Kişi burnu ilə cinsi orqanı arasında həqiqətən əlaqə varmış. Çoxsaylı araşdırmalar kişi anatomiyası ilə bağlı mifin həqiqət olduğunu təsdiqləmişlər.

Çin alimləri bu sahəyə xüsusi diqqət göstərmişlər. Kişi anatomiyasına olduqca praqmatik yanaşmışlar. Tarix boyu yayılmış fikirlərin və inancların doğru olub-olmaması müəyyənləşdirməyə çalışmışlar. Yəni getişatda, kişinin cinsi orqanının uzunluğunu digər bədən göstəiriciləri ilə müqayisə etmişlər.

Əvvəlki araşdırmalar əsasında artıq məlum olmuşdur ki, kişi ayağının pəncə ölçülərinin və boyunun uzunluğunun onu cinsi orqanının uzunluğuna heç bir aidiatı yoxdur.

Bəs, “burnu zırpı kişinin cinsi orqanı da zırpı olur” fikirləri, inancları nə dərəcədə doğrudur? Bəli, məhs bu sual üçün alimlər xeyli dəyərli zamanlarını sərf edərək müşahidələr aparmışlar.

Məsələyə olduqca fərqli yanaşmışlar. Belə ki, laboratoriya şəraitində həkimlər tərəfindən kişilərin cinsi orqanlarının ölçülməsi anında bəzən ereksiya həddinə tam çatmaq mümkün olmur. Bu səbəbdən də, cinsi orqanın maksimum ölçüsünü müəyyənləşdirmək çətin olur. Digər tərəfdən isə kişilər uyğun intim şəraitdə özləri orqanlarını ölçmək qərarına gəldikdə nəticələri nisbətən şişirdərək söyləyə bilirlər.

Buna görə də, onlar daha çox qeyri-canlı cinsi orqanlarıdan ölçü götürməyə çalışmışlar. Beləliklə, həkimlər morqa yollanır, orada əvvəlcə burunun uzunluğunu, sonra isə cinsi orqanın ad mortem hissədən ölçüsünü götürürlər. Qeyd edək ki, bu ölçü forması adətən ereksiya zamanı tam ölçülərə sahiblənən cinsi orqan ölçüsü ilə eynilik təşkil edir. Nəticədə bütün araşdırmada 126 kişi cəsədi iştirak etmişdir.

Nəticədə, müstəqil şərait daxilində aparılan araşdırma çoxları tərəfindən inanılan inancları təsdiq etmiş oldu. Sən demə, burnu orta burun ölüçüsündən (5,8 sm) böyük olan kişilər daha uzun cinsi orqana sahibdirlər. Kiçik buruna sahib kişilər adətən 10-12 sm, uzun burunlular isə 17-18 sm-lik pik nəticəyə sahib ola bilirlər.

Nəticələrə görə burnu normal olan kişilər orta statisik ölçülərə sahib penisə, fındıq burunlar isə nisbətən kiçik penisə sahibdirlər.

1 rəy

Fikirlərinizi bildirin.