, bu mənbələrin oxucuları dünyada olduqca çoxdur və hər bir yazı böyük maraqla qarşılanmaqdadır.

XY online

Kişi feminizmi haqqında 5 maraqlı sayt

Sözü gedən profeministik sayt cəmiyyətdə cinslər arasında hüquq bərabərliyinə nail olmaq üçün bacardıqca çox kişilərin cəlb edilməsinə yönəlmişdir. Bir başa desək, bu dünyanın ən gözəl saytı deyil, ancaq mətinləri olduqca maraqlıdır. Sexsizimlə bağlı esselərdən tutmuş  sexual zorakılığa qarşı bloglara qədər hər şey bir arada cəmlənmişdir. Saytın məqsədi cinslər arasındakı münasibətlərin normallaşdırılması və kişilərin dünyasının daha komfortlu edilməsi ilə bağlıdır. Burda individuallığa baxmayaraq hamının eyni cür problemlərinin olması və buna görə də özünü gender çərçivəsinə salmağın gərəkli olmaması ilə bağlı xeyli qeydlər vardır. Eyni zamanda fundamental mövzular da çox qabardılmaqdadır. Misal üçün: necə yaxşı ata, ər və vətandaş olmaqla mağlı mövzuların müazkirəsi və s.

Byron Hurt

Kişi feminizmi haqqında 5 maraqlı sayt

Feminist qadınlarda stereotiplərin dağıdılması ilə bağlı gözəl misal kimi göstərmək mümkündür. Byron Hurt keçmişdə universitet futbol komandasının müdafiyəçisi olmuşdur. Eyni zamanda o hip-hopun da pərəstişkarıdır. Bu iki maraq dairəsi isə bildiyiniz kimi feminizimlə o qədər də uyğunlaşmır. Lakin o bütün bunları bir araya gətirə bilir və nümayişcəsinə təqdim edir. Beləliklə cinslər arasında bərabər hüquqa inam bir kişinin edə biləcəyi ən böyük kişisayağı hərəkət kimi aşılanır. Bundan başqa Hurt kitabların müəllifidir, antiseksist aktivistidir, mühazirələr oxuyur, sənədli filimlər çəkir və nəticədə müxtəlif mükafatlar qazanır. Misal olaraq, onun “Bitlərdən və rifimlərdən kənar Hip-hop” adlı sənədli filmi Sundance kinofestivalında nümayiş olunmuşdur. O eyni zamanda Nyu-york yeniyetmələri haqqında serial formatında sənədli filimlər də hazırlamışdır. Bir sözlə insan var gücü ilə bizim həyatımızı yaxşılaşdırmağa çalışır.

Upworthy

Olduqca əyləncəli və maraqlı saytdır. Bəlkədə bu yüz faizli kişi feminizmi hesab edilə bilməz, ancaq bu istəyə olduqca yaxındır. Saytın müəllifləri aktiv şəkildə qadının neqativ rolunun azaldılması ilə bağlı mübarizə aparırlar, bir çox media orqanlarının və dərgilərin fikirlərinə əks çıxırlar. Bir sözlə burda daha çox diqqət cəmiyyətin narahat etdiyi və düşündürdüyü mövzulara toxunmağa yönəldilmişdir.

Thomas Page McBee

Thomas Mcbee – Vice jurnalının “maskulyasiya eksperti” dir. Eyni zamanda New York Times, The Rumpus və BuzzFeed- din kolumnistidir. Burdakı kişi feministliyinin ən maraqlı tərəfi müəlliflərin eyni hüquqa sahib olmaq üçün insanın ilk növbədə özündən başlamalı olmasını anlamalarıdırlar. İndiki dövürdə kişi olmaq nə deməkdir? Kişilik nə deməkdir? Kişi qarşı cinsin nümayəndəsi ilə necə qarşılıqlı münasibətlər yaratmalıdır? Thomas olduqca sadə və başa düşülən dildə yazır. Mətinlərini oxuduqdan sonra özünüzü rahatlıqla dostunuzla söhbət etmiş kimi hiss edəcəksiniz. Zamanla bizim fikirlərdən o qədərdə fərqlənməyən kişi yığıncağına daxil olmuş olarsınız.

Hugo Schwyzer

Kişi feminizmi haqqında 5 maraqlı sayt

Hugo Schwyzer – bu siyahıda olan ən məşhur feministdir. 1993-cü ildən etibarən Pasaden kollecində gender tarixini tədris etməkdədir. Bununla belə Jezebel və The Atlantic – də koluminist kimi çalışaraq bir neçə ildir ki, şəxsi bloqunu aparır. Lakin onu daha çox məşhur şəkildən, janki-oğlanı kimi tanıyırlar. Şəkil 15 il əvvəl çəkilmişdir. Onun bioqrafiyasının ən təəcübləndirici tərəfi intihar etmək və keçmiş qız dostunu öldürmək istəyidir. O alkoqol və narkotikin təsiri altında olarkən planını qazı açmaqla yerinə yetirmək istəyirdi. Normadan artıq diqqət və nifrətlə qarşılaşan müəllif jurnalistikanı atmaq fikrinə gəlir. Beləliklə bütün bunlar haqqında onun NY Mag-a müsahibəsindən məlumat almaq mümkündür.

Feminizim hər kəs üçündür – Bell HooksÖz sexual orientasiyanızı necə müəyyən etməli?

Fikirlərinizi bildirin.