Kişi dəbi və stili – evolyusiya ya reqressiya? Son dövrlərdə kişi dəbi anlayışı bir mənalı qəbul edilmir. Kosmetik vaistələrdən istifadə edərək üzə və dəriyə qulluq əvvəllər yalnız qadınlar tərəfindən istifadə edilərdi. İndi isə kişilər tərəfindən aksesuarların əlvan rənglərdə istifadə edilməsi artıq qorxulara səbəb olur. Dəb industriyasında olan seçim çoxluğu və aksesuar müxtəlifliyi artıq mübahisə predmeti olmaqdadır.

Biraz geniş miqyasda düşündükdə yenədə dəbin fərqli tərəflərindən danışmağa məcbur oluruq. Əvvəlki illərdə, hətda keçən əsrdə qadınlara aid olan, geyinilən əşyalar və tərzlər, misal olaraq, uzun saçlar, dar şalvarlar, hətda hündür daban ayaqqabılar belə kişilər tərəfindən də istifadə edilirdi. Misal olaraq, orta əsrlərdə kişilər kirşandan istifadə edir, bir -birlərindən bu barədə məsləhətlər alırdılar.

Əlbətdə ki, orta əsrlərdə yaraşıqlı görünüşə sahib kavalerlər zərif cinsin nümayəndələri arasında o qədərdə diqqətə sahib olmurdular. Onlar ən çox ruhən və görünüşcə sərkərdələrə rəğbət bəsləyirdilər. Lakin, müasir dəbin öz üstünlükləri də var – kişilərdə qadınlar kimi axırki fərqli olmağı bacarmışlar.

Kişi dəbi və stili - evolyusiya ya reqressiya?

Bu o deməkdir ki, dəbə uyğun olaraq həm saqqallı, bığlı brutal kişi görkəmində, həm də ənənəvi əzələli görkəmi unudaraq kiçik çiyinli, təmiz üzlü, dar şalvarlı, yazılı maykalı görkəmə sahib olmaq mümkündür.

Qadınlar hansı kişiləri xoşlayırlar?

İlk olaraq deməliyik ki, qadınların xoşlandığı kişilər müxtəlif cür ola bilərlər. Eyni zamanda bu qayda kişilər üçündə keçərli olur. Lakin, dəb tendensiyalarına görə, gender bölgüsü bərabər hissələrlə getmir. Nəticədə cəmiyyəti ən çox maraqlandıran tendensiya dəb aləmində olan androqinsayağılıqdır.

Misal olaraq, “oğlanlar” üçün nazik köynəklə geyinilmiş kostyum və ya uyğun seçilmiş cinslə futbolka artıq heç kimi təəccübləndirmir. Lakin, bu sıralamaya hipsterlər üçün “makbuk” və ya bir fincan kofe əlavə etsəniz, siz rahatlıqla gənc dizayner görkəmi, kreativlik effekti əldə edəcəksiniz.

Kişi dəbi və stili - evolyusiya ya reqressiya?

Lakin, digər kişi auditoryası üçün kişi mintaliteti önəmli yer tutur və bu onların geyim tərzində hiss olunur. Kobud toxunuş tərzində jaketlər, dəri gödəkcələr və ya drap kimi geyimlər onların diqqətini cəlb edir. Kişilik keyfiyyətlərini irəli çəkməyə borsk elementləridə yardımçı olur. Misal olaraq, lüt bədənə geyinilmiş pencəklər, klassik ayaqqabılarla geyimilmiş kobud parçadan köynəklər və s.

Şübhəmiz yoxdur ki, ekstremal dəbin bizdə irəliləmək şansı böyük deyil: lələklərlə olan kişilər, yubkalı geyimlər və s. Lakin, metroseksuallığın artımı faktını inkar etmək düzgün olmazdı. Hətda müasir dövrdə ən brutal görünüşə malik kişilər belə, qarderoblarında saqqala, bığa qulluq vaistələrinin olduğunu təsdiqləyirlər. Dəb aləmində də öz hörmətini qorumaq önəmli məsələlərdəndir.

Kişi dəbi və stili - evolyusiya ya reqressiya?

Müasir kişi dəbinin son yeniliklərinə baxmayaraq, kifayət qədər isti qanlı və əzələlidir. Bu əlbətdəki, qadınlara çox xoşdur. Solğun üz rənginə sahib olmaqlarına və asta yerişlərinə baxmayaraq, digər trendlərlə ayaqlaşmağı nəzarətdə saxlayırlar. Geyim istehsalçıları da öz növbəsində əsasən sağlamlığı qorumaq, təmin etmək kimi məsələləri əsas götürərək onu dəblə uyğunlaşdırırlar.

Kişi dəbi və stili - evolyusiya ya reqressiya?

Kişi dəbi və stili - evolyusiya ya reqressiya?

Kişi dəbində fərqli kənarlaşmalarGiorgio Armani – kişi dəbi ilə bağlı 10 məsləhət.

Fikirlərinizi bildirin.